post-title

Kitabçılıq və kitabxanaçılıq

İxtisasca kitabxanaçı olduğum üçün kitab və kitabxana sahəsində dünya ölkələrindən geriliyimiz məni narahat edir. Ölkə əhalisinin çox az bir qismi kitab oxuyur. Bunun səbəblərindən çox yazmaq olar. Respublika da fəaliyyət göstərən ümumi kitabxanaların vəziyyəti çox bərbatdı. İstədiyin ədəbiyyatı tapmaq qeyri-mümkündü. Yalnız keçmiş SSRİ-dən qalan kitablar var. Yəni bunu bir neçə kitabxana şamil etmək olmaz, amma ümumi səviyyəni nəzərdən keçirsək bu belədir.

 

 
Bu sahədə olan geriləmə, görünməyən inkişaf
 
Axundov adına Milli kitabxanada, Prezidentin işləri üzrə kitabxanada və s. nüfuzlu kitabxana şəbəkələrində vəziyyət digərlərinə baxan bir az  normaldı. Misal üçün Sabir adına kitabxanda vəziyyət çox pisdir. Deməli, bu kitabxana keçmiş adı ilə “Tarqovuda”-dır. Köhnə binalardan birində faəliyyət göstərir. Bilmirəm nədəndir, amma onun zirzəmisində disko-klub var. Metro  adında bu disko-klub günün günorta çağında səs-küy olur. Yoldan gedəndə belə həmin bu səsi eşitməmək mümkün deyil. Bəs Sabir adına kitabxanaya gələn oxucu necə mütaliəylə məşğul ola bilər. Mütaliyə eləsin və yaxud zirzəmidən gələn səsi dinləsin?
 
Sonra da deyirlər ki, kitabxana sahəsində böyük işlər görülüb. Nə bilim ölkə başçısının fərmanı “2008-2013-cü illər dövlət proqram”ın da ölkə kitabxanalarının inkişafı nəzərdə tutulub. Budurmu inkişaf kitabxananın “padvalı” disko-bardı. Yoxsa inkişaf ali təhsilli kitaxanaçıya 110 manat əmək haqqı verməkdi?
 
Ümumiyyətlə, az olan kitab oxucusunun  qaçırmaq istəyirsiniz? Digər bir məsələ ondan ibarətdir ki, televiziyalarda yalnız şou-biznes proqramları yayımlıyırsınız, bəs kitab kimi bir aktual məsələ ilə bağlı niyə verlişlər hazırlamırsınız? Heç olmaya həftədə bir dəfə.
 
Kitab satışı ilə bağlı olan nəşriyyatlarımız da vəziyyət çox qəlizdir. Bir tərəfdən kifayət qədər təlabatçının olmaması, digər bir tərəfdən isə kitab üzərində olan ƏDV- bu sahənin inkişafını ləngidir. Necə ola bilər ki, SSR-dövründə kitablar 30 min, 50 min tirajla çıxırdı, hələ yenidən əlavə tiraja verildiyi halda indi min tirajla çıxır. Həmin insanlar deyilmi?    
 
Paytaxtda yalnız 10-15 kitab dükanı fəaliyyət göstərir. Bu Bakı əhalisinin heç 2-3 faizini təmin etmir. Regionlarda isə paytaxtdan daha bərbaddı. Gəncə kimi Azərbaycan 2-ci böyük şəhərində 1-2 kitab dükanı fəaliyyət göstərir. Qonşu ölkələrlə nisbətdə Azərbaycan da bu işin təşkili  geridə qalmaqdadır. Bunun səbəbi isə bu sahənin yuxarılar üçün maraq kəsb etməməsidir. Kitab xalqın mədəniyyəti, onun tarixi keçmişinin göstəricisidir. Rusiya kimi bir dövlət öz yazarları, əsərləri ilə dünyanı mədəni fəht edir. Dostoyevskini, Lermantovu, Puşkini, Çexovu ilə bütün dünyada tanıdır, biz isə bir “Əli və Nino”nu tutub qalmışıq. Onu da yaxşı ki,kimsə tapıb çıxartdı ortaya. Yoxsa o da digərləri kimi hər hansı kitabxanaların zirzəmisində idi.
 
ƏDV mütləq kitab üzərindən götürülməlidir!
 
Kitab və onu hazırlanmaq üçün olan məhsullar xarici ölkələrdən çox baha alınır. Hələ üstəlik bu az deyilmiş kimi, Azərbaycanda da bunun üzərinə ƏDV-gəlir. Belə hesab etmək olar ki, 100 səhvəlik kitab satış qiyməti 4-5 manat civarında olur. Bu da alıcı üçün yüksək qiymətdi. Son zamanlar sevindirici haldır ki, kitab oxucuların əksəriyyətini gənclər təşkil edir. Bir tələbənin də kitab alıb oxuması indiki vəziyyətdə çətinlik edir. Bir müddət bundan qabaq “Qanun Nəşrlər Evi” və “Əli və Nino”kitab dükanı şəbəkələri belə bir kampaniya başladılar ki, kitabda üzərində olan ƏDV yığışdırılsın. Amma buna məhəl qoyan olmadı. Digər dünya ölkələrinin bir çoxunda kitab üzərində ƏDV yığışdırılıb. Əgər maneə aradan qalxsa, təbii ki, kitab satışında qiymətlər çox düşəcək. Kitab almaq asanlaşacaq. Bu istər ölkə mədəniyyətinin yüksəldilməsini, kitab sahəsinin inkişafına, istərsə də, gənc nəslin mütaliə səviyyəsinin yüksəldilməsinə gətirib çıxarılacaqdır.
 
Səlcuq Elçin
Kultura.az
 
Yuxarı