post-title

Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsəri barədə

Müsabiqə üçün yazı

 
 
 
1899-cu ildə yoxsul bir ailədə doğulmasına baxmayaraq, yaşadığı müddət ərzində öz yaradıcılığı ilə yoxsul beyinlərin dirçəlməsində böyük rol oynamışdır Cəfər Cabbarlı. Təkcə fəaliyyət göstərdiyi sahələrə baxsaq (kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor) görərik ki, əlindən nə gəlirsə xalqına sərf eləməyə çalışıb Cəfər Cabbarlı. Hələ ibtidai məktəbdə ikən Süleyman Sani Axundov, Abdulla Şaiq kimi yazıçı və müəllimlərdən dərs aldığını da düşünsək, öz xalqının yüksəlişi üçün atdığı addımlara şübhəylə yanaşmamalıyıq. Məhz ədəbiyyata yaranan həvəs də buradan qaynaqlanır. Baxmayaraq ki, uşaq yaşlarından Quran oxumağı öyrənmişdir, amma ədəbiyyata olan həvəs onu tamam başqa səmtə istiqamətləndirmişdir. Yazıçının həyatı haqqında uzun-uzadı yazıb sizi yormaq istəmirəm. Çox sayda əsərin müəllifi olan Cəfər Cabbarlının yaradıcılığında əsas yer tutan bir əsərdir “Oqtay eloğlu” əsəri. 
 
Yazıçının öz düşüncələrini ən gözəl şəkildə bizə çatdırdığı “Oqtay eloğlu” əsərində məni öz təsiri altina salan bəzi məqamları sizlərlə bölüşmək istəyirəm. Əsər 20-ci əsrin əvvəllərində yazılsa da, məhz bu dövr üçün də aktual olan problemlərə toxunulmuşdur. Yəni 21-ci əsrdə belə bu əsərdən örnək götürəcəyimiz çox şey var. Hər bir cümləsində bizi düşünməyə vadar edən bir əsərdir. Təkcə onu bilmək kifayətdir ki, Cəfər Cabbarlı əsərin əvvəllərində “teatrdan qaçan xalqım” deməklə nəyi çatdırmaq istəyirmiş bizə. Həmin dövr üçün elm və mədəniyyəti özünə yaxın buraxmayan bir xalqı teatra çağırmaq həqiqətən də böyük əmək tələb edirdi. Öz millətini dünyanın ən yüksək mədəniyyətə sahib xalqları ilə eyni səviyyədə görmək istəyən Oqtay da elə məhz buna çalışırdı. "Ya mən olmalıyam ya xalq olmamalıdır, ya da mən olmamalıyam xalq olmalıdır. Mən baxdım 2-ci yolu götürdüm və o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O, böyük bir vahidin kiçik bir parçasıdır. Oqtayın dilindən deyilən bu kəlmələr oun xalqı üçün hansi əzablara dözəcəyinin bariz nümunəsidir.
 
Əsərin əvvəllərində şahidi oluruq ki, Oqtay öz ailəsini belə xalqına, onun əqli dirçəlişinə qurban verir. Anasının ölümünə, bacısının dilənçi vəziyyətinə düşməsinə razı olur ki, təki avam insanlar nəsə öyrənsinlər.
 
Əsərdə qabarıq şəkildə toxunulan ən əsas məsələlərdən biri də qadınların azadlığı və bərabərliyi mövzularıdır. Qızların da oğlanlar kimi oxumasını, təhsil almasını ürəkdən istəmiş,həmçinin teatrların bir müqəddəs yer olduğunu vurğulamışdır. Aslan beyin dilindın deyilən bu sözlər buna sübutdur. "Teatr məsciddən də müqəddəsdir..."
 
Əsərdə diqqət çəkən digər bir məsələ də nsanların dinə(İslam) yalnış bir şəkildə yanaşmasıdır. Hər bir dövrdə və hər bir cəmiyyətdə olduğu kimi insanların çox az bir qismi dini olduğu kimi qəbul edir. Mövhumatsız filansız. Cabbarlı da insanların bu davranışını gözəl bir çəkildə göstərmişdir. Bunu əsərdən götürdüyüm bir cümlə ilə ifadə edəcəm. "Oruc sənin belini sındırsın məsuliyyət qanmayan dilsiz-ağızsız heyvanlar kimi əyilib qalxan, yeyib-yatan zavallılar". Bu sözlərdə bir üsyan, oyanış çabaları hiss olunur. Xurafata meylli insanları oyandırmaq hər şeydən üstündür.
 
Əsər haqqında saatlarla müzakirə aparıb danışmaq, səhifələrlə yazı yazmaq olar. Lakin fikrimi sonda Oqtayın dilindən səslənən və bu əsərdə ən çox bəyəndiyim bir fikirlə tamamlamaq istərdim. Məncə, bu fikir bu günümüz üçün çox şey deyir bizə: “Mən avropalı deyiləm, olmaq da istəmirəm. İnsan könlü kimsənin qəyyumluğunu qəbul etməz!”
 
Tacəddin Poladzadə
 
Kultura.az
 
Yuxarı