post-title

Çinarın xiyar bitirməsi (povestin sonu)

Bu Hacıbala ilə də Təhsil naziri yol getmillər. Daim o bundan, bu da ondan prezidentə məlumat ötürür və bir-birini döydürürlər. Indi də bu məktub düşüb Hacıbalanın əlinə. Qışqırıb aləmə car çəkir.

 

-Bəs bu hovuzun qırağını niyə hasarlamırsınız. Yazıqlar özlərini boş hovuza atırlar.

-Əşşi inan bu hovuza elə kəllə vurur ki o uzunburun da, pələqulaq da, Hacıbala da. Valalh söz vermişəm- özlərini yaxşı aparsalar hovuza su da vuracam. Cəddinə qurban vaxt gedir-gör o xiyarı necə aşağı sala bilirsən. Səndən əvvəl tanış polis vardı-onu gətirdim ki bəlkə qorxub düşə aşağı. Amam xeyri olmadı.

Bu zaman Hacıbala ordan bar-bar bağırırdı- direktorun harınlamış qoçu kəndin ilk YAP-çısı Abid Qəribovu vurub şikəst elədi. Dəlilərin içindən biri- “yoox, mən qoç zad görməmişəm” demişdi ki uzunburun onun dalına elə bir təpik ilişdirdi düz hovuzun ortasına düşdü. Sonra da uzunburun dedi-sən Şərifovsan, o Qəribov. Cin ayrı şeytan ayrı.

Seyid “ya bizimkilər” deyib də əlini qaşının üstünə qoyub yuxarı boylandı. Dəlinin düz gözlərinin içinə baxa-baxa- aşağı düş kopolu, bu saat başına siyəcəm haa-dedi.

Onda gördülər Hacıbala ildırım sürəti ilə düşdü aşağı. Hətta yerə 3-4 metr qalmış yıxıldı da. Və deyəsən qolu sındı da. Amma Nağdalıyev buna fikir vermədi- tez məkyubu dəlinin əlindən alıb:

-Sənin cəddinə şəkk eləyənə lənət Seyid! Al bu da məktub. Istəyirsən özüm bu dəqqə poçtla yola salım.

-Yox bəri ver görüm.

Nağdalıyev məktubu Seyidə verdi və Seyid məktubu lap Tom-Cerridə it anlaşmanı pozub kağızı cıran kimi cırdı. Nağdalıyev onun cibinə xeyli pul basdı:

-Qardaş, bu atüstü hörmətdi hələ. Gəlib sənin ocağına baş çəkəcəm. Başqa müşküllərim də var.

-Hamıya açıqdı qapımız.

Bu vaxt Seyidə zəng gəldi-qızı idi. Anamın vəziyyəti ağırdır- dedi. Seyid tələsik evə qayıtdı.

Seyid Tofiqin gədəsinin toyuna gedə bilmədi. Arvad canını tapşırdı toya qədər. Tofiq də qonşuluqdan keçəmmədi- toyu molla toyu kimi elədi-musiqisiz, araqsız. Toyun araqsız –fialnsız olduğunu bilən Mirsədi heç toya gəlmədi də. Seyid isə Tofiqin atasının göruna söydü ki kopolu gərək bizim arvadın ölümünə görə musiqini, arağı təxirə salmayaydı. Sonra da öz-özünə dedi-pişiyin könlü samanlıqdaydı, it də vurdu ora saldı. Kopolu Mirsədi hər dördüncü gün çimib-təmizlənib Quranı da götürüb gedir dostunun dul qalmış arvadının yanına-dostuna dua oxumağa. Bu gün də yüz faiz ordadı. Qoy başım açılsın onun bu əməlini elnən bir edəcəm. Axx, nə kamera qoya biləydim o Mirsədinin dostunun dul qalmış arvadının evinəə. KQB-də görən seyid zad varmı öyrədələr evə kamera qoymağı adama.

Dəfn günü məktəbin az qala bütün heyəti orda idi. Seyidin həm iki uşağı məktəbdə oxuyurdu, həm də qızı məktəbdə müəllimə idi. Həm də özü hörmətli şəxs idi. Məktəb kollektivi beş-altı da əklil düzəltmişdi şam ağacından. Seyid bu şamlara nifrətlə baxdı. Hətta gedib yoxladı da ki görüm rənglənib ya yox. Amma bu şamlar əsl şam idi-rənglənməmişdilər.

Bəxtiyar Hidayət

Yuxarı