post-title

"Cəhənnəm iztirabları" kitabı təqdim edildi

"Azad Gənclik" Təşkilatı oktyabrın 21-ində Vətəndaş Həmrəyliyi Partiyasının akt zalında “Cəhənnəm iztirabları” adlı hekayələr kitabının təqdimat mərasimini keçirib.

 

Hekayələr kitabı “Azad Gənclik” Təşkilatı tərəfindən hazırlanıb və kitab təşkilatın yazıçı Seymur Baycanla birgə layihəsidir. Kitabda yapon, rus, fransız, italyan, azərbaycanlı, norveç və serb əsilli yazıçıların müxtəlif dövrlərdə yazdıqları 20 hekayə yer alıb.

Tədbirdə hekayələrlə və ümumiyyətlə kitabla bağlı Şahvələd Çobanoğlu, Zamin Hacı, Elnur Astanbəyli və Seymur Baycan fərqli rakurslardan fikirlərini bildiriblər.

Kitabı şəhərin mağazalarında, eləcə də təşkilat üzvlərindən əlaqə saxlamaqla əldə etmək olar.

Foto Əziz Kərimovundur.

Kultura.az

Yuxarı