post-title

Planlar, addımlar, qıraqdan görünənlər

Hər kəsin hər hansı bir hadisəyə özünəməxsus bir baxış tərzi olur. Hər kəsin öz obyektiv və subyektiv fikri, baxış tərzinin olduğunu da bilirik. Biz hər hansı bir məsələyə öz istədiyimiz, özümüzə sərf edən tərəzi ilə qiymət veririk.

 

Mən bir dəfə Tumblr-da olan bloqumda planlaşdırmam haqqında yazı yazmışdım.

Orda bildirmişdim ki, hətta neçə rumka araq içəcəyimi, gün ərzində neçə siqaret çəkəcəyimi belə planlaşdırıram.

Atdığım hansısa addımı düşünüb atıram.  Düzdür bəzən düşünüb atdığım addımda səhvlər olur, olub. Boynuma alıram.

Bəzən istəmədiyim hansısa tədbirdə iştirak edirəm, hətta söz də deyirəm.

Bəzən hansısa istəmədiyim insanlarla birgə stol arxasında otururam.

Bəzən dəstəkləmədiyim insanları da müəyyən səbəblərə görə dəstək verirəm.

Hər vəziyyətin, situasiyanın özünəməxsusluğu var.

Dindarların içində, yasda durub mən ateistəm desən özünə problem yaradacaqsan. Ən azından zehni əziyyət verəcəklər. Ona görə elə yerdə sakit oturmaq lazım olur.

Yada ki, əksinə ateistlərin içində dindaram demək uzun bir mübahisə, müzakirəni gətirəcək.

Yada ki, Liberal, Solçu, Sağçı, Komunist, AXCP, Müsavat, YAP,  İqtidar, Müxalifət, AYO vəya AYB, N!DA, AGT, İRƏLİ vəs. təşkilatlar  müzakirə mübahisələri.

Hamısı boşdur. Sözün əsl mənasında boşdur.

Necə ki, bir ara Dərya yoxsa Xose mübahisəsi var idi. Səviyyəsiz bir mübahisə gedirdi.

Ona görə ən gözəl baxış tərzi insanlara ayırmadan eyni insan kimi dəyər verməkdir.

Mənim üçün insanlar var, onlara verdiyim dəyərlər var.

Ola bilər o insan ateistdir mən dindaram vəya əksinə.

Ola bilər o insan sağ düşüncəni dəstəkləyir mən isə əksinə solu.

Ola bilər o insan iqtidar yönümlüdür, YAP-çı yaxud İRƏLİ-çidir. Mən isə Müxalifətçiyəm, nifrət  edirəm YAP-a, İRƏLİ-yə.

Ola bilər o insan mentaliteti, adət-ənənini, bakirəliyi dəstəkləyir mən isə antimilliyəm.

Ancaq…

Bunlar mənə qarşımdakı insana nifrət etməmə vəya aşağılayıcı nəzərlərlə baxmağıma problem yaratmamalıdır və yaratmırda heç. Kimlər ki, bunları özlərinə kompleks yaradır, qarşısındakıni lağ edir o insanlar mənim üçün yox kimi bir şeydir.

Mənə insan maraqlıdır. Şəxs olaraq maraqlıdır. Onun düşüncə tərzi mənim üçün qəbul ediləndir. Hər kəs bir cür düşünür. Hər kəsin fərqli düşüncə tərzi, zövqü var.

Bizim bir işimiz var hər kəsin düşüncə tərzinə, düşündüyünə hörmətlə yanaşaq…

Bizim bir işimiz var ki, hər kəsin verdiyi qərarlara hörmətlə yanaşaq.

Hansı ki, hörmətlə yanaşmalıyıq. Bunun başqa bir yolu da yoxdur.

Başqa cür inkişafdan, inqilabdan zaddan danışmaq yersizdir, mümkün olan iş deyil…

Ps. Cem Yılmaz demişkən “Bakış açını değiş”…

Hamıya uğurlar…

Etibar Salmanlı

Yuxarı