Əsərdə Fromm Marksın tarixi materializmini, yadlaşma, sosializm, şüur və zorakılıqla bağlı ideyalarını analiz edir. Son səhifələrdə isə bir fərd, bir insan kimi Marksın təsvirinə yer ayırır.
Qeyd edek ki, bu kitab SOLFRONT-un çap etdirdiyi kitablar seriyasından üçüncü kitabdır. Bundan öncə SOLFRONT Jan Pol Sartrın "Ürəkbulanma", Məmməd Süleymanovun "Çe Gevaranın son sirri" kitablarını nəşr etdirmişdi.Nəşr edilən yeni kitabda Erix Frommun "Marksın insan konsepsiyası" əsəri ilə yanaşı, Aleksandr Tarasovun "XX əsr radikalı üçün Erix Fromm irsi" adlı mühazirəsi də yer alıb.
Kitab Ləman Orucova tərəfindən tərcümə edilib, redaktor isə Məmməd Süleymanovdur. Hal-hazırda kitab 500 nüsxə ilə satışa çıxarılıb, kitabın qiyməti 4 manatdır.
Kultura.Az