post-title

Quran niyə möcüzə deyil

Quran mətnində çoxsaylı orfoqrafik səhvlər var ki, onların əksəriyyəti mövcud olan lap ilkin əlyazmalarına, yəni bizim eranın VIII əsrinə gedib çıxır. Bu, ona işarə edir ki, yanlışlıqlar elə orijinal mətnlərdə mövcud olmuşdur. Bu deməkdir ki, özünün bəyan etməsinə baxmayaraq, Quranı səhvlərdən qoruyan İlahi qüvvə yoxdur.

 

 

İçindəkilər

I     Qısa xülasə

II    Linqvistik problemlər

a)     Quranın üslubu

b)    Qeyri-mükəmməl qrammatika

c)     Yabancı sözlər

d)    Yazı qaydaları (orfoqrafik) yanlışlıqlar

e)     Sonuc

III    Müxtəlif fərziyyə və oxumalar.

IV    Elmi problemlər

V     Tayfaöncəki inkişaf mərhələləri

VI    Tarixi problemlər

VII   Daxili təzadlar

VIII  Ləğvetmələr doktrinası

IX    İblisi ilham doktrinası

X      Sonuc

 

I

Qısa xülasə

Hesab edilir ki, dilinin gözəlliyi ilə daxili məzmununa görə Quran möcüzədir. Aşağıda göstərəcəyimiz kimi, Quranın güman edilən dil gözəlliyi şübhəlidir, məzmunu isə heç də möcüzəvi deyil.

Quranı elmi ekspertizadan keçirib bəlli etmişik ki, bu kitab fərqli fərziyyə və oxunuşlara malik linqvistik, elmi və tarixi problemlərlə, habelə daxili ziddiyyət və uyğunsuzluqlarla, problematik doktrinalarla, qadağa və iblisi ilhamla doludur.

Bu problemlərin aşağıdakı analizi  belə bir qaçınılmaz nəticəyə gətirib çıxarır ki, Quranın möcüzəvi tərəfi yoxdur.

II

Linqvistik problemlər

Ərəb dili arami dilindən törəmiş dildir. Quranda istifadə edilən ərəb dili Fərat çayından qərbdə yerləşən bölgədə bizim eranın IV-V yüzilliklərində yaranıbdır. İlk dönəmlərdə bu dil cənubi İraqda əl-Kufadan təxminən üç mil uzaqlıqda əl-Hira ətrafında, əl-Münazər adlı xristian tayfaları arasında cəmləşirdi.  Sonralar onlar bu dili Bağdaddan qərbə doğru, Firatın əl-Ənbər bölgəsinə yaydılar. Ərəb dilinin ilk daşıyıcıları əl-Hira və Əl-Ənbər adlı xristian tayfaları olmuşlar. Getdikcə, ərəb dili Firatdan qərbə doğru uzanan bütün ərazidə üstünlük təşkil etməyə başladı. Çox guman ki, ərəb dili adlanan bu dil “qərbi” sözündən əmələ gəlib.  Ərəb dili Levanta təsir edib, ticarət və xristianlıq vasitəsilə Məkkə və əl-Hicaza kimi yayılmışdı.

a)     Quranın üslubu

Quranın üslubu şifahi deklamasiyaya xüsusi olaraq uyğunlaşdırılan qafiyəli ritorik nəsr və lirik quruluşun qarışığından ibarətdir. Bu qarışıq üslub Məhəmmədin zamanında Ərəbistanda ümumi və sevimli quruluş üslubu idi. Quran üslubunda üstünlük təşkil edən qafiyəli nəsr heçbir ölçüyə riayət etmir, o, bütpərəst Ərəbistan kahinləri tərəfindən işlədilirdi. Quran VI-VII yüzilliklərdəki Ərəbistanın Qureyşı qəbiləsinin ləhcəsi və üslubuna uyğundur, bu səbəbdən də özündə özgür səma mənşəyini əks etmir. (Qısa İslam Ensiklopediyası, s. 228)

Quranda qafiəyə daima riayət olunur. Qafiyəyə görə söz düzümü və fe′llərin biçimi dəyişdirilir, isimlər də yanlış yazılır (örnəyin, bitmiş keçmiş zaman yerinə bitməmiş keçmiş zamanın istifadəsi). Bu, çox vaxt Quran mətnini təhrif edir və oxunuşa ikimənalılıq gətirir. Qafiyəni qoruyub saxlamaq üçün Sina dağını Sina yerinə (əl-Muminun surəsi 23:20 olduğu kimi) Sinin adlandırırlar (əl-Tin surəsi 95:2). Eyni bu qaydada İlyası İlyas yerinə (əl-An’am surəsi 6:85 və əl-Səffat surəsi 37:123) İlyasin adlandırırlar (əl-Səffat surəsi 37:130). Qafiyə tələblərini təmin etmək üçün müəyyən hallarda predmetin məğzi də dəyişdirilir. Əl-Haqqə surəsi 69:17 Allah kürsüsünü tutan mələklərin yerinə yersiz olan “səkkiz” sözü işlədilir, çünki “səkkiz” rəqəmi burada heçbir teoloji məna daşımasa da, ərəb sözü “səkkiz” qafiyə üçün bu beytə çox uyğun gəlir. Əl-Rəhman surəsində (surə 55:46) iki səmavi bağ haqda danışılır. Hər bağın iki fəvvarəsi, iki  növ də meyvəsi var və s. və i.  “İki” rəqəmi sadəcə ona görə işlənilir ki, ərəb dilində ikili bitmə bu surədəki qafiyəni saxlayan hecaya uyğun dəlir. Islamaqədərki tarixdə Ərəbistan sivilizasiyadan kənarda olsa da, qısaömürlü Kind krallığı (480-550) dönəmi  b.e. VI əsri ərəb ədəbiyyatının doğuşunu görür. VI-VII-ci yüzilliklərdə şairlik istedadı çiçəklənməkdə idi. Ən ünlü poema “Yeddi qızıl mədhiyyə” poeması idi. Faktiki olaraq bu, o dövrün şair və natiqlərinin ənənəsi idi. Onlar öz əsərlərini Məkkədə Kəbə divarlarına asırmış ki, hər kəs onları oxuyub söyləyə bilsin. Məhz buna görə onlar “asılmış” olaraq tanınırdı (əl-Müallaqat). Bu yolla şair İmru-əl-Qaysın məşhur poeması üzə çıxmışdı (d.540). Bu poemadan bir neçə misra Qurandan tapılmış (əl-Qəmər 54:1, 29, 31; əd-Dua 93:1, 2; əl-Anbiya 21: 96; əl-Səffat 37:61).

Quranda Məhəmmədin müasirləri olan tanınmış şairlərin, natiqlərin sözləri, fikirləri və üslubu tapılıb. Onlardan: Kus ibn Səid əl-Ayadi (d.600), Kumaya ibn Abi əl-salat (d. 624), əl-Həsin ibn Hamam (d. 611) (əl-Araf 7:8,9), Varaka ibn Nofal (d. 592), və Antara əl-Abasi (d. 610). Nəinki Məhəmmədin müasirləri olan şair və natiqlərin bəzi əsərləri, eləcə də Nadir ibn Hərizə (canon Sell, Studies, p. 208), Həmzə ibn Ahid, və Musailam (McClintock and Strong, Cyclopedia, V:152) kimi şəxsiyyətlər də tapılmışdı. Onu da sözgəlişi qeyd edək ki, bu şəxslərin əsərləri Quranın başqa  mətnlərindən daha keyfiyyətli, dil baxımından daha ifadəli yazılmış.  Bundan başqa, cinlərə bütöv bir fəsil həsr edilir - 72-ci surə, əl-Cin surəsi. Bu surənin əksər şeirləri Quran üslubunda olan  cinlərin sözləridir. Bundan başqa,  əl-Najm surəsində İblis öz iblisi şeirlərini də daxil etmiş (əl-Najm 53:19-23), sonralar onlar götürülmüş.

Məşhur İran-ərəb müsəlman alimi Əli Dəşti öz kitabında (“Tüenty Three Years: A study of the Prophetic Career of Muhammad,” Allen and Unüin, London, 1985) aşağıdakıları yazır:

“Fanatizm” və şişirtmənin üstünlük təşkil etmədiyi ilkin dövrlərdə müsəlman alimlərinin arasında İbrahim ən-Nəzzam kimiləri var idi ki, onlar Quranın sistemləşdirilməsini və sintaksisini (cümlə quruluşunu.- Tərcüməçidən.) möcüzəvi saymır və bunu açıqca etiraf edirdilər. Onların fikrincə, buna bərabər və ya bundan daha da dəyərli əsər başqa Allah bəndəsi tərəfindən də yaradıla bilər” (s.48). “Geniş yayılmış fikir var ki, Əbu-Əla əl-Maari (979-1058) adlı kor suriyalı şairin yazdığı “Ketab əl fosul vaal-qayyət” əsərinin bir hissəsi Quranda təqlid şəklində mövcuddur.” (s.48)

“Quranda elə cümlələr var ki, təfsirlərin yardımı olmasa onlar yarımçıq qalır və tam anlaşılmır. Quranda əcnəbi sözlər, qeyri-məlum ərəb sözləri və qeyri-normal anlamda işlənən sözlər var. Quranda sözlər cins və say hallanma qaydalarına riayət edilmədən dəyişilir. Bə′zən mənbələri olmayan qeyri-qrammatik şəkildə işlənən əvəzliklər də qeyri-məntiqidir. Qafiyəli pasajlarda xəbər və mübtəda çox vaxt bir-birindən uzaq düşmüşlər. Dildə bu və bu kimi pozuntular Quranın gözəl dildə yazıldığını inkar etməyə səbəb verir. Bu problem dindar müsəlmanların ağlını da məşğul etdiyindən təfsirçiləri izah etməyə məcbur etmişlər. Çox guman ki, bu izahlar oxunuşa dair fikir ayrılıqlarına səbəblərdən biri olmuş.” (s.48,49)

Quranı diqqətlə oxuduqda  məlum olur ki, uzun surələrin çoxu Məhəmmədin Məkkə və Mədinədə olduğu dövrlərdəki nitqlərindən tərtib edilmişdi. Bu surələrin mövzusu hüquqi məhdudiyyətlərdən tutmuş peyğəmbəranə hekayələrə, əxlaqi təlimlərdən Allahı mədh etməyə qədər dəyişir. Başqa surələrdə müxtəlif mövzuların arasında məntiqi bağ daha da qopuqdur. Bu səbəbdən də Quran olduqca ardıcıllıqsız bir kitabdır. Bu kitab, ardıcıllığa, mövzu ya da mətləbə hörmət edilmədən kəsik-kəsik mətn və pasajlardan toplanmış qeyri-ahəng bir bütündür.

b)    Qeyri-kamil qrammatika

Quranın aydın, parlaq ərəb dilində yazıldığı söylənilsə də (əl-Nahl 16:103; əl-Shu’ara 26: 195; əl-Zumar 39:28; əl-Shura 42:7; əl-Zukhruf 43:3), qeyri-mükəmməl ərəb qrammatikasına, yabancı sözlərin işlədilməsinə və yazı qaydalarının pozulmasına görə bu fikri ədalətli saymaq olmaz. Quranda çoxlu qrammatik yanlışlıqlar var. Buna bir neçə örnək:

*(əl-Ma′idah 5:69) Alsabeoun ərəb sözü Alsabieen olmalıdır;

(əl-Baqarah 2:177) alsabireen ərəb sözü alsabiroon olmalıdır;

(əl-İmran 3:59) fayakoon ərəb sözü fakaana olmalıdır;

(əl-Baqarah 2:17, 80, 124; əl-A′raf 7:56) qaribum ərəb sözü qaribtun olmalıdır;

(əl-A′raf 7:160) asbatan ərəb sözü sebtan olmalıdır;

(Ta Ha 20:63) Hazani lasaberani ərəf ifadəsi Hazaini Lasahirieni olmalıdır;

(əl-Həcc 22:19) ikhtasamu fi rabbihim ərəb ifadəsi ikhtasama fi rabbihima  olmalıdır;

(əl-Tawbah 9:62, 69) kalladhi ərəb sözü kalladhina olmalıdır;

(əl-Munafiqun 63:10) Akon ərəb sözü Akoon olmalıdır;

(əl-Nisa′ 4:162) Almuqimeen ərəb sözü Almuqimoon olmalıdır;

Tanınmış müsəlman alimləri Əli Dəşti və Mahmud əl- Zamanşari (1075-1144) Quranda ərəb dilinin qrammatik qaydaları və struktur (quruluş) normalarından 100 dəfədən çox kənara çıxdığını qeyd edirlər (Ali Dashti, Tüenty Three Years; A study of the Prophetic career of Muhammad, Allen and Unwin, London, 1985, p.50).

c)     Yabancı sözlər

 Böyük müsəlman dilçisi və təfsirçisi Cəlal əl-Din əl-Suti (d.1505) və Artur Ceffriyə görə, Quranda fars, assuriya, suriya, ivrit, yunan, kont və efiopiya dillərindən alınmış 107-275 yabancı söz var. Aşağıda buna bir neçə örnək verilir:

Fars dilindən: Ara′ikİstabraq (əl-Kahr 18:31) taxtparça anlamında.

                     Abariq (əl-Waqi′ah 56:18) kuzələr anlamında;

                      Ghassaqan (əl-Nəba′ 78:25) irin anlamında;

                      Sijjil (əl-Fil 105:4) bişmiş gil anlamında;

Arami dilindən: Harun və Marut (əl-Baqarah 2:102),

                          Sakina (əl-Baqarah 2:248);

İbrani dilindən: Ma′un (əl-Ma′un 107:7) mərhəmət anlamında,

                          Ahbar (əl-Tawbah 9:31) rəbbilər, keşişlər anlamında;

Efiopiya dilindən: Mishkat (əl-Nur 24:35) camaxatan, divar oyuğu, taxça

                              anlamında;

Suriya dilindən: sura (əl-Tawbah 9:124) fəsil anlamında,

                         Taghut (əl-Baqarah 2:257; əl-Nahl 16:36) bütlər anlamında,

                           Zəkat (əl-Baqarah 2:110) sədəqə anlamında,       

                           Fir′awn (əl-Muzzammil 73:15) Firon anlamında;

Kopt dilindən: tabut (əl-Baqarah 2:243) Nuhun gəmisi və ya mücrü anlamında.

Bu yabancı sözlərdən bə′zilərinin dəqiq mə′nasını Məhəmməd bilmirdi, çünki o dövrdə bu sözlər hələ ərəbləşməmişdi. Bu səbəbdən də Məhəmməd onları yanlış işlədirdi. Örnəyin, arami dilinin “Furqan” sözü “girov pulu, fidiyə” deməkdir. Məhəmməd bu sözü “ixtira” və “ölçü”  kimi işlətmişdi (e.g. əl-Furqan 25:1). Arami dilinin “mila” sözü “söz” anlamındadır. Quranda bu, “din” kimi işlənir (əl-Baqarah 2:120, 130, 135 və s.). Yəhudi sözü “ilyön” (əl-Mutaffifin 83:18,19) “ən yüksək” deməkdir. Məhəmməd bunu “səmavi kitab” kimi işlətmiş (əl-Muttaffifin 83:20).

Ən ilkin islam təfsirçiləri, özəlliklə də Məhəmmədin yaxın qohumu Abd Allah ibn Abbasla əlaqəsi olanlar yabancı sözlərin mənşəyinin tapılması və mənasının izahına çox maraq göstərirdilər. Bütün dillərin yaradıcısı — Tanrı — yəqin ki əcnəbi sözlərin qatqısı olmadan gözəl ərəb dilində danışa bilərdi, axı   Quranda vurğulanır ki, Tanrının əbədi dili təmiz ərəb dilidir! Buna görə də Quranın İlahi mənşəyi olduqca şübhəlidir.

d)       Yazı qaydaları  (orfoqrafik) yanlışlıqlar

Quran mətnində çoxsaylı orfoqrafik səhvlər var ki, onların əksəriyyəti mövcud olan lap ilkin əlyazmalarına, yəni bizim eranın VIII əsrinə gedib çıxır. Bu, ona işarə edir ki, yanlışlıqlar elə orijinal  mətnlərdə mövcud olmuşdur. Bu deməkdir ki, özünün bəyan etməsinə baxmayaraq, Quranı səhvlərdən qoruyan İlahi qüvvə yoxdur. İndiki dövrdə istifadə olunan indus, pakistan, suaxili, fars, misir, türk və s. dillərdə nəşr olunmuş müxtəlif Quran versiyaları mövcuddur. Bunların hamısı orfoqrafik səhvlərinə münasibətdə ziddiyyətlidirlər. Bəzi versiyalarda əlavə hərflər ləğv edilir, bəzilərində sait işarələri əlavə edilir, digərləri isə çatışmayan hərfləri əlavə edir. Qurandakı orfoqrafik səhvlərinə bir neçə örnək:

1.     Bu yazı yanlışlıqlarından ən ciddisi “Hə” və “Yox” radikal biçimin (formanın) anlamını dəyişir, çünki əksər durumlarda inkar üçün işlənən  “la” ərəb sözü əlavə “əlif” hərfiylə müşayiət olunur. “La” sözü “yox” deməkdir, “l” ərəb hərfi  sözə əlavə ediləndə isə “yox” sözünün əksi olan “əlbəttə” anlamını verir.

Bu ciddi yanlışlığa bir neçə örnək aşağıdakı şeirlərdən tapılmış:

əl-Namə 27:21;

əl-İmran 3:158;

əl-Səffat 37:68;

əl-Taübah 9:47;

əl-İmran 3:167;

əl-Hashr 59:13.

“La” sözündən sonra əlavə “əlif”in ləğv edilməsi oxunuşu düzəldir.

2.     Misir Quranının 1924-cü il nəşrində 9000-dən çox yuxarıda qeyd edildiyi kimi “əlif” əlavəsi var. Bu “əlif” əlavələri müasir zamanın icadıdır, bununla da “əlif”in qətiyyən olmadığı Quranın ən ilkin əlyazmalarındakı minlərlə səhvi düzəltmək üçün istifadə edilir (əl-Fatihah 1:1-4,6; əl-Baqarah 2:110, 126; Ta Ha 20:63; və b.).

Bu deməkdir ki, Quranın özgün (original, ilkin) mətni bütün bu səhvləri özündə daşıyırmış. Faktiki olaraq, Quranın giriş cümləsində (“Allahın adıyla”) yox olmuş “əlif”in üç səhvi var: ikisi tələffüz edilməyən (bism). Tanrını bildirən “Allah” ərəb sözü “əlif”siz 2700 dəfə yanlış yazılıb. Quranın ən əski əlyazmalarında insanı bildirən “əl-ənsaan” “əlif”siz yanlış yazılıb. Quranın bəzi müasir nəşrlərində düzəliş məqsədiylə itmiş “əlif”lər artırılmış.

Bə′zi hallarda buraxılmış “əlif” ciddi şəkildə mə′nanı dəyişir. Misal üçün, Mühəmməd 47:4-də “qutilu” sözü “əlif”siz yazıldığına görə “öldürülmüş” anlamını verir. “Qaatalu” sözü isə “mübarizə aparırdı” deməkdir. Artıq “əlif”lər

 “sukun” işarəsilə tələffüz edilməyənlərə çevrilmişdilər. Yazı qaydalarını düzəltmək amacıyla (əl-Tawbah 9:47; Kojura 11:68; əl-Furqan 25:38; əl- Ankabut 29: 38; əl- Najim 53:51; əl-A′raf 7:103; Yunis 10: 75, 83; Kojura 11:97; əl-Muminun 23:46; əl-Qasas 28:32; əl-Zukhruf 43:46; və b.)

3.     Ərəb sözü “shadda” sait səsin ikiqat olmasına işarə edən daha sonrakı dönəmlərin artırmasıdır, amma onun işlənmə qaydalarına dair fərqli baxışlar var. Faktiki olaraq, 1924-cü ildə işıq üzü görən Quranın Misir nəşrində 1909-cu ildə çıxan Türkiyyə nəşrindən 3380 dəfə çox “shaddas” var (əl-Baqarah 2:78 və b.). Bə′zi hallarda “shadda” artırmaları şeirin mənasını dəyişir. Örnəyin, əl-Baqarah 2:222-də “shadda” sözünün olub-olmamasından asılı olaraq bir-birinə zidd fikirlər ortaya çıxır. Əgər “yathurna” “shadda”sız işlənərsə, şeirdəki anlam belədir: aybaşısı olan qadınla cinsi ilişki bu dövrün bitməsindən sonra, qadın hələ özünü təmizləməmiş izin verilir. Eyni bu söz “shadda” ilə, yəni “yattahirna” ilə, birlikdə işlənirsə, şeirdə deyilir: cinsi ilişkiyə aybaşısı olan qadın özünü təmizləyəndən sonra ola bilər. Əl-İmran 3:37-də olan “shadda” ilə “Wakafalaha” sözü  Zakariyanın Məryəmə qayğı göstərdiyinə işarə edir. “Shadda”siz “Wakafalaha” sözü Allahın Zakariyaya Məryəmiin qayğısını çəkməsi tapşırığını göstərir. Faktiki olaraq, “Allah” sözündə “shadda” yanlışdır, çünki sözə üçüncü “l” hərfini artırıb sözü “Alllah” şəklinə salır.

4.     Artıq hərflər tələffüz edilmir ya da onlara heç fikir verilmir. Örnəyin, artıq  “waw” “həmrə” yardımıyla tələffüz edilməyənə dönüşüb (əl-Ma′idah 5:29). Artıq “l” əl-An′am  6:32-də diqqətə alınmır. Artıq “dal” əl-Ma′idah 5:29-da diqqətə alınmır; və b. Bundan başqa, çatışmayan hərflərə də çoxlu örnək var:

əl-Ə′raf 7:196, Kurayş 106:2; və b. (itmiş “ya”);

əl-Zukhruf 43:13, əl-İsra 17:7; əl-Ma′arij 70:13 və b. (itmiş “waw”;

əl-Anbiya 21:88; Yusuf 12:11 (çatışmayan “nun”);

əl-baqarah 2:245; əl-A′raf 7:69 və b. (buraxılmış “sin”).

5.     “U” ərəb hərfinin iki nöqtəsi buraxılanda uzun “a” saiti kimi tələffüz edilir. Amma bu məsələdə fikir ayrılığı olduğundan Quranın müxtəlif müasir nəşr fərziyyələrində buna fərqli yanaşılır. Bu problemə örnəklər:

əl-İmran 3:28; əl-Bagarah 2:98; əl-Dhariyat 51:47; Fussilat 41:20; əl-Kahf 18:70.

6.     Aşağıdakı şeirlərdə “t” ərəb hərfi düzəldilib iki nöqtəli “h” ərəb hərfiylə birgə yazılmalıdır: əl-İmran 3:61; əl-Araf 7:56; əl-Nur 24:7; və başqaları.

e) Sonuc

Yuxarıda deyildiyi kimi, bəlağətli, gözəl ərəb dili Məhəmmədin zamanında həm savadlılar, həm də savadsızlar içində adi hal idi. Məhəmmədin savadlı olmasına dair tutarlı sübutlar var. O məktublarda rəqəmləri, hesabı oxuya bilən başarılı bir tacir idi. Həmçinin o, kral və dövlət başçılarına islamı qəbul etməyə də′vət edən bir neçə məktub yazmışdı. Quranın əl-Abad 96:1-5; əl-Nahl 16:98; əl-İsra 17:14, 45, 106; və əl-Furqan 25:5 surələrində onun  savadlı olduğu söylənilir. Əl-İmran 3:20; əl-Jum′ah 62:2 və əl- A′raf 7:157-158 surələrindəki “ummu” ərəb sözü bisavad anlamında deyil. Bu söz, nə yəhudi, nə də xristian olmayanlara deyilir. Lakin Məhəmməd  hətta bisavad idisə də, qeyri-kamil ərəb dilində və kələ-kötür ədəbi üslubda yazılmış, dili  bəlağətli, gözəl sayılan Quran  tarixi kontekstdə heç də qeyri-adi deyil.

Quranın linqvistik mükəmməlliyinə dair islam iddiasi yalan və əsassızdır. Linqvistik anlamda Quran möcüzə deyil. Qrammatik, orfoqrafik yanlışlıqların və əcnəbi sözlərin mövcudluğu Quranın İlahi mənşəyinə qarşı tutarlı dəlildir. Hərşeyə Qadir və hərşeyi bilən Həqiqi Tanrı kitab yaratsaydı, o, birini digərinə qurban vermədən həm qrammatika, həm də dil gözəlliyi yönündən çox gözəl əsər yaradardı.

Endrü

Mənbə: Three Lotus

Rus dilindən çevirən: İlahə Ucaruh

Yuxarı