post-title

Sektarianizm, Mərkəziyyətçilik və Dördüncü İnternasional

\"Sektarian hazır düsturlarla həyatını davam etməyi seçən şəxsdir. Onun üçün mövcud vəziyyətin stabilliyini diqtə edən istənilən düstur məqbuldur və qəbul etməkdə bir qüsur yoxdur. Lakin, istənilən sallantı sektarianı 180 dərəcə döndərib əks tərəfə ata bilər və heç bir şey olmamış kimi yoluna davam edə bilər\".

 
Lev Trotski (1879-1940)
 
(ixtisarla)
 
Günümüzdə sektaçı meyillərinin mövcudluğunu inkar etmək absurd olardı. Bütün müzakirə, toqquşma və parçalanmaların təməlində dayanan əsas faktor həmin meyllərdir. Bəs onda, sekterianizm, təbliğ etdiyi dəyər və prinsiplərin əvəzinə, enerji və mübarizəsini niyə görə işçi sinfinin müdafiəsinə sərf etməkdə uğursuzluğa düçar olmaqdadır? Reformist və mərkəziyyətçilər sualı böyük məmnuniyyətlə cavablandırıb “sekterianizmi” ittiham etməyə hazırdırlar. Bunu edərkən də öz aləmlərində zəif cəhət hesab etdikləri, əslində isə bizi güclü edən tərəfimizi dilə gətirirlər. Onlara görə nəzəriyyəyə qarşı ciddiyətimiz, hər siyasi hadisənin təməlində yatan motivləri araşdırmağımız, yumuşaq keçidlərə qarşı barışmağlımız bizim zəifliyimizdir. Bu günün “asan” və “rahatlıqla” nail olunmuş uğurlarına qarşı ədavətimiz sabahın gətirəcəyi fəsadları gördüyümüz üçündür. Belə olan halda opportunistlərdən gələn belə ittihamlar bizim üçün səsləndirliən əslində böyük bir tərifdir. 
 
Marksist ixtilaflar 
 
Biz öz prinsiplərimizlə yolumuza davam edərkən təkcə reformist və mərkəziyyətçilərin ittihamları ilə qarşılaşmırıq, eyni zamanda “soldakı” opponentlərin, daha dəqiq desək muzeylik sektarianist çevrələrin də tənələrinə məruz qalırıq. Bunun təməlində də, bizim onlara qarşı olan barışmazlığımız, onların uşaq kimi davranışlarına dözümsüzlüyümüz və bütün bunların təmizlənməsi üçün nümayiş etdirdiyimiz səylərimiz dayanır.
 
Bəzi səthi düşüncəli insanlar üçün sektarian, mərkəziyyətçi və s. bu kimi ifadələr əks düşərgələrdə dayanan tərəflərin  polemika zamanı istifadə etdiyi epitetlərindən başqa bir şey deyil. Lakin, unudulan budur ki, istər sektarianizm, istərsə də, mərkəziyyətçiliyin Markist terminologiyasında özünə məxsus izahı mövcuddur. Marksizmin ortaya qoyduğu elmi proqram və ondan yola çıxılaraq təqdim olunan qanunlar əslində kapialist cəmiyyətində hərəkətverici qüvvənin fəaliyyətini özündə əks etdirir. Bizim üçün vacib olan da bunun əhəmiyyətidir. Buna görə də bizim üçün vacib olan hər hansı müfəssəl bir proqram hazırlamaq deyil. Vacib olan, işçi sinfinin mövcud olan proqramı qəbul etməsidir. Həmin mövcudiyyəti qəbul edən sektarian qarşıya qoyulan tapşırığın yarısını yerinə yetirmişdir. Məhz bu halda, Onun (oxu- sektarian) işçi kütləsinin aktiv mübarizəsinə töhfəsi Marksist proqramın abstrakt propaqandası ilə mümkün ola bilər.
 
Cəmiyyətə sektarian baxış
 
Hər işci partiyası, hər fraksiya quruluşunun ilk dövrlərində effektli propaqanda, kadrların ideoloji təlimi mərhələsindən keçir. Həmin mərhələni keçən Marksist çevrə sahib olduğu abstrakt vərdişləri işçi hərəkatının üzləşdiyi problemlərə tətbiq etməyə başlayır. Vaxtında bunu reallaşdıra bilməyən və abstrakt fikirdə ilişib qalan hər hansı biri zaman keçdikcə  muhafizəkar sektariana çevrilir. Həmin şəxs artıq cəmiyyət həyatını bir məktəb,  özünü isə müəllim kimi görməyə başlayır. O düşünür ki, işçi sinifi az əhəmiyyətli məsələləri kənara qoyub, daha ali məqsədlər üçün onun kürsüsünün ətrafında toplanmalıdır. Məhz bu halda problem öz həllini tapar.
 
Hər cümləsində Marksist olduğuna and içən sektarian dialektik materializm ilə bir başa ixtilafdadır. Dialektik fəaliyyəti dərk edə bilməyən sektarian yekunlaşmış proqram ilə reallıq arasındakı fərqi də görə bilmir. Beləliklə də, ortalıqda qüsurlu və natamam mübarizə haqqında fikirlər dolaşmağa başlayır. Bu cür sektarian düşüncə metodologiyası rasionallıq və klaassik maarifçi təfəkkürə dayanır. Lakin müəyyən mərhələyə çatdıqdan sonra həmin rasionalizm proqressivlikdən çıxıb korluğa və xurafata çevrilir(on səkkizinci əsr!). Doğrudur ki, rasionalizmin proqressiv mərhələsi hər bir azadlıq mübarizəsində özünü göstərmişdir. Lakin, rasionalizm (abstrakt propaqandizm) bir yerdən sonra dialektikanın qarşısında əks cəbhədə yer almağa başlayır. Sektarianizmin dialektikaya qarşı ədavətinin (yazıda deyil, əməldə) təməlində də işçi sinfinin mübarizəsinin aktuallığına  üz çevriməsi dayanır.
 
Hazır formullar
 
Sektarian hazır düsturlarla həyatını davam etməyi seçən şəxsdir. Onun üçün mövcud vəziyyətin stabilliyini diqtə edən istənilən düstur məqbuldur və qəbul etməkdə bir qüsur yoxdur. Lakin, istənilən sallantı sektarianı 180 dərəcə döndərib əks tərəfə ata bilər və heç bir şey olmamış kimi yoluna davam edə bilər. Reallıq ilə olan nifaqı sektarianı davamlı olaraq öz formullarında düzəlişlər etməyə vadar edir. Bunun kateqoriyalaşdırılmış adı müzakirədir. Bir Marksist üçün müzakirə sinfi mübarizədə vacib, lakin köməkçi vasitədir.  Sektarian üçün isə müzakirə ali məqsəddir. Əslinə qaldıqda isə, sektarian onu kritik vəziyyətdən xilas edəcək istənilən məsələni müzakirə etməyə hazırdır.O, suzluğunu duzlu su ilə yatırmağa çalışan, əksinə isə daha da susayan şəxsin prototipidir. Sektarianın daha da qıcıqlanmasının kökündə də bu dayanır. Sektarian, ona, işçi hərəkatında aktiv mübarizə üçün tələb olunan şərtlərinin diqqətlə analiz edilməsi və öyrənilməsinin vacibliyini izah edən istənilən şəxsə düşmənclik nümayiş etdirməyə hazırdır. Reallığı analiz etməyin əvəzinə dedi-qoduya baş vurur, ədəvət və isteriyaya qapılır.
 
Əkizlər və antipodlar
 
Mərkəziyyətçilik bütünlükdə sektarianizmə əks qütbdə dayanır; hazır formullarla ədavətdədir, reallığı nəzəriyyədən kənardakı  vasitələrlə qavramağa çalışır.Lakin, Stalininməhşur “antipod” formulu bunlar üçün bir yerdən sonra çevrilib olur, “əkizlər”.  Əlahiddə görünsə də içiboş bir məhfuma çevrilir. Çünki, reallığıb analizi ilə nəzəriyyəsiz baş etmək olmaz. Beləliklə, bunların hər ikisi, sektarian və mərkəziyyətçi sonda əliboş vəziyyətdə bir yerə gəlirlər... və bir də, həqiqi Marksistə qarşı düşmənçiliklərini də unutmayaq.
 
Biz, bu günə qədər, dəfələrlə özünü “realist” adlandıran, özündən razı mərkəziyyətçilərlə qarşılaşmış, onların, heç bir ideoloji ehtiyata sahib olmadan, çarəsiz bir səfil kimi ucu bucağı görünməyən dəryada üzməyə çalışdığına şahidlik etmişik. O, həqiqi inqilabçıya suda boğulmamaq üçün gərək olan şərtlərin ali prinsiplərdən ibarət olmasından xəbərsizdir. Sektarian isə, ümumiyyətlə, öz prinsiplərini ıslatmamaq üçün suya baş vurmaq niyyətində deyil. O sahildə oturub əxlaq və sinfi mübarizə haqqında mühazirələr oxumağa üstünlük verir. Lakin, təsadüfən suya baş vurmuş ümüdsüzsektariançarəsizlikdən mərkəziyyətçidən yapışır və onu daha da dibə çəkir. Bu, hər zaman belə idi, və belə də davam edəcək. 
 
22 oktyabr 1935
 
Qeyd ( Tərcüməçidən): Məqaləni ixtisarla tərcümə etməklə oxucunun diqqətini yazının qələmə alındığı dövrdə baş verən hadisələrdən daha çox, müəllifin ideoloji məsələlərə aid mülahizələrinə yönəltməkdir. Bundan başqa yazının uzun olması, günümüz oxucusunun həmin dövrdə Avropada sol partiyalar arasında mövcud olan fərqlərdən və gedən ixtilaflardan xəbərsiz olması da ixtisarla tərcüməyə digər səbəblərdir. İxtisarla tərcümə edilmiş hissə günümüz cəmiyyətində, ictimai-siyasi sferada dövr edən realizm, rasionalizm, praqmatizm kimi müzakirələrə verilə biləcək əsaslı ideoloji yanaşmalar sırasına daxildir. Məqalənin tamamı ilə maraqlanan şəxslər Lev Trotskinin 1935-1936-cı illər arasında dərc olunmuş “ Seçilmiş əsərlər”i sırasına baxa bilərlər.
 
Tərcümə: Tural Amin Oyrati
Antverpen Unversiteti
Sosial elmlər fakultəsi
 
Kultura.az
Yuxarı