Kultura.Az portalının köşə yazarı həbs edildi
Məsələ ilə bağlı musavat.com-a danışan B.Hacıyev bildirib ki, hərəkatın ofis…
Yapon ədəbiyyatının parlaq nümayəndələrindən Kobo Abenin “Qumluqdakı qadın” romanı Azərbaycan dilində nəşr olunub. Roman bütün dövrlərin 100 ən yaxşı əsəri siyahısına daxil edilib.
Mental və cismani qütblərin münaqişəsi üzərində qurulmuş, həşərat kolleksiyası toplayan kişinin və qumluqdakı kiçik kənddə tənha yaşayan qadının kədərli tarixçəsini əks etdirən əsər oxucu qəlbinin dərinliklərinə sirayət edir, son cümlələrinədək intizarda saxlayır.
"Qanun" nəşriyyatında çap edilmiş romanın azərbaycancaya tərcüməçisi Nəriman Əbdülrəhmanlıdır.