post-title

Future Shorts Festivalı yaz mövsümünün proqramını təqdim edib

Bu gün özünün 2003-cü ildən bu yana ən böyük yüksəlişini qeyd edən və ən iri pop-up film festivalı olan Future Shorts Festivalı yaz mövsümünün proqramını və Future Short Audience qisametrajlı film mükafatlarını təqdim edir.

 

Yeni Yaz Mövsüm proqramı 7 klassik qısametrajlı filmlərin nümayişini nəzərdə tutub. 2012-ci ilin mart ayının 1-dən may ayının 31-nə dək keçiriləcək baxiş Neş Edgertonun səs-küylü qisametrajli filmi “Hörümçək”, Kann və Sandens festivallarında uğur qazanmış “Ayı” filmi,  Sem Teylorun BAFTA nominasiyalı “Səni daha çox sevirəm” filmi və Spayk Consun "Sənin yaninda ölmək" adlı ən son qısametrajlı işi daxildir. “The Audience Award” ümumi tamaşaçılar tərəfindən səsvermə ilə seçiləcək və may ayının 31-də elan ediləcək.

Yaz mövsümünün nümayişinə 14 aprel saat 19:00-da "Nizami" kinoteatrında baş tutacaq.

Yaz mövsümünün proqramı:
 
«Mourir Aupres de Toi» («Sənin yanında ölmək») - Rej.: Spayk Cons və Saymon Kan, 2011, Fransa
«Səni daha çox sevirəm» - Rej.: Sem Teylor-Vud, 2007, Böyük Britaniya
«Ayı» - Rej.: Neş Edgerton, 2011, Avstraliya 
«L’Homme Sanse Tete» («Başsız adam») - Rej.: Xuan Solanas, 2003, Fransa
«Dördbucaqlı» - Rej.: Emi Qrappell, 2010, ABŞ
“Venus” - Rej.: Tor Fryurqard, 2012, Danimarka
“Əl” - Rej.: Bri Lerson, Sara Ramos, Cessi Ennis, 2012, ABŞ

Biletlərin qiyməti 10 manatdır.

Yuxarı