post-title

BORIS PASTERNAK (1890-1960)

Şair üçün qadın çox şeydir. Qadın şair üçün gözəllikdir, sevgidir, ilham mənbəyidir, ehtirasdır və s. Bəzən hər şey kimi qadınlar da gözümüzdə çox yüksəlib müqəddəslik zirvəsinə qalxır, bəzən də çox dəyərsizləşib adiləşir. Ancaq şair hər zaman içində bir qadınla yaşayır və bu qadın onunla bir yerdə böyüyür.

 

Şeir çəmənlikdə otlar arasında, ayaqlar altındadır, onu görmək və torpaqdan götürmək üçün əyilib baxmaq lazımdır.

Boris Pasternak

Həyatı özünü və həqiqəti axtarmaqla keçən bir şair. 70 illik həyatında sovetlərin həm sevimlisi, həm də düşməni olmuş adam. Boris Pasternak. Tarixdə bəlkə də Nobel Mükafatından imtina etmiş müəmmalı bir sovet şairi kimi qaldı. Ancaq o Nobel alan ilk sovet adamı idi. Ədəbiyyata olan sevgisi, yazdığı şeirlər onun necə bir insan olduğunu izah edirdi. Bəzən deyirlər qadın şeirə bəhanədir. Bəlkə də, Pasternakın qadınları da onun şeirləri, onun ədəbiyyatı üçün idi. Ədəbiyyat isə onun üçün yalnız həqiqətdən keçirdi. Yaşadığı cəmiyyətdən haqqı olan diqqəti və dəyəri görmədi. Ancaq Boris Pasternak ömrünün sonunadək həqiqəti yazmaqdan çəkinmədi. Şairin həyat yolunu izlədikcə qarşımıza üç söz çıxacaq: SEVGİ... ÇARƏSİZLİK... HƏQİQƏT...

HƏYATI

HƏR ŞEY VƏ HEÇ NƏ”

Boris Leonidoviç Pasternak 1890-cı ildə Moskvada adlı-sanlı bir yəhudi ailəsində anadan olub. Onun atası Leonid Pasternak dövrünün məşhur rəssamı, anası Roza Kaufmann isə alman əsilli pianoçu idi. Günümüzə atası Leonid Pasternakın oğlu Borisi çəkdiyi rəsmləri gəlib çatmışdır. Zadəgan ailəsində doğulması onun Rusiyanın çox məşhur adamları ilə erkən yaşda tanış olmasına şərait yaratmışdı. Boris tez-tez onların evində yığışıb müzakirələr edən Skryabin, Rayner Mariya Rilke, Lev Tolstoy, Raxmaninovla görüşüb diskussiyalar aparırdı. Əlbəttə ki, bu müzakirələr onun dünyagörüşünün və intelektual səviyyəsinin inkişafında mühüm rol oynamışdır.

Boris hələ altı yaşından musiqi sahəsinə maraq göstərmiş və fortepianoda günümüzə üç parçası ( 2 prelüd və 1 sonatası ) gəlib çatmışdır. Ali təhsilini musiqi sahəsində davam etdirmək üçün Moskva Konservatoriyasına qəbul olsa da, bir müddət sonra musiqiçi olmaq fikrindən danışır. 1909-cu ildə musiqi təhsilini yarımçıq qoyub Moskva Dövlət Universitetinin tarix-fəlsəfə fakültəsinə daxil olur. Fəlsəfəni hədsiz sevən Boris Pasternak hətta anasının göndərdiyi pulla Almaniyanın Marburq Universitetinə gedib yeni kantçılar məktəbinin rəhbəri German Kogenin mühazirələrini dinləyir. Ancaq gələcək şairin ruhunda olan həmişə axtarış və yeniliyə can atma duyğusu onu bu səfər də fəlsəfədən soyudur və çox keçmir ki, Pasternak gələcəyini filosof kimi yox, şair kimi görür və poeziyaya maraq salır. İlk şeirlərini Almaniyada olarkən və anasının göndərdiyi pullardan artıq qalanlara İtaliya etdiyi səfəri zamanı yazan şair daha sonra Moskvaya qayıdıb təhsilini tamamlayır.

Boris Pasternak uşaq vaxtı keçirdiyi bir qəza nəticəsində bir ayağı digərindən qısa olduğuna görə I dünya müharibəsi illərində əsgərliyə aparılmamışdır. Bu illərdə şair Ural dağlarında bir fabrikada məmur kimi çalışmış və bu illərdə çoxlu şeirlər yazmışdır.

Oktyabr inqilabı dönəmində yeni hökümətin qəddarlığını görsə də, inqilabı dəstəkləyirdi. Başqa çarəsi də yox idi. 1921-ci ildə xaricə getmək icazəsi olduğuna görə anası və atası birdəfəlik Almaniyaya köçdülər. Ancaq o, qardaşı ilə Sovetlərdə qalıb kitabxanaçı və tərcüməçi olaraq fəaliyyət göstərdi. Boris Pasternak demək olar ki, hər il ailəsini ziyarət edirdi. Şair bu dövrlərdə rus şairlər Sergey Yesenin və Vladimir Mayakovski ilə tanış olur və 1930-cu ildə Mayakovskinin intiharından sonra onun ölümünə “ŞAİRİN ÖLÜMÜ” adlı bir şeir yazır.

1930-cu illərin sonunda Stalinin göstərişi ilə həbs olunan görkəmli sovet hərbi komandirlərinin günahına inanmayan şairin durumu pisləşir. Nəticədə 1936-1943-cü illərdə onun əsərlərinin çapına qadağa qoyulur. Şairin ehtiyyatlı davranışı, yəni bu dövrlərdə Pasternakın gürcü şairlərin şeirlərini ruscaya tərcümə etməsi sayəsində gürcü əsilli Stalinin gözünə girir və bu onu sürgün və ölümdən xilas edir. Avropa mədəni mühitində təhsil almış Pasternaka bir neçə dil bilməsi kömək olur. Həmin illərdə əməkhaqqından məhrum olan sənətkar ingilis, fransız, alman klassiklərini rus dilinə tərcümə edir. Onun rus dilinə çevirdiyi Fridrix Şillerin “Maria Stüart”ı, Şekspirin faciələri və Hötenin “Faust”u tərcümə sənətinin ən yaxşı nümunələri sayılır.

İkinci dünya müharibəsi illərində almanlar Moskvaya yaxınlaşanda o Çistopol şəhərinə köçürülür. Bu zaman o Sovet hökümətindən müharibədə müxbir kimi iştirak etməsini istəyir. İstəyi alınır və o hərbi müxbir kimi cəbhəyə göndərilir.

1945-ci ildə atasının Oxfordda ölümündən sonra o, roman yazmaq üzrə düşünür, yeganə romanı olan və gələcəkdə ona həm xoşbəxtlik, həm bədbəxtlik gətirən “Doktor Jivaqo”nu yazmağa başlayır. 1954-cü ildə yazılıb bitirilən roman 1956-cı ildə “Noviy Mir” jurnalına göndərilir. Əvvəlcə çapına icazə verilsə də, sonra «inqilaba mənfi münasibəti və sosial dəyişikliklərə inamsızlığını büruzə verməsi» səbəbi ilə qadağan olunur. 1957-ci ildə Romanın əlyazması bir italyan jurnalist tərəfindən qaçırılıb İtaliyada çap olunur. 1 il sonra isə dünyanın 18 dilinə tərcümə olunur. “Doktor Jivaqo” 26 həftə New York Times-da “Ən çox satılanlar” siyahısında qalır.

Roman arxa planda üstüörtülü olaraq1917-ci il Oktyabr İnqilabından və bundan sonra başlayan Rusiyanın daxilində başlamış çaxnaşmalarından (1917-1922) bəhs edir. Ön planda isə Yuri Jivaqo adlı şair olan bir həkimdən, onun iki qadın arasında qalmış (bir yanda sədaqət, digər yanda isə ehtiras) və müharibələrin məhv etdiyi bir həyatından danışır. Romanda həmçinin, hadisələr Boris Pasternakın şeirləri ahəng bir şəkildə yer almışdır.

Boris Pasternak 1946-50-ci illərdə şeirlərinə görə Nobel Mükafatına namizəd görülmüşdür. Ancaq 1958-ci ildə “Doctor Jivaqo” romanının dünyaca məşhurlaşması nəticəsində 1957-ci ilin Nobelçisi Albert Camus tərəfindən yenidən namizəd göstərildi və 1958-ci ildə Boris Pasternak “Həm çağdaş lirik şeir, həm də böyük Rus epik ənənəsi sahəsindəki uğurlarına görə” Nobel Mükafatını qazandı.

Ancaq bu хəbər Sovet İttifaqında qəfil partlayan bomba effekti doğurdu və son dərəcə sərt reaksiya ilə qarşılandı. "Pravda", "Literaturnaya qazeta" kimi mərkəzi mətbuat orqanları Boris Pasternakı "хain", "bədхah", "obıvatel", "İuda", "böhtançı", "düşmən əlaltısı" adlandırdılar. Onu SSRİ Yazıçılar İttifaqı üzvlüyündən çıхardılar və mükafatdan imtina etməyə zorladılar. 28 oktyabrda 1958-ci ildə İsveç Akademiyasına göndərdiyi teleqramında belə yazırdı:

"Son dərəcə minnətdaram, sarsılmışam, qürur duymuşam, heyrətlənmişəm, özümü itirmişəm"

29 oktyabrda isə teleqramla mükafatdan imtina etdiyini açıqladı:

"Mənsub olduğum cəmiyyətin mənə verilən mükafata münasibətini nəzərə alaraq ondan imtina etməliyəm. Könüllü imtinamı təhqir kimi qarşılamamağınızı хahiş edirəm"

Dünya isə “Doctor Jivaqo”nu bir şah əsər kimi qəbul edir. 1965-ci ildə amerikalı rejissor David Lean tərəfindən roman əsasında film də çəkilir və 3 saat yarım olan film Oscarda 5 nominasiyada qalib olur.

Bəli. İvan Bunin 1933-cü ildə Nobel mükafatı alan ilk rus yazar olaraq tarixə keçdi. Boris Pasternak isə 1958-ci ildə ilk sovet adamı idi ki, Nobel Mükafatı qazandı. Sovet Sosialist Respublikaları İttifaqında ilk Nobel alan Ədəbiyyatçı! Ancaq çox heyf ki, siyasət və ədəbiyyatın əslində bir-birilərinə necə yaxın və həm də necə kəskin düşmən olduğunu Boris Pasternakın həyat və yaradıcılğında bir daha görürük.

Mükafatdan imtina etdikdən sonra Boris Pasternak artıq heç bir ədəbi tədbirə qarışmır, heç kimlə görüşmür, söhbət etmir və Moskvanın kənarında Peredelkinodakı bağ evində yaşayırdı.

Ömrünün sonlarını sakit və xəstə bir şəkildə keçirən Boris Pasternak 30 may 1960-cı ildə ağciyər vərəmindən dünyasını dəyişdi. Şairin tərəfdarları onun şeirlərini metrolarda adamlara paylayırdılar. Peredelkino bağındakı cənazə mərasiminə bunun sayəsində çoxlu adam gəlmişdi.

Ancaq Rusiya tam olaraq bu şairin qədrini 1985-ci ildən sonra – Yenidənqurma və aşkarlıq dönəmində anladı. SSRİ Yazıçılar İttifaqı onun üzvlükdən çıхarılması haqqındakı qərarını ləğv etdi. Nobel mükafatının diplomu və medalı isə aradan 30 il keçdikdən sonra 1989-cu ildə Stokholmda yazıçının oğlu Yevgeni Pasternaka təqdim olundu. Külliyatı və başıbəlalı romanı “Doktor Jivaqo” nəhayət ki, SSRİ-də çap edildi.

 

PASTERNAKIN QADINLARI

ƏSL SEVGİ ƏZAB VERİR”

Şair üçün qadın çox şeydir. Qadın şair üçün gözəllikdir, sevgidir, ilham mənbəyidir, ehtirasdır və s. Bəzən hər şey kimi qadınlar da gözümüzdə çox yüksəlib müqəddəslik zirvəsinə qalxır, bəzən də çox dəyərsizləşib adiləşir. Ancaq şair hər zaman içində bir qadınla yaşayır və bu qadın onunla bir yerdə böyüyür. Pasternak da daim içindəki bu qadını tapmaq üçün çabalamışdı. Boris Pasternak qadınları, yəni Tanrının yaratdığı bu gözəlliyi doya-doya yaşadı. O heç vaxt hisslərini, sevgisini totalitar- ideoloji mühitin zəncirləri arasında boğmadı. Şair üçün onun hissləri və sevgisi onun ömrüdür. Hisslər bitincə şairin ömrü də bitir....

Onun ilk qadını Yevqeniya Lurya idi. Yevqeniya Lurya Pasternakın atası kimi rəssam idi. 1922-ci ildə Boris Yevqeniya ilə ailə həyatı qurdu. 1923-cü ildə şairin oğlu Yevqeni dünyaya gəldi.

Ancaq arvadından ayrılan Boris Pasternak 1932-ci ildə məşhur alman pianist Heinrich Neuhaus`un yoldaşı Zinaida Neuhausla evləndi. 1938-ci ildə Zinaidadan şairin ikinci oğlu Leonid Pasternak doğuldu. ( Fizik, 1976-cı ildə vəfat etdi)

1946-cı ildə isə şair həyatındakı üçüncü qadın Olga İvinskaya ilə tanış olur. Onda şair roman yazmağa başlamaq istəyirdi. Aradan xeyli ötəndən sonra İvinskaya haqqında belə düşünürdü: “O, həyatın gözəlliyini, yaşamaq sevincini ifadə edir. O, hər şeyi dərk edir. Ona yalnız bu həyatda olduğu aydın deyil. O, mənim ruhuma və yazıçılığıma hopdu...” 

Şair düşünürdü ki, öz arvadını sevir, onu buraxıb gedə bilməz, Zinaidanı tək qoymaq ixtiyarında deyil. Ancaq digər tərəfdən Zinaida da Olqaya xas heç bir xarakter yoxdu: nə qadınlıq, nə həyat sevgisi, nə də arzularla yaşamaq. Bir də Zinaiddə romantikadan əsər-əlamət yox idi, incəliyini, zərifliyini çoxdan itirmişdi...

 

Olqanın dostu xatırlayır ki, onların küçənin ortasında, arabanın yanında durub  söhbət etdikləri vaxt, qadın pərt halda Pasternaka artıq bu münasibəti bitirməyini istəyir. Şair isə gülə-gülə: “Sən hələ bunun kino-çəkiliş olduğunu düşünürsən” demişdi. Pasternak heç vaxt öz hisslərindən utanmamışdı, özünün gülünc, zəif görünməsindən qorxmamışdı. Şairin bu cəsarəti, yaxınlığı İvinskayanın borana, tufana bənzər hiddətini dağıtmışdı...

 

Heç kimin sözünə baxmayan, bu münasibətin bitməsini istəməyən Pasternak özü də istmədən Olqayla ayrılmalı oldu. Onu 1949-cu ildə gözlənilmədən həbs etdilər. tələb etdilər ki, şairin “siyasi şübhə”sini, Sovet həqiqətlərinə böhtan atmasını təsdiqləsin. Bir neçə ay şairin sevgilisini soyuq və rütubətli kamerada saxladılar, təsdiq etməsi üçün hər gün qadını döyürdülər.

Ancaq Stalinin ölümündən sonra 1953-cü ildə Olga azadlığa buraxıldı. Ancaq bu səfər cəmiyyət onların qovuşmasına imkan vermir. Boris Pasternak Peredelkinodakı bağ evinə çəkilir. Və yalnız Olgaya məktublar yaza bilir:

Olyoşa, indi, səhər tezdən oyanmaq necə də kədərlidir! İndi sənin harda və necə olduğunu düşünürəm. Mənim qızılım, səninlə həyata bağlıyam, sən mənim pəncərədən içəri düşən günəş şüamsan. Öz günahlarıma görə təəsüflənir, kədərlənirəm. Hər şey, ətraf səninlə bağlıdır. Mən günahkarlıqa və kədərlə səni sevirəm”. Daha sonra Pasternak bir ayrı məktubunda yazırdı: “Doğma Olyoşa, mən səni bütövlüklə hiss edirəm...Doğmalığım, sevincim mənim, bu necə ağlasığmaz xoşbəxtlikdir, sən bu dünyada yaşayırsan və mən səni axtarıb tapa, görə bilərəm. Sən mənə dözürsən, sözümü deməyə, ürəyimi boşaltmağa imkan verirsən. Hər görüşümüzdə bu mənim düşüncələrimə və hisslərimə hopub.”

Boris Pasternak Doktor Jivaqo romanındakı Lara obrazını yazarkən Olgadan təsirləndiyi də deyilir.

Ölüm ayağında olan şair xoşbəxt idi. O, qohumlarına bu əclaf dünyadan, bu alçaq insanlardan qurtulmağına sevindiyini demişdi. Artıq dünyada Pasternakın görəcəyi heç nə qalmamışdı. O, artıq bu insanlardan çox uzağa gedəcəkdi...

Pasternaka olan sevgi Olgaya baha başa gəlmişdi. Şairin ölümündən sonra onu yenə həbs edib dörd il sonra buraxdılar. Olga bir daha əsl sevgisini – Boris Pasternakı öldükdən sonra görəcəkdi.

 

 

BORİS PASTERNAK VƏ ŞEİRLƏRİ

 

SAKİT, İNCƏ VƏ DÜŞÜNDÜRÜCÜ”


 

Boris Pasternakın şeir kitabları:

  • Buludlarda əkiz (1914)

  • Əngəllərin üstündən (1917)

  • Bacım Həyat (1922)

  • Hava yolları (1924)

  • 1905-ci il (1927)

  • Leytenant Şmit (1927)

  • İkinci doğuş (1932)

  • Erkən qatarlar (1943)

  • Yer üzü ənginliyi (1945)


 

Çox təəssüf ki, Pasternakın şeirlərini dilimizə tərcümə edilməsində böyük problemlər vardır. Dünyanın ən yaxşı romanları tərcümə edildiyi halda “Doctor Jivaqo” hələ də azərbaycan dilinə tərcümə olunmayıb. Türkiyədə şairin kitabları çıxsa da, Azərbaycanda hələ təzə-təzə şeirləri tərcümə olunur. Boris Pasternakın şeirlərinin tərcüməsiylə ən çox türklərdən Cemal Süreyya, Ataol Behramoğlu və başqaları, azərbaycanlılardan isə son zamanlarda Səlim Babullaoğlu məşğul olmuşdur.

Boris Pasternakın ən məşhur şeirlərindən bir neçəsi:

ŞAİRİN ÖLÜMÜ

                      (Mayakovski'nin ölümü üçün)

Başka türlüsüne kim inanır, saçmaladığınız söyleniyordu 
Ama iki başka adam daha, aynı işi tekrarlayan 
Ve bir üçüncüsü, dünyayı peşinde koşturan 
Yanyanaydınız, hepinizi sarıp sarmalayan 
Hiç kıpırtısız bir zaman.

Memur evleri ve tüccarlarınki vardı 
Ağaçlar, avlular vardı yaşayan 
Ve iki karga, güneşin sarhoş ettiği 
Dişileriyle hırlaşan iki karga 
Bundan böyle

Budala karılar burunlarını her şeye sokmasınlar diye 
Şimdi felâket yağıyor üstünüze ! 
Çizgiler vardı yüzünüzde, yırtık ağlar gibi kırış kırış 
ve ıslaktı yüzleriniz

Gönlünce yaşadığın, düzinelerle yaşadığın 
Günlerden biriydi o gün 
Evinin kapısında bir kalabalık 
Tek bir tabanca sesi hizaya getirmiş hepsini

Suların havaya tükürdüğü balık 
Şenlik fişeği sanarak nasıl koşuyorsa 
Saz diplerindeki ölümüne 
Tetikteki kurşunun içini çekmesi gibi, tıpkı öyle.

Uyuyordun, dedikodulu ve kıskanç bir döşek 
sermişlerdi uykuna 
Uyuyordun, artık susturulmuş, ama hâlâ korkulu 
ürpertilerle komşu 
Ve yakışıklıydın, yirmiiki yaşın avuçlarındaydı bunlar 
Dört bölümlü şiirinde yazılıydı. 
Uyuyordun, başın yastığındaydı 
Boylu boyunca yaylanarak 
En genç efsaneydin başımızda

Tetiğini çektiğin kurşun Etna yanardağına 
benziyordu 
Gittikçe büyüyordun, ama birdenbire eğilip 
Korkak ve değersizlerin ayağına yüz sürüyordun.


 

Nobel mükafatı

Batdım mən, qovğada heyvan kimi lap.
Hardasa adamlar, işıq, azadlıq.
Arxamca təqibin səsi, tappatap.
Çıxmağa yolum da qalmayıb artıq.

Qaranlıq bir meşə, gölün sahili,
Tir kimi yıxılmış küknar gövdəsi.
İndi bütün yollar bağlı, kəsili.
Nolacaq, qoy, olsun bundan ötəsi.

Axı, deyin, nədir o böyük səhvim,
Bəlkə qatiləm mən, bəlkə caniyəm?
Gözəl Yurdum üçün məcbur elədim
Göz yaşı axıtsın, qoy, bütün aləm.

Hətta belədirsə, əynimdə kəfən
Yenə də bilirəm o gün gələcək.
Qəzəbin, qərəzin hökmü hər yerdən
Xeyirin ruhuyla dəf ediləcək.

 

Eh, əgər bilsəydim mən o sıralar

Eh, əgər bilsəydim mən o sıralar,
Hələ lap əvvəldən belə olurmuş,
Qanlıymış, qatilmiş demə misralar,
Dolub boğazına səni boğurmuş.

Belə iç üzüylə bu zarafatdan
Qəti vaz keçərdim onda əlbəttə.
İndi çox keçibdi həmin o vaxtdan,
Keçmişdə qalan o ürkək həvəsdən.

Amma qocalıq da sanki Romadır:
Nə hap-gop istəyir, o aktyordan,
Nə bərkdən, ürəkdən mətn oxumağı -
Canı fəda istər gerçək, doğurdan.

Misranın sahibi hisslər olanda
O sanki meydana qara qul salır.
Qurtarır hər yapma sənət o anda,
Torpaq nəfəs alır, tale yaşanır.

 

 

KORKULU ÖYKÜ

 

Her şey değişecek her şey

Asıl olana doğru, büyük olana,

çocukların uykusunu bölenler

Bağışlanmayacak asla.

 

Unutulmayacak, unutulur mu hiç

Şu minik yüzlere işlenmiş gam, tasa,

Düşman saldığı bu dehşeti

Ödeyecek bir gün mutlaka.

 

Gün gelecek yolu onun da

Tüyler ürpertici bir öyküden geçecek,

Alınacak yüzlerce yüzlerce defa

Yetimin, sakatın, dulun öcü.

 

Aklına getir bir o bombaları

O astığı astık dönem

O cinayetler, o yıkıntılar,

Hérode'un Bethléem'de yaptığı gibi.

 

Eli kulağında daha iyi bir çağın,

Değişecek her şey, besbelli,

Ama şu sakatlanmış küçükleri

Unutabilir mi insan unutabilir mi?


 

Şairin misralarından göründüyü kimi, onun içində böyük bir hüzn, təəssüf, kədər və boğulmuş bir həyat eşqi vardır. O gələcəyə ümidlə baxırdı, ancaq keçmişin izləri heç vaxt unudulmayacaqdı. Bunu da bilirdi.

Şairin ilk şeirləri simvolist və futurist ədəbi cərəyanların təsiri altında yazılmışdır. Əvvəllər rejim onu sovet şairi olaraq qəbul edir, ancaq Pasternakın sonralar dövrün Rusiyasını, onun ziyalılarını və reallıqları yazması ilə rejimin qəzəbini və nifrətini qazanır.

Boris Pasternak heç vaxt kommunist olmadı. Onun Sovet İmperiyası ilə gərgin münasibətləri siyasi məsələ deyildi. Sadəcə, kommunizmin gətirdiyi kütləvilik, ideoloji basqı Pasternakın ruhuna yad idi. Kütlə hər bir zaman fərdə qarşıdır. Yaradıcı adam isə sadəcə fərddir. Onun Sovetlərlə arasında olan gərginlik siyasi yox, ədəbi-fəlsəfi və sırf fərdi bir problem idi. Boris Pasternak siyasi əqidə cəhətcə nə tam baş qaldırıb kommunizmə qarşı çıxmadı, nə də tam Sovetlərə boyun əyib yaşamadı. O, sadəcə, düşündüklərini və gördüklərini yazdı. Rusiyada doğuldu və Rusiyada da öldü.

Boris Pasternak daim nələrisə axtarırdı. O özünü tapmaq üçün həmişə axtardı. Hələ gənc olarkən musiqiçi, dindar, tarixçi və filosof olmaq istəyi, ancaq sonda şair olub poeziyaya bağlanması bunu göstərir. O bu dünyanın adamı idi. Özünü tapmaq üçün hər yolu axtarırdı.

O əsl sevgini də daim axtardı və nəhayət iki qadından sonra tapdığı Olga İvinskaya ilə yaşadığı sevgi onun əsl sevgisi idi. Bu elə bir sevgi idi ki, hər iki tərəf də əsl əzab çəkdilər. Olga öz həyatını Boris Pasternaka qurban verdi. Şair isə onu son nəfəsinədək sevdi.

O Sovetdə Nobel alan ilk şəxs idi. Bugün tarix Pasternakı və onun cəsur ədəbi kimliyini heç vaxt unutmadı.

Peredelkinodakı evi indi Pasternakın ev muzeyidir. Hollandiyada isə şairin adına küçə var. Ruslar isə Sergey Yesenin kimi, Vladimir Mayakovki kimi, Mixail Lermontov kimi indi Pasternakı daha yaxşı anlayırlar. O, bu üç şair kimi intihar etmədi. Boris Pasternak ən çətinini etdi. YAŞADI və YAZDI...

 

Bəllidi hər kəsin hər bir addımı,
Həm də mümkün deyil sonluqdan qaçmaq.
Mən təkəm, şəbehdə boğulur hamı,
Yol adlamaq deyil ömür yaşamaq.



Rəşid Səfərov


 

Yuxarı