post-title

Məhləmizin yaxşı oğlanları

Bu yaxınlarda yaxşı oğlanın bacısı haqqında bir neçə yazı yazıldı. Əvvəlcə Günel Mövlud yaxşı oğlanın bacısının əslində necə olmalı olduğu barədə yazdı, Zaur Qurbanlı isə günümüzdəki yaxşı oğlanın bacısının necə olması barədə. Mən isə cəmiyyətdəki yaxşı oğlanlar barədə bir az danışacam.

 

 
Əvvəlcə onu qeyd edim ki, əvvəllər təkcə böyük şəhərlərdə, əsasən də Bakıda olan yaxşı oğlanlara indi hətta kiçik qəsəbə və kəndlərin hər tinində rast gəlinir. Belələrini uzaqdan görəndə belə tanımaq mümkündür.
 
Yaxşı oğlan üçün paltar çox önəmlidir. Paltar, ilk növbədə, dar, ağ və ya qara rəngdə olmalı, paltar əsla petux-metuxun geyindiyi kimi qırmızı, yaşıl, çəhrayı, sarı rəngdə olmamalıdır. Ayaqqabının rəngi də qara olmalıdır. Yayda “vyetnamka” geyinmək olar, ama bir şərtlə ki, söhbətə, razborkaya mütləq qara ayaqqabı geyinilsin.
 
Bədən də önəmlidir bizim yaxşı oğlanlar üçün. Yaxşı oğlan daha çox kultirizm, ağırlıq qaldırma, trenajor kimi bədən əzələlərini böyüdən və nümayiş etdirən idman növləriylə məşğul olmalı və dar paltarı geyinib bədənini və məməsinin uclarını məhlədəki və məhlədən gəlib-keçən qızlara nümayiş etdirməlidir. İdmanla məşğul olmursa, geyindiyi paltarın darlığını artırmalıdır ki, sinəsi və məməsinin ucları daha yaxşı görünsün.
 
Yaxşı oğlan mayka da geyinmir, bədənin formasını daha yaxşı nümayiş etdirmək üçün. Geyindiyi dar şalvarının fonunda arxadan diqqət çəkən götü isə bu oğlanın yaxşı oğlan olmasını arxadan baxanda da nümayiş elətdirir.
 
Yaxşı oğlan heç vaxt kitab da oxumur, bədii ədəbiyyat bir yana, heç məktəbdə keçirilən dərslər belə bu cür oğlanları maraqlandırmamalıdır. Belələri üçün kitab oxuyan, savadlı olan hər kəs petux və ya buna bənzər bir şeydir.
 
Onlar həmişə lotu jarqonuyla danışır, cəmiyyətdə özlərindən yüksək mövqe tutan biriylə sözləri çəpləşəndə isə bundan daha çox istifadə edirlər, qarşısındakının bu dildə danışmaması isə onun qorxması anlamına gəlir bu yaxşı oğlanların aləmində.
 
Yaxşı oğlan rock kimi şeytan musiqilərinə də qulaq asmır, kənddəki yaxşı qızın İbrahim Tatlisesə, Mahsun Kırmızıgülə, şəhərdəkinin isə Justun Biebere qulaq asdığı kimi yaxşı oğlan da düşüklükdə bu manıslardan geri qalmayan, hətta onları xeyli geridə qoyan Üzeyir Mehizadəyə qulaq asır, yaxşı oğlan Üzeyir Mehdizadənin təzə mahnılarından mütləq xəbərdar olmalı, onun ən azı, 15-20 mahnısını telefonunun yaddaşında saxlamalı və sözlərini əzbərə bilməlidir.
 
Və yaxşı oğlanı yaxşı oğlan edən ən vacib xüsusiyyət isə mentaliteti mütləq qəbul etməsi, namus, ana-bacı kimi söhbətlərə çəkinmədən getməsidir. Daha yaxşı oğlanlar bu söhbətlərdə sözününün gücünü artırmaq üçün üstündə qatlanan cib bıçağı gəzdirməlidir. Və bu bıçağın uzunluğunun dörd barmaqdan daha uzun olması ilə dost-tanışlarının yanında vaxtaşırı öyünməlidir.
 
Yaxşı oğlan qız istəyəndə(yaxşı oğlan almaq istədiyi qızı istəyir, sevdiyini isə altına salır) onun mütləq arxasınca bir neçə həftə getməli, onu uzaqdan izləmək şərtiylə evinə qədər ötürməlidir. Çox yaxınlaşmaq olmaz, axı qızın yaşadığı məhlədə də yaxşı oğlanlar var.
 
Yaxşı oğlanın istədiyi qız yaxşı oğlana ilk dəfədən “hə” cavabı verməməli və onu süründürməlidir. Yox, əgər qız birdəfəlik bizim bu yaxşı oğlana “yox” cavabı verirsə, belə qızlar niyəsə mütləq qəhbə, gəzəyən çıxır və yaxşı oğlan bu xəbəri  bir vaxtlar o qızı istədiyini dediyi kruqda mümkün qədər yaymağa çalışır.
 
Əgər münasibətləri alınsa, yaxşı oğlan heç vaxt istədiyi qızı üzündən belə öpməməli, əvəzində isə içindəki yanğısını gəlib-gedən qızların arxasına, döşlərinə baxmaqla və hamamda əlini sikməklə soyutmalıdır, bu da kömək etməsə, yaxşı oğlan bir başqa yaxşı oğlanın bacısıyla anal sekslə məşğul olmalıdır.
 
Yaxşı oğlan gərək bazdığa mütləq getsin və orda hərənin bir sik soxduğu vaginaya dil vurduğunu videoya çəkib fəxrlə dost-tanışlarına göstərsin. Bu onun kişi olmasının bir sübutudur.
 
Digər sübut isə evlənəndə olur ki, bu da, yaxşı oğlan dodağı öpülməyən, ama bir neçə dəfə anal sekslə məşğul olan, qabağına başqalarının şeyinin yüngülvarı sürtüldüyü bir başqa yaxşı oğlanın bacısıyla evlənəndə toy gecəsi aldığı qızın qabaqdan bakirə olmasının əyani sübutu olan üzağlığıdır. Bu üzağlığından gərək qonum-qonşu mütləq xəbər tutsun ki, bizim bu yaxşı oğlan həyatda onun üçün ölümdən də pis olan “peysər” sözüylə damğalanmasın...
 
Və yaxşı oğlanın ailəsi, həyat yoldaşı heç vaxt yaxşı yaşamamalıdır, o, qadınıyla insan kimi rəftar etməməli və ailəsi ac-yalavac yaşamalıdır, ama özü məhləyə çıxanda bəlkə də evdəki son pulla alınan təzə paltarı geyinməlidir, axı o yaxşı oğlandır...
 
Ümid Xəzər
Yuxarı