post-title

Pianoçu Samir Mirzəyev İzmirdə solo konsert verəcək

Oktyabr ayının 18-də İzmirdəki Ahmed Adnan Saygun Sanat Merkezində pianoçu Samir Mirzəyevin piano konserti olacaq.

 

Sənət Mərkəzinin saytında göstərildiyinə görə 18 oktyabr, saat 20:00-da olacaq konsertin proqramına F.Liszt, Q.Qarayev, M.Ravel və Wagner`in musiqisi daxildir.

Resital formasında keçiriləcək konsertdə əsərlər barədə aparıcı F. Çelebi məlumat verəcək. 

Konsertin konsepsiyası "Proqramlı piano musiqisində ölüm mövzusu" formatında düşünülüb.

Qeyd edək ki Samir Mirzəyev artıq uzun illərdir Türkiyədə, Antalya konservatoriyasında piano fakültəsində pedaqoq kimi çalışır.

Kultura.Az

Yuxarı