post-title

Bu xalq

Çoxdandır müəllif yazısı yazmıram. Bloqumu belə yeniləmirəm. Düzü məncə yadırğamışam yazı yazmağa. Son dövrlər işimin əsasən xəbər və rəsmi məlumatlar yazmaqdan ibarət olması müəllif yazısı yazmaqla bağlı olan - qalan bacarığımın da az qala itməsinə səbəb olub.

 

 
Bir neçə gün bundan əvvəl vədələşib, yazıçı Seymur Baycanla görüşdük. Yazıdan danışdı, yazının vacibliyindən, onun gücündən danışdı. Seymur müəllim sanki bir katalizator rolunu oynadı. Əslində bizim yazmaq istədiyimizi o bizdən daha yaxşı yazır. Ancaq onun yeni nəsli yazmağa həvəsləndirməsi çox böyük işdir. 
 
Bu yazını yazarkən ağlımda çoxlu mövzular dolaşdı. İstədim bacardığım qədər dərin yazı yazım. Amma yox,  bu xalq dayaz xalqdı. Bu çox pis səslənsə də, belədir. Bizi bir xalq olaraq tanıyanların hamısı bizə alverçi deyərək müraciət edir. Bəli, bu xalq alverçidir, dayazdır.
 
İşlədiyim yer Bakının mərkəzində yerləşdiyindən hər gün iş vaxtı və ya işdən sonra "Fəvvarələr Meydanı" ətrafından keçirəm. Burada dolaşan insanları, ətrafdakı çil-çıraqları, oturacaqları müşahidə edərkən bu ölkədə yaşamayan, bu xalqın dilini bilməyən biri olsam, necə gözəl bir məmləkət olduğunu heç şübhə olmadan dilə gətirərəm. Hər şeyin vizual gözəlliyə hesablandığı bu məmləkət əslində dünyanın ən geridə qalmış məmləkətidir. 
 
Məni qocalar heç vaxt düşündürməyib. Onların nə etməsi, niyə və harda səhv etməsi mənim üçün çox da vacib məsələ olmayıb. Zatən onlardan bir gözləntim də yoxdur. Mənim dərdim bu ölkədə olan gənclərdir. Bəzən dostlarımla bir mövzunu çox müzakirə edirik. Bu ölkədə bu qədər gözəl xanımmı var?! Bunlar harda böyüyüblər belə?! Sonra dərhal da yalnış düşündüyümüzü anlayırıq. 
 
Bu ölkədəki xanımlar heç də Gürcüstanda, Avropanın inkişaf etdiyi ölkələrdən olan xanımlardan gözəl filan deyillər. Boş söhbətdi Qafqaz, Azərbaycan gözəlliyi filan. Məsələ başqadır. Bu ölkədə olan xanımların gedə biləcəyi cəmi 2 yer var. Biri qohum toyudur, digər isə şəhərin mərkəzi və bu mərkəzdə yerləşən bir - iki kafe. Zatən "Fevvareler Meydanı" da şadlıq evlərindən fərqlənmir. Bu ölkədəki xanımların özünü ifadə etməsi üçün başqa heç bir şansları yoxdur. Yalnız bu iki məkan var onlar üçün. Belə olan halda isə evdən çıxarkən toya və ya gəzməyə çıxmağından asılı olmayaraq bütün gözəl paltarlarını geyinirlər, bacardıqları qədər makyaj edirlər. Çünki onların başqa çarələri yoxdur. Həftədə bir dəfə şəhərə çıxırlar və ürəklərindəki ən böyük arzu ətrafdakı oğlanların onlara baxmasıdır. Bunun üçün də var gücləri ilə bəzənirlər. Onlara baxan oğlanlara isə "çuşka" kimi yanaşırlar. 
 
Avropa ölkələrində bilirsiz şəhərdə niyə bu qədər bəzənmiş qadın yoxdur? Çünki onların kompleks dedikləri bir problem yoxdur. Onlar normal münasibətlər zəmnində istədikləri oğlanla sevişə, sekslə məşğul ola bilirlər. Onların vecinə deyil bütün oğlanların onlara "yanıq" kimi baxması. Belə bir ehtiyacları da yoxdur. 
 
Bizim ölkədə isə o dediyim xanımlar bəlkə də şəhərdə onlara baxan bütün bu baxışları öz beyinlərində video yazısı kimi yazırlar və içlərindən ən yaraşıqlısını tam dəqiqliyi ilə yadda saxlayıb evə gedəndə onu xatırlayır və hansısa yolla orqazm olmağa çalışırlar. Əmin olun var belələri. Ona görə var ki, onun hünəri çatmaz o oğlanla seksual münasibət yaşamağa. O oğlan əgər həmin an ona mədəni formada yanaşsa belə, tanış olmaq istədyini çox normal şəkildə desə belə, qız özünü elə aparacaq ki, sanki qarşısındakı əxlaqsız birisidir və bu tanışlıqdan imtina edəcək. Hətta biraz da irəli gedərək, özünün necə namuslu biri olduğunu göstərmək üçün "gec bacına yaxınlaş" deyəcək ona.
 
Bu qədər dayazdılar. Vallah onlar bəlkə də hamıdan çox istəyir kiminləsə seksual münasibəti, sevgili olmağı. Ancaq buna nə cəsarətləri çatır, nə də məntiqi ağılları.
 
Bəs oğlanlar?!
 
Onlar da məsum deyil. Kimsə elə düşünməsin ki, bütün günahlar xanımlardadır və ya belə düşünürəm. 
 
Evdəki bacısının hansısa oğlanla sevgili olmasına normal baxa bilməyənlərə mastrubasiya etmək üçün sağ belə çoxdur. Onlar heç o sağ ələ də layiq deyillər, nəinki hansısa qızla sevgili olub seksual münasibətlər yaşamağa. 
 
Bütün günü məhəllədə oturub "ponyataka"dan danışan, bundan bezib metrolara düşən, basabas yaranacağına ümid edib, hansısa qıza sürtünüə biləcəyi xəyalı ilə yaşayanlar normal cəmiyyəti haqq etmir.   
 
Öz doğmalarından başqa qarşısına çıxan hər kəsə ancaq fahişə, qəhbə gözü ilə baxanlar o basabaslarda insan çoxluğundan üzünü görə bilmədiyi üçün bir gün mütləq öz bacılarına sürtünəcəklər. Buna əmin olun. 
 
P.S. biraz aqressiv yazdım bilirəm, amma yaxşı elədim. 
 
Pərviz Əzimov
Kultura.az
 
Yuxarı