post-title

Mentalitet nədir?

Mentalitet anal seksdir. Əgər oğlan qızla tanış olub bir-iki il danışıbsa təbii olaraq seks ehtiyacı duyur. İçindəki saflıq və paklığın nümunəsini və ölkədəki “bakirəlik” problemini nəzərə alaraq anal sekslə məşğul olur. Ondan sonra qızdan ayrılıb bakirə, başı aşağı və ya başı bağlı qız axtarır.

 

Mentalitet yengədir.

Oğlan artıq başa düşür ki, milli mənəvi dəyərlərlə yanaşı biraz da müasir olmaq lazımdı bəzi şeylərdə. Ən azından evlənəcəyi qızı ailə seçsə də, nişanlı vaxtlarında qızla danışmalı onu sevməlidir. Ən azından “Canımın içi”, “eşqim” kimi mesajlar yazmalıdır. Toy günü isə bir xalanı otağa çağırmalıdır ki, mən bunu sevirəm, gəl bax gör nələr edəcəm indi ona.

Mentalitet “palavinka”dır.

Oğlanın biraz dindən başı çıxırsa, ən azından facebook`da dini səhifələri like edibsə, “ALLAHı sevənlər like, səcdə edənlər comment” statuslarını like edib, comment yazıbsa, “Məhəmməd peyğəmbərimizin səndəlini paylaşaq” linkini profilinə “share” edibsə deməli biraz da olsun anlayışı var və anal seksin günah olduğunu bilir. Ölkədəki “Bakirəlik” problemini də nəzərə alıb “palavinka”dan istifadə edir. “Palavinka” terminini dünyaya azərbaycanlılar gətirib bu şübhəsizdi. 

Mentalitet “bazlıq”dır.
Hər bi yaxşı oğlan hər fahişə yanına gedəndə ona içindəki düzgünlük, ədalət, saflıq, mükəmməllik hissinin verdiyi qürurula “Necə oldu ki, bu yola düşdün? Gəl qayıt bu yoldan, ailə qurmaq sənin də haqqındır” və s. kimi cümlələr işlədib onu özü yox  başqasıyla ailə həyatı quran yerdə xəyal edib sonra qıza verdiyi 30 manatın acığını hər tər damlasında çıxarmalıdır. Çayxanaya tələsməlidir. Axı dostlar “poza”ları gözləyir…

Mentalitet çiyin vurmaqdı.
Sən “dvijeniya”lı oğlansansa, bütün günü şəhərdə qabağına çıxana “Oğlanlığına deyirəm, vəziyyətim pisdir, sumqayıta getməyə 50 qəpiyin olmaz?” kimi suallar verirsənsə, naharını bulka, şam yeməyini dönərlə ötüşdürürsənsə sən mütləq şəhərdə hər qabağına çıxan qıza söz atmalı, çiyin vurmalısan. Xalqın qeyrətini çəkən biri sənə gəlib “Niyə söz atırsan? Sənin də anan bacın var” deyəndə “Mənim anam bacım belə geyinmir brat, namusdu qıza söz atmıram ki” deyib onu da sındırmılasın.

Mentalitet çayxanadır.
Sən bütün dahi fikirlərin çayxanada yarandığına özünü inandırıb səhər 12dən axşam 12-yə kimi çayxanada domino “vurmalısan”. Dostlarınla bir-birinizə yatdığınız qızlardan danışmalısan. Dostlarından kimsə təsadüfən ora düşübsə və sənə “İntim həyatı danışmaq əxlaqa ziddir, niyə qız haqqta belə danışırsan?” deyəndə “Danışıram ki, hamı bilsin, pis qız almasınlar” deyib söhbəti elə bağlamalısan ki, həmişə “prav” olmalısan çıxmalısan.

Mentalitetimizi qoruyaq, milli mənəvi dəyərlərimizi qoruyaq, imkan verməyək ki, yağı düşmən bizi dəyişdirsin. Düz gəlmişik, düz də gedək. Yaşasın Azərbaycan!

Kənan Grandiose

Yuxarı