post-title

Fuad Məmmədzadə: “Coca-Cola ilə İsrailə kömək edir” yalanı

Bu günə kim hər birimiz dünyaca məşhur marka olan Coca-Colanın guya Fələstində fələstinliləri qırmaq üçün İsrailə hərbi yarım etdiyi barədə yazılar görmüşük. Hətta bəzən Coca-Cola məhsullarının bu səbəbdən boykot edilməsi barədə çağırışlar belə görmüşük.

Əslində isə bunların heç biri doğru deyil. Coca-Cola və Pepsi regionda bir çox ölkələrin İsrailə qarşı olduğu üçün məhsullarını uzun illər İsrailə satmamışdılar.
1966-cı ildə Təl-Əvivdəki mətbuat konfrasında iş adamı Moshe Bornstein açıqlamasında Yəhudi olduğu üçün Coca-Colanın onunla iş birliyi qurmaq istəmədiyini bildirmişdi, əgər Yəhudilər ilə iş birliyi qursaydılar Ərəb bazarını itirəcəklərini demişdilər.

İlk olaraq 1949-cu ildə şirkət fabriklərini qrumaq istəmişdi, lakin İsrail hökuməti razılaşmamışdı. Bundan sonra Coca-Cola Ərəb bazarına daxil oldu və önəmli yerini tutdu.

1966-cı ildə Coca-Colanın İsrailə satışını rədd etməsindən sonra Coca-Colaya qarşı bir Yəhudi boykotu başlamışdı. İlk olaraq Manhattanda yerləşən Mount Sinai xəstəxanasının yeməkxanasında Coca-Cola satışı qadağan edilmişdir, bundan sonra məşhur hotdog satışı ilə məşğul olan Nathan's Emporium boykot etdi, daha sonra Coney adasında da Coca-Cola satışı dayandırılmışdır.

Boykotun dünyaya yayılmasında və irqçilikdə günahlandırılmaqdan qorxan Coca-Cola Təl-Əvivdə bir fabrik qurmağa razı olmuşdu.

Bu vəziyyət Ərəblərin xoşuna gəlməmişdi və 1986-ci ildən 1991-ci ilə qədər Coca-Colanı boykot etdilər. Ərəb bazarını itirmək istəməyən Pepsi boykot zamanı “Coca-Cola Yəhudilər üçün, Pepsi Ərəblər üçün” tərzində kompaniyalar başlatmışdı. Coca-Colaya qarşı olan yalan dolu məlumatların bir çoxunun qaynağı buradan gəlməkdədir.


Coca-Cola Fələstində

Bundan başqa Coca-Cola 1998-ci ildən bəri Fələstində fəaliyyət göstərməkdədir. Fələstində işçisinin sayına görə ən böyük 3-cü , Fələstinə investisiya yatırmış ən böyük 5-ci şirkətdir. Coca-Colanın Fələstində 3 fabriki və biri Qəzzada olmaqla 7 satış mərkəzi vardır. Coca-Colaya bağlı olaraq Fələstində 3500 ailə dolanır.

Fuad Məmmədzadə
Kultura.az

Yuxarı