post-title

Lev Tolstoydan sitatlar

Dahi rus yazıçısı Lev Nikolayeviç Tolstoyun məşhur sitatlarını təqdim edirik.

 
1. Hökumət öz gücünü xalqın cahilliyindən alır. Bunu bildiyi üçün, həmişə maariflənməyə qarşı olacaqdır. Bunu biz də bilməliyik.
 
2. Hər kəs bəşəriyyəti dəyişməyə çalışır. Amma heç də hər kəs özünü necə dəyişməli olduğu barədə düşünmür.
 
3. Hər kəs qoy öz həyətinin qarşısını süpürsün, onda küçə təmiz olar.
 
4. Bədxahlıq bizim içimizdədir, yəni o yerdədir ki, ordan onu çıxarıb ata bilərik.
 
5. Çox qəribə yanılmalardan biri də budur ki, insanın məsudluğu heç nə etmədən mümkün ola bilər.
 
6. İnsan həmişə məsud ola bilər; məsudluq yoxdursa, baxın harda səhvə yol vermisiz. 
 
7. Xoşbəxt ailələr bir-birinə bənzərdir, bədbəxt ailələr hərəsi bir cür bədbəxtdir.
 
8. Dünya, bu yolda cəfa çəkənlərin sayəsində irəli gedir.
 
9. Güclü insanlar həmişə sadə olur.
 
10. Ən böyük həqiqətlər ən sadə olanlardır. 
 
11. Əsas məsələ çox bilmək deyil, bilinməsi mümkün olanlar arasından vacib olanları bilməkdir.
 
12. Elə bir şərait yox ki, insan orda yaşaya bilməsin, xüsusən əgər, orda hamının belə yaşadığını görürsə.
 
13. Elə bir yaramaz yoxdur ki, hər hansı cəhətdən özündən daha yaramaz birini tapa bilməsin. Bu, onların özü ilə öyünmək və özündən razı qalmaları üçün əsas səbəbdir.
 
14. Bir çox adamların vicdan təmizliyi ilə öyünməsinin səbəbi onların yaddaşdan zəif olmalarıdır.
 
15. Hamı o kəsə üz tutur ki, o kəs səbr etməyi bacarır.
 
16. Sevgisiz yaşamaq asandır. Hərçənd sevgisiz həyatın anlamı yoxdur.
 
17. Sevdiyim şeylərin hamısına sahib deyiləm. Amma, sahib olduğum hər şeyi sevirəm.
 
18. Həmişə elə düşünürük ki, bizi yaxşı olduğumuz üçün sevirlər. Ağlımıza gəlmir ki, sevilməyimizin səbəbi – sevənlərin yaxşı adamlığı ola bilər.
 
19. Əminəm ki, bizlərdən hər biri üçün həyatın anlamı sevgidə yüksəlişdir.
 
20. Hər kəs hər gün plan qurur, amma axşamacan yaşayacaqmı, bax bu dəqiq bilinmir.
 
Tərcümə: Ruslan Köçərli
Mənbə: adme.ru.           
 
Kultura.az
Yuxarı