post-title

Ç. Aytmatov: İnsanlar sevəndə qəhrəman olurlar

\"İztirablar onun ruhuna güc, dərinlik və genişlik verib. Bir çox insanlarla görüşləri ona praktik müdriklik bəxş edib. Həyatdan, alın təriylə yaşayan insanların həyatından nələr, nələr öyrənib\".

 
"Dünyada olan hər şey mənə olur..."
 
Daisaku Ikeda
 
Çingiz Aytmatov haqqında
 
1937-ci ilin payızında, 8 yaşı olanda Çingiz Aytmatov anası, balaca qardaşı və iki balaca bacısıyla Moskvanın Kazan Stansiyasında qatara mindirilir. Atası onları ötürməyə gəlib.
 
"Niyə gedirik?” Çingiz soruşub. O, atasının onları niyə qəflətən Qırğızıstana yola saldığını başa düşməyib. Atası məşhur adam idi, yenicə formalaşan Qırğız Kommunist Partiyasının lideri idi. Ailəsi ilə birlikdə Moskvaya oxumağa gəlmişdi.
 
Amma onmilyonlarla insanın həyatını məhv edən Stalinist təqiblər başlanmışdı. Atası bu təhlükəni duyarq ailəsinin təhlükəsizliyi üçün tədbir görürdü.
 
Balaca Çingizin atası qatar yola düşdükcə perron boyu qaçaraq onlara əl edirdi. Uşaqlar da bu məqamın əhəmiyyətini anlamadan ona məsumca əl yelləyirdilər.
 
Aymatov həmin günün 1 sentyabr olduğunu xatrlayır. O, bu gün də Kazan Stansiyasından keçəndə o günü anır: “Ata, sən bilirdin ki, bu, vida görüşüdür…”
 
Qırğızıstanda Aytmatov ailəsi ucqar bir kəndə gəlib yığışır. Anası Partiyadan soruşanda ki, atasının başına nə gəlib, ona ərinin həbs olunduğunu deyiblər. Onu da deyiblər ki, məktub yazmaq və cavab almaq icazəsi yoxdur. Əslində isə o, artıq güllələnmişdi, stansiyadakı vida görüşlərindən ikicə ay sonra. 35 yaşında.
 
Bir çox kəndlilər düşünürmüş ki, əgər atasını güllələyiblərsə, demək, o, nə isə pis bir iş görub. Elə vaxtlar olub ki, cənab Aytmatov adamlara öz soyadını deməkdən çəkinib. Amma elə adamlar da olub ki… Məsələn, ibtidai sinif müəllimi bir dəfə ona deyib: “Atanın adını deyəndə heç vaxt aşağı baxma, başa düşdün?” Bu sözlər onun ömürlük sərvətinə çevrilib.
 
"O müəllim mənə cəsarət verdi.” Cənab Aytmatov deyir. "O, mənə insan ləyaqətinin vacibliyini öyrətdi… İndinin özündə belə, təhqir olunan, alçaldılan insan görəndə bütün qanım cuşa gəlir.”
 
Mən Çingiz Aytmatovla ilk dəfə 1988-ci ildə tanış oldum. O, Perestroyka dövrünün imkanlarından yararlanaraq dünyanı gəzirdi. Onun əlini sıxdığım an şir cəsarətli bir insan olduğunu hiss etdim…
 
Aytmatov mənimlə eyni ildə - 1928-ci ilin dekabrında doğulub. O, deyir: “Mənim nəslim uşaqlıq illərində müharibəni yaşadı. Müharibə iztirablarını, aclığı, səfaləti, dərdi gördük. Biz dağıntıların küllüyü içindən dirçələrək yeni dövrün işığına can atan insanları da gördük.”
 
II Dünya Müharibəsi başlananda Aytmatovun həyatı daha da çətinləşib. Anası xəstələnib yatağa düşüb, Aytmatov 14 yaşında məktəbdən çıxmalı olub. Yazıb-oxumağı bildiyinə görə kənd şurasında katiblik etməyə başlayıb.
 
Onun ən nifrət etdiyi iş cəbhədən ölü əsgərlər haqda məktubları evlərə çatdırmaq idi. Əzizi ön cəbhədə olan evlərə çatanda onu qorxu bürüyür, üzü alışıb yanırdı. O, üstündə Rus ordusunun möhürü olan kağızı açır və bu qısa məktubları oxumalı olurdu.
 
Analar elə ah çəkirdi ki - Çingiz deyir, o ahlar dağları dələrdi. "Ah, bir də əziz balamı qucaqlaya bilməyəcəyəm!” O, nə qala, bu mənzərəyə dözə, nə də gedə bilirdi. Onlara təsəlli verə də bilmirdi. Əlindən gələn yalnız orada dayanmaq və ürəyini bürüyən dözülməz kədərə dözmək idi.
 
Cənab Aytmatov balaca olanda bir hadisə onu möhkəm sarsıtmışdı. Ailələrinin Zəhra adlı inəyi varmış. Ailə onun südündən asılı imiş. Bir gün Zəhra oğurlanır! Bütün ailə bu xəbəri eşidəndə sarsılır, elə bil ayaqlarının altından yer qaçır.
 
"Kim bizim son ümidimizi oğurlamağa cəsarət edib! Anam daha nə qədər əzab çəksin?” – Aytmatvun qəlbi hirslə dolur. "Oğrunu tapıb öldürəcəyəm.” O, qonşudan silah alır və kəndə axtarışa çıxır.
 
Qarı yara-yara gedərkən uzunqulaq üstündə yol gedən bir kişi görür. Kişinin kasıblığı göz qabağında idi. Gərək cavan qocaya birinci salam versin, amma Çingiz belə mədəni dəyərlərdən xəbərsiz imiş. Qoca özü onu danışdırır.
 
“Dayan, oğlum! Kimisə öldürməyə getmiş olmayasan!”
 
"Hə, öldürəcəyəm!” Onların gözləri görüşür. Kişi Çingizə elə məhəbbətlə baxır ki, Çingiz ona əhvalatı danışır.
 
“Səni yaxşı başa düşürəm” – qoca deyir, “Səni bu halda görəndə ürəyim, sümüklərim ağrıyır. Amma oğlum, öldürmək olmaz, heç ağlından da keçirmə. Kim olur olsun. Əgər evə qayıtsan, öldürmək fikrini başından çıxarsan, qəlbin sevinclə dolacaq. Əvvəl bunu hiss etməyə bilərsən, amma sonra xoşbəxtlik qəlbində yuva salacaq.  Ola bilslin, indi bu sözlərimi sarsaqlama sayasan. Amma inan mənə, qayıt get evə. Oldu? Bir gün sənə nə dediyimi başa düşəcəksən. İndi isə evə get.”
 
Aytmatov çiynində ağır yüklə evə qayıdır...
 
İztirablar onun ruhuna güc, dərinlik və genişlik verib. Bir çox insanlarla görüşləri ona praktik müdriklik bəxş edib. Həyatdan, alın təriylə yaşayan insanların həyatından nələr, nələr öyrənib.
 
Mühairbədən snra o, Qırğız Kənd Təsərrütafı İnstitiutunu qurtarır. Amma ədəbiyyat onu özünə cəlb edir. 27 yaşı olanda Ədəbiyyat İnstitutuna daxil olur.
 
29 yaşı olanda fransız yazıçı Louis Aragon  onun “Cəmilə” romanını tərifləyir. Deyir ki, bu roman dünyada ən gözəl sevgi romanıdır. Əsərləri çoxlu dillərə tərcümə edilir, ona dünya şöhrəti gətirir.
 
"Yazıçının işi insanların şəxsi təcrübələrini, iztirablarını, ağırılarını, inam və ümidlərini sözlərə tökməkdir. Çünki yazıçının çiyinlərində insanların xeyrinə danışmaq missiyası var. Dünyada olan hər şeyə mənə olur.”
 
Aytmatov atasının taleyindən onillərlə xəbərsiz olub. Anası atasıyla stansiyada son görüşdən 30 il snra vəfat edib, Aytmatov onun məzarına atasının adını da yazdırıb.
 
İyirmi il sonra atasının qalıqları təsadüfən aşkar edilir. O, 1937-ci ilin Stalin təqibləri vaxtı 138 ölünün birgə basdırıldığı kütləvi qəbiristanlıqda aşkar edilir. Onun cibində adının - Trekul Aitmatov yazıldığı kağızı güllə dəlib keçmişdi, amma ad aydın oxunurdu. 54 il sonra Çingiz Aytmatov nəhayət, atasıyla görüşür.
 
Onun yanlış ittihamlarla güllələnmiş atasına görə, bütün bunları yaşayaraq ölmüş anasına görə qəlbi sızıldayır. Ürəyi hakimiyyət ehtirasına, yalana, analara və uşaqlara belə ağrıları yaşadanlara qarşı od tutub yanır.
 
Aytmatov deyir: "Doğru nədir, nədir yalan? Doğru insanlara sevgidir, bu planetdə doğulanların hamısına xoşbəxtlik və azadlıq arzulamaqdır. Heç bir ideologiya və milli quruluş bunun qədər vacib ola bilməz. İnsanlar öldürəndə, öləndə yox, yalnız sevəndə əsl qəhrəman olurlar.."
 
Daisaku Ikedanın səhifəsi
 
Oxu Zalı
Yuxarı