post-title

Həyat yolu və yazıları, “fenomen” Habermas

O, Almaniyanın faşizmə görə utanan, öz millətindən günahlarını qəbul etmələrini, tövbə etmələrini və özünü müşahidə etmələrini tələb edən gənc nəslin nümayəndəsi idi. Bu nəslin totalitarizmin bütün formalarına , anti-demokratiyaya, millətçi şovinizmə, insansevməzliyə nifrəti, onların insan haqlarının və ya demokratik prinsiplərin pozulduğu hər bir məsələdə mübahisəyə hazır olmaqları Almaniyanın Hitlerizmin varislərindən qurtulmağında az rol oynamadı.


Jürqen Habermas çağdaş dövrümüzün ən önəmli filosoflarından biridir. O, 1929-cu ildə Düseldorfda anadan olmuşdur. 40-cı illərin sonu 50-ci illərin əvvəllərində Göttingen, Surix və Bonnda təhsil almışdır. Habermas bu vaxtlarda təkcə fəlsəfəni deyil, həmçinin psixologiyanı, tarixi, alman ədəbiyyatını və iqtisadi elmləri də öyrənmişdir. Namizədlik dissertasiyasını Habermes Bonn Universitetində ikən yazdı və müdafiə etdi. Habermesin elmi rəhbəri isə məşhur filosof Erix Rotxakker olmuşdur. Bu araşdırmalar əsasında üzə çıxmış kitabın adı isə “Tarixdə tamamlılıq” Şellinqin fikirlərinin ikitirəliyi haqqında”. (1954)

Tezliklə Habermas Frankfurtda sosial tədqiqatlar İnstitunda Teodor Adornanın assistenti olaraq işləməyə başladı. Bu dövrü Habermasın əsl mütəfəkkir kimi formalaşdığı bir tarixi period kimi də qəbul etməliyik. O, Almaniyanın faşizmə görə utanan, öz millətindən günahlarını qəbul etmələrini, tövbə etmələrini və özünü müşahidə etmələrini tələb edən gənc nəslin nümayəndəsi idi. Bu nəslin totalitarizmin bütün formalarına , anti-demokratiyaya, millətçi şovinizmə, insansevməzliyə nifrəti, onların insan haqlarının və ya demokratik prinsiplərin pozulduğu hər bir məsələdə mübahisəyə hazır olmaqları Almaniyanın Hitlerizmin varislərindən qurtulmağında az rol oynamadı.

Habermasın mütəfəkkir kimi formalaşmağında klasik alman fəlsəfəsi ilə yanaşı Marksın fikirləri, Marksizim, həmçinin Frankfurt məktəbinin sosioloji və fəlsəfi təsiri də böyük rol oynamışdır. Habermas T.Adornadan və M.Horkhaymerdən çox şeyləri öyrənib və sonralar buna görə dəfələrlə onlara minnətdarlığını bildirmişdir. Belə ki, az sonra bəlli oldu ki, Habermas və gənc frankfurtçular fəsləfədə öz yollarını axtarırlar. Fikir ayrılıqlarından biri yaxınlığın dərəcəsi və ya əksinə fəlsəfə və siyasətin bir-birindən ayrılmasıdır. Sosial Tədqiqatlar İnstitunun liderləri bu sosial və siyasi təlatümlərin nəticəsini özlərində hiss etmişdilər və hesab edirdilər ki, siyasətdən məsafə qorunub saxlanmalıdır. Bununla isə gənc frankfurtçular və xüsusilə də Habermas razılaşmırdı. O, güman edirdi ki, fəlsəfə nəinki siyasi müzakirələrdə iştirak edə bilər, hətta iştirak etməyə və onun bir parçası olmağa məcburdur. Ancaq məsələ tək siyasi məsələlərə olan münasibət deyildi. Habermas elə bir yola girmişdi ki, o, bu yolda modern fəlsəfəni anlamaq üçün daha da uzaqlaşırdı. Frankfurt məktəbinin əsasını quranlar maariflənmə yolunu təklif edirdilər. T.Adorna Habermasa öz yolunu tapmaqda, öz yolunda hərəkət etməkdə kömək edirdi. Ancaq Horkxaymer gənc filosofun təşəbbüslərini həddən ziyadə siyasiləşmiş hesab edirdi. (Habermasın frankfurt məktəbi ilə münasibətləri haqqında daha sonra geniş məlumat veriləcək.)

Habermasın doktorluq dissertasiyasında mövzusu “İctimai struktur dəyişiklikləri” idi. O, müdafiəni Frankfurtda deyil, Marburqda etməli olmuşdur. Marburqa onu müdafiəsi üçün Marksist yönümlü sosial filosof German Abendrot dəvət etmişdir. 1961-ci ildə dissertasiya müdafiə olundu. O gündən bu yana Habermasın Abendrota həsr etdiyi “İctimai struktur dəyişiklikləri” kitabı 20 dəfə nəşr olunmağa müvəffəq olmuş və dünyanın müxtəlif dillərinə tərcümə edilmişdir. Bu kitabın 1990-cı ildə nəşr edilmiş 17-ci buraxılışının müqəddiməsində Habermas kitabdakı hansı ideyaların bu gündə ona yaxın olduğunu, hansıların isə yenidən işləndiyini ətraflı şəkildə yazmışdır. Doktorluq dissertasiyasının müdafiəsindən sonra Habermas Heydelberq Universitetində mükəmməl bir professor oldu. Hansı ki, onun bura dəvət olunmasında Karel Levit və Hans Georq Qadamerin böyük rolu olmuşdur. Varolmanın kritik əksi və şərhi Habermasın təlimlərinin yaranmasında və formalaşmasında vacib mənbələrdən oldu. O, 1964-cü ildə Frankfurta geri döndü və əvvəllər Horkxaymerin rəhbərlik etdiyi kafedrada işə başladı. 1971-ci ildən 1980-ci ilə qədər Habermas Elmi-texniki dünyanın yaşayış şəraitinin tədqiqatı İnstitutunda direktorlardan biri vəzifəsində çalışmışdır. İnstitut Münhenə yaxın Ştarnberqdə yerləşirdi və Maks Plank adına institut sisteminə tabe idi. Sonradan o, 1980-1982-ci illərdə isə Maks Plank adına Sosial Elmlər İnstitutunda işlədi. Frankfurtda dərs deməyi isə o, dayandırmamışdı. 1983-1994-cü illərdə Habermas Frankfurt-Mayn Universitetinin professoru olmuşdur. O, mütəmadi olaraq mühazirələr oxuyur, ABŞ, Avropanın və Asiyanın müxtəlif ölkələrində hesabatlarla çıxış edirdi. Habermas ilk dəfə hesabatlar seriyasını 1989-cu ildə Moskvada Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda oxudu.

Habermasın çox sayda əsərləri vardır. Əsas işləri kimi “İctimai struktur dəyişiklikləri” ( 1962) , “Nəzəriyyə və təcrübə” (1963) , “Texnologiya və elm ideologiya kimi” (1968) , “Idrak və maraq” (1968) , “Əmək, idrak, tərəqqi”. Məqalələr 1954-1979 (1973) , “Mədəniyyət və tənqid” (1973) , “Sosial elmlər məntiqi sualı üzərinə” (1973), “Siyasət, incəsənət, din” (1978).

“Kommunikativ fəaliyyət nəzəriyyəsi” 2 cild ( 1981), Az sayda siyasi yazılar , 1-4 (1981), “Mənəvi şüur və kommunikativ fəaliyyət” ( 1983), “Yeni ölçümsüzlük. Az siyasi yazılar (1985) , “Postmetafizik düşüncə” (1988) , “Gecikmiş inqilab” (1990), “Keçmiş gələcək fonunda” (1990), “Mühakimə etikasına açıqlama” ( 1991), “Mətnlər və kontekstlər” (1991), “Həqiqət və əhəmiyyət” (1992) , “Siyasi nəzəriyyənin oçerki” (1997).

1994-cü ildə Habermas 65 yaşında ikən Frankfurt universitetindəki professor vəzifəsindən istefa edir. Ancaq filosof indi yaradıcılıq gücünün çiçəklənmə dövrünü yaşayır. Habermas elə son illərdə də kitab kitab arxasıyca yazır, dünyanın müxtəlif ölkələrində mühazirələr və hesabatlar oxuyur. Öz müasirlərini Habermas daima axtarışda olmaqla, yeni ideyalar və konsepsiyalar yaratmaqla təəccübləndirir.

“Fenomen Habermas” mövzusunda çoxları mübahisələr edir və edəcəklər də. Onun fəlsəfəsinə böyük ədəbiyyat həsr olunmuşdur. Özündən əvvəlki nəslin nümayəndələri olan Q.Q.Tademeron, P.Riker ilə –müasir dövrümüzün canlı klassiki Habermes hər zaman tək fəlsəfədə deyil, həm sosiologiya, psixologiya, siyasi və hüquqi fəlsəfədə də modern mühakimələri izləyir. “Fenomen Habermas” anlayışının açıqlamasını vermiş cəmiyyətin tənqid nəzəriyyəsinin amerikalı tədqiqatçısı olan M.Ceylə də razılaşmaq olar: “ Habermasın uğurlu kariyerası bir çox aspektlərdə ona görə qəribə deyildi ki, o hər zaman ona tənqidi yanaşan insanlarla geniş və konstruktiv debatlara girməyə daima hazır idi”. Çox az dahilər var ki, nəzəri inkişafı bu dərəcədə güclü olan opponentlərlə publisistik diskusiyalara hazır olsun və bu diskusiyalar bütün həyatı boyu baş versin. İlkin iştirak etdiyi debatlar 60-cı illərdə Alman Tələbə Hərəkat üzvləri ilə olub və müsbət müzakirələrdə o, Karl Popperin davamçıları ilə müzakirələr edirdi. Sonra onun müzakirələri H.G.Qadamerinlə germeneftika və Niklos Lumanla sistem nəzəriyyəsi , postmodernizmlə bağlı müasir ziddiyyətlər və Almaniyada vəziyyətin “normallaşdırılması” mövzusunda olurdu. Habermas özünü məsul, cəsur, məsuliyyətli , cəmiyyətdə müəyyən mövqeyi olan bir intelektual kimi göstərirdi. Habermas başqalarından öyrənməyə hər zaman dözümlülük nümayiş etdirirdi.

M.Cey haqlı olaraq Habermasın fəaliyyətini “kommunikativ rasionallıq” gücünün ən yaxşı nümunələrindən hesab edir. Daha çox Habermasın ideya və konsepsiyalarını teoriya və təlimlərə aid mübahisələrin (polemika) müəyyən nəticəsi olaraq xarakterizə edilməsi ona təsir etmişdir. Habermasın ideyalarının, konsepsiyalarının, işlərinin (əsərlərinin) xarakteristikasına keçmədən öncə ölkəmizdə bütün bunların qəbul olunmağını qeyd etmək lazımdır. 60-70-ci illərdə Habermas haqqında yazanlar onu marksist düşərgəsində “pis təsir bağışlayan” təftişçi (revizor) kimi ifşa edən Sovet yazarları idi. Marksist ortodokslarının kimisə təftişçi (revizor) çıxarmaq üçün özlərinin əsasları olur.

Gördüyümüz kimi Habermas öz yaradıcılığında həm Marksın, həm də hələ 20-30-cu illərdə Qərbdə əhəmiyyətli təsiri olan və bu təsiri 50-60-cı illərə qədər qoruyub saxlayan marksist fəlsəfədən uzaq düşmüşdü. Söhbət Lukaş, Korş, Markuze, Horkxaymer və Adornanın adı ilə bağlı olan marksisizmdən gedir. 80-ci illərin əvvəllərindən etibarən Habermasın yaradıcılığında demək olar ki, geniş oxucu kütləsi tərəfindən bilinməyən yeni və məhsuldar bir dövr başlayır. Habermsasın əsərlərini rus dilinə tərcümə olunmamışdır və bizim ədəbiyyatda (rus) onun əsərləri, işləri Qərbdə , Şərqdə və Latın Amerikasında olduğu kimi qəbul olunmamışdır.

 


Filosof.historic.ru
Tərcümə: Asya Cəlilova

 

Yuxarı