Milan Kundera - Avropa romanı

Литература

 
Ondan sadəcə Çin romanından fərqləndirmək üçün danışmıram, eyni zamanda roman tarixinin dünyəvi xarakterini də qeyd edirəm. Fransız romanının, ingilis romanının ya da macar romanının öz fərqli tarixlərini yaradacaq vəziyyətdə omadıqlarını, amma bunların hamısının ortaq, milli qurumlardan ötə bir tarixə ortaq olduqlarını və bu tarixin roman təkamülünün yönünü və özəl əsərlərinin dəyərinin içində ortaya çıxa bildiyi tək bir kütləvi şərti yaratdığnı söyləyirəm.
 
Romanın müxtəlif dövrlərində, eyniylə bayraq yarışlarında olduğu kimi, müxtəlif xalqlar önə keçdilər:  Əvvəlcə böyük şadxəbər Boccaccio ilə İtaliya; sonra Rabelaisnin Fransası; sonra Cervantes və pitaresk romanın İspaniyası; XVIII əsrin böyük ingilis romanı və əsrin sonuna doğru Goethe Almaniyasının karvana qoşulması; tamamilə Fransaya aid olan XIX əsr, amma bu əsrin son otuz ilində rus romanının və ondan dərhal sonra Skandinaviya romanının səhnəyə çıxması. Sonra XX əsr və Kafka, Musil, Broch və Gombrowicz ilə orta Avropa macərası.
 
Avropa tək bir xalq olsa, zənnimcə roman tarixi belə bir canlılıq, belə bir güc, belə bir müxtəlifliklə dörd əsr davam etməzdi. Bəzən Fransada, bəzən Rusiyada, daha sonra da başqa yerlərdə, daha başqa yerlərdə ortaya çıxan(yeni eksiztensial tərkibi ilə) yepyeni tarixi şərtlər roman sənətini işlətmiş, ona yeni ilhamlar gətirmiş, yeni estetik həll yolları təlqin etmişdir. Sanki onları öz məxsusluqları içində təsdiq edən və eyni vaxtda ortaq bir Avropa şüuru ilə bütünləşdirən roman tarixi səyahətində, Avropanın müxtəlif yerlərinin gözünü açırdı.
 
Avropa roman tarixinin böyük cəhdləri, Avropadan kənarda, ilk dəfə, bizim dövrümüzdə ortaya çıxırdı: iyirmi-otuzuncu illərdə əvvəlcə Şimali Amerikada, sonra altmışıncı illərdə Latın Amerikasında. Antilli romancı Patrik Chamoiseaunun sənətinin, daha sonra da Ruşdinin sənətinin mənə verdiyi estetik doyumdan sonra, ümumi olaraq otuz beşinci paralelin altındakı romandan ya da Cənubun romanından söz etməyi üstün tuturam: Bütün həqiqətə, bənzərlik qaydalarını aşıb keçən azad və sərhədsiz bir təsəvvürə bağlı qeyri-adi(vərdiş edilməmiş) bir həqiqət anlayışı ilə keyfiyyəti müəyyənləşən yeni bir böyük roman mədəniyyəti.
 
Haradan qaynaqlandığını tam olaraq bilməsəm də bu təsəvvür(təsəvvür qabiliyyəti) məni heyran edir. Bəlkə Kafkadan? Heç şübhəsiz. Dövrümüzdə inanılmaz olanı(həqiqətə bənzəməyəni) roman sənətində qəbul etdirən Kafkadır. Bununla bərabər, Kafkasayağı təsəvvür, Rüşdinin ya da Marquezin təsəvvüründən fərqlidir; bu zəngin təsəvvür güneyin həddən artıq özünəməxsus mədəniyyətində kök salmış kimidir; məsələn, həmişə canlı olan şifahi ədəbiyyatda(“Creole ” hekayəçilərini mənbə olaraq istifadə edən Chamoiseau) ya da, Latın Amerikası mühitində, Fuentesin xoşladığı deyimlə, Latın Amerikası barokkosunda, Avropanınkından çox daha coşğun, çox daha “dəli” olan bu barokkoda.
 
Bu təsəvvür üçün bir başqa açar: Romanın tropikləşməsi. Rüşdinin bu fantaziyasını düşünürəm: Farişta, Londonun üzərində uçur və bu düşman şəhəri tropikləşdirmək istəyir: tropikləşdirməyin faydalarını qısaca bildirir. “Milli siestanın strukturlaşması(...) ağaclarda yeni quş növləri(Amerika papuqayları, tovuz quşları, kakatu papuqayları), quşların altında yeni ağac növləri(Hindistan cevizi, hind ənciri)(...), dini həyəcan, siyasi qalmaqal(...), xəbər vermədən bir-birinin qapısına gələn dostlar, təqaüdçü evlərinin bağlanması, böyük ailələrin dəyər qazanması, ədviyyatı bol yeməklər(...). Pis tərəfləri: vəba, tifuz, kjyoner xəstəliyi, can sıxıntısı, toz, gurultu, həddini aşmış mədəniyyət”.
 
(“Həddini aşmış mədəniyyət”: Əla bir metod. Modernizmin son dövrlərində romanda yaranan tərz: Avropada, gündəlik olanın həddən artığa çatdırılması, həddən artıq gündəliklilik; təkrarlanan adiliyin zəminində adiliyin süni(qarışıq) gözdən keçirilməsi; Avropadan kənarda: ən fərqli(qeyri-adi) təsadüflərin bir yerə toplanması; üst-üstə rənglər, rəng üzərinə rəng. Təhlükə: Avropada gündəlik təkrarlılığın sıxıntısı, Avropadan kənarda özünəməxsusluğun(pitoresk) adiliyi.
 
Otuz beşinci paralelin altında(cənubunda) yazılan romanlar forma və tərkib olaraq Avropa romanının tarixinin uzantılarıdırlar və həm də təəccüblü şəkildə Avropa romanının mənbələrinə yaxındırlar. Bu gün Rabeliasın qədim özünəməxsus suyu heç bir yerdə bu qədər nikbincə axmamaqdadır.
 
Tərcümə: Alyoşa
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade