Seymur Baycanın yeni hekayələr kitabı nəşr olunub
Seymur Baycanın yeni hekayələr kitabı nəşr olunub. Qanun Nəşrlər Evind…
Flamand ədəbiyyatının ən görkəmli nümayəndəsi Feliks Timmermans və onun “Palliter” əsəri haqqında
Belçikanın Lier şəhərində anadan olan dövrünün əfsanəsi, hazırda isə klassikə çevrilmiş Timmermans Flamand ədəbiyyatının dünya dillərinə ən çox tərcümə edilmiş yazarıdır. Romanları ilə bərabər dini mətnlər, şerlər, dram əsərləri, qısa hekayələri ilə də Avropada özünə kifayət qədər böyük oxucu kütləsi qazanmışdır. Timmermans 60 yaşında, yaradıcılığının ən məhsuldar çağında qəfildən vəfat etmişdir. Yazıçının ən məşhur əsəri “Palliter” dir. Əsər Belçikada o qədər sevilib məşhurluq qazanmışdır ki, daha sonralar ölkədə bir neçə tütün və içki növləri əsərin baş qəhrəmanının adı ilə adlandırılmışdır. Timmermans həmçinin “Polleke van Mher” təxəllüsü ilə də yazmışdır.
Eyni zamanda məşhur rəssam və karikaturaçı olan Timmermans ədəbi reputasiyasını “Pallietr” əsəri ilə qazanmışdır. 1-ci dünya müharibəsinin işğal edilmiş Belçikasında bu kitab cana yaxın cövhər olaraq oxucular tərəfindən qəbul edilmişdir. Kitabındakı xarakterlər üçün yaşadığı şəhərin tanıdığı insanlarını seçmişdir. Əsəri oxuyarkən yazıçının Nobel mükafatı almış Norveçli Knut Hamsundan ilhamlandığını görməmək mümkün deyil. “Pan”ın incə yumoru, möhtəşəm təbiət təsvirləri, “Viktoriya”nın heyratamiz təhkiyəsi, güclü insan siması bu və ya başqa formada “Palliter”də qarşımıza çıxır, bizi düşündürür, riqqətə gətirir.
Əsərdə yazıçının 20-ci əsrin ilk yarısına aid mənəvi-dini krizisin fonunda- qismən təsiri getdikcə güclənməkdə olan depressiv naturalizmə, qismən də arasıkəsilməyən, xüsusən amansız 1-ci dünya müharibəsinə görə insan-insan, insan-təbiət, insan-mənəvi paklıq münasibətlərini tədqiq etdiyi, qərar verməyə çətinlik çəkdiyi diqqətli oxucunun nəzərini çəkəcəkdir.
Stefan Svayq demişdir ki, Timmermansın “Palliter” əsəri bir simfoniyadır və oxucu ondan məhz bu şəkildə həzz almalıdır. Səslənən bir musiqi kimi sizi nəşələndircək, hər keçən bölümdə oxucuya israrla dərdini-ələmini unudub rəqs etməyə dəvət edəcək.
Romanın qəhrəmanı təbiət aşiqi, istədiyi həyatı yaşamağa, hər günündən doya-doya həzz almağa çalışan, kiçik şeylərdən xoşbəxt olan, kənddə yaşayan dəryirmançı Palliterdir. Gülərüz və təbiət aşiqi Palliterin neçə yaşı var və buraya qədərki həyatı necə olub – bunları biz bilmirik, lakin onun Nete çayının sahilində balaca bir fermada bacısı Şarlotla birgə yaşadığını biz əsərin elə ilk səhifələrindəncə öyrənirik. Şarlot ona ev işlərində və təsərrüfatı idarə etməkdə kömək edir. Bayram günlərinin birində Palliter Marieke ilə tanış olur və ilk baxışdaca ona vurulur. Ona qoynunda yaşadığı təbiəti, ürəkaçan mənzərələri göstərir. Marieke də ona aşiq olduğuna görə artıq toy çaldırmağa heç nə mane olmur. Toydan sonra sevgililər içki və yeməklə dolu olan bir gəmi ilə bal ayına yollanırlar. Bununla da onların saf sevgilərinə kölgələr düşməyə başlayır.
Timmermans bu əsərində canlı xəyalları sözlərlə ifadə edib “tutmağı” bacarıb. Aşkar melodiyası ilə yazar milyonlarla oxucusunu nəhəng xalq rəqsinə qoşulmağa şirnikləndirib.
Dünyanın 20-dən çox dilinə çevrilən əsər Anar Rəhimov tərəfdən orijinaldan tərcümə edilib və “Alatoran” nəşriyyatında çap edilib.