İkinci dünya müharibəsi: zorlanmış alman qadınları
Tanınmış ingilis tarixçisi Antony Beevor bu had…
Üç məşhur din (İodaizm, Xristianlıq, İslam ) semit ( yahudi-ərəb ) dünyagörüşünün məhsulu kimi dünya xalqlarına, o cümlədən azərbaycanlılara, onların düşünmə tərzinə, əxlaqi etalonuna önəmli təsir göstərib. Semitlərin düşüncə tərzini anlamaq üçün, dinlərinin irəli sürdüyü qayda-qanunları, ehkamları incələmək, düşünürəm ki, uğurlu metoddur. Dünyanın, canlıların, ən əsasda insanın bir tanrı tərəfindən yaradılması, insanı həmin tanrının köləsinə çevirir. Çünki insanı yaradan başqa tanrı olmadığı üçün, ondan imtina etmək mümkünsüzdür.
Bu düşünüşü bir az daha genişlətsək, görərik ki, yalnız köləlik yox, həm də əxlaqlılıq prinsipi, kamil insan, mömin insan, faydalı vətəndaş anlayışlarının işləndiyi mənaların sturukturunu aça bilərik. İnsanın Tanrının köləsi olması, Tanrı ilə insan arasında ziddiyyət yaradır. Dünyəvi ilə ilahi olan arasında, təbii ilə fövqəltəbii arasında ziddiyyətlər yaranır. İnsan Tanrı tərəfindən yaradılıbsa, həm də onun bir parçasıdır, ancaq insanda tanrıda olmayan dünyəvi keyfiyyətlər də var, ən adi yeməyə olan tələbat belə insan ilə tanrı arasında məsafəni artırır. Düşünürəm ki, oruc tutmaq kimi dini ayinlər bu məsafəni azaltmaq istəyinin nəticəsidir. Yemək yemək bu işin üzdə olan tərəfidir, üzdədirsə demək göylərə daha dərində olan tələbatlardan daha yaxındır. Tələbatlarımız nə qədər dərindirsə, gizlidirsə o göylərdən o qədər uzaq sayılır. Seksual tələbatlarımız bu qəbildəndir. Tanrı yaxşıdır, insan pisdir. Göylər yaxşıdır, yerlər pisdir. İlahi olan yaxşıdır, dünyəvi olan pisdir.
Düşüncəmin istiqamətini müəyyən edə bildiniz yəqinki. Yahudi əxlaqı yerlər və göylərin ziddiyyətində göylərə haqq qazandırılması nəticəsində yaranıb.
İslam dininin, deməli, həm də yahudi təfəkkürünün Azərbaycanda yayılması da bizim təfəkkürümüzü və əxlaqımızı bu yönümdə dəyişdirib. Hər gün üzləşdiyimiz, mədəniyyətimizdə iz buraxmış dəyişməz əxlaqi borclarımızı sadalayacam və onların yerin və göyün ziddiyyəti ilə necə uyğunlaşdığını görəcəksiniz.
Böyüyə hörmət, ata-anaya hörmət, kəndin ağsaqqallarına hörmət, vəzifəli qohumlarımıza hörmət, vəzifəli insanlara hörmət, hökmdara hörmət, peyğəmbərə hörmət, allaha hörmət.
İndi isə əxlaqımız tərəfindən qəbul olunmayan hərəkətlər.
Çox yemək, içmək, əks cinslə münasibətdə sərhədləri qorumamaq, qadınsansa örtünməmək, seks, mövqesiz insanları ciddiyə almaq və.s
Örnəklərlə demək istədiyim islam dünyagörüşünə uyğun olaraq bizim də əxlaqımız yerlə, göyün ziddiyyəti üzərində qurulub. Təbii olana nifrət, həqiqi olana nifrət, reallıqdan imtina və bundan başqa az-qala hər bölgəmizdə olan bir Şahsevən kəndi faktoru. Hind Avropa və ya Türk dünyagörüşündə tanrılar çox olduğu üçün, insanın onlardan birini seçmə imkanı var və insanla tanrı arasında ziddiyyət də yoxdur, əksinə bir harmoniya mövcuddu. Məsələn, Zevsin insan olan qadından oğlanları var idi. Bu hansısa formada xristianlığa da təsir göstərib, amma saf yahudi düşüncəsi olan Tövratda tanrı peyğəmbərlə güləşir. Düşünürəm tanrı insan ziddiyyətinin ən gözəl üzəvurmasıdır bu.
Göylərə olan heyranlıq hissi özü ilə başqa təzadlı hallar da yaradıb. Dünyanın görünən düzənli üzü olsada hər dövrdə insanlar dünyadakı xaosdan şikayətləniblər. Dünya həm də qeyi müəyyənliyin, həyat uğrunda mübarizənin ifadəçisidir. Göylər isə ziddiyyətsiz cənnət təklif edir. Qalib gələnlər yerin xaosundan narazı deyil, göyün cənnətini məğlublar istəyir.
Saleh Mehdizadə
Kultura.az