post-title

Nicat Kazımov: Eşq Sultanı - Hekayə (II)

Kultura.az gənc yazıçı Nicat Kazımovun hekayəsininin ikinci hissəsini oxuculara təqdim edir

 
***
 
İsgəndər hələ gənc yaşlarında atası tərəfindən döyüş növlərini öyrənmişdi.  O, mahir ox atan, qılınc oynadan idi. Eldənizin ordusu arasında ən rəğbətli əsgər də məhz o idi. Möminə xatun onunla pərdə arxasında görüşərək göstərişini vermişdi. Əmri alan gənc əsgər, atını çaparaq Azərbaycna doğru yola düşmüş və Qara Sunqurun İqamət etdiyi saraya gəlib çata bilmişdi.  O saraya girməyin yollarını axtarırdı. Ancaq, mümkünsüz olduğunu görürdü. Bazarda xalq arasında gəzərkən ona məkum olur ki, hər cümə günü Qara Sunqur  xalqın arasında  namaz qılır. Bunu öyrənən İsgəndər , Qara Sunqurun namaz qıldığı məscidin yerini dəqiqləşdirir və  kəşfiyyat işləri ilə məşğul  olur. Yeganə əlverişli yer, gözlərdən uzaq məscidin hündür minarəsi idi.
 
Hava yağışlı idi. Amma insanlar yenə cümə namazı üçün yavaş-yavaş məscidə axışırdı.  İsgəndər məscidin minarəsinə qalxdı. Ox və kamanını hazır vəziyyətdə saxlayıb Qara Sunqurun gəlməyini gözlədi. Üzünə qara niqabı taxıb, gözləri ilə insanlara baxırdı. Zöhr namazının vaxtı gəlib çatırdı. Bu vaxt azanın oxunması üçün  axund minarəyə qalxdı. Üzünü gizlədən İsgəndəri ox və kamanla görən axund nə edəcəyini başa düşüb,  qaçıb insanlara xəbər etmək istədi. Lakin, İsgəndər çevik davranıb  minarənin pilləkənlərində  axundun ağzını qapayıb, belindən çıxardığı iti xənçərlə boğazını üzdü. Zöhr namazının tam vaxtı olduğundan, insanları şübhəyə çəkməmək üçün İsgəndər minarənin lap gündür yerindən azan oxumağa başladı. O azan oxuya-oxuya insanlara baxırdı və nəhayət Qara Sunqur və mühafizəçiləri at belində məscidə yaxınlaşdığını gördü. Bunu görən İsgəndər oxunu hazırladı, əgər kiçik bir yanlış edərdisə, o buradan sağ çıxmayacaqdı. Nəfəsini dərib və saxladı, nizəni ipə yaslayıb kamanı gərdi və  bir gözünü qıyıb  Qara Sunquru hədəf aldı…
 
Və budur nizə havanı yararaq bir başa Sunqurun boğazına girdi və  atın belindən yerə düşdü. Boğazından axan qanı yağan yağış  yuyub aparırdı. Heç kim nizənin hardan gəldiyini görmədi və  İsgəndər üzərindəki silah sursatı minarəyə buraxıb insanların arasında heç nədən xəbərsiz hər kəs kimi Qara Sunqurun cəsədinə baxırdı…
 
***
 
Bu xəbər Eldənizə gəldiyində,  çox sevindi və bütün qoşunu toplayaraq Azərbnaycana yürüşə başladı. Heç bir münaqişə olmadan  Eldəniz Azərbaycanın əsas şəhərlərini – Gəncəni və Ərdəbili ələ keçirir. Artıq o, nəinki Arranın və hətta iki böyük şəhərin hakiminə çevrilmişdi. O, səfər əsnasında hakimiyyətə yeni gələn Sultan Məhəmmədin bu xəbərdən məmnun olmayıb Eldənizlə döyüşmək üçün qoşun topladığını və Araz vadisi  tərəfə yaxınlaşdığı xəbərini duydu.  
 
Həyəcanlanan Eldəniz  bütün ordusuna güvənərək,  Araz vadisində Səlcuq hökümdarı Məhəmmədlə qarşıılaşdı. Ordu sayı bərabər deyildi və Eldənizin ilk böyük döyüşü olacaqdı.  Ordu arasında böyük fərq olmasına baxmayaraq,  dayanmadan yağan yağışın altında günlərcə döyüş oldu və iki qoşun da geri çəkilməli oldular. Qüvvəsini itirən Eldəniz Arrana qayıtmalı oldu və bu səbəbdən Gəncəni və Ərdəbili əlindən çıxardı.
 
Azərbaycanı itirdiyi üçün Eldəniz çox kədərli idi. Ancaq, Möminə xatun başını onun dizlərinə qoyaraq təsəlli verirdi:
 
- Sən hələ çox gəncsən, böyük Səlcuq İmperatoruna gücünü göstərdin.  Bu az iş deyil, əgər o səndən qorxmasaydı bir başa Arrana hücum edərdi, amma görürsən, öz şəhərinə qayıdıbdır. Səbr elə, əzizim hələ hər şey qabaqdadır.
Həqiqətən hər şey Möminə xatunun dediyi kimi oldu.
 
***
 
Bir neçə il keçmişdi. Atabəy sadəcə diplomatiya ilə məşğul olub gücünə-güc qatmışdı. O sarayında övladları ilə vaxt keçirir və  döyüş sənətini bir başa özü öyrədirdi oğullarına. Gördüyü hadisələr, qardaşın qardaşa düşmənçiliyi, atanın övladının başını vurdurması tez-tez Eldənizdə  qorxu yaradırdı ki, birdən onun da övladları elə olar. Bu səbəbdən tam məhbbətlə övladlarına bağlanmış, qardaşların hər iki bir-birlərinə heç vaxt yan gözlə baxmamışdı.Eldəniz ailəsinin belə isti olduğunu görüb özündə daha da güc tapırdı.
 
Eldəniz Möminə xatuna ilk günki eşqi ilə bağlı qalmışdı və heç bir zaman yatağına hərəmdəki cariyələrini almamışdı. Bir gün Eldənizin əmri ilə mamarlar-mamarı Əbubəkir Əcəmini saraya təşrif buyurdu. Gənc memar çəkdiyi əsərlərlə, qurduğu saraylarla dillər dastanı olmuşdu.Eldəniz memar Əcəmini hökümdarlar kimi qəbul etmiş, süfrələr qurdurmuş, çalğıçılar gətirtmişdi. Eldəniz elə bir tikili istəyirdi ki, Möminə Xatunun gözəlliyini vəsf eləsin, Memar Əcəmi ertəsi gün ağlındakıları kağıza tökməyə başladı və fikirindəki  türbə uzun müddətli qalsın deyə Naxçıvana inşa etmək üçün icazə istədi. Eldəniz bunun nə kömək lazım olsa edəcəyinə və işin sonunda böyük bir mükafat veriləcəyinəsöz verdi.
 
***
 
Səlcuq hökümdarı qüdrətli Məhəmməd şahın ölüm xəbəri gəldi və onun yerinə hakimiyyətə əhli-kef Süleyman sultanın keçdi məlum oldu. Bu vəziyyətdən istifadə etmək istəyən  Eldəniz yenidən qoşun topladı və Azərbaycana ikinci yürüşünü etdi. Bu dəfə o, nəinki Gəncəni və Ərdəbili, ümumilikdə bütün Azərbaycanı işğal etdi.
 
Möminə xatun, ərini daha da güclü görmək istəyirdi, ta ki, bütün Səlcuq imperatorluğunun başında! Övladılarını da yüksək mərtəbələrdə görmək istəyirdi. Bunun üçün özünü hər sahədə təsdiq edən və Möminə Xatunun sayəsində əmir vəzifəsinə başlayan İsgəndərə ikinci bir göstərişi də verdi: “Böyük Səlcuq imperatoru əhli-kef Sultan Süleymanı öldürmək”.
 
İsgəndərdən 1 ilə yaxın xəbər çıxmadı. Nə ondan məktub gəldi, nə də başqa bir xəbər. Ölmüşmüydü, qalmışmıydı Möminə xatunun xəbəri yox idi. İsgəndərin sui-qəsd üçün gedişindən 1 ili tamam olan gün Sultan Süleymanın ölüm xəbəri gəldi və xəbərin ardınca İsgəndər saraya geri döndü.  Möminə Xatun ona inanmaqda yanılmamışdı. Çünki, İsgəndər Səlcuq İmperatorluğunun paytaxtına getmiş qul kimi saraya daxil olmuş, 1 il müddətində sarayda xidmət göstərib Süleymanın ən yaxın adamı olmuş və gecənin birində boğaraq öldürmüşdü.
 
Bu xəbəri alan Eldəniz, oğulluğu, yəni uzun zaman öncə atabəyi olduğu Arslanla əlaqə yaratdı.  Arslan öz atabəyini doğma atasından da çox sevmişdi. O, iyirmi minlik qoşununu toplayıb Arslanın gücünə güc qatdı və Həmədana daxil oldu. Eldəniz oğulları ilə birlikdə bütün əmrlərini  Həmədana gətizdirərək,  Arslanın və özünün qarşısında sədatət andı içizdirdi.
 
Eldənizin qarşısında duran ən müqəddəs vəzifə Bağdad xilafətini ələ keçirmək idi. Bu səbəbdən böyük bir ordu ilə  xilafətin ordusu ilə qarşı-qarşıya gəldi.  İraq çölündə  xəlifənin qoşunları ilə Sultandan narazı əmrilərin qoşunları birləşir. Həmin vaxt Eldəniz  döyüşdə iştirak etdiyindən orduda canlanma var idi. Eldəniz ağ atının belində əsgərlərə demişdi:
 
“ İgidlərim, biz hamımız birlikdə uzun illər əziyyət çəkdik və bu gün bu əziyyətlərə son vermə vaxtı gəlib çatdı. İndi isə düşmənə qan uddurmaq lazımdır! Sizə inanıram! Hücum!”
 
Günəş yer üzünə sanki həmin gün daha da yaxın idi. Hava çox isit idi, ancaq Böyük Atabəyin sözləri əsgərlərin canına fərahlıq gətirmişdi.  Eldənizin qoşunu sel kimi  düşmənlərin üzərindən keçib getmişdi.
 
Eldənizin parlaq qələbəsindən Möminə xatun xəbər tutduqda, həm özü ilə həm də əri ilə qürur duyurdu.  Həmin döyüşdən sonra,  tarixçilər belə deyəcəklərdi:” Beləliklə, atabəy Şəms əd-Din İl-Dəniz Qafqaz dağlarından Fars körfəzinə qədər geniş bir ərazini öz hakimiyyəti altında cəmləşdirir. İl-Dənizin tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı. Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi. Mosul, Kirman, Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzən ər-Rum və Marağa hakimləri vassal kimi onun adına pul kəsir, cümə namazında oxunan xütbədə İl-Dənizin adını xəlifə və sultanın adından sonra zikr edirdilər.”
 
***
 
Aradan uzun illər keçmişdi. Möminə xatun xəstələnidyində Eldənizin xəbəri olamışdı. Möminə xatun Eldənizə xəbər verdirmək istəmirdi. Çünki, Eldəniz Gürcüstan səfərində idi. O geri döndüyündə  qocalmış ancaq, hələ də gözəlliyini simasında qoruyub saxlamış Möminə xatunu  başının ucunda həkimlər dayanarkən gördü. Həmin an Eldənizi qorxu bürümüşdü. Onun əmri ilə içəridəki hər kəs çölə çıxdı. Daha sonra dizlərini yerə qoyub onun büllur  əllərindən tutdu və onun üzünə baxıb dedi:
 
- Mənim hə yatımın sultanı, sənə nə olubdur, belə?
- Heç bir şeyim yoxdur, sadəcə halsız düşmüşəm. – Xatunun sözləri ağzından zorla çıxırdı.
- Tez sağal, hələ görüləcək çox işlərimiz var.
- Mən, Allaha həmişə yalvarırdım ki, əgər öləcəyəmsə, səndən öncə mən ölüm. Sənin acını yaşamaq istəmirdim. Deyəsən, Allah məni duydu.  Əgər mənə nəsə olsa, bil ki, nə günah etmişəmsə, sənin və övladlarımızın gələcəyi üçün etmişəm. Son nəfəsimdə sənin əlindən tutduğum üçün özümü ölüm yatağında belə xoşbəxt hiss edirəm.
- Xahiş edirəm belə danışma. Sənə heç nə olmayacaq! – Eldəniz qeyri-ixtiyari gözlərindən yaş axıtdı.  Göz yaşları uzun və ağarmış saqqalı arasında yoxa çıxırdı.
- Ağlama Eldəniz, sən çox güclü birisən. Ölümdən qorxmuram, çünki sənin əlindən tutmuşam. Əzrayıl başımın ucunda dövrə vurur.
- Möminə, mən səndən həmişə razı oldum, haqqımı halal edirəm. – Eldəniz bu sözləri zorla deyirdi.
- Məndə sənə haqqımı halal edirəm.
Eldəniz alnını Möminə xatunun əlinin üzərinə qoyub danışmağa başladı:
- Sultanım, əgər məni mən edən olubsa bu da sənin eşqindir.  Sənin eşqinə sığınaraq bugünə kimi qərarlarımı qəbul  etmişəm. Əgər döyüşlərdə həmişə sağ qayıtmışamsa, bu sənin xəyalını düşünməyim nəticəsində olubdur. Yadına gəlir? Biz necə əziyyətlər çəkmişdik qovuşmaq üçün, hə? Yadına gəlir? Niyə susmusan danış! – Eldəniz başını qaldırıb Möminə Xatunun üzünə baxdı. Möminə hərəkətsiz uzanmışdı. Gözlərindəki ışıq sönmüşdü. O, artıq Eldənizlə bərabər deyili. Son nəfəsini Eldənizin əlləri arasında vermişdi.
 
“Oyan! Yalvarıam sənə oyan! Məni tək qoyma! Yoooox…. Sənin yoxluğuna dözə bilmərəm! Yalvarıam bir şey söylə” – Eldəniz onu çiynindən tutub sirkəyirdi. Səsi bütün saraya yayıldı. Hər kəs otağa girib  ağlamağa başladı. Eldəniz hələ də onun ölümünə inana bilmirdi.
 
***
 
Eldəniz bütün dövlət işlərindən əl çəkmişdi. Otağına heç kimi qəbul etmirdi. Heç kimlə bir kəlmə belə kəsmirdi. Beli üstə uzanıb, əllərini mədəsnin üzərində çarpazlamışdı. Möminə Xatunun ölümündən sonra ürəyi tab gətirmədi. Həyatının son gününü oğullarını yanına çağırtdırdı və onlara dedi: “Məni Həmədanda dəfn edin, qul kimi satıldığım şəhərdə dəfn olunmaq istəyirəm”. – daha sonra hər kəsi otaqdan çıxarmış və  yenidən Möminənin xəyalı ilə yalnız başına qalmışdı.
“Eşq, sənə gəlirəm.” – Eldəniz sinəsini gərib son nəfəsini verdi…
 
***
 
Düz 11 il sonra,yəni 1186-cı ildə bu böyük eşqin tərənnümünü əks edən Möminə Xatun türbəsinin inşası başa çatdı.  Memar Əcəmi bu iki sevgilinin xatirəsi ilə onları əbədiləşdirdi.
 
Türbənin baş hissəində iri hərflərlə yazılmışdı:   Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəgiz …dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə tikməyi əmr etdi!.
 
Nicat Kazımov
Strasbourg Xatirələri
 
Kultura.az
Yuxarı