post-title

Yazıçı-publisist Rafiq Tağıya sui-qəsddən 3 il ötür

Rafiq Tağı 2011-ci il noyabrın 19-u axşam Bakıda, işdən qayıdarkən evinin yaxınlığında bıçaqlanıb. Naməlum şəxs ona bir neçə bıçaq zərbəsi vurub. Yaralı vəziyyətdə özünü evə çatdıran Rafiq Tağı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada o, əməliyyat olunub. Lakin noyabrın 23-də Rafiq Tağı Bakının 1 saylı xəstəxanasında keçinib.

 
Tağıyev Rafiq Nəzir oğlu 1950-ci il avqustun 5-də Masallı rayonunda anadan olub.
 
Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini, Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasını bitirib. Terapevt-kardioloq, kardioloq-reanimatoloq olub.
 
2006-cı ilin noyabrında “Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə tutulub və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinib. 2007-ci il dekabrın 28-də ölkə prezidentinin imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.
 
Rafiq Tağı 2011-ci il noyabrın 19-u axşam Bakıda, işdən qayıdarkən evinin yaxınlığında bıçaqlanıb. Naməlum şəxs ona bir neçə bıçaq zərbəsi vurub. Yaralı vəziyyətdə özünü evə çatdıran Rafiq Tağı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada o, əməliyyat olunub. Lakin noyabrın 23-də Rafiq Tağı Bakının 1 saylı xəstəxanasında keçinib.
 
Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. Ölkənin ən tanınmış yazıçılarından və publisistlərindən biri idi.
 
Rafiq Tağının kitabları "Yanaşı ulduzlar" (1987), "Düşmənimin xatirinə" (1991), "Pozitiv. Neqativ" (1996), "Şahzadə Dipendranın məhəbbəti" (2005), "Ucaboy liliput" (2005), "Gənc qraf Kenterberiyski" (2006).
 
Rafiq Tağının iki övladı – bir oğlu, bir qızı var.
 
İndiyədək Rafiq Tağının ölümünə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.
 
Hazırladı Elkin Xəlilov
 
 
Yuxarı