Fayhan al-Ghamdi öz qızı Lamanı qətlə yetirməkdə ittiham olunur. Beş yaşlı qız çoxsaylı xəsarətlərlə xəstəxanaya çatdırılmışdır: kəllə sümüyü, qabırğa, bel sümüyü və sol qolunun qırılması, geniş miqyaslı qançır və yanıq yaraları. Xəstəxana işçilərinin verdiyi məlumata əsasən o təkrarən zorlanmış və yandırılmışdır.
Fayhan al-Ghamdi qızının bakirəliyinə şübhə etdikdən sonra onu çubuq və kabellə döydüyünü etiraf edib. Ölüm hökmü və ya uzun müddətli həbs yerinə o, "qan pulu"nu ödədiyi üçün sadəcə bir neçə ay həbsdə saxlanıldıqdan sonra azad edilib.
"Albawaba News" xəbər verir ki, hakim belə deyib: Lamanin ölümündən sonra müttəhimin həbsdə keçirdiyi müddət və ödədiyi "qan pulu" onun cəzası üçün kifayətdir.
Səudiyyə Ərəbistanında tez-tez televiziyada çıxış edən moizəçi Lamanın anasına 31.000 funt sterlinq (Təqribən 36,500 manat) ödəməyə razılıq verib.
İslam qanunlarına görə bu pul kompensasiya hesab olunur və əgər Lama oğlan olsaydı, bu məbləğ ikiqat artıq olacaqdı.
Səudiyyə Ərəbistanının sərt qanunlarına baxmayaraq “Women to Drive” hərəkatı üzvlərinin söylədiyinə görə bu ölkədə atalar uşaqlarını öldürdüyü üçün və kişilər arvadlarını öldürdüyü üçün edam edilə bilməz.