post-title

Eşşək əti verən dönərxana

Bərbad vəziyyətdə olan səhiyyə sistemi haqda yazmaq istəyirəm. Hansı ki tibb universitetindən hətta orta məktəbin biologiya kursundan başlayıb elmi-tədqiqat institutlarına qədər davam edən bu bərbadlıq görürəm ki, nə prezidenti nə də onun səhiyyə nazirini narahat etmir.

 

 

Bir tərəfdən bu başa düşüləndir. Çünki  prezident və ya nazir neynir ki Azərbaycanda səhiyyə necədir. Onsuz da belə şeylər üçün  xaricə gedirlər. Elə birinci bəla da burdan başlayır. Atatürk demişdi ki, mən öz sağlamlığımı türk həkimlərə etibar edirəm. Bu etibar türk həkimliyinin hal-hazirda dünyada sayılan yerdə qərar tutmasının başlıca hərəkət verici qüvvəsidir. Ancaq bizim rəzil dövlətdə nə vaxt gördük ki prezident və ya onun ailəsi və ya nazirlərdən kimsə özünü Azerbaycan səhiyyəsinə etibar etsin. Çünki özləri bilir axı vəziyyət nədir. Bunlar lap eşşək ətindən dönər bişirib satanlar kimidirlər. Camaata satırlar ancaq özləri yemirlər.

Səhiyyə naziri Oqtay Şirəliyevə demək istəyirəm ki afərin sənə!!! Sən hətta Əli İnsanovun atasına rəhmət oxutdurmağı bacardın. Həkimə 110 manat aylıq maaşı məsləhət görən görəsən hansınızsız? Özünüzə, öz övladlarınıza, həyat yoldaşlarınızın alış-verişinə o 110 manat neçə dəqiqəyə bəs edir? Siz həkimi cəmiyyətin ən hörmətsiz  insanları etməyi bacardız(müəllimlərlə birlikdə). Oqtay, təsəvvür elə 110 manat maaş verdiyin bir həkim məktəbdə universitetdə oxuyan 3 uşağı var, yoldaşı da işləmir. Necə dolansın?  Xahiş edirəm elə varyant de ki bu adam həm bütün ailəni dolandırsın, heç olmasa ildə 15 gün adam kimi istirahət eləsin, 10 il işləyəndən sonra da Bakıda ev ala bilsin. Bu məsələ sizin həkimlərə necə qiymət verməyinizi aydın şəkildə göstərir.

O ki qaldı sizin Tibb Universitetində verdiyiniz təhsilə. Danışmağa dəyməz. Dünyada mövcud olan tibb təhsili sistemindən əsər əlamət yoxdur. Rus kitablarını 1980 cı illər buraxılışlarından tərcümə edib tələbələrə oxutdurursuz. Hansı ki tibb saat ba saat yenilənir hər il yeni kitablar olmalıdır. Yalandan keçən ilin nəşrinin kopiyası yox, doğurdan da yeniliyi əks elətdirməlidir, rusiya tibbinin yox dünya tibbinin yenilikləri yazılmalıdır o kitablarda. Xəstələrin həkimə yox xəstəxanaya gəlməsini təmin etməlisiz. Bu sistemlə bəlkə xəstəxanada boş-boş gün keçirən rezidentləriniz bir xəstə üzü görələr.

İyrənc vəziyyətə qoyduğunuz səhiyyənin düzəlməsi üçün sizə konkret təkliflər də verirəm. Bilirəm sizin üçün fərqi yoxdur, xeyri yoxdur. Ancaq öz-özümə də olsa yazım heç olmasa sizə qarşı olan hirsim bir az soyusun. Oqtay , başlıyırsan Tibb Universitetindən. İngilis dilli müəllimlər olmalıdı hər kafedra heyyətinin ən az 40%-i. Onlar xarici kitabların ən son edition-larini beynəlxalq icazə əsasında Azərbaycan dilinə tərcümə etməlidirlər. Rüşvəti yox eləməlisən universitetdən.  Həkimlərin maaşın minimum 10 dəfə qaldırmalısan. On dəfə böyük rəqəm deyil. 6 ay kurs keçib ingilis dilini öyrənib,  cavan uşaqlar 2000- 3000 manat maaş alırlar xarici və ya yerli  şirkətlərdə. 10 dəfə artırsan 1100 manat edir cəmi cümlətani. Yüksək olmasa da adi dolanışıq  üçün bəs edər. Cənab prezidentimizə da demək itəyirəm ki , həkimlərimizə güvənin, güvənmirsizsə bağlayın dönərxananızı(tibb universitetini) işimizi bilək, bizə göz görə-görə eşşək əti yedizdirməyin. 

İlkin Vəliyev

Kultura.Az

Yuxarı