post-title

Heydər Əliyevin Stepan Şaumyanın 100-illiyi münasibətilə məruzəsi

Heydər Əliyev Stepan Şaumyanın 100 illiyi münasibətilə məruzəsini və Bakıda Stepan Şaumyanın abidəsinin təntənəli açılışındakı nitqini «LENİN İŞİ UĞRUNDA, KOMMUNİZM UĞRUNDA MƏRD, MÜBARİZ» adı altında 20 min trajla kitabça kimi çap etdirmişdir (Bakı, «Azərbaycan Dövlət Nəşriyyatı», 1978-ci il.) Heydər Əliyevin əsl simasını oxuculara çatdırmaq üçün bu kitabçanı latın əlifbasında çap edirəm. Və eyni zamanda da Heydər Əliyevin 19 aprel 1980-cı ildə «Kommunist» qəzetində çap etdirdiyi Bakıda Xl Qızıl Ordunun şərəfinə qoyduğu abidənin təntənəli açılışındakı nitqini bu kitabda veririk.

 

 

S.G.ŞAUMYANIN ANADAN OLMASININ 100 ILLIYI MÜNASIBƏTILƏ TƏNTƏNƏLI YIĞINCAQDA MƏRUZƏ
(11 oktyabr 1978-ci il)
Əziz yoldaşlar!
Nəsillər fəhlə işi uğrunda çarpışan mərd mübarizlərin parlaq və nəcib obrazlarını qəlblərində sevə-sevə yaşadırlar. Stepan Georgiyeviç Şaumyan ölməz leninçi bolşeviklər dəstəsində əbədi yer tutur. (Alqışlar). Bu gün Azərbaycan partiya, sovet və ictimai təşkilatlarının nümayəndələri alovlu inqilabçı, Kommunist Partiyasının və Sovet dövlətinin görkəmli xadimi, böyük Leninin sədaqətli şagirdi və silahdaşı Stepan Georgiyeviç Şaumyanın anadan olmasının 100 illiyini təntənə ilə qeyd etmək üçün bu möhtəşəm saraya toplaşmışlar.(Gurultulu alqışlar).da yaşayırlar. Sov.IKP MK-nın Baş katibi, SSRI Ali Sovetinin Rəyasət Heyətinin Sədri L.I.Brejnev yoldaş şanlı inqilabi ənənələr, əmək və beynəlmiləlçilik ənənələri şəhəri Bakıya böyük Leninin adını daşıyan orden təqdim etmişdir. (Gurultulu, sürəkli alqışlar).L.I.Brejnev yoldaş demişdir: «Kirovun obrazlı ifadəsilə desək, Vladimir Iliç Bakı proletarlarının ürək döyüntüsünü dünyanın o başından eşidirdi. Vladimir Iliç Azərbaycan zəhmətkeşləri ilə sıx əlaqə saxlayır, onların inqilabi mübarizəsini ictiqamətləndirir, onlara gələcəyin yolunu göstərirdi. Azərbaycan zəhmətkeşləri də rəhbərin çağırışlarına həmişə ürəkdən qoşulurdular». Sovet Azərbaycanı paytaxtının Qırmızı ordeni dünyanı dəyişdirən inqilabçıların bütün nəsillərinə ləyaqətli bir mükafatdır. (Gurultulu alqışlar).  Bu orden Azərbaycanın bolşevik təşkilatını sinfi çarpışmaların alovları içərisində yaradıb mətinləşdirənlərə verilən mükafatdır. Bu orden Petroqradda silahlı üsyanın qələbəsindən altı gün sonra Bakıda sovet hakimiyyətini elan etmiş inqilabçıların rəşadətinə verilən yüksək qiymətdir. Bu ordən Qafqazın bolşevik qalası olan Bakı Kommunasının bütün komissarlarına ən yüksək ehtiramın ifadəsidir. Bu orden ilk beşilliklərin fədakar zəhmətkeşlərinə mükafatdır. Bu orden onların Böyük Vətən müharibəsinin ağır sınaq illərində qələbəmiz uğrunda çarpışmış oğlan və qızlarının yenilməz iradəsinə parlaq sübutdur. Bu orden inqilabçı mübarizlərin Sovet Azərbaycanını sosial-iqtisadi tərəqqi zirvələrinə ucaldan varislərinə ləyaqətli mükafatdır. (Alqışlar).L.I.Brejnev yoldaş Lenin ordenini təqdim edərkən hünərləri Sovet ölkəsinin tərcümeyi-halına neçə-neçə qızıl sətirlərlə yazılan bakılıların, Azərbaycan zəhmətkeşlərinin inqilabi və əmək rəşadətinə yüksək qiymət vermişdir. Respublikanın fəhlə sinfi, kolxozçu kəndliləri, xalq ziyalıları müəllim və rəhbərlərimizin ölməz obrazını təcəssüm etdirən ordenə özlərinin bütün həyatı və fədakar əməyi ilə, qəlblərinin hər bir döyüntüsü ilə layiq olmağa çalışırlar.(Gurultulu alqışlar).Bu salona leninçilərin bütün nəsillərinin nümayəndələri – çarizmə və burjuaziyaya qarşı mübarizə illərində partiyanın bayrağı altına toplaşan veteranlar, ilk bolşeviklərin qəhrəmanları, Böyük Vətən müharibəsinin odlu-alovlu yollarından keçən cəbhəçilər, şəhər və kənd əməkçiləri, şanlı gənclərimiz toplanmışlar. Əziz yoldaşlar, icazə verin, Vətənin alı mükafatı münasibətilə sizi bir daha ürəkdən təbrik edim. (Gurultulu alqışlar).Partiyamızın şan-şöhrəti və iftixarı olan, bütün həyatı, düşüncələri, hünərləri və arzu-istəkləri ilə böyük məqsədə – Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizəyə, sosializm və kommunizm quruculuğuna xidmət edən sınanmış bolşevikləri dərin ehtiram və qızğın minnətdarlıq hissi ilə salamlayırıq. Veteran yoldaşlar, sinfi çarpışmalardakı igidliklərinizə görə, fədakar əməyinizə, Sovet Azərbaycanının nailiyyətlərindəki böyük xidmətlərinizə görə sizə səmimi-qəlbdən sağ olun deyirik. (Gurultulu alqışlar). Sizə möhkəm cansağlığı, nəcib fəaliyyətinizdə çoxlu qüvvə və böyük müvəffəqiyyətlər arzulayırıq. (Alqışlar).Qardaş Respublikaların: Gürcüstan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi T.V.Laşkaraşvili başda olmaqla Gürcüstanın (alqışlar), Ermənistan KP MK katibi V.B.Qalumyan başda olmaqla Ermənistanın (alqışlar), Türkmənistan KP MK katibi M.M.Mollayev başda olmaqla Türkmənistanın (alqışlar) nümayəndə heyətlərini, Sov.IKP Qaqarin Rayon Komitəsinin ikinci katibi L.H.Şapkin başda olmaqla Vətənimizin paytaxtı Moskvanın Qaqarin rayonunun nümayəndə heyətini salamlamaq bizim üçün olduqca xoşdur. (Alqışlar). Əziz dostlar, Azərbaycan zəhmətkeşləri belə hesab edirlər ki, Stepan Georgiyeviç Şaumyanın yüz illik yubileyi şənliklərində sizin iştirakınız inqilabi mübarizə qəhrəmanlarının bizə vəsiyyət etdiyi sarsılmaz xalqlar dostluğunun böyük və mənəvi qüvvəsinin parlaq təcəssümüdür. (Alqışlar).Biz Stepan Georgiyeviçin, bütün Bakı komissarlarının təntənəli iclasımızda iştirak edən qohumlarını və yaxın adamlarını səmimi-qəlbdən salamlayırıq. (Gurultulu alqışlar).
Odlu alovlu on səkkizinci ildə Qafqaz üzərində Lenin bayrağı, Sovet hakimiyyəti bayrağı qaldıran Bakı Kommunasının şanlı epopeyası Oktyabr yollarının ilk yolçularının unudulmaz hünəridir, mübarizlərin və qurucuların bütün nəsilləri üçün tükənməz ilham mənbəyidir.
Ingilis müdaxiləçiləri və eser əksinqilabçıları tərəfindən Zakaspi qumsallıqlarında öldürülən komissarların odlu qələbələrinin dayandığı gündən altımış il keçir. Stepan Şaumyanla birlikdə onun mübariz dostları və silahdaşları Məşədi Əzizbəyov, Alyoşa Caparidze, Ivan Feoletov, 26 Bakı komissarının 26-sı da əbədiyyata qovuşmuşdur.
Xahiş edirəm inqilabçı mübarizlərin əziz xatirəsini yad etmək üçün ayağa qalxasınız. (hamı ayağa qalxır).Bakı komissarları həmişə bizimlədir. Onların mübariz şüarı: «Yaşasın kommunizm!» şüarı milyon-milyon yeni dünya qurucusunun zəfər bayrağına çevrilmişdir.(Gurultulu alqışlar).Yoldaşlar! Stepan Georgiyeviç Şaumyanın peşəkar inqilabçıya məxsus dərin məzmunlu, qısa, lakin parlaq həyatı, çoxcəhətli partiya və dövlət fəaliyyəti əməkçi xalqın azadlıq və xoşbəxtliyi uğrunda, kommunizm ideallarının təntənəsi uğrunda fədakarcasına mübarizə aparmaq rəmzidir. Stepan Şaumyan öz iti zəkası ilə, məsələləri dərin təhlil etmək, hadisələrin mahiyyətinə nüfuz etmək və onların bütün dialektik qanunauyğunluğunu görmək kimi heyrətamiz bir istedadı ilə fərqlənirdi. Ideya yenilməzliyi, bolşevik prinsipiallığı, fəhlə sinfinə hədsiz sədaqət, inqilab düşmənlərinə qarşı barışmazlıq Stepan Şaumyanın qəhrəman xarakterinin ayrılmaz xüsusiyyətləri idi. (Alqışlar).L.I.Brejnev yoldaş kommunizm qurucularının yeni nəsillərinə müraciətlə məhz S.G.Şaumyan kimi inqilabçıları nəzərdə tutaraq demişdir ki, «onların inqilabi coşğunluğunu, dərin kommunist əqidəsini, partiyamızın böyük işinə hədsiz sədaqətini, onların coşğun romantizmini və inqilab düşmənlərinə sonsuz nifrətini əxz etmək lazımdır; bütün bunları əxz edib bu gün kommunizm quruculuğu sahəsində qarşımızda duran müxtəlif vəzifələrin yerinə yetirilməsində bunlardan istifadə etmək lazımdır».
   Stepan georgiyeviç Şaumyan 1878-ci il oktyabrın 1 (13)-də Tiflisdə anadan olmuşdur. Keçən əsrin axırlarında, Rusiya üzərində inqilabi fırtına buludları qatılaşmağa başladığı zaman gənc Stepan fəhlə işi uğrunda mübarizənin daşlı-kəsəkli, çətin yoluna qədəm qoymuşdur.
Gələcək kommunarın dünyagörüşü Tiflis realni məktəbində təşəkkül tapmağa başlamışdı. «Nə etməli? Nəyə inanmalı? Fədakarlığa hazır olan adam hansı yolla getməlidir?» sualları gənc Şaumyanı düşündürürdü. Stepan Şaumyan böyük bir səylə bu sualların cavablarını mütləqiyyətə qarşı, əmək adamlarının səadəti uğrunda mübarizədə axtarırdı. Stepan hələ on yeddi yaşında ikən öz həyat amalını elan etmişdi: «Yaşamalı, mübarizə etməli, qələbə çalmalı, məğlub olduqda yenə də yaşamalı və yaşamalı».
SON NƏFƏSINƏDƏK BÖYÜK MƏQSƏDƏ XIDMƏT EDƏN STEPAN ŞAUMYAN BU NIKBIN ŞÜARI BÜTÜN NƏCIB HƏYATI BOYUNCA ÖZÜNƏ BAYRAQ ETMIŞDI. (Alqışlar).1899-cu ildə S.G.Şaumyan Cəlaloğlu kəndində (indiki Stepanavan) Ermənistanda ilk marksist dərnəyi yaratmışdı. O, bir ildən sonra RSDFP sıralarına daxil olmuş və bütün ömrünü partiya işi uğrunda, Lenin işi uğrunda mübarizəyə sərf etmişdi Buna görə də partiya, sovet xalqı öz sədaqətli oğlunu layiqincə qiymətləndirir, ona hədsiz məhəbbət və ehtiram bəsləyir.
İyirminci əsrin başlanğıcında S.G.Şaumyan əvvəlcə Peterburq Texnoloji Institutunda, sonra isə Riqa Politexnik Institutunda oxuyarkən yerli sosial-demokratlarla əlaqə yaradır, gənclər arasında inqilabi iş aparırdı. Qohumlarına məktublarının birində yazmışdı: «Fəhlə hərəkatı ilə, sosializm adlanan ictimai hərəkatla əsaslı şəkildə tanış olmuşam».
Çar xəfiyyələrinin təqibləri gənc inqilabçını 1902-ci ildə Tiflisə qayıtmağa məcbur edir. Burada digər sosial-demokratlarla birlikdə o, RSDFP-nin tərkib hisəsi olan «Erməni Sosial-Demokratları Ittifaqı» adlı marksist təşkilatını yaratdı. Lenin «Iskra»sı ittifaqı müdafiə etdi, onun S.G.Şaumyan tərəfindən yazılmış manifestini bəyəndi. Vladimir Iliç yazırdı: «Biz «Erməni Sosial-Demokratları Ittifaqı»nın manifestini və xüsusilə də onun milli məsələni düzgün qoymaq üçün gözəl təşəbbüsünü bütün qəlbimizlə alqışlayırıq».
1902-ci ilin axırlarında S.G.Şaumyan Berlinə getdi. Universitetin fəlsəfə fakultəsində oxuyarkən RSDFP xarici təşkilatlarının işinə qoşuldu, MK-nın erməni və gürcü dillərində sosial-demokrat ədəbiyyatı nəşr edən komissiyasına başçılıq etdi. K.Marksın, F.Engelsin və V.I.Leninin əsərlərini erməni dilinə tərcüməsində xüsusi bir həvəslə, böyük bir məsuliyyət hissi ilə iştirak etdi.
V.I.Leninlə tanışlıq S.G.Şaumyanın həyatında çox mühüm mərhələ olub onun bütün sonrakı fəaliyyətini müəyyənləşdirdi. Onlar 1903-cü ilin yazında Cenevrədə görüşdülər. Vladimir Iliçin dərin və aydın təfəkkürü, onun sadəliyi və təvəzökarlığı 25 yaşlı Stepana unudulmaz təsir bağışladı. Müasirləri xatırlayırlar ki, V.I.Lenin gənc marksisti səmimi qarşılamış, ruhlandırmış, Qafqazdakı işlər haqqında müntəzəm məlumat verməsini xahiş etmişdi.
V.I.Leninlə qızğın yazışma, onun məsləhətləri, dostcasına qayğısı S.Şaumyana qol-qanad verir, onun qüvvəsini artırırdı. S.Şaumyan ilk yazılarından birinə son dərəcə mənalı bir imza – «Leninçi» imzasını qoymuşdu.
Rusiyada birinci xalq inqilabı başladıqda S.G.Şaumyan partiya işi sahəsində zəngin təcrübəyə malik idi, baş verən hadisələrin əhəmiyyətini yaxşı dərk edirdi. Onun 1905 – 1907-ci illərdə yazdığı məqalələr burjua-demokratik inqilabında bolşeviklərin Lenin taktikasının müdafiəsinə həsr olunmuşdu. 1905-ci ilin noyabrında o yazmışdı: «Nə qədər ki, bütün hakimiyyət tamamilə xalqın əlinə keçməmişdir, nə qədər ki, xalq tam hakim deyildir, fəhlə kütləsi bəşəriyyətin azadlığı uğrunda, sosializm uğrunda öz mübarizəsində çətinlik çəkəcəkdir».
S.G.Şaumyan birinci rus inqilabının alovları içərisində mətinləşdi, Zaqafqaziya fəhlə və kəndlilərinin mübarizəsinin rəhbəri kimi siyasi təcrübə qazandı. O, inqilabda Lenin taktikasını ardıcıllıq və prinsipiallıqla qoruyur, menşevikləri, burjua millətçilərini qətiyyətlə ifşa edirdi. Qafqaz Ittifaq Komitəsinin üzvü S.Şaumyan Bakı, Tiflis, Irəvan proletarlarının tətillərini və nümayişlərini, kəndlilərin inqilabi çıxışlarını təşkil edirdi.
RSDFP lV (Birləşdirici) və V (London) qurultaylarının nümayəndəsi S.G.Şaumyan Qafqaz bolşeviklərinin iradəsini yerinə yetirərək menşeviklərə qarşı barışmaz mübarizə aparır, prinsipial Lenin mövqelərini mətanətlə müdafiə edirdi.
RSDFP V qurultayından sonra partiya S.G.Şaumyanı Bakıya göndərdi. Qafqazın ictimai-siyasi həyatının başlıca mərkəzi Bakı şəhəri idi – kapital zülmünə qarşı proletarların sinfi mübarizəsi burada gedirdi. 1907-ci ilin iyunundan Stepan Georgiyeviçin inqilabi fəaliyyətinin Bakı dövrü başlandı. Tale onu neft şəhəri ilə möhkəm bağladı.
Zaqafqaziyanın onun üçün doğmalaşmış ən böyük sənaye mərkəzində partiya işi aparması, Rusiya fəhlə sinfinin qüdrətli dəstələrindən biri olan çoxmillətli Bakı proletariatı kütlələri ilə qaynayıb-qarışması, dövrün ən inqilabçı sinfinin nəbzini daim duyması bolşevik xarakterinin diqqətəlayiq xüsusiyyətlərini yeni çalalarla zənginləşdirdi. S.G.Şaumyan sonralar yazırdı ki, proletar sinfi mübarizəsinin təbiətini məhz Bakıda lazımınca başa düşmüşdür.
S.G.Şaumyanın, M.Ə.Əzizbəyovun, P.A.Caparidzenin, I.T.Fioletovun, M.S.Olminskinin, Q.K.Orconikidzenin, I.V.Stalinin, S.M.Əfəndiyevin və başqalarının rəhbərliyi altında Bakı partiya təşkilatı bolşevizm qalasına, qeyri-leqal proletar partiyasını qoruyub möhkəmlətmək uğrunda mübarizədə V.I.Leninin möhkəm dayağına çevrilirdi. S.Şaumyan 1908-ci ildə yazmışdı: «Biz Iliçin mövqeyinin düzgünlüyünə tamamilə əminik». O, başqa bir məktubunda yenidən qeyd etmişdi: «Biz tamamilə Iliçin tərəfində idik».
RSDFP Vl (Praqa) konfransının hazırlanması məsələsinə dair Rusiyanın ən iri partiya komitələrinin 1911-ci ildə Bakıda müşavirəsi oldu. Müşavirənin işində S.G.Şaumyan fəal iştirak etdi. Yeni tipli partiya yaradılmasında görkəmli rol oynayan Praqa konfransında S.G.Şaumyan qiyabi olaraq RSDFP Mərkəzi Komitəsi üzvlüyünə namizəd təsdiq edildi.
S.G.Şaumyan 1911-ci ilin sentyabrında həbs olunub bir neçə aydan sonra Həştərxana sürgünə göndərildi. Lakin o, sürgündə də inqilabi işi davam etdirir, Bakıda və Zaqafqaziyada vəziyyətlə daim maraqlanır, V.I.Leninlə yazışırdı. Həştərxanda S.Şaumyan oraya sürgün edilmiş Nəriman Nərimanovla görüşdü. Onlar qəzetlərdə və xalq universitetində birgə əməkdaşlıq edir, inqilabi təbliğat aparırdılar. Iki görkəmli inqilabçı bolşevikin dostluğu bir çox ağır sınaqlardan keçdi.
1914-cü ilin yazında S.Şaumyan Bakıya qayıdıb bolşevik təşkilatına yenidən başçılıq etdi. O, digər görkəmli partiya xadimləri ilə birlikdə Bakı neft sənayesi fəhlələrinin ümumi yay tətilinə hazırlıq görür və rəhbərlik edir, onların tələblərinin ödənilməsinə çalışırdı. Bu tətilin iki aydan artıq bir müddətdə Rusiyanı bürüyən gurultusu zülmkarları lərzəyə gətirdi.
Birinci dünya müharibəsi başlandıqda bütün Bakı bolşevik təşkilatı kimi S.G.Şaumyan da tərəddüd etmədən müharibə və sülh məsələlərində leninçi beynəlmiləlçilik mövqeyi tutdu. Bununla əlaqədar olaraq o, 1915-ci il oktyabrın 1-də V.I.Leninə və N.K.Krupskayaya yazmışdı: «…Ümumiyyətlə belə düşünə bilərəm ki, mən və bütün qohum-əqrəbamız (yəni Bakı bolşevikləri – H.Ə.) öz ailə bayrağımızı (yəni bolşevik bayrağımızı – H.Ə.) uca tuturuq və Siz arxayın ola bilərsiniz ki, ad-sanımıza ləkə düşməyəcəkdir».
1917-ci ilin Fevral inqilabı başlananda S.G.Şaumyan Saratovda sürgündə idi. Bakıya qayıtdıqdan sonra öyrəndi ki, fəhlələr onu qiyabi olaraq Bakı Sovetinin sədri seçiblər. M.Ə.Əzizbəyov, P.A.Caparidze, I.T.Fioletov, N.N.Nərimanov, S.M.Əfəndiyev və başqa bolşeviklərlə birlikdə S.G.Şaumyan Lenin xəttini həyata keçirmək uğrunda Bakı proletarlarının mübarizəsini sosialist inqilabına keçmək yoluna yönəldirdi.
Stepan Şaumyan 1917-ci ilin bahar günlərində yazmışdı: «Inqilab qurtarmamışdır, o, davam edir». Bu mürəkkəb dövrdə Stepan Şaumyan Bakı Partiya Komitəsinə və Bakı Sovetinə başçılıq edir, bolşevik qəzetlərinin nəşrinə rəhbərlik edir, fəhlələr qarşısında mühazirə və məruzələr oxuyurdu. O, Azərbaycanda və bütün Zaqafqaziyada siyasi hadisələrin mərkəzində idi.
STEPAN ŞAUMYAN BAKI FƏHLƏLƏRININ, BÜTÜN AZƏRBAYCAN ZƏHMƏTKƏŞLƏRININ BEYNƏLMILƏL BIRLIYINI MÖHKƏMLƏTMƏK UĞRUNDA YORULMADAN MÜBARIZƏ APARIRDI. Bolşevik təşkilatı zəhmətkeşlərin çoxmillətli tərkibini nəzərə alaraq təşkilatçılıq və təbliğat işini getdikcə daha da genişləndirirdi. S.G.Şaumyan proletarların ən çoxsaylı təbəqəsi olan azərbaycanlı fəhlələr arasında bolşeviklərin fəaliyyətinə xüsusi diqqət yetirirdi. 1917-ci il mayın 19-da S.G.Şaumyanın təklifi ilə RSDFP Bakı Komitəsi «Müsəlmanlar arasında iş haqqında» məsələ müzakirə edərək «Hümmət» bolşevik təşkilatını möhkəmlətməyi, «Hümmət» qəzetinin nəşrinə başlamağı lazım bildi.
Qəzetin birinci nömrəsi iyulun 3-də N.Nərimanovun redaktorluğu ilə çıxdı. Bakı Komitəsi fəhlə və hərbi deputatlar Sovetində azərbaycanlı zəhmətkeşlərin nümayəndələrinin sayını artırmağı da məsləhət gördü. Həmin iclasda erməni zəhmətkeşləri arasında işi gücləndirmək haqqında məsələ müzakirə edildi və qərarlar qəbul olundu.
Stepan Georgiyeviç Şaumyan Böyük Oktyabr sosialist inqilabının hazırlanmasında fəal iştirak edirdi. 1917-ci ilin iyununda Petroqradda fəhlə və əsgər deputatları Sovetlərinin Birinci Ümumrusiya qurultayında bolşevik fraksiyasının tapşırığı ilə o, sülh haqqında qətnamə layihəsini irəli sürdü və onu müdafiə etdi.
Həmin günlərdə S.G.Şaumyan yenidən V.I.Leninlə görüşdü, Qafqazdakı, xüsusən Azərbaycandakı vəziyyət haqqında ona məlumat verdi. V.I.Lenin diyarın kommunistlərinə bir sıra məsləhətlər verdi. N.K.Krupskaya sonralar yazmışdı: «Iliç Stepanı görməyinə, həmin dövrdə bolşeviklərin qarşısında tam kəskinliyi ilə duran bütün məsələlər barəsində onunla hərtərəfli danışıb söhbət etməyinə görə sevinirdi».
RSDF(b)P Vl qurultayında, Böyük Oktyabrı təşkilat və siyasi cəhətdən hazırlayan qurultayda S.G.Şaumyan partiyanın Mərkəzi Komitəsinin rəhbər özəyinə – MK-nın məhdud heyətinə daxil oldu. Sentyabrın 15-də partiyanın Mərkəzi Komitəsinin iclası V.I.Leninin silahlı üsyan haqqında məktublarını müzakirə etdi.
S.G.Şaumyan Lenin planını müdafiə etdi, kəmetiqadları damğaladı. Petroqraddan Bakıya qayıtdıqdan sonra o, başqa bolşeviklərlə birlikdə MK-nın göstərişlərini əməli surətdə yerinə yetirmək üçün böyük işlər görməyə başladı.
Oktyabrın əvvəllərində, proletariatın burjiaziya ilə həlledici çarpışması ərəfəsində Tiflisdə Qafqaz bolşevik təşkilatlarının Birinci qurultayı açıldı. S.G.Şaumyan cari vəziyyət haqqında məruzə etdi və mübariz çağırışla müraciət etdi: «Həyatın irəli sürdüyü vəzifələrə doğru cəsarətlə getmək və hakimiyyəti ələ alıb inqilabı qələbəyə çatdırmaq lazımdır».
Qurultay V.I.Leninə təbrik məktubu göndərərək möhkəm əmin olduğunu bildirdi ki, yeni inqilab «partiyamızın rəhbəri, böyük rus inqilabının rəhbəri… üçün… gizli vəziyyətdən çıxıb özünün… vəzifəsi başında açıq bir surətdə durmaq» imkanı yaradacaqdır. (Gurultulu alqışlar).Oktyabrın 25-də bəşəriyyət tarixində ilk sosialist inqilabı qələbə çaldı. (Alqışlar). XX əsrin başlıca hadisəsi olan Oktyabr inqilabı yeni dövr – bütün dünya miqyasında kapitalizmdən sosializmə keçid dövrünü açdı.
   Oktyabr barrikadasına Şərqdən ilkin gələn Azərbaycan oldu. (Alqışlar). 1917-ci il noyabrın 2-də Bakıda Sovet hakimiyyəti elan edildi. Bakı Sovetinin Icraiyyə Komitəsi S.G.Şaumyanın tərəfindən imzalanmış çağırışda şəhərin fəhlələrinə və əhalisinə müraciət edərək yazılmışdı: «Xalqın xoşbəxtliyini və taqətdən salınıb üzülmüş ölkədə ən tez bir zamanda sülh və qayda-qanun yaradılmasını istəyənlərin hamısı dərhal və qətiyyətlə yeni hökumətin, Lenin başda olmaqla Xalq Komissarları Hökumətinin tərəfinə keçməlidir».
  Sovet Bakısı Azərbaycanda və bütün Zaqafqaziyada Oktyabr sosialist inqilabının qalası oldu. O, diyarın fəhlələrinin və yoxsul kəndlilərinin sosial və milli azadlıq uğrunda mübarizə yolunu güclü bir məşəl kimi işıqlandırırdı. 1917-ci ilin dekabrında V.I.Leninin sədrliyi ilə RSDFP Xalq Komissarları Soveti S.G.Şaumyanı Qafqaz işləri üzrə Fövqəladə komissar təyin etdi.
1918-ci ILIN MARTINDA MÜSAVATÇILAR SOVET HAKIMIYYƏTINI BOĞMAQ NIYYƏTI ILƏ BAKIDA ANTISOVET QIYAM QALQIRDILAR. BOLŞEVIKLƏRIN QƏTI VƏ MÖHKƏM TƏDBIRLƏRI SAYƏSINDƏ QIYAM YATIRILDI.
Bolşeviklər partiyası Mərkəzi Komitəsinin üzvü Stepan Şaumyanın sədrliyi ilə 1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Sovetinin yaradılması fəhlə sinfinin inqilabi yaradıcılığının həqiqi zirvəsi oldu. Zaqafqaziyada ilk səlahiyyətli Sovet hökuməti olan bu hökumətin tərkibinə M.Ə.Əzizbəyov, P.A.Caparidze, I.T.Fioletov, N.Nərimanov, Q.N.Korqanov, Y.D.Zevin, M.H.Vəzirov, N.N.Kolesnikova, A.B.Karinyan və başqaları daxil oldular.
Əlamətdar haldır ki, mayın 1-də, bütün ölkələrin fəhlələrinin beynəlxalq həmrəyliyi və qardaşlığı günü Bakı Xalq Komissarları Soveti öz bəyannaməsində təntənəli surətdə elan etdi ki, «Bakı Xalq Komissarları Sovetinin əsas vəzifələrindən biri mərkəzi hakimiyyət ilə mümkün qədər sıx əlaqə yaratmaqdan, habelə Bakı fəhlələrini və quberniyanın kəndli yoxsullarını bütün Rusiyanın fəhlə və kəndliləri ilə mümkün qədər sıx birləşdirməkdən ibarət olacaqdır».
Bu mühüm sənəddə Bakı proletarlarının fikir və arzuları, Azərbaycan xalqının Sovet Rusiyası ilə, böyük rus xalqı ilə dostluq və qardaşlığı möhkəmlətmək əzmi ifadə olunmuşdur.(Alqışlar).
V.I.Lenin, RK(b)P MK və Sovet hökuməti Azərbaycanda inqilabi hadisələrin inkişafını diqqətlə izləyir, sosialist dəyişikləri keçirmək uğrunda bolşeviklərin mübarizəsini hər gün istiqamətləndirirdilər. Vətəndaş müharibəsi və xarici müdaxilə Bakını üzük qaşı kimi araya alsa da, Lenin ideyalarını rəhbər tutan Azərbaycan bolşevikləri Rusiyanın sosializm quruculuğu təcrübəsindən istifadə edərək proletar diktaturası vəzifələrini əzmlə yerinə yetirirdilər.
Fəhlə-kəndli hakimiyyətinin yeni aparatı yaradılmışdı: Bakı Xalq Komissarları Soveti neft sənayesini və Xəzər ticarət donanmasını milliləşdirmiş, bəy-xan torpaqlarını müsadirə edib zəhmətkeş kəndlilərə vermək haqqında dekret çıxarmışdı,fəhlələrin həyat şəraitini yaxşılaşdırmaq və əmək məhsuldarlığını yüksəltmək üçün əlindən gələni edirdi. Sovet hakimiyyəti irticanın qızğın müqavimətini qıraraq xalqı savadlandırır, incəsənətə, ədəbiyyata qovuşdururdu.
V.I.Lenin Bakı Xalq Komissarları Sovetinin hələ ilk addımlarını ürəkdən bəyənmişdi. Vladimir Iliç 1918-ci il mayın 14-də S.Şaumyana yazmışdı: «…Sizin möhkəm və qəti siyasətiniz bizi çox sevindirir. Bacarıb həmin siyasəti indiki çox çətin vəziyyətin, şübhəsiz, tələb etdiyi çox ehtiyatlı bir diplomatiya ilə birləşdirin, – onda biz qalib gələrik».
Bakı Xalq Komissarları Soveti özünün bütün fəaliyyətində geniş fəhlə kütlələrinə arxalanırdı. Stepan Şaumyan Sovet hakimiyyətinin siyasətinin dərin demokratizmini və sinfi mahiyyətini dəfələrlə qeyd etmişdi. O, mədən-zavod fəhlələrinin konfransında demişdi: «Indi hakimiyyət başqadır, sizin hakimiyyətiniz – fəhlə hakimiyyətidir… Hər bir fəhlə özünü təkcə qanunverici kimi deyil, həm də icraçı kimi hiss etməlidir. Sovet hakimiyyəti kütləvi hakimiyyətdir. Sovet yalnız hamının iştirakı ilə fəhlələrin xeyrinə işləyə bilər, inqilabı irəliyə apara bilər».
Beləliklə, son dərəcə ağır bir vaxtda Mərkəzi Rusiyanın ardınca Azərbaycanda yeni tipli demokratiyanın, sosialist demokratiyasının təməli qoyulurdu. Indi bu demokratiya bizim inkişaf etmiş sosializm cəmiyyətimizdə öz təcəssümünü tapmışdır. SSRI-nin yeni Konstitusiyasının – Sovet dövlətinin Əsas Qanununun hər bir maddəsi xalq demokratiyasının ruhu ilə aşılanmışdır; budur, bir ildir ki, SSRI-nin yeni Konstitusiyası fəaliyyət göstərir, yaşayır və kommunizm üçün işləyir. (Gurultulu alqışlar).Azərbaycan bolşevikləri sosiaslist inqilabını dərinləşdirmək və genişləndirmək uğrunda qüvvələrini əsirgəmədən mübarizə aparırdılar. Onlar burjua millətçilərinin fitnə-fəsadlarına fikir vermir, ölüm təhlükəsindən qorxmur, mədənlərdə və zavodlərda, kəndlərdə və qəzalarda Lenin həqiqətini kütlələrə çatdırırdılar. Kommunanın bütün islahatlarında Bakı Xalq Komissarları Soveti sədrinin son dərəcə böyük əməyi var idi. Sultanməcid Əfəndiyev onun haqqında obrazlı ifadə ilə demişdi: «Stepan Şaumyan – Bakı Kommunasının ilhamçısı, onun zəkası, beyni, biliyi, düşüncəsi idi… Stepanın söylədiyi nitqlərin möhkəm məntiqi Kommuna düşmənlərinə sərrast zərbələr endirir və onları darmadağın edirdi. O, neftçilər ordusunun sevimli rəhbəri idi». (Alqışlar).BAKI PROLETARLARININ FƏDAKARCASINA MÜBARIZƏSINƏ BAXMAYARAQ XARICI MÜDAXILƏÇILƏRIN VƏ DAXILI ƏKSINQILABIN – ESERLƏRIN, MENŞEVIKLƏRIN, MÜSAVATÇILARIN VƏ DAŞNAQLARIN BIRLƏŞMIŞ QÜVVƏLƏRININ TƏZYIQI ALTINDA BAKIDA SOVET HAKIMIYYƏTI MÜVƏQQƏTI OLARAQ SÜQUT ETDI. 1918-ci il sentyabrın 20-də ingilis müdaxiləçiləri və onların eser nökərləri Bakı Kommunasının rəhbərlərini vəhşicəsinə güllələdilər. Imperalistlərin qanlı cinayətlərinin siyahısına yeni bir cinayət də yazdılar. Azadlıqsevən xalqlar bu cinayətə görə onların təqsirindən heç bir zaman keçməyəcəklər.
Stepan Şaumyan və onun silahdaşları ölümə qəhrəmanlıqla sinə gərdilər. Onların Zakaspi qumsallıqlarında eşidilən mübariz şüarı Oktyabr işi uğrunda mübarizə yoldaşlarına, gələcək nəsillərə alovlu bir çağırış kimi səsləndi.
1920-ci IL APRELIN 28-də KOMMUNIST PARTIYASININ RƏHBƏRLIYI ALTINDA, RUS FƏHLƏ SINFININ, SOVET RUSIYASININ QARDAŞCASINA KÖMƏYI ILƏ AZƏRBAYCANIN ÜSYAN ETMIŞ FƏHLƏLƏRI VƏ KƏNDLILƏRIÇÜRÜK VƏ XALQAZIDD MÜSAVAT REJIMINI DEVIRDILƏR. PROLETAR BAKISI ÜZƏRINDƏ, AZƏRBAYCAN ÜZƏRINDƏ HƏMIŞƏLIK OLARAQ SOVET HAKIMIYYƏTININ QIRMIZI BAYRAĞI DALĞALANMAĞA BAŞLADI.(Gurultulu alqışlar).Yoldaşlar! Stepan Georgiyeviç Şaumyan çox yaşamamış, cəmi 40 il ömür sürmüşdür. Lakin bu qısa müddətdə dövrünün ən müxtəlif problemlərinə aid onlarca əsər və məqalə yazmışdır. Stepan Şaumyan partiyamızın görkəmli nəzəriyyəçilərindən biri idi; Serqo Orconikidze obrazlı ifadə ilə onu «nəzəri marksizmin ağır artilleriyası» adlandırmışdı.
S.G.Şaumyanın əsərləri biliyin zənginliyi ilə, dialektik və tarixi materializm, siyasi iqtisad, elmi sosializm, partiyanın inqilabda strategiya və taktikası, partiya quruculuğu, incəsənət, estetika və ədəbiyyatşünaslıq problemlərinin dəqiq və ardıcıl işıqlandırılması ilə heyran edir. Onun fikirləri Lenin ideyaları ilə daim səsləşir, leninizm ruhu ilə dərindən aşılanmışdır.
S.G.Şaumyan Rusiyada inqilabın sosial-sinfi məzmunu, hərəkətverici qüvvələri və perspektivləri haqqında, çarizmə və kapitalizmə qarşı mübarizədə fəhlə sinfi partiyasının vəzifələri haqqında Lenin ideyalarını qətiyyətlə və ardıcıl surətdə qoruyub müdafiə edirdi. O, inqilabın fasiləsizliyi haqqında marksizm-leninizm ideyasını, burjua-demokratik inqilabın böyük sosialist inqilabına keçməsi haqqında Lenin nəzəriyyəsini yorulmadan təbliğ edir və bunların əməli surətdə həyata keçirilməsi uğrunda əzmlə mübarizə aparırdı.
S.G.Şaumyan nəzəriyyə məsələlərini həmişə fəhlə sinfinin inqilabi mübarizəsi ilə dialekt vəhdətdə nəzərdən keçirirdi. O, hər cür opportunizmə qarşı barışmaz idi, marksizm-leninizmi ləkələməyə, şüurlu proletarları inqilabi yoldan sapdırmağa çalışanları bolşevik prinsipiallığı ilə sərrast tənqid atəşinə tuturdu.
O, zəhmətkeşlərdə materialist dünyagörüşünün formalaşmasını çox vacib hesab edirdi. Həm də bu zaman S.G.Şaumyan Leninin belə bir ideyasını rəhbər tuturdu ki, fəhlələr ictimai-siyasi həyat hadisələrini yaradıcı marksizm mövqelərindən başa düşməyi və qiymətləndirməyi öyrənməyincə, onların şüuru əsl sinfi şüur olmayacaqdır.
S.G.Şaumyan milli məsələnin tədqiqi ilə məşğul olan ilk Rusiya marksistlərindən biri idi. Ictimai inkişafın bu mürəkkəb problemi çoxmillətli Zaqafqaziya şəraitində xüsusi kəskin şəkil almışdı. Qafqazın inqilabi sosial-demokratiyası burjua millətçiliyi ideologiyasına və praktikasına qarşı barışmaz mübarizədə mətinləşib möhkəmlənirdi. Stepan Şaumyan və onun silahdaşları ön atəş xəttində idilər. Onlar millət haqqında marksizm-leninizm nəzəriyyəsini də bolşevik milli proqramını qətiyyətlə müdafiə edirdilər. S.G.Şaumyan 1914-cü ildə nəşr edilmiş «Milli-mədəni muxtariyyət haqqında» əsəri milli məsələyə dair marksizm-leninizm təliminə mühüm töhfədir.
Milli məsələni xalqların böyük azadlıq mübarizəsi ilə üzvü vəhdət halında nəzərdən keçirən S.G.Şaumyan bu məsələnin həmişəlik həllini sosialist inqilabının qələbəsi ilə sıx əlaqələndirirdi. S.G.Şaumyan yazmışdı: «Kapitalist istehsalı mövcud olduqca milli ziddiyyətin tamamilə aradan qaldırılması, başqa sözlə desək, məsələnin əsaslı həlli mümkün deyildir. Bu ziddiyyət yalnız o zaman ləğv edilə bilər ki, müasir sosial quruluş devrilsin, əmək kapital əsarətindən xilas olsun».S.G.Şaumyanın əsərləri proletar beynəlmiləlçiliyi nəzəriyyəsi və praktikasının vəhdətinin konkret təcəssümü nümunəsidir. S.Şaumyan Zaqafqaziya zəhmətkeşlərinə onların ümumdünya əmək ordusuna mənsub olduqlarını, beynəlmiləl borcunu yorulmadan xatırladır, beynəlxalq fəhlə sinfinin avanqardı, beynəlmiləlçiliyin bayraqdarı olan qəhrəman rus proletariatı ilə əlaqəni möhkəmlətməyə çağırırdı. (Alqışlar).Partiya bütün millətlərin zəhmətkeşlərinin ideyaca mətinləşdirilməsi, onların canlı proletar beynəlmiləlçiliyi ruhunda tərbiyələndirilməsi işini millətçiliyə qarşı şiddətli mübarizə şəraitində aparırdı. Stepan Şaumyan da zəhmətkeşləri parçalamağa, onları millətçiliyin zərərli təsiri altına almağa çalışanların iç üzünü böyük bir inandırıcılıqla, cəsarətlə və amansızcasına açıb göstərirdi.
Millətçilik ilə opportunizmin qan qohumluğunu, onların marksizmə düşmən olduğunu qeyd edərək S.G.Şaumyan yazmışdı: «Millətçilik və opportinizm marksizmin ən qəddar düşmənləridir və təəccüblü deyildir ki, iki bacı kimi, onlar həmişə bir-biri ilə əlaqədar olub bir-biri ilə qucaqlaşırlar». Bu sözlər bizim günlərdə də, beynəlxalq imperialist irticasının təftişçi nökərləri çürük millətçilik baxışlarını əldə bayraq edərək, bunlara antiimperialist, kommunist qüvvələrin birliyini pozmaq, real sosializmin həyatı dayaqlarını ideoloji cəhətdən sarsıtmaq vasitələrindən biri kimi baxdıqları bir zamanda da aktual səslənir.
Biz fəxr edirik ki, təntənəsi uğrunda Oktyabrın bolşevik qvardiyasının, böyük Leninin mübarizə apardıqları proletar, sosialist beynəlmiləlçiliyi millətlərarası qardaşlığımızın mübariz bayrağı olmuşdur. Insanların yeni tarixi birliyinin – sovet xalqının bütün həyatı vahid ailə hissi ilə aşılanmışdır.
Sovet Azərbaycanı beynəlmiləl birliyin canlı təcəssümüdür, burada təqribən yüz millətin və xalqın nümayəndələri əl-ələ verib çalışır. Azərbaycan xalqının böyük rus xalqı ilə, ölkəmizin bütün xalqları ilə dostluq və qardaşlığının qırılmaz telləri sinfi çarpışmalarda inqilabçı leninçilərin qanı ilə, birgə sosializm və kommunizm quruculuğu ilə möhkənmişdir.(Gurultulu alqışlar).Azərbaycan xalqının qəlbi ruhlandırıcı nümunə və ürək genişliyi üçün, qardaşlıq və dostluq üçün Oktyabr yolunun ilk yolçusu, fədakar əməkçi və alovlu beynəlmiləlçi olan böyük rus xalqına dərin məhəbbət və minnətdarlıq hissləri ilə coşur. (Gurultulu alqışlar). Biz Sovet Azərbaycanının gözəl sosialist həyatının qurulmasına yardım üçün ölkəmizin bütün xalqlarına səmimi minnətdarlığımızı bildiririk. (Gurultulu alqışlar). Leonid Iliç Brejnevin Bakıda çıxış edərkən dediyi kimi, biz Bakı fəhlə sinfinin diqqətəlayiq beynəlmiləlçilik ənənələrinə həmişə sadiq qalacaq, partiyamızın müdrik Lenin milli siyasətini fəal surətdə həyata keçirəcəyik. (Gurultulu, sürəkli alqışlar)
.
Yoldaşlar! S.G.Şaumyan sosial tərəqqinin başlıca qüvvəsinin – fəhlə sinfinin qəti qələbəsinə dərin inam bəsləyirdi. O qeyd edirdi ki, proletarların kollektivçilik və sinfi həmrəylik ruhu, şüurlu avanqardın – partiyanın rəhbərliyi altında onların hərəkatının kütləviliyi fəhlə sinfinin qüvvət mənbəyidir, onun inqilabi potensialının qat-qat möhkəmlənməsi mənbəyidir. S.G.Şaumyan 1908-ci ilin may ayında «Bakinski proletari» qəzetində yazmışdı: «Sosial-demokratiyanın rəhbərlik etdiyi müasir fəhlə hərəkatının bütün gücü bundadır ki, o, tarix səhnəsinə mübarizə edən qüvvə olmaq etibarilə fəhlə kütlələrini çıxarır.
Həyatın hər hansı güclülərinin xeyirxahlığını deyil, hamının rifahı üçün canından keçən ayrı-ayrı qəhrəmanların təkbətək vuruşmasını deyil, məhz sosial-demokrat şüurunun nuru ilə silahlanan və bir sinif kimi təşkil olunan fəhlə kütlələrinin mübarizəsini çıxarır».
S.G.Şaumyan şüurlu proletarların sosial tipini ən yaxşı mənəvi məziyyələrin təcəssümü, gələcəyin adamının mənəvi simasının timsalı hesab edirdi. O, belə bir ideyanı təbliğ edirdi ki, tərbiyə, o cümlədən mənəvi tərbiyə də sinfi, partiyalı xarakter daşıyır.
S.G.Şaumyan sosialist əmək intizamı tərbiyə edilməsini, yeni həyat tərzinin qərarlaşdırılmasını sinfi mübarizənin bir forması kimi irəli sürürdü.
O, zəhmətkeşləri qənimətçilik əhvali-ruhiyyəsinə, tüfeyliliyə, rüşvətxorluğa, sərxoşluğa qarşı qəti barışmazlıq ruhunda tərbiyələndirməyi fəhlə sinfinin çox mühüm vəzifəsi hesab edirdi. S.G.Şaumyan deyirdi: «Yeni sosialist quruluşuna uyğun sosialist fikir, hiss və psixioligiya tərzi olmalıdır. Ətrafdakılara xırda mülkiyyətçilik münasibətini ictimai, dövlət prinsipi əvəz etməlidir».
S.G.Şaumyan marksizm-leninizm estetikası və ədəbiyyatşünaslığının inkişafına böyük xidmət göstərmişdir. Böyük inqilabçı-demokratlar V.Q.Belinskinin və N.Q.Çernışevskinin ənənələrinə, Zaqafqaziya xalqlarının mütərəqqi ədəbi-tənqidi fikrinin təcrübəsinə arxalanaraq o, marksizm-leninizm ədəbi-bədii tənqidində dərin iz qoyan bir sıra əsərlər yaratmışdır. Bu əsərlər incəsənətin partiyalılığı və xəlqiliyi haqqında Lenin ideyaları ilə aşılanmışdır, bunların yüksək ictimai mənasını, realist incəsənətin böyük tərbiyəvi rolunu qeyd edir.
S.G.Şaumyan inqilabi hərəkata, azadlıq hərakatına mütərəqqi ziyalıların cəlb olunmasına, onların bilik və istedadlarından zəhmətkeşlərin siyasi maarifi və mədəni inkişafı xeyrinə istifadə olunmasına çox qüvvə sərf edirdi. O, Azərbaycanın demokratik ziyalıları ilə yaxın idi, onların bir çox nümayəndələri ilə dostluq edirdi. S.G.Şaumyanın və başqa bolşeviklərin fədakar əməyi Azərbaycan xalqının mədəniyyətində demokratik cərəyanların güclənməsinə, onun ən yaxşı nümayəndələrinin ictimai tərəqqiyə şüurlu xidmət yoluna keçməsinə kömək göstərirdi.
S.G.Şaumyan insanın mənəvi aləmini formalaşdıran maarifçilərin və tərbiyəçilərin özlərinin mənəvi-estetik keyfiyyətlərinə xüsusi əhəmiyyət verirdi. O yazmışdı: «Ədəbiyyat elə bir məbəddir ki, oraya ancaq pak vicdan və nəcib səylərlə daxil olmaq lazımdır. Amma adamlar bu məbədə xırda şöhrətpərəst səylər, tamahkarlıq məqsədləri və yalan danışmaq meyli ilə gəldikdə – bu, xalqa qarşı edilən ən böyük cinayətdir». S.G.Şaumyanın qələmindən çıxan və fəhlə sinfinə xidmət edən yazıların hər bir sətri pak vicdanın, təmiz niyyətlərin, həqiqi nəcibliyin ifadəsidir. (Gurultulu alqışlar).S.Şaumyan bolşevizmin proqram məqsədlərinin və inqilabi siyasətinin təbliğini inqilabçının vəzifəsi hesab edərək yazmışdır: «Fəhlə mətbuatı fəhlələrin sinfi inkişafı üçün ən qüdrətli vasitələrdən biridir». Azərbaycanda və Zaqafqaziyada nəşr edilmiş bir çox bolşevik qəzet və jurnallarının təşkilatçısı və rəhbəri olan S.G.Şaumyan publisistikada V.I.Leninin nəzəri və jurnalist təcrübəsindən bacarıqla istifadə edirdi. S.G.Şaumyan məqalələrində ictimai-siyasi həyatın ümdə məsələlərini irəli sürür, zəhmətkeş kütlələrini mübarizəyə səsləyirdi. Bu məqalələr fəhlə sinfinin düşmənlərini damğalayır, marksizm əleyhdarlarının ideya miskinliyini açıb göstərir, opportunistlərin riyakarlığını ifşa edirdi.
S.G.Şaumyan ehkamçılığa və nəzəriyyəbazlığa, nəzəriyyənin praktikadan ayrılmasına qarşı qətiyyətlə çıxış edirdi. O deyirdi: «…Vaxt gəldi və partiyamız sırf nəzəri aləmdən əməli aləmə keçdi, ona mühakimələrdən əlavə, fəaliyyət göstərmək də lazım gəldi. Bu dövrdə bizə müəllimlərdən əlavə, siyasi rəhbərlər də lazım oldu». Lenin tipli siyasi rəhbər kimi o, zəhmətkeşlərə şüurlu tarixi yaradıcılığa, dövlətin idarə olunmasında, yarışın təşkilində, əmək məhsuldarlığının yüksəldilməsində, maarif işində fəal iştirak etməyə qaldırırdı. S.K.Şaumyan zəhmətkeşlərin təşəbbüsünə, aşağıdan nəzarətə, bolşevik tənqidi və özünütənqidinin genişləndirilməsinə böyük prinsipial əhəmiyyət verirdi. O yazırdı: «Bizim hər bir addımımızı tənqid edin, yüksək vəzifəyə layiq olmayanları və yararsız olanları pisləyib başqaları ilə əvəz edin».
STEPAN GEORGIYEVIÇ ŞAUMYANIN NƏCIB OBRAZI AZƏRBAYCAN ZƏHMƏTKEŞLƏRININ BÜTÜN NƏSILLƏRI ÜÇÜN RUHLANDIRICI TIMSALDIR. (Gurultulu alqışlar). O, Gürcüstanda anadan olmuş, burada inqilabi işə fəal surətdə qoşulmuş, Ermənistanda bolşevik təşkilatının sinfi çarpışmalarında mətinləşmiş, Azərbaycanda Ümumrusiya inqilabi hərəkatının görkəmli rəhbəri kimi yetişmişdir. (Alqışlar). BU GÜN BIZ IFTIXAR VƏ MƏHƏBBƏT HISSI ILƏ DEYIRIK KI, ERMƏNI XALQININ BÖYÜK OĞLU STEPAN ŞAUMYAN HƏM DƏ AZƏRBAYCAN XALQININ, BÜTÜN ZAQAFQAZIYA XALQLARININ, BÜTÜN ÇOXMILLƏTLI VƏ VAHID SOVET XALQLARININ OĞLUDUR. (Gurultulu, sürəkli alqışlar).AZƏRBAYCAN XALQI, RESPUBLIKA ƏMƏKÇILƏRININ SIX BIRLƏŞMIŞ BEYNƏLMILƏL AILƏSI STEPAN ŞAUMYANIN XATIRƏSINI ƏZIZ TUTURLAR.Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi, iki rayon, onlarca müəssisə, kolxoz, məktəb, mədəniyyət sarayı və mədəniyyət evi, Bakı metrosunun ən gözəl stansiyalarından biri onun adını daşıyır. BAKILILAR STEPAN ŞAUMYANIN BAKIDA UCALDILMIŞ MÖHTƏŞƏM ABIDƏSININ YANINA TEZ-TEZ TƏR ÇIÇƏKLƏR QOYURLAR.Bir neçə gün bundan əvvəl sədaqətli leninçinin Stepanakertdə abidəsi təntənəli şəraitdə açılmışdır. Təntənəli yığıncağımızın iştirakçıları dünən Stepan Şaumyanın mənzil muzeyinin ilk tamaşaçısı oldular. (Alqışlar).26-ların qardaş məzarı Azərbaycanın hər bir əməkçisi üçün, partiyanın minlərlə qonağı üçün müqəddəsdir. Məzarın üstündə şölələnən əbədi məşəl isə ölməzlik və şöhrət rəmzidir. (Gurultulu alqışlar).YOLDAŞLAR! AZƏRBAYCAN ZƏHMƏTKEŞLƏRININ INDIKI NƏSLI BÖYÜK OKTYABR IŞINI, LENININ IŞINI LAYIQINCƏ DAVAM ETDIRIR. BAKI PROLETARIATININ, RESPUBLIKA PARTIYA TƏŞKILATLARININ INQILABI, ƏMƏK VƏ BEYNƏLMILƏL ƏNƏNƏLƏRINI GÖZ BƏBƏYI KIMI QORUYUR VƏ ARTIRIR.
O, BUNU DÖVRÜMÜZÜN GÖRKƏMLI SIYASI VƏ DÖVLƏT XADIMI, BÖYÜK LENIN IŞININ SƏDAQƏTLI DAVAMÇISI, YER ÜZÜNDƏ SÜLH VƏ XALQLARIN XOŞBƏXTLIYI UĞRUNDA ALOVLU MÜBARIZ LEONID ILIÇ BREJNEVIN BAKIDA OLDUĞU GÜNLƏRDƏ YENI QÜVVƏ ILƏ NÜMAYIŞ ETDIRDI.(Gurultulu alqışlar). SOVET AZƏRBAYCANININ PAYTAXTINA LENIN ORDENININ TƏQDIM EDILMƏSINƏ HƏSR EDILƏN ŞƏNLIKLƏR ÜMUMXALQ BAYRAMI OLDU.
BU ŞƏNLIKLƏR KOMMUNIST PARTIYASININ VƏ SOVET DÖVLƏTININ MÜDRIK DAXILI VƏ XARICI SIYASƏTININ, Sov.IKP MK-nın LENINÇI MƏRKƏZI KOMITƏSININ, MK SIYASI BÜROSUNUN, ŞƏXSƏN L.I.BREJNEV YOLDAŞIN ARDICIL VƏ MƏQSƏDYÖNLÜ FƏALIYYƏTININ RESPUBLIKA ZƏHMƏTKEŞLƏRI TƏRƏFINDƏN YEKDILLIKLƏ MÜDAFIƏ EDILMƏSININ VƏ ÜRƏKDƏN BƏYANILMƏSININ FƏRƏHLI NÜMAYIŞINƏ ÇEVRILDI.(Gurultulu, sürəkli alqışlar).
Fəhlələrin, mütəxəssislərin, partiya, əmək və müharibə veteranlarının, partiya və sovet fəallarının L.I.Brejnev yoldaşla unudulmaz görüşləri, onun xeyirxah məsləhətləri və arzuları respublika zəhmətkeşlərini yeni hünərlərə ruhlandırmışdır. L.I.Brejnev yoldaşın təntənəli iclasdakı nitqi, onun Azərbaycan KP MK-da söhbət zamanı çıxışı, əmək kollektivlərində verdiyi tövsiyələr və söylədiyi mülahizələr respublikamızın gələcək, daha sürətli sosial-iqtisadi inkişafı sahəsində bizim mübariz fəaliyyət proqramımızdır. (Alqışlar).Əmək adamları bu proqramı xalqımızın rifahına və xoşbəxtliyinə Kommunist Partiyasının və Sovet hökumətinin diqqətinin və atalıq qayğısının parlaq təzahürü hesab edirlər. Bu, Sov.IKP Mərkəzi Komitəsinin, L.I.Brejnev yoldaş başda olmaqla MK Siyasi Bürosunun dönmədən yeritdikləri Lenin milli siyasətinin həyata keçirlməsi deməkdir. (Gurultulu alqışlar).
Yuxarı