post-title

«Milli burjuaziya»ya xitab

Azad sözü mollalara satan, fanatiklərlə flirt edən, gah nala, gah mıxa vuran, adını liberal qoyub, öz gənclər təşkilatının şəriət carçılığını görməzdən gələn, Rafiq Tağının ölüm ildönümünü iqnor edən, YAP-ın ofisində Ramil Səfərovun baltası ətrafında sıx birləşən, ən pisi isə bunların hamısına utanmadan bəraət qazandıran qorxaq müxalifətdən bizə yar olmaz. Herisçi demişkən «Bu, çoxdan aydın idi». Biz, yeni nəsil yazarlar və yetişdirdiyimiz çağdaş gənclik bu müxalifətdən, onun minsifətli qəzetlərindən də heç nə ummuruq, gözləmirik. Sağlam, əqidəli gənclərimiz hər şeyi dəqiq görür, bilirlər.

 

Bir yazıçı üçün öz ampluasından kənara çıxmaq çətin və əzablıdır. Janr dəyişikliyindən danışmıram - illərlə formalaşan imicin ziddinə getməyi və bunun nəticəsində səhv anlaşılmağı nəzərdə tuturam. Elə məsələlər var ki, onlara dair münasibət bildirməyəndə, haqqında səhv düşüncə formalaşır: «Susursa, deməli...»

Deməli nə?

Ehtimallar, yalnız ehtimallar, başqa heç nə.

Bəzən də, adamların gönüqalınlığı ucbatından danışmağa məcbur qalırsan. Ariflikdən nəsibi olmayanların gözlərini həqiqətə açmaqdan ötrü, səhv başa düşülmək qorxusunu da, quru qürurunu da beynindən, ürəyindən rədd etməlisən. Açıq danışmalısan. 

Bu gün, belə günlərdən biridir.

 

Dilənçi

Azərbaycanlılar üçün yazı adamı ac-susuz olduğu nisbətdə dəyərlidir. Nə qədər pis gündədirsə, o qədər diqqətə, azərbaycansayağı «mərhəmət»ə layiqdir. Nə qədər pəjmürdədirsə, bir o qədər «istedadlı»dır. Di gəl ki, azərbaycanlılar bu gözləntilərində də səmimi və ardıcıl deyillər - dilənçi kökündə görmək istədikləri, bu hala düşməsi üçün bütün tanrılarını köməyə çağırdıqları yazar yeməyə çörək tapmayıb, yardım üçün imkanlı oxucularına üz tutanda onu dərhal təhqir edirlər, lağa qoyurlar, «Ədəbiyyatın teymur əmrahı» adlandırıb bundan kayf tuturlar.

Azərbaycanlıların paxıllığı qədər irrasional paxıllıq təsəvvür etmək mümkünsüzdür. Yalnız azərbaycanlı bənna azərbaycanlı həkimə, azərbaycanlı qəssab azərbaycanlı dülgərə, azərbaycanlı tibb bacısı azərbaycanlı mühəndisə, azərbaycanlı kompüter ustası azərbaycanlı pilota və azərbaycanlı HƏR KƏS uğurlu, oxunan, cibində beş-üç manat pulu olan yazıçıya nifrət edə bilər. Dəxlisiz peşə sahiblərinin bir-birinə nifrətinə, qısqanclığına, paxıllığına yalnız bizdə rast gəlmək mümkündür. İllah ki, yazıçıya nifrət, yazıçıya paxıllıq bunların mayasında, genetikasındadır. Az-çox oxunan, tanınan, orijinallığı ilə fərqlənən, yeni bir söz deyən, sürüdən seçilən, vətəndaş mövqeyi olan yazıçı görəndə elə bil dünya başlarına çökür. Dəli olurlar. Kin püskürürlər. Nifrin qusurlar. Sanki xarici müğənnilərin ayaqları altına sərvəti biz səririk, avropalılara kürünü biz yedirdirik, camaatın başına evlərini biz uçurduruq, nefti biz əmirik.

 

35 manatlıq sviter

Seymur Baycan 35 manata sviter almışdı, əyninə geyinmişdi. Şəhərdə gəzişirdik, ordan-burdan söhbətləşirdik. Qəfildən, fantastik imkanları olan bir adam çıxdı qarşımıza. İkimiz də onu tanıyırdıq. Əslində, ictimai-siyasi aktiv azərbaycanlıların hamısı onu yaxşı tanıyır.

Barmağını Seymurun sviterinə uzadıb dedi: «Ağlayırsan ki, pulum yoxdur, ay nə bilim, vəziyyətim ağırdır, amma bahalı sviterdə gəzirsən».

Seymura 35 manatlıq sviteri çox görən bu imkanlı adamın dərdi nədir görəsən? Bir yazıçının ucuz amma zövqlə geyinməsini nə üçün həzm edə bilmir? Nəzərə alın ki, bunu deyən adamın bölgələrdə iki villası, şəhərin mərkəzində üç mənzili, özünün və oğullarının yüzminlik maşınları var.

Cavabı aydındır - bunu deyən adam vicdanını çox ucuza, 90 faiz endirimlə satıb. Belələri sınmayan, satılmayan qələm adamlarını təhqir etmək üçün fürsət gəzirlər. Lovğalana biləcəkləri bircə pulları, imkanlarıdır onu da gözə soxmaqdan, acıq verməkdən, «özünü yaxşı aparsan, padşahın süfrəsindən sənə də qırıntılar düşər» deməkdən çəkinmirlər.

Belələri on min dollarla mağazaya girib, oradan cır-cındır içində çıxırlar. Anlamırlar ki, geyinmək pul yox zövq, mədəniyyət, urbanistik kültür məsələsidir. Mənim yüz manata başa gələn geyimim bahalı görünürsə bu, mənim zövqümdən xəbər verir. Gəncliyimizə örnək olmaq kimi vəzifəm də diqqətə alınsa, zövqlə geyinməyimdə qəribə heç zad yoxdur. Qaldı ki, sviteri 35 manata yox, lap 500 manata almışam  – səni sikənin adı nədir?

Bunları yazmaq, imkanlı və azacıq vicdanlı oxuculara müraciət etmək vəzifəsi bugünəcən Seymurun üzərində idi. Adı da bədnam çıxmışdı. Halbuki Seymur heç vaxt bu çağırışları tək özü üçün etmirdi. Bu çağırışlardan biz hamımız bəhrələnirdik. Çağırışları duyanlar tək ona yox, ehtiyac içində olan bütün qələm adamlarına kömək etmək üçün hərəkətə keçirdilər. Biz kölgədə qalırdıq, Seymur meydanda tək görünürdü. Razılaşın ki, bu haqsızlıqdır. Tək əldən də səs çıxmaz.

Əclafda vicdanı oyatmaq üçün, onu arada bir şillələmək lazımdır.

 

Tfu sizin sifətinizə

Nadir Qafarzadə, aparıcının «Kitab oxyursunuzmu?» sualına, canlı efirdə tarixi cavab vermişdi: «Gedək kitab oxuyanın soyuducusuna baxaq, sonra mənim soyuducuma baxaq, görək kim yaxşı yaşayır».

Azərbaycanlıların əksəriyyəti şərəfsizliyi, mütiliyi, rəzilliyi o dərəcədə boynuna alıb ki, aşağıdan da aşağı bir əntərin hər bir azərbaycanlının sifətinə, ailə üzvlərinə, ən əsası gələcəyinə tüpürdüyü halda səslərini çıxarmadılar. Heç bir təbəqədən etiraz gəlmədi. Hamı susdu.

Bu susqunluq, sizin həqiqi simanız, mahiyyətinizdir. Nadirkimiləri toylarınıza çağıraraq yaşadan, varlandıran, soyuducusunu kitab oxuyanın soyuducusundan qat-qat dolu edən sizlərin kitaba və yazıçıya bu cür həqarətli münasibətiniz sizin nə qədər keyfiyyətsiz, şərəfsiz bir qövm olduğunuzun açıq isbatıdır.

Siz, nadirkimiləri başınızın tacı etməklə, bizə olan nifrətinizi nümayiş etdirirsiniz. Çünki biz, sizin gözləntilərinizə cavab vermirik. Hamınız bizə qarşı total hücumdasınız. Bizdən də manıs olmağımızı gözləyirsiniz. Yazıçılar ittifaqından, prezidentdən təqaüd almırıqsa, iqtidar sahiblərinə yaltaqlanmırıqsa, sınmadan, əyilmədən birtəhər öz başımızı girləyiriksə - sizin gözünüzdə dəyərimiz yoxdur. Varlığımız sizi çox əsəbiləşdirir. Bizi özünüz kimi biqeyrət görmək istəyirsiniz deyə, hiddətinizdən qudurursunuz. İmkansızlığımızı, kasıblığımızı fərasətsizliyimizlə, bacarıqsızlığımızla izah edirsiniz. Halbuki özünüz də it kimi bilirsiniz ki, belə deyil.

Buyurun, bu da sizin bizə olan həqarətli münasibətinizə bir manısın adekvat cavabı. Yaxşı düşünsəniz, sizi Nadir qədər təhqir edən olmadığını anlayarsınız. Amma hardadır sizdə bu beyin, bu ürək, bu bəsirət? Bəli, Nadir sizin gələcəyinizə, övladlarınızın gələcəyinə tüpürdü. Kitabsız gələcək, qaranlıq gələcəkdir. Ona görə də göt günündə yaşamağa, sürünməyə, yaltaqlanmağa məhkumsunuz. Pulunuz, vəzifəniz, ləl-cəvahiratınız olsa da, siz də yaxşı bilirsiniz ki, bunları əldə etmək üçün kimlərin altına yatmısınız və yatırsınız. Hər gün min yol ağzınızı sikirlər və sikəcəklər. Kitaba bu cür münasibəti olan xalq zəlil, rüsvay olmağa məhkumdur. Övladlarınızı xarici dövlətlərdə, bahalı universitetlərdə oxutmaqla da deyil. Sizin dölünüz də böyük ehtimal sizin kimi biqeyrət olacaq. Diplomu ilə qazandığı pulları, o da manıslara xərcləyəcək.

Və bu çarx, sonsuza qədər dönəcək.

 

Vicdan susanda

Ağır sözlərdir, bilirəm. Varlığınızı yarıb keçən, buz kimi soyuq, xəncər kimi iti sözlərdir. Sarsılırsınız. Amma ən adi həqiqətləri çılpaqlığı ilə, təhqirli üslubda sizə çatdırmağa bizi vadar edən də özünüzsünüz. O qədər bəsit, o qədər cılızsınız ki, ana-bacı söyüşü üstündə adam bıçaqlamağa qadir, lakin dolaylı olaraq nadirkimilərdən təhqir eşitməyə hazırsınız. Tək rəislərinizin yox, manısların da altına yatırsınız. İkiüzlüsünüz. Bir qram mənəviyyatınız, vicdanınız olsaydı, o sözü ana-bacı söyüşündən qat-qat ağır təhqir qəbul edərdiniz.

Qəhbələrə, dəm-dəstgaha xərclədiyiniz pulların bir faizini belə kitaba, yazıçıya qıymamaqla zatən oğraşlığı boynunuza almısınız. Gecələr yollara düzülən, rişxənd etdiyiniz transları da siz və övladlarınız bahalı avtolarınıza doldurub harasa aparırsınız. Niyə bu gündəsiniz, bilirsiniz? Bu mənəvi çöküntü hardandır, başa düşürsünüz? Bura qədər yazılanları bir daha oxuyun.

Sizin kimi, sizlərdən biri olmaq elə bilirsiniz çətindir? Vicdanını, mənəviyyatını, lazım gəlsə arvadını satmaqdan asan nə var? Azərbaycan bu əxlaqda olanların idarəsi altında deyilmi? Oğraşlıq ən yüksək səviyyədə təşviq olunmurmu? Buna görə də satılmayanların satılmamaqlığı qədər sizi incidən heç nə yoxdur.

Mən, mənə edilən təklifləri sizlərdən biri olmamaqdan, vicdanım qarşısında rahat olmaqdan ötrü əlimin tərsi ilə geri çevirmişəm. Biləsiniz ki, istəsəydim indi Bakının ən yaxşı yerində mənzilim, altımda ən bahalı maşın və Maldivlərdə istirahətim olardı. Təmiz, dürüst görünən çox adam var ki, ilk təklifəcən, əskinasın ucu görünənəcən təmiz və dürüstdür. Mənsə belə təkliflərin neçəsinə tüpürmüşəm və hər tüpürdüyümdə nələrdən məhrum olmuşam - bunu bir özüm və məni yaxından tanıyanlar bilir. Birinci dəfədir şəxsimlə bağlı belə təfərrüatlara varıram. Və əsla minnət qoymuram. Bunun minnəti olmaz. Qəti! Amma Don Kixot demişkən: «Heç kim xidmətlərimdən danışmırsa, bu vəzifəni gərək öz üzərimə götürüm».

Uzun illər mobil rabitə və bank sektorunda, tanınmış reklam şirkətlərində, sanballı vəzifələrdə işlədiyimi çox adam bilir. Buna tərcüməçilik fəaliyyətimi (hətta hakimiyyət nümayəndələrinin də bir peşəkar kimi mənə tərcümə sifarişləri verməsini) də əlavə edək. Azərbaycanda aparıcı üç-beş menecerdən biri olmağa ən real namizəd olmuşam. Büdcədən maliyyələşməyən, dotasiya ilə yaşamayan yazıçılar arasında ən bahalı maşını sürən yazıçı kimi də tanınmışam. Hətta bəzi dostlarımız maşına şübhə ilə baxıb, «yoxsa satılmısan?» soruşurdular. Yəni belə tragikomik hallar da yaşanırdı. Qərəz, imkanım yetərincəydi.

Zamanla bunların hamısını itirməyimin bircə səbəbi isə - susmamağımdır. Hər gün yuxudan oyanıb mehdiyevlərin, talıbovların, usubovların, heydərovların, məmmədovların və s. qanəmici yarasaların məni idarə etdiyini düşünəndə, özümü təhqir olunmuş hiss edirdim. Gördüyüm haqsızlıqlara qarşı üsyan edirdim. Əlimdən yazmaq gəlirdi, mən də yazırdım. Hər kitabdan sonra rəhbərlikdən töhmət alırdım, hər kitabla işimi itirirdim. Vicdanla işləmək, səhər işə gəlib, axşam işdən çıxmaq və yazı masama qayıtmaqdan başqa arzum yox idi. Peşəkar fəaliyyətimlə könül fəaliyyətimi, vətəndaş mövqeyimi qarışdırmaq istəmirdim. Lakin Azərbaycan reallıqlarını hər dəfə mənə xatırladıb, təəssüflə ərizə yazdırırdılar. Mənə iş yerlərimdə problem yaradan tək hakimiyyət olsaydı dərd yarıydı. Dost dediyimiz, öz düşərgəmizdən bildiyimiz adamlar da vaxt gəldi işlədiyim qurumları şantaj etməyə başladılar. Məni vurmaq üçün iş yerimin, rəhbərliyimin adını mətbuatda hallandırdılar. Şərəfini bazara çıxarmış müxalifət mətbuatı da züy tutdu, bu şantajı tirajladı. «Necə olur, müxalifətçi bankda işləyir?» məzmunlu xəbərlər başını alıb getdi. Hər yerdən zərbə aldıq. Beləcə bərkidik.

Mənə iş verən hər kəs qarşımda pərt, başıaşağı olub bugünəcən. Məni qovmaq həddinə çatdırıldıqlarına görə utanıblar. Onları əsla qınamıram. Əksinə, sona qədər dirəşdiklərinə, bacardıqları qədər işdə saxladıqlarına, maaş verdiklərinə görə minnətdaram.

Yazırdım. Pis yaxşı 6 kitab qələmə aldım. Yüzlərlə məqalə yazdım. Hər dəfə də dozanı artırırdım. Bir yandan da haqsızlıq, ədalətsizlik şəxsən özümə toxunur, üsyanım qar topası kimi böyüyürdü. Daha kəskin, daha amansız olurdum. Məni işimdən, qazancımdan məhrum edənlər sınacağımı, susacağımı düşünürdü. Etdikləri əxlaqsız təklifləri qəbul edəcəyimə inanırdılar. İstədikləri olmadı. Heç mənim də istədiyim olmadı. Əks halda bu gün qürbətdə olmazdım.

Yenə də hər şeyin itirildiyini düşünmürəm. Ən azından, bu yazını oxuyursunuzsa, deməli hələ ümid var. Oğraşlığında israrlı, vicdansız, şərəfsizlərə onsuz da sözüm yoxdur.

Mən, zərrə qədər vicdanı olanlara/qalanlara səslənirəm.

 

Bizi kimlər dəstəkləyir?

Heç kim. Bütün məsuliyyətimlə bəyan edirəm – biz təkik. Kənardan elə görünə bilər ki, hansısa siyasi qüvvələrin, yerli və beynəlxalq mediaların, xarici QHT və qurumların dəstəyi ilə hərəkət edir, ayaqda dururuq. Yalandır! Biz təkik.

Azad sözü mollalara satan, fanatiklərlə flirt edən, gah nala, gah mıxa vuran, adını liberal qoyub, öz gənclər təşkilatının şəriət carçılığını görməzdən gələn, Rafiq Tağının ölüm ildönümünü iqnor edən, YAP-ın ofisində Ramil Səfərovun baltası ətrafında sıx birləşən, ən pisi isə bunların hamısına utanmadan bəraət qazandıran qorxaq müxalifətdən bizə yar olmaz. Herisçi demişkən «Bu, çoxdan aydın idi». Biz, yeni nəsil yazarlar və yetişdirdiyimiz çağdaş gənclik bu müxalifətdən, onun minsifətli qəzetlərindən də heç nə ummuruq, gözləmirik. Sağlam, əqidəli gənclərimiz hər şeyi dəqiq görür, bilirlər.

Biz Avropadan, ABŞ-dan da əlimizi üzmüşük. Ölkəsini daxili və xarici işğalçıların əsarətindən qurtarmaqdan başqa amalı olmayan; həqiqi mənada azad, müstəqil, düşünən, mübariz insanlara hamı kimi Avropa da, ABŞ da, onların xirtdəyə qədər korrupsiyaya qurşanmış təşkilatları da nifrət edir - əzməyə, yox etməyə, sıradan çıxarmağa çalışır. Onlar bu hakimiyyətlə əlbirdirlər. Biz bunun dəfələrlə şahidi olmuşuq. Mütləq kiməsə loyal olmaq kimi konkret tələblə üz-üzə qalmışıq. Bu şərti rədd etmişik deyə, hamı bizə düşmən kəsilib.

İllərdir haqqımızda deyilir ki, xarici fondlara satılmışıq, qrantlar almışıq, dəyirmanlara su tökmüşük. Yalançının var-yoxunu siksinlər. İçimiz özümüzü, çölümüz özgələrini yandırır. Hansı fondlardan qrant almışıq? Siz doğrudanmı inanırsınız ki, USAID, NDI, IREX, IRI, Soros növbəyə düzülüblər ki, bizə qrant versinlər? Bizə, müstəqil qələm adamlarına? Böhtanı atanda da inandırıcı olmasına çalışın. Əvvəl oturduğunuz şüşəli evdən çölə çıxın, sonra danışın. Guya siz bilmirsiniz ki, Azərbaycanda fəaliyyət göstərən xarici fondların, QHT-lərin və onların yedəyində olan yerli təşkilatların hamısı oğraşlığı boynuna almış, təslimçi biqeyrətlərdir?

Guya siz bilmirsiniz ki, xarici fondlar yalnız hakimiyyətə yaxın, hakimiyyətin qurduğu  təşkilatlara, onların öz adamlarına, yəni sizin özünüzə pul ayırır? Əlli minlər, yüz minlər, iki yüz minlər kimlərə gedir, bilmirsiniz? Bu pulları özünüz alıb, özünüz xərcləyib bizə niyə iftira edirsiniz? Belə cındırlıqmı olar? Bizim qrantla, Avropa, ABŞ pulları ilə işimiz olmaz, siz ki, bunu yaxşı bilirsiniz. Oxuduğunuz bu kultura.az portalı bircə dəfə bir xarici təşkilatdan (illik 15 min dollar) qrant udub, onu da burnumuzdan gətirə-gətirə, minnət qoya-qoya, əlli hissəyə bölə-bölə veriblər. Tula payı kimi. Gözdən pərdə asmaq üçün. Guya bunlar müstəqil media ilə də işləyirlər. Halbuki biz də bilirik, siz də bilirsiniz ki, Qərb institutları yağlı tikələri kimlərin cibinə axıdır, kimləri yemləyir. Mənim o məşhur qrantalanlarla şəxsən heç bir problemim yoxdur deyə adlarını açıqlamıram. Dövran onların, bayram onların. İstədikləri musiqini sifariş verirlər. Mənim üsyanım ikiüzlü Avropaya, ABŞ-a və onların qrantpaylayan qurumlarınadır. Nə dediyimin fərqindəyəm, özümə hesabat verirəm - ABŞ, Avropa dövlətləri, beynəlxalq qurumlar, medialar bizə heydərizmdən böyük düşmən, daha böyük təhlükədir. «Demokratiya mücahidliyi»nə soyunan, USA-nın əmrlərini qeydsiz-şərtsiz yerinə yetirən Azadlıq Radiosu da, ismət maskası arxasında gizlənmiş pozğun qadını xatırladır. Bu radionun Azərbaycan kimi bir dərdinin, dəyərinin olduğunu düşünənlərə isə yazıqlar olsun.

Avropaya mühacirətimizi də tez-tez gözümüzə soxursunuz. Əvvəla, biz Avropanın öz daxilində yaratdığı, qoruduğu, bizim neftlə zəngin bədbəxt ölkəmizə isə çox gördüyü təhlükəsizliyinə, mədəniyyətinə, özgürlüyünə sığınmışıq. Həbsdə yox, nisbi azadlıqda olmağı seçmişik. Torpağın altında yox, üstündə olmağı istəmişik. Yoxsa sizin arzuladığınız kimi burada kimsəyə satılmırıq, kimsənin qabağında təzim etmirik. Qaldı ki, özünü təhlükədə hiss edən hər kəsə bu şəraiti yaratmaq, Volterə xəyanət etmiş minsifətli Avropanın borcudur. O cümlədən mənfur Kalvinə və kalvinizmə qarşı şanlı mücadiləsi ilə adını tarixə yazmış Kastellionun, dahi Jan-Jak Russonun mirasını SOCAR-a, Rövnəq Abdullayev kimi senzurasız odiozlara satmış İsveçrənin də borcudur. Hər halda çörəyi qulağımıza yemirik - biz də bilirik ki, demokratiya və insan haqları bu dövlətin və cümlə Avropa dövlətlərinin öz vətəndaşları üçündür. Azərbaycana gəlincə... Konkret olaraq İsveçrəni nəyin maraqlandırdığını deyə bilərəm - buradakı qumarxanalarda uduzulan milyonlar; nazirlərinizin, oliqarxlarınızın İsveçrə banklarına yatırdığı çirkli pullar. Hər şey bu qədər sadədir.

Biz Avropadayıq, bəli. Amma maddi vəziyyətimizdə, mənəvi halımızda dəyişən heç nə yoxdur. Bir qarın çörəyi Azərbaycanda da tapırdıq. Buradakı yeganə təsəllimiz övladlarımızın aldığı keyfiyyətli təhsil, əldə edəcəkləri (artıq əldə etdikləri) xoşbəxt gələcəkdir.

Minnətdarlığım bircə bunlara görədir. 

 

Biz kimik?

Biz, Bakı Dövlət Universitetinin görə bilmədiyi işi görmüş, adımızı qızıl hərflərlə Azərbaycanın çağdaş maarifçilik tarixinə yazdırmış insanlarıq. Bu cümlələrdə təvazökarlığın izi də yoxdur, bilirəm. Mənim də quru təvazökarlıqlara qarnım toxdur.

Azərbaycanda azad gəncliyi yetişdirən bir məktəb var – onun da adı Azad Yazarlar Ocağıdır. Bu ocağın Rasim Qaraca öndərliyindəki Alatoran jurnalı on ilə yaxındır dayanmadan, fabrika kimi işləyir - sağlam əqidəli, mütaliəli, zəngin dünyagörüşlü gənclər yetişdirir. Bu yerdə «Alma» qəzetinin də xidmətlərini xüsusi vurğulamaq lazımdır. Tarixə düşən bu qəzeti yaradanlara, gəncliyə meydan verənlərə də minnətdar olmalıyıq. Sonradan ortaya atılan, gənclərin bir hissəsini başlarına yığan «Şən maarifçilər» də az iş görmədilər. Hazıra nazir gəlib bizə yuxarıdan aşağı baxsalar da, doğma dillərindən ziyadə ingilis dilində donquldansalar da, onların da xidmətləri az olmadı. 

Bu gün müstəqil gənclər təşkilatlarında təmsil olunanların – Dalğaçıların, Azad Gənclikçilərin, N!DA-çıların əksəriyyəti bizim, azad yazarların kitabları, məqalələri ilə yetişib, formalaşıb, meydana, mübarizəyə atılıb. Bir yox, iki yox, yüzlərlə aktiv və minlərlə tanımadığımız, kölgədə qalmış gəncdən söhbət gedir. Biz, beyinlərdə inqilaba nail olmuşuq. Bunu danan vicdansızdır.

Bu gəncləri Avropanın, ABŞ-ın institutları, qrantları, layihələri yetişdirmədi. Bu gənclər müxalifətin şinelindən də çıxmadı. Bu gənclər iqtidar uğrunda, pul uğrunda yox – aydınlıq gələcək və həqiqi vətəndaş olmaq uğrunda meydanlara atılıblar. Solçusu ilə, liberalı ilə mübarizənin önündədirlər. Hətta bu gün onlardan bəziləri bizləri bəyənməsələr də, söysələr də öz vicdanları ilə baş-başa qalanda bizdən dəfələrlə üzr istəyirlər. Bundan əminəm.

Zatən, bizi inkar etməyi da onlara biz öyrətdik...

 

Çağırış

Kitablarımı yorğan altında, gizlincə oxuyub intellektual ekstaza düşənlər. Ertəsi gün məhrəm dostları ilə, bahalı restoranlarda bu kitabları bəh-bəhlə müzakirə edənlər. Hətta özündə cəsarət tapıb müxtəlif kanallarla mənə heyranlığını bildirənlər, təşəkkür yollayanlar. Məni dəstəklədiklərini, bəyəndiklərini deyib, onları başa düşməyimi xahiş edənlər. «Ürəyimiz sizinlədir bəy, amma nə edək ki, əlimiz-qolumuz bağlıdır. Biz də bu oğraş hakimiyyətdən əziyyət çəkirik, vallah bezmişik...»

Yaxşı, tutaq ki, mən sizi - Prezident Adminstrasiyasının, nazirliklərin, komitələrin yüksək vəzifəli məmurlarını, Milli Məclisin üzvlərini, oliqarxların sağ əllərini, müavinləri, şöbə rəislərini, holdinq əməkdaşlarını, iş adamlarını başa düşdüm. Qəbul etdim, razılaşdım ki, sizin vicdanınız var və bu vicdan hərdən-bir - mənim, dostlarımın kitablarımızı, yazılarımızı oxuyanda - sızıldayır. Sonra?

Heyranlıqla, ağzınızı marçıldataraq oxuduğunuz bu kitabların müəllif(lər)inin necə yaşadığını düşünmüsünüzmü? Nəyimə lazımdır sizin quru təşəkkürünüz? Kitablarını oxuduğunuz yazıçı bəzi hallarda özünün, ailəsinin ən təməl ehtiyaclarını belə ödəyə bilmirsə, başınıza dəysin çox sağolunuz. «Oxuduq orqazm olduq, sağ ol» filan janrında ismarışlarınızı çörəyə yaxıb yemək olmur, mənim əzizlərim. Əlinizi cibinizə salın. Halal-haram – hansı yolla olursa olsun - əldə etdiklərinizin bir hissəsini bölüşməyi öyrənin. Bu ənənəni yaradın artıq! Vaxt gedir, zaman daralır. Həccə gedib uşaqbaz ərəb şeyxlərini daha da zənginləşdirməyin. Pirlərə, məscidlərə pul tökməyin. Bunlar nə bu, nə də obiri dünyada sizin dadınıza yetməyəcək. Çünki bu dünyada insanın yeganə nicatı elmdir, maarifdir. Obiri dünya isə sizlik deyil. Günahlarınızı yumaq istəyirsinizsə, pullarınızı daha funksional xərcləyin. Ölkənin gedişatı sizi narahat edirsə, nələrinsə dəyişməsini istəyirsinizsə, özünüzə və övladlarınıza görə əndişə içindəsinizsə altdan-altdan, gizlindən pulları bizə ötürün. Bu mənfur sistemi içindən çökdürməyin yeganə yolu bizimlə iş birliyidir. Beş manat verib kitabımızı alırsınız, sağ olun. Amma bu pulu tələbə də kitaba xərcləyir. Sizin kasıb tələbədən heçmi fərqiniz yoxdur? Bir kitab alıb oxumaqla canınızı qurtaracağınızımı sanırsınız? Axı siz daha çoxuna qadirsiniz. Bizimlə razılaşırsınızsa, oxuyub qəzəbdən yumruqlarınızı dişləyirsinizsə, özünüzə aynada baxmağa utanırsınızsa – heç olmasa əlinizi cibinizə salın. Günahlarınızı bununla yuyun. Qorxursunuzsa, vasitəçilərin köməyindən istifadə edin. Məxfiliyə zəmanət veririk. İndiyə qədər bizə əl tutan heç kəs ifşa olunmayıb. «Təşəbbüs cəzasız qalmır» kimi banal bəhanələrlə də, bu qutsal işdən qaçmayın.

Bu sətirlərlə mən, həm də oxumaqdan zövq aldığınız, yazıları ürəyinizdən tikan çıxaran həmkarlarımın da hisslərini, düşüncələrini ifadə edirəm. Bunu da biləsiniz.

Utanın. Utanın ki, bu günə qədər bizə dəstək olanlar, ən çətin anlarımızda əlimizdən tutanlar, bizi sınmaqdan qoruyanlar, yıxılmağa qoymayanlar sizin ən kasıblarınız olub. Bu mübarək insanlar bəzən özlərinin, ailələrinin büdcəsindən kəsib cibimizə çörəkpulu qoyublar. İldə bir roman yaza biləcəyim halda imkansızlıqdan, başım məişət problemlərinin həllinə qarışdığından hədəflədiyim həcmdə və keyfiyyətdə yaza bilmədiyimi eşidib yardımıma gələn bu vətəndaşlar, sizin bir gündə xərclədiyinizi bir ayda qazanırlar.

Odur ki, zərrə qədər vicdanı və maddi imkanı olan zorən YAP-çılar, zorən loyallar – ölkənizin gələcəyini düşünün. Bu gün qəhbələrə, toyxanalara, mala-mülkə, avtolara tökdüyünüz pulların bircə faizi ilə bizlər yaxşı mənada bu ölkənin altını üstünə çevirə bilərik. Yüzlərlə kitab yazılmağı, tərcümə olunmağı, gəncliyə oxudulmağı gözləyir. Siz bu bir faizi bizə ötürün, özünüz də kənara çəkilin. Bizim illərdir qara qəpik olmadan gördüyümüz işlərin səmərəsinə baxın, pulla nələr edə biləcəyimizi təsəvvür edin. Nəticəsini özünüz görəcəksiniz. Siz də görməsəniz övladlarınız görəcək. Öz missiyanızdan, gücünüzdən, imkanlarınızdan bu qədər bixəbər olmayın. Çünki bu, əsl bədbəxtlikdir.

Əlləriniz əsməsin. Bölüşməyi bacarın. Azərbaycanda ən real, funksional qüvvənin hansı olduğunu artıq görün. Bu quldur rejimə əl açmayan; ikiüzlü Avropanın, ABŞ-ın qarşısında əyilməyən bizlərin sizlərə müraciət etməyimizin səbəbi çox sadədir – bizi özümüzdən yaxşı başa düşən olmayacaq. Unutmayın! Vaxt gələcək, bütün Azərbaycan sizi tanıyacaq. O vaxt ki, adlarınız açıqlananda, sizin üçün təhlükə yaranmayacaq. O vaxt ki, adlarınız açıqlananda, Azərbaycan xalqı sizin əslində qəhrəman olduğunuzu dərk edəcək şüura yetişəcək.

Doğrudan belədir. Sizdən başqa umacaq yerimiz qalmayıb. Bu ənənənin yaranmasında bizə kömək edin. «Milli burjuaziya» deyilsiniz? Onda adınıza layiq işlər görün.

Təsəvvür edin ki, Azərbaycanın xilası sizin əlinizdədir.

 

P.S. Kultura.Az portalının maddi problemlər ucbatından fəaliyyətini dayandırmaq üzrə olduğu günlər idi. Saytda qısa bir müraciət yayınlanmışdı. Oxuculardan kömək istəyirdik. Ertəsi gün, mobil telefonuma rusdilli bir xanım zəng elədi. Harda olduğumu soruşdu. Ünvanımı dedim. Yarım saat sonra qabağımda sanballı bir maşın dayandı, içindən sanballı bir xanım düşdü, mənə yaxınlaşdı. Ağ rəngdə bir zərfi uzadıb dedi: «Maaşımın bir hissəsidir. Varlı deyiləm. Xahiş edirəm sevimli portalımı yaşadın. Yenə lazım olsa çəkinməyin, xəbər edin». Dedi və maşına minib getdi. Mən o zərfin içindəki məbləği burada açıqlamayacam. O qadını da bir daha görmədim. Çünki özüm zəng etmədim. Utandım.

 

Əli Əkbər

[email protected]

Yuxarı