post-title

Mətbəx qadının qeybətləri

Avropa islamşünaslarının əldə etdiyi məlumata görə, şiəliyin yaradıcılarından olan ilk şəxs yəhudi imiş. Adı da Abdallah ibn Saba (661 il). Yəhudilər heç indi də öz diini fanatikliklərindən qalmır, qaldı ki o vaxtlar səmimi olaraq islamı qəbul etsinlər, Əlini imam sayıb özlərinə bayraq etsinlər...

 

Şiəlik  agent  kimi

İndiki İran torpağında Ələmut dağında yəhudi kökənli Həsən ibn Səbbahın rəhbərliyi ilə 1072-ci ildə qurulan ismailiyə-şiə terror dövləti haqda bir sıra dünya tarixçiləri və səyahətçiləri yazmaqdadır. Vatikan kitabxanasından yararlanan U.Eko da “Fuko rəqqası” əsərində Həsən ibn Səbbahın yəhudi kökənli olduğunu yazır və bir zamanlar itmiş İsrail budunun izlərini Ələmut dağında yaşayan Dağlı Qocanın timsalında tapır...

Hər insan evladına verdiyi adda öz zövqünü, idealını, əqidəsini (ya da zövqsüzlüyünü, idealsızlığını, əqidəsizliyini) şüürlu və ya şüursuz sürətdə sezdirir.

Yəhudilərin əsasını qoyduğu şiəlik, farslardan daha çox yəhudiliyə və dolayısıyla Avropa siyasətinə xidmət edib, etməkdədir: iki düşməni — türkü və islamı — bir gülləylə vurmaq. Gələcəyə hesablanmış siyasətə uyğun olaraq azyaşlı bir yetim, varis, gərəkən istiqamətdə tərbiyyələndirilib taxta çıxarılır. Baxın, bu şahın adının da İsmayıl olması heç də təsadüfi yox, onun qəyyumlarının amalını əks etdirmişdi.

İslam və türk coğrafiyası zebra kimidir: ağ-qara, sünni-şiə-sünni-şiə... Şiəlik farsçılığa yarasaydı, əsil fars diyarı olan Əfqanıstanda da şiəlik dövlət dini olardı. Əfqanıstanlıların əksəriyyəti sünnidi (kiçik hazara qəbiləsindən savayı).

İsmailik bugünümüzə gəlib çatıb, Tacikistanda və s. rəsmi təriqətdir, 39-cu imam Ağa Xana inanırlar. Hülakü-xan Ələmut qalasını sadəcə fiziki məhv etmişdi... İngiltərə  Qacarlar zamanı Ağa xana Hindistana qaçmağa boş yerə yardım etməmişdi. Əsrlər boyu bu məzhəb Şərqdə Avropanın agenti rolunu oynamış. Şiəliyi aradan qaldırmaq istəyən bütün şahlara sui-qəsd edilmiş... Dünya siyasi terrorları məhz ismailiyələrdən başlamış.

Volter

Quranın qədim yəhudi mənbələrindən təsirləndiyi mə′lumdur. Volter isə yəhudilərin Əski Antlaşmasını (Tövratı), demək olar ki, bütövlükdə başqa xalqlardan aldığını yazır. Belə ki, Volter, “Avraam, İbrahim” adını hindlilərin “Brama” adının təhrifi sayır, “İsrail” adını haldeylərdən, mələklərin isimlərini Babildən, “məsih” ideyasını farslardan, “İeqova” adını finikiyalıların “Adonay”ından və s. gəldiyini deyir. Bu qənaətlərinə Volter belə xülasə verir: “Yəhudilər qədim tarix və dastanlarla köhnə paltar satanlar kimi davranır. Onlar paltarı tərs üzünə çevirib yeni paltar adıyla ən yüksək qiymətə satır.”

Volter özünün “Fəlsəfi lüğət”ində  qədim Babil şəhər adının “ata yurdu”  anlamında olduğunu yazır. “Baba eli” yəni. Muğanna, yəqin, Volteri oxuyubmuş...

Fallos ya şam?

İstər minarənin, istərsə də kilsənin memarlıq quruluşu çırağı (şamı) xatırladır.

Yayğın nəzəriyyəyə görə, məsçid minarələri, kilsə zəng qüllələri və digər di′ni kümbəzlər fallos kultunun (təriqətinin) qalıqlarıdır: erkək cinsi orqanı qədimlərdə bərəkət simvolu imiş. Yaponlarda indi də belə bir bayram var ki, bir dəstə adam çiyinlərində nəhəng fallos fiquru daşıyıb əmin-amanlıq və bol məhsul üçün dua edir.

Çıraq, kilsə və sirk

Türk dilində “şam”-a “çıraq” deyilir. Rus dilidə isə “чиркнуть” feli “şamı (çırağı) yandımaq” deməkdir. Türk “çıraq” sözündəki “ç” hərfinin rus “ц” hərfi ilə əvəzlənməsi nəticəsində “ц-р-к (çıraq)”, Qərbi Avropada isə “sirk (цирк)” və “κυριακιον/circus/kirxa” sözləri yarandılar. Burada da  bir ziddiyyət yoxdur, çünki istər minarənin, istərsə də kilsənin memarlıq quruluşu “çıraq (şam)”-ı xatırladır. Kilsənin isə Allah (c.c.) evi olmasını nəzərə alaraq demək olur ki, “церковь” sözündəki “-овь” sonluğu Türk dilindəki “oba/məkan” sözündən alınmadır. Beləliklə də “церковь” sözü də Türk dili əsasında “Allah (Çıraq/İşıq) evi” deməkdir.

Burun Günü

8 ilə yaxındır ki, Finlandiyada hər noyabr ayının ilk cümə günündə Burun Günü keçirilir. Bu tədbir, Afrika, Asiya və Mərkəzi Amerika ölkələrinin aztəminatlı sakinlərinə maddi yardım toplamaq üçün təşkil edilir. Maddi gəlir, adi marektlərdə gülməli plastmas kloun burunlarının satışından əldə edilir. Bu satışların 3 il öncəki rekord məbləği 1 milyon avrodur.

Qoğal-moğal

Professor Rahilə xanım Quliyevadan (BSU) eşitdiklərim: Novruz qoğalı,  paxlavası və şəkərburası  öz zahiri görünüşləri ilə insanın Kainat haqda ilkin  bilgilərini əks edir. Belə ki, 7 və ya 12 xəmir qatından bişirilən qoğal və paxlava Göyün, Kosmosun  qatlardan ibarət  olduğu inancını saxlamış. Qoğalın üstünə səpilən kişik küncüt  dənəcikləri isə Göydə dolaşan səma  cisimlərini, planet və ulduzları təsvir edir, Qoğalın dairəvi və qat-qat olan biçimi də  Kosmosu xatırladır. Şəkərbura da öz biçimi, görünüşü ilə buta naxışını xatırladır. Buta, ana bətnində yaranan insanın, eləcə də torpaqdan yenicə cücərən bitkilərin ilkin formasıdır. Həyat simvoludur.   

Babək, Bağbəy, Baybək  ya Bəbək?

Bəbək. “Babək” adı “bəbək” sözündən də ola bilər. Göz bəbəyi ən qiymətli bədən üzvüdür. Əski çağlarda Beyrək  adı varmışsa, Bəbək adı  da ola bilərdi.

Babak.  Bəzi alimlərin “tork / türk” sözündəki “k” səsi “insanlığı” bildirən şəkilçi sayır, misal kimi Sparta~k; Mazda~k adlarını gətirir. Bəlkə “baba” sözünəndəndir Babək?

Bağbəy. Muğannanın “bağlar” nəzəriyyəsinə uyğun Babək adı “bağ bəy” sözlərindən yarana bilərdi.

Unudulmuş köhnə

Yolka ağacına ehtiram ənənəsini xalqların Böyük köçü dövründə türklər Şərqi və Mərkəzi Avropaya gətirdilər. Şaxta Baba və yolka ənənəli bayramlar bu və ya digər formalarda Dunay, Don, Dnepr , Volqa (İtil) vadilərində güman edilir ki, Atilla zamanından üzü bəri qutlanır.

Günəş Dil teorisi

Sovet akademiki Nikolay Yakovleviç Marr 1924-ci illərdə türk dilçilərinin Günəş Dil teorisini dəstəklədiyi üçün Stalinin qəzəbinə gəlmiş. Muğannanın “İdeal” romanının “Qapalı dünya” bölümündə dil fərziyyələrində niyə bu dilçiyə söykənməsini sonralar anladım.

İlahə Ucaruh

Kultura.Az

Yuxarı