post-title

Gənclər Avropaya müraciət etdi

Azərbaycanın yenidən qalib gəlməsi üçün bütün Avropaya müraciət edilib: “Bu gün Avropanın mədəniyyət ürəyi Azərbaycanla döyünür. Bakı “Eurovision-2012”-nin ev sahibidir. Bu yalnız ötən müsabiqədə Azərbaycanın qələbəsi demək deyil, həm də Qərblə Şərqin mədəni siyasi qovuşmasıdır.

 

 

Qədim sivilizasiya məkanı olan Şərqlə müasir demokratiyanın mərkəzi Qərb arasındakı qızıl körpü olan Azərbaycan tarix boyu mədəniyyət və sivilizasiya ötürücüsü olub. Əsrin əvvəllərində Şərqin ilk demokratik respublikasının da burda qurulması bunu təsdiq edir. Bu gün az müddət öncə İslam mədəniyyəti paytaxtı olan Bakının “Eurovision-2012”-yə ev sahibliyi etməklə həm də tarixi ənənəni bir daha yaşatmış oldu.

Şərq despotizminin tüğyan etdiyi Azərbaycanda Avropa adına assosiasiya olunan müsabiqənin keçirilməsi Azərbaycanın demokratik qüvvələrini də fəallaşdırdı. Bu fəallıq Azərbaycandakı ağır vəziyyəti dünyaya çatdırmaqla yanaşı, universal dəyərlər olan insan hüquqlarına, demokratiyaya hər kəsin ehtiyacı olduğunu bir daha sübut etdi. Dünyanın ən məşhur xəbər agentliklərinin Azərbaycanda insan hüquqları barədə ard-arda məlumatlar verməsi, Avropanın nadir qeyri-demokratik ölkələrindən birində demokratiyanın inkişafı baxımından xeyli əhəmiyyətli oldu.

Biz Azərbaycan gəncliyi olaraq Avropanın demokratik ictimaiyyətinə üz tuturuq. Dəstək verin və bu dəfə də Eurovision mahnı yarışmasının qalibi Azərbaycan olsun. Dəstək olun ki, Şərqin ilk demokratik respublikasını quran Azərbaycan xalqının avtokratiya tərəfindən boğulan səsi bir daha yüz milyonlarla insan tərəfindən eşidilsin, bir daha Avropa Şurasının üzvünün vətəndaşlarının haqq etdiyi idarə üsuluna qovuşması üçün daha bir imkan yaransın.

Biz sizdən dəstək gözləyirik. Bu dəstək həm Azərbaycan mədəniyyətinə, həm də bu ölkədə cəza çəkən onlarla siyasi məhbusun o cümlədən 7 jurnalistin azadlığına, ümumilikdə demokratiyaya fayda versin. Siz də dəstək verin ki, gələn il Eurovisionun ev sahibi Demokratik Azərbaycan olsun!”
 
Gənclərin Hüquqların Müdafiə Komitəsi

 

Today Europe’s cultural heart is beating in Azerbaijan. Baku is hosting Eurovision 2012. This means not only Azerbaijan’s last year victory, but symbolizes the political and cultural unity of the west and east. Azerbaijan, always throughout history served as a golden bridge between the Eastern ancient culture and modern Western democracy, transferring cultural and civil values.

The foundation of the first democratic state in Azerbaijan is a perfect proof, in fact. Just recently, Baku was selected as a capital of Islamic Culture and now it hosts Eurovision 2012 – this is the preservation of above mentioned historical traditions. The hosting of Eurovision in Azerbaijan, where eastern style despotism is currently raging wildly, certainly activated democratic powers. 

This activation, first of all, helped to inform international society about the terrible situation in Azerbaijan and highlighted the mandatory and universal need of everyone in basic human rights and democracy.
 

Continues reports of various international news agencies on the situation in Azerbaijan, had promoted the development of democracy in one of rare undemocratic states of Europe. We, the youth of Azerbaijan are now addressing European Society. We kindly ask you to support our country’s representative, so Azerbaijan will win once again.

Please support us, so the voice of the nation, which created the first democratic republic in the East and now is struggled with authoritarian regime, can be heard once more. We expect support from you. This support will be for the benefit of Azerbaijan’s culture, as well as to the dozens of political prisoners among which there are 7 journalists and for the benefit of democratic development in general. Please support us, so next year DEMOCRATIC AZERBAIJAN will be hosting Eurovision.

Yuxarı