post-title

Milad şousu

İki məhşur ifadə var. “in vino veritas” – günahda həqiqət və “mendes veritas” – yalanda həqiqət.

 

 
Belə, Xanımlar və Cənablar! Söhbətə başlamamışdan əvvəl ruhu zəifləri bunu oxumamağa çağırıram. 
 
Yalan var və bu yalanın xeyir duası ilə bağlı mübahisələr var. Bugün sizə yalanda gizlənən həqiqətdən söz açacağam. Bugün sizə buket təqdim edəcəm. Hipotezlərdən yığılmış bir buket. İnanıb inanmamaq isə Sizin öhdənizə buraxılacaq. 
 
Hərdən yalan o qədər dərin olur ki, ordan həqiqəti axtarmamaq daha məqsədəuyğun olur. 
 
Və qoy, Günəş gəlsin.
 
Miladdan on min il əvvəl hələ yazılı mənbələrdə bütün tanrıların tanrısı sayılan Günəşə ibadətlər haqqında məlumatlar mövcuddur. Günəş deyəndə ilk olaraq Qədim Misirə səyahət etsək, görəcəyik ki, bu qədim xalq ulu tanrı Qorun doğulmasını qeyd edir. 
 
Klassik dramaturgiyanın gözəlliyi də burdadır ki, Qorun əzəli və əbədi düşməni Set vardı. Set şər qüvvəni təmsil edirdi. Qor hər səhər Seti öldürür, Set isə hər gecə küldən yenidən yaranır və nəhayət bir gün Qoru diz çökdürüb yeraltı dünyaya göndərdi.
 
Bu tanrının tarixçəsi çox maraqlıdır. O, dekabrın 25-də bakirə İzidadan dünyaya gəlir – bəlkə də siz bilirsiniz – və Qor doğulanda şərqdə bir ulduz doğur. Bu ulduzun sayəsində 3 çar gələcəyin xilaskarının doğulduğu  yeri tapacaqdılar.
 
Və 12 yaşında Qor artıq uşaqlara dərs keçir, 30 yaşında Anuk adlı peyğəmbərdən ruhunu qida qəbul edir, kamilləşir. Qorun 12 səhabəsi olur və onlarla səyahət edib xəstələri sağaldır və ölülərə can verir. Tifon - səhabələrdən biri- ona etdiyi xəyanətdən sonra Qoru öldürürlər və basdırıldıqdan 3 gün sonra o xortdayır. Məncə siz artıq Qorun həyatı ilə dini panteondan olan başqa bir məhşurun həyatında oxşarlıq sezirsiniz. Davam edək…
 
Zaman keçdikcə tarixdə bu personajların sayı çoxalmağa başlayır, müasir musiqi dili ilə desək, yeni mədəniyyətlər, yeni millətlər bu əsərlərin “cover”lərini yaradıb yeni dinlər formalaşdırıblar. 
 
Həqiqətən də dünyada bilinməsi gərəkməyən həqiqətlər var, gəlin mən bu rollara girim, məsələn: Yunan tanrısı Heonis - bakirə tərəfindən 25 dekabrda dünyaya gətirilib, 30 yaşında çoxlu səyahətlər edir, möcüzələr, suyu şəraba çevirmələr, su üzərində gəzmələr, falan-filan. Bu rolda məni çarlar çarı adlandırırlar, Alfa və Omeqanın yeganə varisi. Ölümümdən sonra 3 gün qəbirda qalacam və sonra diriləcəm. 
 
Ya da başqa bir rol, tutaq ki, Frikiya tanrısı Atis. Nana adlı bakirədən dünyaya gəlmişəm və məhz 25 dekabrda. 12 şagirdimlə səyahətlər edib bənzər möcüzələr törədirəm. Bu dəfə də edamımdan 3 gün sonra dirilirəm.
 
Yeri gəlmişkən, yaxşı yadıma düşdü. Krişna - Devaki adlı bakirə qızdan dünyaya gəlmiş tanrı. Krişna da doğulanda şərqdə ulduz doğmuşdu və o da ölümündən sonra dirilmişdi.
 
Ya da həqiqət işığı adlandırılmış Fars tanrısı Mitra. Yenə də, bəli, bakirə tərəfindən 25 dekabrda dünyaya gətilirib. Mitranın da 12 şagirdi var, ölümünüdən sonra, doğrudur, o da dirilir.
 
Və nəhayət O. 25 dekabrda dünyaya bakirə Məryəm tərəfindən gətirilmiş İsa Məsih. İsanın doğulması şərqdə rus dilində “три волхва” – üç çar adlandırılan ulduzların doğması ilə simvolizə olunur. O da 12 səhabəsi ilə gəzirdi, sağaldırdı, şəfa verirdi, su üzərində gəzirdi, suyu şəraba çevirirdi.. bir dəqiqə. Eləbil bunu biraz əvvəl dedim?! Hə, və bir gün İudanın xəyanətinə məruz qaldı və edam olundu 3 gün sonra dirildi. İsa da öz sələfləri (İsadan əvvəl qeyd etdiyim tanrılar) kimi diriləndən sonra göylərə çəkilib(miş).
 
Qərinələr və əsrlər keçir, amma eyni süjet baş qəhrəmanlarının adlarının dəyişilməsi şərti ilə təkrar və təkrar yazılır. Nizaminin “Leyli və Məcnun”u kimi. 
 
Məgər insanların təsəvvürləri bu qədər kasıbdır?! Niyə hər dəfə bakirə tərəfindən dünyaya gətirilir bu qəhrəman? Niyə məhz 25 dekabrda? Niyə ölümdən sonra mütləq dirilir və məhz 3 gün keçəndən sonra?
 
Sizə bir sual verim. Sizin üçün tanrı nədir? Əlbəttə, sizlərin hər birinizin “tanrı nədir?” və “inam nə olan şeydir?” suallarına öz cavablarınızı var. Bəs axı hamı deyir ki, əsas odur ki, inanaq və yalnız inam bizi var edir. Və sual verən yoxdur ki, nəyə inanaq ki?
 
Gəlin izah edim.
 
Deyim ki, o hər dəfə göydə parlayan ulduz Siriusdur. Şərqdə ən parlaq ulduz. Və “niyə görə hər dəfə 25 dekabrda dünyaya gəlir bunların hamısı?” sualına da cavab verim. 
 
Diqqətlə göyə baxsanız, Orion kəmərində 3 ulduz var, onları qədimdə olduğu kimi indi də astronomiyada 3 çar adlandırırlar. Onlar Siriusla birlikdə 25 dekabrda Günəşin batdığı yerə işarə edirlərmiş kimi bir ox əmələ gətirirlər. Bildiyiniz kimi 22 dekabra qədən günlər azalırdı və 22 dekabrda gün ən pikində dayanır və cənuba doğru hərəkətə başlamazdan əvvəl 3 gün fasilə verir.Yəni 3 gün hərəkət etmir. 25 dekabrda Günəş yenidən 1 dərəcə şimala doğru qalxır və bu andan sonra günlər uzanmağa gecələr isə qısalmağa başlayır. Yeni sikl. 
 
Hə yadımdan çıxışdı, orda bir Cənub Xaç bürcü də var.. Günəş 22 dekabrda onun üzərinə gəlir, yəni aşağıdan baxanda kəsişir. Deməli, biraz ədəbiyyat qatsaq, 22 dekabrda Günəş Xaçda ölür, 3 gün bu nöqtədə dayanır və 3 gün sonra yeni sikl üçün yenidən hərəkətə başlayır. Belə çıxır ki, xaç heç də xristianlıq simvolu deyil.
 
İndi də bu 12 tələbədən danışım, ya da səhabədən, hələ imamları demirəm. Müsəlmanlıq gələn söhbətimdə olacaq.
 
Bunu hər məktəbli bilir, gərçi bizdə məktəblilər qırmızı kitaba düşüblər,  bu 12 nəfər 12 bürc deməkdir. Yəni ki, Günəş il ərzində 12 ay boyunca 12 bürcün müşayəti aldında təbiəti ölü vəziyyətindən diri vəziyyətinə gətirir. Dini dildə desəm, Günəş (İsa və onunkimilər) çoxlu möcüzələr edirlər, guya. Su-şərab münasibəti kimi. 
 
Bu hələ nədir ki. Bu hələ məsələnin astronomik tərəfidir. Məsələnin ikinci tərəfi var ki, köhnə ağıllı dövlət, hökümət və s. başçıları Günəşi yerə gətirib tanrı etdilər və insanları idarə altında saxlamaq üçün onları buna inanmağa məcbur etdilər. Onlar da məcburiyyətsiz inandırlar, hətta. 
 
Bu dünya necə də plagiatdır. Bütün bunlar tarix boyunca təkrarlanıb və Musanın hoqqaları da qədim misirlilərin ölülər kitabındakı 125-ci başlıqdan götürülmüş zadlardır və sairə, və ilaxır. Yeri gəlmişkən, babam kimyaçı idi və Musanın bütün hoqqalarının “sirrini” mənə mən 5-6-cı siniflərdə oxuyanda danışmışdı.
 
Və nəhayət psixoanalitiklər sübut ediblər ki, bizim istənilən inamımız uşaqlığımızla bağlanır və əgər bizi qədim Misirin Ra-sına inanmaqla böyütsəydilər biz indi heroqlif oxuyardıq, Quran yox. 
 
Davamı var...
 
Hafiz Poladzadə
Kultura.Az

 

Yuxarı