post-title

Tənqidi tənqid

Çox gülünc bir vəziyyət alınıb. Bu yaxınlarda bir gəncin şəxsi həyatında baş verən problem onun ictimai fəaliyyətindən daha çox səs küyə səbəb oldu. Evində oturub heç bir fəaliyyəti olmayan biriləri ise yaman aktivləşdilər. Tənqid gözəl şeydir amma gözəl məqsəd güdsə.


Nəzərə alsaq ki çox böyük təsəvvür gücünə sahib xalqiq heç təəccüblənmədim, axı biz parallel xətləri kəsişdirməkdə ustayıq, hələ üstəlik bu xəttlər kəsişməyən müstəvilərdədisə. Bu söhbətlər yadıma bir hadisəni saldı.bir neçə il əvvəl gonaq getmişdik və Mətbəxdə krant isləmirdi.qardaşim ev yiyəsinə demisdi ``niyə sizin krant işləmir axi siz həkimsiz.``deməyim odur ki biz çox qəribə tələblər qoymaqda ustayıq. əgər Həkim insan sağaldırsa deməli o hər şeyi düzəltməyə qadir olmalıdı, heç bir fəaliyyəti olmayan birindən isə əksər hallarda bəkləntilərimiz yoxdu. O qədər ölü millətik ki artıq sadə bir aktivist bizim gözümüzdə tam bir idealdi. Yox ideal deilsənsə sənin nəsə tələb etməyə haqqın yoxdu. Mənim isə sadə vətəndaşdan tələblərim daha çoxdur nəinki bir aktivistdən.

Amma bizim rastlaşdığımız tənqid tənqidin mahiyyətindən çox uzaq və yad anlayışdı. Bizim tənqidi təfəkkürümüz də milliləşib artıq, hər cür məqsədi daşıyır,ana məqsəddən başqa. Tənqid mədəniyyəti olmayan və problemlərə umumi prizmadan baxa bilməyən biri KİV-də tənqidi postlar yazması və bu postun oxuyucuların sayına görə kəlləçarxa çıxması utancverici bir haldı.

Tənqid əgər obyektin hər hansı bir müsbət dəyişikliyi ilə nəticələnmirsə öz vəzifəsini yerinə yetirməmişdir deməkdir və əgər subyektin şəxsi maraqlarına qulluq etmək məqsədilə yazılıbsa demək ki bu tənqid özü tənqidə layıqdir.

Tənqid obyektle düz münasibətdədir. Çünki nə qədər ki obyekt zəifdi, bir o qədər də mövzu zəifdi və kritika bir o qədər bayağıdır. Tənqidetmənin bir neçə əsas şərti var ki bunlara riayət edilmədiyi halda bu tənqid yox bostan daşlamaqdır. Əsas şərt isə hədəfin məlum olmasıdı, Yəni tənqidçi həm mıxa həm nala vurmamalıdı. Hədəf isə şüurlu seçilməlidir. Mühakimə obyekti seçildikdən sonra onun çatışmazlıqları axtarılırsa burda şəxsi maraq var və bu tənqid deyil. Bütün çatışmazlıqlara susub gənc bir aktivistin şəxsi yataq problemlərini ictimailəşdirmək və tənqid etmək isə ədalətsizlikdir, tənqid isə ədalətli olmalıdır.

Ən güclü silah olan ictimai tənqid ucuz məqsədlərə qulluğ edib şəxsi maraq güdəndə isə cəmiyyətdə hansısa inkişaf gözləmək çox gülüncdür.

Vəfa Əli

Kultura.Az

Yuxarı