post-title

Bəyanat - 200 nəfər Əkrəm Əylisliyə dəstək oldu (Yenilənir)

İfadə azadlığı ilkin məhdudiyyətsiz tətbiq olunması qəbul edilən hüquqlardan biridir. İfadə azadlığı düşüncə azadlığının davamı olaraq, insanın ən təbii azadlıqlarındandır. İlkin məhdudiyyət kimi senzuranın tətbiqinin hüquqazidd olması ilə yanaşı, ifadə edilmiş fikrə görə cəzalandırma da hüquqla qadağandır.

 

 
Son günlər Azərbaycanda Əkrəm Əylislinin "Daş yuxular" romanı probem kimi süni şişirdilmişdir. Amma bu şişirtmə əndazəsini aşaraq, Azərbaycanda ifadə azadlığına açıq təhlükə halına gəlmişdir. Təəssüf ki, bu təhlükənin böyüdülməsində Prezident də iştirak etdi - Prezident Əkrəm Əylislini xalq yazıçısı adından və təqaüddən məhrum etdi. Ana müxalifət olan İctimai Palatanın bəyənatında ifadə azadlığına dəstək ifadə olunsa da, kütlənin təhdidləri qarşısında əsər qınanıldı. Bu səbəbdən biz - aşağıda imza edənlər ziyalı mövqeyi nümayiş etdirərək, ifadə azadlığına yaranmış təhlükənin qarşısında dayanmağı qərara almışıq.
 
Ziyalı xalqın beynidir və o beynə nəyisə düşünməyi qadağan etmək xalqın düşüncədən məhrum edilməsidir. Düşündüyünü ifadə etməyi qadağan etmək isə əslində düşüncənin məhv olması deməkdir. Əkrəm Əylisli bir ziyalı kimi düşündüyünü ifadə etmək azadlığına malikdir. Ədəbi əsərlər isə xüsusi istisna təşkil edir və ədəbi qəhrəmanların dili ilə deyilənlər müəllifin mövqeyi kimi qəbul edilmir.
 
Lakin hazırda Azərbaycanda yazıçının öz ədəbi əsərində qəhrəmanların dilindən səsləndirdiyi fikirlərinə görə ifadə azadlığı həm kütlə tərəfindən tapdalanır, həm də buna hakimiyyət tərəfindən açıq dəstək verilir. İngilis mütəfəkkir Con Stüart Mill 19-cu əsrdə deyirdi ki, "Bir fikri boğuruqsa, əmin olmaq mümkün deyil ki, boğulan fikir həqiqətin özü yox, məhz səhv olan bir fikirdir". İndi isə əksəriyyəti mübahisəsi gedən əsəri oxumayanlardan ibarət kütlə yazıçını mənəvi linçləməklə məşğuldurlar. Ən yaxşı halda isə bunu müharibə dövründə bəzi həqiqətlərin deyilməməsinin vacibliyi ilə əsaslandırırlar. ABŞ Prezidenti Teoder Ruzvelt bu barədə demişdir ki, "Əgər vətənin müdafiəsi yalnız insan azadlığının qurban verilməsi hesabına mümkündürsə, mənə belə vətən lazım deyil".
 
Bizə vətən lazımdır, amma ondan qabaq bir ölkəni vətənimizə çevirə bilən təminatlar, o cümlədən ifadə azadlığımıza təminat lazımdır. Sonuncu dəfə nasist Almaniyasında tətbiq olunan üsullarla ifadə azadlığının üstünə bu cür təşkilatlanmış hücum, təəssüf ki, bizim vətən hesab etməli olduğumuz Azərbaycanda baş verir.
 
Biz ən ağır dövrlərində belə öz parlamentində ermənilərə, ruslara, digər azlıqlara yer verən Cümhuriyyətin, 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktına əsasən, varisiyik. Ziyalıların qurduğu Cümhuriyyətimizin bu böyük tolerantlıq ənənəsini itirməyə haqqımız yoxdur. Ona görə də biz indi şəxslərin, nifrətin, linçləmənin yox, dəyərlərin, ifadə azadlığının yanındayıq.
 
Ziyalıya qarşı hücum həmin ölkənin beyninə qarşı hücumdur, ifadə azadlığına qarşı hücum respublikanın bünövrəsinə qarşı hücumdur. Biz xalqın beyninə, respublikanın bünövrəsinə olan hücumları qınayır və ifadə azadlığının bu ölkədə yaşaması üçün əlimizdən gələni edəcəyimizi bəyan edirik. 
 
Bəyanata ilkin olaraq qoşulanlar: 
 
Şahvələd Çobanoğlu (yazar)
Xədicə İsmayılova (jurnalist)
Elnur Astanbəyli (yazar)
Zamin Hacı (yazar)
Seymur Baycan (yazar)  
İlkin Qəmbər (Minval.Az saytının baş redaktoru)
Rasim Qaraca (yazar)
Əli Əkbər (yazar)
Anar Məmmədli (SMDT Mərkəzi)
Gündüz Ağayev (rəssam)
Orxan Zamanlı (psixiatr)
Zaur Qurbanlı (hüquqşünas)
Günel Mövlud (yazar)
Hacı Hacılı (İsveçrə)

Xuraman Hüseynzadə (yazar)
Səməd Rəhimli
Qurban Memmedli
Emil Bağırov
Elmin Bədəlov (jurnalist)
Mirmehdi Ağaoğlu (yazar)
Feride Elekberli
Elman Feteli-zade
Vüqar Bəhmənzadə (yazar)
Azər Məmmədov
Firudin Allahverdi (bəstəkar)
İzolda Agayeva (jurnalist)
Əli İsa Cabbarov (rejissor)
Qismət (yazar)
İsmayıl Bəşirli
Cəlil Cavanşir (yazar)
Əfqan Muxtarlı (yazar)
Qurban Dağlı (Ələkbərov)
Aygun Aslanli (kinoşünas)

Natiq Cavadli (yazar)
Cavid Ramazanov (yazar)
Natiq Ədilov (yazar)
Vusale Bayramli
Aysel Jafarova
Mövlud Mövlud (yazar)
Alizadə Aybəniz
Emil Məmmədli
Abbas Atilay (fotoqraf)
Turan Hesenbeyli
Ülviyyət Agayeva
İlkin Rüstəmzadə
Elşən Məmmədli
İlqar Vəliyev
Telman Şahbazov
Rahim Telman Sadigbayli (İsveç)
Xanım Nağıyeva
Nuranə Rəhimova
Emil Aqali
İsa Şahmarlı
Nərgiz Əli
Etibar Salmanlı
Asim Calalov
Nicat Hesenli
Ulvi İsmayil
Vasif Qarayev
Nicat Hesenli
Esmer Kerimova
Vefa Ceferova
Sadıq Məmmədli
Rəşad Əliyev
Həsənli Emin
Vüqar CəfərZadə
Elvin Bəşirli
Şəbnəm Əzizova
Vüqar Bağırlı
Kənan Rəfiyev
Murad Əhməd
Tərlan Abbaszadə
Efsane Shahmurad
Hacı Hacıyev
Leli Agayeva
Seymur Salamov
Toğrul Əkbər
Zaur Kurdexanski Qasanaliyev
Asya Zeynallı
Samir Hech
Murad Shiksafiyev
İsmayilov Elnur
Hesen Qasimov
Reyhane Nevefova
Vəli Baba
Aysel Suleymanova
Elmar Safarov
Муса Мусаев
Mənsur Feyzizadə
Xeyal Kerimli
Təranə Museyifqizi
Samir Tagizade
Ulduz Məmmədova
Nergiz Agali
Fuad Hasanli
Alishka Safarli
Leyla Yaqublu
Araz Bağırov
Seymur Salamov
Tutu Hacizade
Ulvi Babayev
Xanim Mehri Hesenzade
Ülkər Həsənzadə
Asif
Zöhrə Həsənbəyli
Lazım Əsədli
Vusal Pawayev
Tutu Hacizade
İsmayılzadə Zülfüqar
Gülcan Hüseynli
Səmayə Orucova
Xumar Ali
Kənan Möylamlı
Ramil
Oral Mədənçi
Vüsal Hüseynli (Almaniya)
Samirə Əşrəf
Ülkər Vəliyeva
Firudin Səlimov
Şahlar Ələkbərli
Sənan Mehdi
Eziz Qurbanov
Vüqar Feyzulla
Zaur Eyvaz
Nail Nurəddinoğlu
Fərid Sadıqov
Elvin Cəbrayıl
Ömər Məmmədov
Nicat Ali
Elcan Dadashzade
Qəşəm Məmmədli
Amal Abuşov
Röya Kərimli
Məcid Mərcanlı
İlhamiz Quliyev
İlkin Gambar  
Musayev Israil
Fuad Qasımlı
Günay Fərəczadə
Səxavət Sahil
Gadjiev Musa (İsveçrə)
Asəf Cumaliyev
Yavuz Əsədov
Xəyyam Namazov
Kenan Qasimli
Игорь Джагатаев
Elvin Azad
Murad Rüstəm
Emin Aslan (hüquqşünas)
Rahim Telman Sadigbayli (İsveç)
Qoşqar Yunuslu
Nezaket Shukurova
Eldaniz Mammadov
Kənan Abbasov
Hüseyn Cavid
Əzizov Məhəmməd
Feziyeva Pərvin
Şahin Musavi
Elvin CanTuran
Xalisə Şahverdi
Rəsul Şükürsoy
Turan Yaqublu
İntiqam Əliyev
Anar Bagirov
Elxan Elmanoglunu
Cavid Məmmədov
Leyla Cəfərli
Saida Abdullayeva
Fuad Qulubəyli-Strasburq
Səbuhi Feyziyev
Badiseba Memmedli
Nurlan Əhmədov
Aynur Mehdiyeva
Anita Hasanova
Tamerlan Məmmədov.
Razim M.R
Fərid Cəfərov
Almas H. Yenisey
Sharaf Aliyeva
Elnur Quliyev
Sardar Agayev (İsveç)
Orxan Kazimov
Sevil Huseynova
Sevda Safaraliyeva
Müşfiq Şükürov
Elkin Xəlilov
Anar Kəlbiyev
Fikrət Fəraməzoğlu
Nilufer Nuraliyeva
Gözəl Məhərrəmli
Samir Kazımlı (yazar)
 
Bəyanatı imzalamaq istəyənlər şərh bölməsində adını əlavə edə bilər. 

 

Yuxarı