Ulduz falı
Başqaları bürcünü bilərək horoskop oxuduğu…
Onun aşağıda verilmiş məhşur esselərindən biri elə müasir dünyanın kölələrindən bəhs edir.
1. Kölənin iqtisadi asılılığı onu daim işləməyə məcbur edir. Müasir kölə ara vermədən, ölənə kimi işləməyə məcburdur. Kölənin bir aylıq qazancı, onun yalnız bir aylıq ev kirəsinə, bir aylıq yeməyinə, bir aylıq gediş haqqında bəs edir. Aylıq qazanc ancaq bir aya bəs edirsə, deməli o ölənə kimi ara vermədən işləməyə məhkumdur. Pensiya sistemi də böyük saxtakarlıqdır. Kölə pensiyoner pensiyasının hamısını ev kirəsinə və yeməyə verməlidir, deməli pensiyoner-kölənin öz istəkləri üçün xərcləyəcəyi əlavə pulu qalmayacaq.
2. Kölələri işləməyə məcbur edən ikinci gizli mexanizm, yalançı və heç kimə lazım olamayan məhsullara süni tələbat yaratmaqdır. Belə məhsulları kölələrə TV reklamlar, piarlar vasitəsilə müəyyən mağazalarda sırınır. Müasir kölələr “yeni” çıxanları əldə etmək üçün bir-birləri ilə sonu görünməyən yarışa cəlb olunur, bunun üçün isə dayanmadan işləmək məcburiyyətindədirlər.
3. Kölələri işləməyə məcbur edən üçüncü gizli mexanizm isə kredit sistemidir. “Borc faizlərinin” sayəsində müasir kölələr kredit bataqlığına gün-gündən daha çox batırlar. Hər gün kölənin borcu daha da şişir. Nəticədə müasir kölə köhnə borcunu ödəmədən yeni bir kreditin altına girib, borc piramidası yaradır. Kölənin üzərində daim böyüyən borc, onu işləməyə həvəsləndirir, o hətta daha kiçik əməkhaqqına belə səsini çıxarmadan işləməli olur.
4. Müasir köləni gizli quldar üçün işləməyə məcbur edən dördüncü səbəb isə dövlət haqqında mifdir. Müasir kölə elə bilir ki, dövlət üçün işləyir, əslində isə kölə psevdo-dövlətin gəlir mənbəyidir. Kölənin əsas qazancı quldarların cibinə gedir, dövlət anlayışını isə kölənin beynini dumanlandırmaq üçün istifadə edirlər ki, o əlavə suallar verməsin. Məsəlçün, kölə soruşa bilər: Niyə mən ömür boyu işləyirəm, amma həmişə kasıb qalıram? Niyə hansısa müəssisənin gəlirindən kölələrin qazanc payı yoxdur? Bəs kölələrdən vergi kimi alınan pul kimlərə ödənir?
5. Kölələri işləməyə məcbur edən beşinci gizli mexanizm infliyasiyadır. Kölələrin qazancı artmadığı halda, qiymətlər birdən-birə qalxır və bu yolla onları gizlincə soyurlar. Beləliklə, müasir kölə get-gedə daha çox kasıblayır.
6. Kölələri işləməyə məcbur edən altıncı gizli mexanizm, onları pulsuz işləməyə məcbur etməkdir. Aldadılıb başqa ölkəyə və ya şəhərə aparılmış köləni geriyə qayıtmaq və ya daşınmaz əmlak almaq imkanından məhrum edəndən sonra o uzun müddətliyinə pulsuz işləməyə məcbur olur. Bu mexanizm köləni dözülməz şəraitdə, bir qarın yemək üçün işləməyə məcbur edir. Çünki, kölənin nə başqa çıxış yolu, nə qaçmaq üçün pulu, nə də gedəcəyi yeri var.
7. Köləni pulsuz işləməyə məcbur edən yeddinci mexanizm, onun əməyinin gerçək qarşılığı haqqında və ya istehsal etdiyi məhsulun dəyəri haqqında məlumatın məhdudlaşdırılması vasitəsilə mümkün olur. Bu yolla əldə olunmuş artıq qazanc, mühasibatlıq vasitəsilə kölələrin xəbəri olamadan quldar tərəfindən götürülür.
8. Müasir kölələrin ataları, babaları, ulu babalarının hansısa müəsisənin qurulması və böyüdülməsi üçün sərf etdikləri əməyin qarşılığında onların özlərinin ümumi gəlirdən pay almaq haqqı qanunla rədd edilir. Bu yolla yüz illər ərzində, çoxlu nəsillər boyu, çoxsaylı kölənin əməyi ilə əldə olunmuş böyük resursların quldar və onun övladlarının cibinə axması faktı ört-basdır edilir.
Siz hələ də özünüzü azad sayırsınız?