“Molla Nəsrəddin”in ürəyi
Əliqulu Qəmküsarın toxunduğu ictimai-sosial m&oum…
Bu gün biz, 1000-ə yaxın gənc, nə qədər güclü olduğumuzu, daha güclü ola biləcəyimizi, nə qədər dözümsüz olduqlarını və hansı məqama qədər dözə biləcəklərini gördük və göstərdik. Əsgər ölümləri bizi hiddətləndirib, amma biz təkcə əsgər ölümlərinə görə deyil, hər gün yaşadığımız ölümlərə görə etiraz edirdik.
"Yaşadığımız ölümlər"... Bəli! Biz yaxşı bilirik ki, bir tragikomediya personajlarıyıq və tragikomik olmaqdan bezmişik. Ceyhun bizim əksəriyyətimiz kimi idi və yəqin, bizim əksəriyyətimiz kimi özündən böyük əmioğlu, dayıoğluların paltarları ilə böyümüş, çərən-pərənlə doldurulmuş "Azərbaycan tarixi" kitablarını oxumağa məcbur olmuş və heç olmasa, ömründə bir dəfə yaltaqlığa məhkum edilmiş auditoriya qarşısında intonasiya ilə "ulu öndər"ə aid şeir deməyə təhrik edilmişdi. Əminəm ki, mən onun yerində olsaydım öldürülər, o mənim yerimdə olsaydı etiraz edərdi. Yəni, o bizim əksəriyyətimiz, meydana çıxmış 1000 gənc, eyni zamanda mənim kimi idi! Onun yaşamağa pulu çatmadı, həmçinin mənim də yalnız nəfəs almağa pulum çatır...
Zənnimcə, bir ölkənin hansı vəziyyətdə olduğu onun əsgərinin və ordusunun ümumi vəziyyətindən bəllidir. Bir ölkənin əsgəri nümunəvi hesab olunursa, həmin ölkə qürurludur, bir ölkənin əsgərinin düşmən gözü ilə baxacağı birisi yoxdursa, həmin ölkədə yaşayanlar rahat yaşayırlar, bir ölkənin əsgəri bit-birə təmizləyirsə, alçaldılırsa, demək bütünlükdə həmin ölkə alçaldılır, bir ölkənin əsgəri və düşməni yoxdursa, demək həmin ölkədə qorxular məğlub edilib, "nifrət" sözü tam mənada anlaşılmır və həmin ölkə xoşbəxtdir. Yəni, hər şey Qandinin dediyi kimidir: "Biz elə bilirik düşmən nifrətdir, amma o qorxudur."
Son dövrlərə qədər ordular dövlətlərə rəqib dövləti birbaşa əzmək üçün lazım idisə, indi onlar əksərən görüntü ilə əzmək üçün istifadə olunur. Ordunun necə cəbr aləti olduğunu Avropa "aydınlanma" dövründən bu yana görən az olmayıb. Antimilitarizmin əsas müdafiəçiləri kimi isə sosialistlər: Jan Joresi, Karl Libknehti göstərmək olar. İstənilən halda məqsəd "əzmək", nəticə nifrətdir. Və əgər Qandi haqlıdırsa, sizə elə gəlmirmi ki, biz nəisə gözdən qaçırırıq? Nifrətlə qorxunu dəyişik salmağımıza səbəb olanlar bizim qənimlərimiz deyilsə, bəs kimdir? Üstəlik, biz Azərbaycanda yaşayırıq... Elə bir ölkədə ki, əsgərlərə qarşı elə dinc şəraitdə qırğın törədilir, burada müharibəyə bais burjuaziya da yoxdur, mənfur məmur plutokratiyasının, rüşvət sisteminin tüğyan etdiyi prezidenti Dağlıq Qarabağ böhranının tək çıxış yolu olan sülh yolunu bağlı qapılar arxasında qətl edən, bundan maksimum sui-istifadə edib öz quldur-qoçularını varlandıran bir bığlı kişi olan ölkədə...Və bizim antimilitarizmə olan haqqlarımız daha böyükdür... Məncə, hamımız Ceyhunun və digər əsgərlərimizin ölüm səbəbini çox gözəl anlayırıq. Lakin, biz etiraz etməyi bacarmışıq, deməli sarğıları açırıq. Sarğıları açdıqca, və digər yaraları gördükcə inqilab etməmək üçün bütün bəhanələrimiz əlimizdən alınacaq. Və biz silahı Çara doğru çevirmiş bolşeviklərlə eyni hisləri keçirəcəyik.
Sabah biz inqilab edəcəyik...
12.01.2013
Namiq Rəssam