post-title

Hipermarketlər və hipermall – Jean Baudrillard

Otuz kilometrlik bir sahə içində qarşınıza çıxan ox işarələri sizi o böyük seçib almaq mərkəzləri olan hipermarketlərə, yəni bir çox tərəfdən yeni bir ictimailik formasının inkişafda olduğu bu hipermarketlərə yönləndirməkdədir. Baxaq görək bir hipermarket necə olur ki, bütün bir yaşayış bölgəsi əhalisinin mərkəzinə çevrilir, iş və alış-veriş saatları ilə yol keçidlərini və müxtəlif günlük vərdişləri istiqamətləndirir. Bu hipermarketlər bəlli iş saatlarında göndərilən şəhərətrafı sərnişinlərinin qatar, metro, avtobusların daşıma dayanacaqlarında səbəb olduqları böyük get-gəl hadisəsinə bənzəyən bir hərəkət yaratmaqdadırlar.

 
 
 
Burada qarşımıza mütləq şəkildə fərqli bir fəaliyyət, ictimai bir mədəniyyət yaratmaq, qarşılaşdırma və nəzərdən keçirmə prosesi ilə ictimai bir qayda və mühakiməyə əsaslanan forma çıxmaqdadır. Çünki insanlar buraya öz-özlərindən soruşa biləcəkləri hər növ sualın maddiləşmiş cavablarını tapmağa və aralarında bir seçim etməyə gəlməkdədirlər. Daha doğrusu, şeylərdən təşkil edilmiş funksional və istiqamətləndirilmiş bir sualın qarşılığı olmağa gəlməkdədirlər. Şeylər burada bir mal olmaq xüsusiyyətini itirərək, daşımaqda olduqları məna və mesajın həll edilib təsdiqlənməli növdən simvolla əvvəldən çox bəndli bir testə bənzəməkdədirlər.
 
Bizdən suallar soruşub, cavab verməyə məcbur etməkdədirlər. Həm də cavablar sualın içərisindədir. Medya mesajları da buna bənzər bir şəkildə iş görməkdə və bunlar da insanı nə məlumatlandırmaqda, nə də insanla rabitəyə keçməkdədir. Medianın mesajları bir referandum, sonu gəlməz testlər, eyni tərkibli cavablar, qısaca, kodun əhəmiyyətinin sınaqdan keçirilməsindən başqa bir şey deyildir.
 
Baxışlarımıza təsir edə biləcək bir relyef, bir prespektiv, bir üfüq nöqtəsindən məhrum olan hipermarket; hazırlanma formasına görə ardıcıl gələn və bərabərdəyərli simvollara bənzəyən reklam lövhələri və məhsullardan ibarət total bir ekrana bənzəməkdədir. Bu hipermarketlərdə sadəcə ön səhnə nizamlaması ilə məşğul olan, yəni boş rəfləri nizamlama işindən məsul insanlar vardır. Bunlara istehlakçıların açdığı dəlikləri tıxama vəzifəsi verilib. Bu dərinlikdən məhrumluğa bir də “self-service” hadisəsini əlavə edin, yəni hər yeri bir-birinə bənzəyən, alıcı ilə satıcının üzləşməyib, insanlarla şeylərin bir yerə qoyulduğu bilavasitəsiz bir təlqin etmə məkanı. Bəs kim kimə təlqin edir?
 
Bu simulyasiya mühitində təzyiq ilə ancaq bir simvola çevrildiyi dərəcədə onunla bütünləşməkdədir. Bu dilə tutma mühitində yoldançıxarıcı bir gücə çevrilən təzyiq, digərlərindən fərqsiz bir simvoldur. Oğurlğun qarşısın almaq məqsədi ilə qoyulan televiziya kameraları bu simulakrlardan ibarət dekorun bir parçası kimidir. Çünki, qüsursuz bir təhlükəsizlik sistemi mağazanın dəyərindən daha böyük bir xərc tələb edir. Belə bir təhlükəsizlik sistemi mağaza üçün çox da faydalı bir yol deyildir. Elə isə mövcud olan təhlükəsizlik görüntüsü təzyiqi xatırladan, yəni təzyiq simulyasiyasına bənzəyən bir şeydir. Bu simvollaşmış təzyiqin digər simvollarla bir yerdə olmasında heç bir narahatçılıq yoxdur. Hətta bu simvolun tam tərs mənasına sahib olan və sizi rahatladaraq sakit-sakit alış-veriş etməyə dəvət edən böyük lövhələr belə. Əslində bu lövhələr də sizi o “polis vəzifəsini icra edən” kameralar qədər yaxşı və ya pis bir şəkildə gözaltında saxlamaqda və izləməkdədirlər. Televiziya kamerası sizə baxarkən, siz də qələbəliyin arasında öz-özünüzü izləyirsiz. İstehlak adlı hadisənin bir parçası olmağımıza imkan yaradan sirsiz bir ayna kimi. Bu dünyanı öz içinə həbs edən bir ikiyə bölmə və ekizinizi istehsal etmə oyunu.
 
Hipermarketləri, onları bəsləyən və bir görüş mərkəzi halına salan yollardan, avtomobillərlə örtülmüş bir sahəyə bənzəyən parkinqlərdən, kompyuter terminalından(daha arxa planda oxşar halqalardan ibarət), bütün edilənləri əks etdirən bir ekrana bənzəyən şəhərdən ayrı şəkildə nəzərə almaq olmaz.
 
Hipermarketlər böyük bir montaj fabrikası kimidir. Aradakı tək fərq məntiqi olaraq ardarda gələn mövqelərdən təşkil məcburiyyətindəki iş nizamı yerinə, buradakı işçilərin(ya da xəstələrin) ortalıqda boş-boş dolanaraq iş zəncirinin bir bölməsindən çıxıb başqasına necə gəldi keçmələridir. Yenə iş qaydalarından fərqli olaraq insanlar buraya istədikləri vaxt gəlməkdə, seçməkdə və satın almaqdadırlar. Amma burada yenə də qadağaların bir xoş görülmə, rahatlıq yaratmaq və hipergerçəklik üzlüyü altına gizləndiyi proqramlanmış bir qayda-qanun nizamı və montaj kəməri ilə üz-üzə gəlmək mümkündür. Kapitalın ənənəvi qurumları və fabrikdən kənarda bir yerdə olan hipermarket, gələcəkdə qarşımıza çaxa biləcək hər növ ictimai nəzarət forması, yəni ictimai həyat və birlikdə yaşamağın dağınıq funksiyalarını(iş, boş vaxtları dəyərləndirmə, qidalanma, səhiyyə, nəqliyyat, medya, mədəniyyət) tək bir homojen örtük(zaman/məkan) altında birləşdirmə modelidir. Bütün əks anlayışların qapalı dövriyyə termini ilə yenidən şərh edilməsindən başqa bir şey deyildir. İctimai həyatla bir məskunlaşma ərazisi və nəqliyyat nizamına aid funksional bir simulyasiyanın həyata keçirildiyi zaman-məkan.
 
Gələcəyi əvvəlcədən göstərən bir model olaraq hipermarket(xüsusilə də ABŞ-da) məskunlaşma bölgələrinin formalaşmasını təyin etməkdədir. Halbuki ənənəvi bazarlar şəhərin tam mərkəzinə yerləşdirilərək şəhərli ilə kəndlinin görüşməsinə imkan yaradardı. Hipermarket bölgələrlə şəhərin ortadan çıxarılaraq yerini kəndlə şəhər arası yerə(agglomeration) verən bir həyat formasının əks olunmasıdır(istehlaka ekvivalent, onun mikromodeli, tamamilə işarələrdən ibarət funksional bir şəhərdən xaric-suburban tipində alış-veriş yeri(zoning)). Daha da var—hipermarket “istehlak” mərkəzi olmağın ötəsində bir mənaya sahibdir. Burada sərgilənən əşyalar özünəməxsus bir gerçəklikdən məhrumdur, bir başqa formada desək, əhəmiyyətli olan onların gələcəyə xas ictimai münasibət modelini xatırladan seriyalar, dairələr və seyr ediləcək şeylər formasında tənzimlənmiş olmalarıdır.
 
Bir “forma” olaraq hipermarketlər moderinliyin necə sona yetəcəyini başa düşməyimizə köməkci olmaqdadır. Böyük şəhərlər təqribən yüz illik (1850-1950) bir müddət içində “modern” (əksəri elə ya da belə bu başlığa sahibdi) böyük mağazaların yaranmasına şahid olmuşdur. Ancaq nəqliyyatla birlikdə ortaya çıxan bu nizamsız müasirlik prosesi şəhərçi quruluşu alt-üst etməmiş və şəhərlər şəhər olaraq qalmışdır. Halbuki yeni şəhərlər hipermarketlər ya da shopping center-lərin peyklərinə çevrilmişdirlər. Bu peyklərə proqramlaşdırılmış bir nəqliyyat nizamı ilə yetə bilməkdədirlər. Bunlar bir şəhərdən çox suburbana bənzəməkdədirlər. Beləliklə ortaya sibernetik xüsusiyyətə sahib yeni bir quruluş forması çıxmışdır(başqa bir formada desək, yaşayış və məskunlaşma sahəsi ilə nəqliyyat sahəsi baxımından genetik koda bənzəyən molekulyar əmr ssenarilərinin eynisi). Bu quruluş forması atom və peyk xüsusiyyətli bir formaya sahibdir. Hipermarket bir nüvə kimidir. Modern bir şəhər belə onu əmə bilmir. Ətrafında yaratdığı orbitə suburbanlar hücum etməkdə, hətta bəzən də universitet, fabrik kimi yeni məskunlaşma sahələri üçün bir qreft funksiyasını yerinə yetirməkdədir. Bu, XIX əsrə aid ya da mərkəzi bir quruluşu olmayan və şəhər orbitini pozmadan şəhərətrafına yerləşən fabrikə yox, elektronik idarəetmə formasına sahib avtomatik montaj fabrikinə, başqa bir ifadə ilə ərazilik məcburiyyətindən tamamilə təmizlənmiş bir iş forması və bir funksiyaya sahib fabrik deyiminə uyğun gələn fabrikə bənzəməkdədir. Bu fabrikdə də hipermarket ya da yeni universitetdə olduğu kimi ayrılan(ticarət, iş, informasiya, boş vaxtları dəyərləndirmə) və yer dəyişdirən(ki bu hadisə, şəhərin “modern” yayılma formasını təyin etməkdədir) funksiyalardan çox funksiyaların bir-biri ilə olan əlaqələrini kəsən bir model, bilinməyən funksiyalarla qarşılaşmaq mümkündür. Şəhər kənarına köçürülmüş hipergerçək bir model, şəhərlə heç bir əlaqəsi qalmamış sintetik bir məskunlaşma bölgəsinin nüvəsinə bənzəyən bu fabrik, şəhərin öz-özü ilə olan bütün əlaqələrini kəsmişdir. Özünəxas bir ictimai sintezə bənzəyən, müəyyənləşmiş bir sahəyə və xarakterə sahib olan şəhər, hətta müasir şəhərin belə öldüyünü ifadə edən bu fabriklər şəhərəxas neqativ peyklərdir.
 
Bu məskunlaşma forması ilə müxtəlif funksiyaların rasionallaşdırılması arasında bir əlaqə olduğu düşünülə bilər. Ancaq müəyyən bir funksiya məsələsində hiperustalaşaraq “açar təslimi” səviyyəsinə gəlinibsə, bu fabrikin özünəxas məqsədini itirərək tamamilə başqa bir şeyə, yəni çox funksiyalı bir nüvəyə, kütləvi input-output nizamına sahib “qara qutulardan” ibarət bir bütün, quruluş baxımından bir pozulma və deformasiya mərkəzinə çevrilmiş olduğunu göstərir. Bu fabriklərlə bu universitetlər artıq bir fabrik və universitet deyildirlər. 
 
Onsuz da hipermarketlərin də bir bazar yeri ilə artıq yaxından-uzaqdan heç bir əlaqəsi qalmamışdır. Bu yeni və qəribə məkanların ən qüsursuz nümunəsi, heç şübhəsiz yaşayış bölgələrini nötrləşdirə bilən bir imtina etdirmə gücünə sahib AES-lərdir. Bu məkanların görünən funksiyalarının arxasında gizlənən əsl funksiyaları imtina etdirmədir. Funksiyalarını itirən funksional nüvələr hipergerçəkləşməkdədir. Artıq bir simulyasiya qütbünə çevrilmiş olan bu yeni şeylərin ətrafına köhnə qarajlar, fabriklər ya da ənənəvi nəqliyyat sistemləri, yəni “moderinliyə xas” şeylərdən çox bir hipergerçəklik, keçmiş və gələcəkdən məhrum edilmiş funksional eyni andalıq, hər şeyə təsir edə bilmə arzusu vardır. Təbii olaraq eyni zamanda yeni böhran ya da fəlakət formaları da vardır. Məsələn 1968 May hadisələri Sarbonda yox, Nanterrdə başlamışdır, başqa bir ifadə ilə ilk dəfə Fransada bir elm yuvasının öz “divarlarından kənara” çıxarılaraq hiperfunksionallaşan hala gətirilməsinin, yəni proqramlanmış neo-funksional bir nizam içərisində informasiya funksiyasını və məqsədini itirməyin, məkanaxas və mənasına uyğun zərər verməklə eynimənalı bir şey olduğu görülmüşdür. Bu nöqtədə sahib olduğu göndərənlər sistemini itirərək orbitə oturdulmuş bir peyk modelinə(elm, mədəniyyət) qarşı ortaya yeni və özünəxas bir şiddətin çıxması görülmüşdür.
 
Tərcümə: Alyoşa
 
Kultura.az
 
Yuxarı