post-title

Dünyanın küncü

Uca tanrı "Big bang" prosesinin fərmanını imzaladıqdan sonra onu reallaşdırdı. Daha sonra yaratmaqda olduğu insan kütləsini rahat idarə etməkdən dolayı onları müəyyən kriteriyalara bölərək klassifikasiya parçaladı. Burda güdülən yeganə məqsəd o idi ki, insanlar bir-birini başa düşməkdə çətinlik çəksin. Ona görə də tanrı bir çox millət, eləcə də dil yaratdı.

 

 
Öz torbasında mövcud olan 4000-ə yaxın dili başladı paylamağa. Şərqi, Şimali Asiya, Afrika, Avropa dilləri paylandıqdan sonra sıra gəldi Cənubi-Qərbi Asiya- Qafqaza. Yuxardan baxanda Qafqaz dağlarının Ecazkar və xarüqüladə olduğunu düşünən tanrı torbasında qalan 50-ə yaxın millət və dili tökdü başı bəlalı Qafqaz teretoriyasına.
 
Rusiya Federasiyasının cənubunda yerləşən Dağıstan Muxtar Respublikasının paytaxtı Maxaçkala şəhəridir. Maxaçkalada həddindən artıq çox millətlər var ki, onlardan biri də "lak"lardır. Hansı ki, hegemonluq edir. 50% nümayəndəsi olduğum bu millətin 146000 bu dildən daimi istifadə eləyən üzvü var. Dağıstana, daha doğrusu paytaxtı Maxaçkalaya bu yaxında toya getmişdim. Ona görə ki, yazmağa, ən azından bizimkilərlə müqayisə eləməyə əlimdə etibarlı mənbə olsun. 
 
***
 
Demək, 2 illik şəxsi təqdiqatlarım və kiçik araşdırmalarım nəticəsində belə qənaətə gəlmişəm ki, adət-ənənələr kifayət qədər mənasız və əhəmiyyətsiz bir şeydir.  Belə qənaətə gəldiyimə görə sevindim Maxaçkalada. Deməli iqtisadi aclıq çəkməyən lak milləti nümayəndələri digər millətlərlə olan kankuresiyalarını "genişləndirmək", onları intizarda saxlamaq və təəccübləndirmək üçün nələr etmədilər? Yeri gəlmişkən kiçik bir haşiyə çıxım ki, dağıstan xalqı millətindən asılı olmayaraq əksəriyyəti hətta deyərdim ki, hamsı millətçi mövqedən çıxış edirlər.
 
Dünya ənənəsinə sabiq çıxan laklar dünyəvilik prinsipini qoruyub saxlayaraq toydan bir gün əvvəl baş verəcək, gənclərin sevimli ritualı olan "malçişnik" keçirilir. Əhalinin 90%-i müsəlman olduğundan keçirilən "malçişnik" nə olacaq? 
 
Sabah bəy olası qaqaş məni və dostlarını apardı "game hause"-ə. Bunlar başladı bilyard oynamağa, kompot içməyə, bilyard oynamağa kompot içməyə. Növbəti sifarişlərin daha gənc sayağı və yaxud buna adekvat olacağını düşünə düşünə evə getməy vaxtı çatmışdı. Orda, toyu olası qaqaş məni "Azərbaycanlı qardaşım" kimi təqdim eləyəndə, dostları məni təəccüblə süzərək əhəmiyyətsiz sualla verməyə başladılar.
 
- Çay dəmləyə bilirsiz?
-   ...
- Bəs şaurma bişirə bilirsiz?
-   ...
-Bəs Nərd-taxta oynaya bilirsiz?
-   ...
 
Bu kiçik "monoloqdan" sonra onlar bir-bir mənə dövlətin milli-mənəvi keyfiyyətlərinin nə dərəcədə lazım olduğunu və hətta vacib olduğunu izah eləməyə çalşdılar.
 
Mən isə öz növbəmdə bunların azərbaycanlı olmağımla nə əlaqəsi olduğunu soruşanda məni az qala daş-qalaq edəsiydilər.  Arqument olaraq da hər dəqiqə  "bax mən lakam "Ğarğunni" oynuya bilirəm, "pelmen", "hoqqiri-qurtqumen" bişirə bilirəm.
 
Elə hesab olunur ki, mənəvi dəyərlərin hamısını bilmək vacibidir. Yaxşı ki, saz çalmağımı, muğam oxumağımı, mərsiyə deməyimi istəməyiblər.
 
***
 
Gələk ən maraqlı yer- toy gecəsinə.
 
Qızı evlərindən götürməyə getdikdə bəy gələcək gəlinə 101 dənə qızıl gül buketi verməlidir bu da bizim pulnan 450 Azn civarında bir rəqəm edir. Həmən güllər qız evində sayılmalıdır. Eşitdiyimə görə əgər hə hansısa fövqaladə bir hal ücbatından gülün biri əksik olsa bəy onu bərpa eləməyincə qızı ona vermirlər. 
 
Toyun digər adətlərindən biri də, toy sahibinin öz oğluna yəni toyu olası qaqaşa maşın hədiyyə eləməsidir. Beyində belə absurd bir fikir var ki, lakların maşını mütləq "Lexus" olmaldır, ona görə ki lak sözünə ən yaxın olan avtobil adı məhz "Lexusdur."
deməli proses aşağıdakı ardıcıllıqla baş verir:
 
Ata oğluna "Lexus" alır. Oğul avtomobilin arxasındakı marka adındakı "e" hərfini "a" hərfi ilə əvəz edir. Və Avtomobilin sürücü yox sərnişin tərəfdəki güzgüsünə qara parça bağlanır. Bu ona dəlalət edir ki, "Diqqətli ol! Lak gəlir!"
 
Amma, fəxr olunası millətdir. Sözümü Azərbaycanın siyasi xadimlərindən birinin sözü ilə bitirirəm. Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki mən lakam."
 
 
Nurlan Osmanlı
Kultura.Az
Yuxarı