post-title

Qadınlara dair

Qadınların istər zehni, istərsə də fiziki olsun, böyük işlər üçün yaradılmamış olduqlarını anlamaq üçün xarici görünüşlərinə baxmaq kifayətdir. Onlar həyatın cəfasını etdikləriylə deyil dözdükləri ilə çəkirlər - borclarını doğum sancılarıyla, doğurduqları uşağa baxıb, böyütmələri ilə, səbirli və mehriban bir həyat yoldaşı olmaqları, lazım olan kişiyə itaətləri ilə ödəyirlər.

 

 

Bir şey nə qədər soylu və mükəmməldirsə, onun yetkinliyə çatması da o qədər gec və yavaşdır. Kişi, ağlının, bacarıqlarının və ruhi qabiliyyətlərinin yetkinliyinə iyirmi səkkiz yaşından əvvəl nadir olaraq çatar. Qadınlar isə, hələ 18 yaşlarında bunu bacarırlar... Lakin qadınların vəziyyətində bu çox zəif və dar sərhədlər daxilində reallaşır. Bu səbəbdəndir ki, qadınlar, bütün həyatları boyunca uşaq qalırlar. Çünki, hər zaman içində olduqları zamana bütün varlıqları ilə bağlı qalaraq yalnız özlərinə ən yaxın olanı görərlər, həqiqət əvəzinə bir şeyin görünüşünə  təslim olarlar və ən əhəmiyyətli işlərə qarşı əhəmiyyətsiz şeyləri seçərlər. Kişi, ağlının, bacarıqlarının və ruhi qabiliyyətlərinin sayəsində, heyvanlardan fərqli olaraq yalnız içində olduğu zamanda yaşamaz, keçmiş və gələcəyi həmişə göz qarşısında saxlayar, qiymətləndirmələrini buna görə edər və ehtiyat, təmkin, qayğı və narahatlıqlar da buradan qaynaqlanır

Qadınların istər zehni , istərsə də fiziki olsun, böyük işlər üçün yaradılmamış olduqlarını anlamaq üçün xarici görünüşlərinə baxmaq kifayətdir. Onlar həyatın cəfasını etdikləriylə deyil dözdükləri ilə çəkirlər - borclarını doğum sancılarıyla, doğurduqları uşağa baxıb, böyütmələri ilə, səbirli və mehriban bir həyat yoldaşı olmaqları, lazım olan kişiyə itaətləri ilə ödəyirlər. Ən sıx iztirablar, sevinclər, böyük güc və mətanət nümayişləri onlar üçün deyil. Onların həyatı kişininkindən daha sakit, daha yumşaq və daha əhəmiyyətsiz bir şəkildə sürməli və nəticə etibarilə nə çox  xoşbəxt, nə  çox bədbəxt olmalıdırlar.

Təbiət  aslanları pəncələr və dişlərlə, filləri və donuzları azı dişlərlə, öküzləri buynuzlarla, mürəkkəb balığını suyu qaraldan mürəkkəb rəngli maye ilə təchiz etdiyi kimi, qadınları da özlərini qorumaları və müdafiə etmələri üçün ikiüzlülük və ya riyakarlıq bacarıqlarıyla təchiz etmişdir. Təbiətin kişilərə fiziki güc və ağıl, bacarıq formasında bəxş etdiyi qabiliyyətin hamısını qadınlara bu şəkildə bağışlamışdır. Bu səbəbdən də ikiüzlülük və ya riyakarlıq qadınlarda doğuşdandır və bunlar hiyləgər qadınınkı qədər axmaqların da fərqləndirici özəlliyidir. Buna görə də, bu vəziyyət hücuma məruz qaldıqda müdafiə  silahlarına müraciət edən heyvanlar üçün nə qədər təbiidirsə, qadınların da hər fürsətdə və müxtəlif səbəblə bundan faydalanmaları o qədər təbiidir. Üstəlik bundan faydalanarkən sahib olduqları  haqqları müdafiə etməkdən başqa bir  şey etmədikləri düşüncəsindədilər. Bu səbəbdən də  dürüst, etibarlı, ikiüzlülüyə və ya riyakarlığa həyatında yer verməyəcək bir qadın bəlkə də təsəvvür edilə bilməz və yenə eyni səbəbdəndir ki, başqalarındakı ikiüzlülüyü, riyakarlığı bu qədər tez hiss edib, görə bilərlər. Buna görə də onlarla bu mövzuda yarışa girmək tövsiyə edilmir.

Gənc qızların evi və ya başqa iş və münasibətləri həyatlarında ikinci dərəcəli, hətta lətifə növündən bir şey olaraq hesab etdiklərini görərik. Ciddi bir şəkildə diqqət  və əmək sərf etdikləri tək şey sevgi, sevdiklərinin könlünü qazanmaq, yaxud geyim-keçim, dəriyə qulluq etmək, rəqs etmək və bunlara əlaqəli olan hər şeydir.

Əgər bütün qadın cinsinin ən seçmələrinin belə incəsənətdə heç bir zaman həqiqətən böyük, həqiqi, və xüsusi olan heç bir şey bacara bilmədiklərini ya da hansı növdən olursa olsun dünyaya qalıcı dəyərə sahib heç bir əsər verə bilmədikləri nəzərə almış olsaq, qadınlardan fərqli heç bir şey gözlənilməməsinin lazım olduğunu aydın şəkildə başa düşmüş olarıq. Bizim  kimi onların da qabiliyyətləri daxilində olan rəsm çəkmə sahəsində çox çalışqan və istəklidirlər. Bununla belə, yenə də görülməyə dəyər tək bir böyük rəsm əsəri ortaya qoya bilməmişdirlər. Bunun tək və sadə səbəbi isə qadınları rəsm sənətində həqiqətən lazımlı və vacib  şey olan zehni-fikri obyektivliyindən məhrum olmalarıdır. Onlar əsla fərdi dünyagörüşlərinin sərhədlərini aşa bilməzlər və bu hər şeydə belədir. Adi qadınların belə rəsm sənətinə qarşı həqiqi mənada bir həssaslığa  sahib ola bilməmələri də bununla bağlıdır: Çünki, təbiət (bir növdən digərinə) yavaş yavaş irəliləməlidir.

Qadınların beyinlərindəki təbii quruluş ağıla, öyrənməyə  çox  yer ayırmaz.. Qadınlar öz təbiətlərinə sadiq qaldıqları müddətcə, ədəbiyyat və məlumatın hər növü onların ağılı üçün iyrənc və uzaq dayanılmalı bir şeydir. Qadınlar ( cinslərinə xas olan soyuqluq və yaşlıq səbəbiylə) dərin bir zəkaya çata bilməzlər və onları ancaq müəyyən bir bacarıqlılıq havası içində yalnız əhəmiyyətsiz və sadə şeylər üzərində çənə vurarkən görə bilərik..

Artur Şopenhauer

Tərcümə ixtisarladır

Kitabın tam adı: Artur Şopenhauer - Aşka ve Kadınlara Dair(Aşkın Metafiziği)

Türkcədən tərcümə edən: Vüqar Bəhmənzadə

Yuxarı