post-title

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müraciət

Müraciətimizlə əlaqədar qərar verildiyi təqdirdə, biz gənclər abidənin və ya xatirə lövhəsinin ucaldılması üçün xərcləri belə toplaya və bunu abidənin qurulmasında zəhmət çəkən insanlara ödəyə bilərik.

Cənab Prezident!

Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasını prioritetlərdən sayan, ən əsası, terroru qəti şəkildə pisləyən gənclərin bir qrupu kimi məqsədlərimiz və fikirlərimizdə bizi dəstəkləyəcəyinizə əmin olduğumuz üçün Sizə - Azərbaycan Respublikasının Prezidentinə müraciət etməyə qərar verdik. Məqsədimiz aydın və dəqiqdir. İstəyirik ki, 2009-cu il, aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 12 nəfərin ölümü ilə nəticələnən terror aktının günahsız qurbanlarını yad edə biləcəyimiz, terror dəhşətinin bir insanın, xüsusilə, bir gəncin həyatını, gələcəyini necə məhv etdiyini göstərə biləcəyimiz, hər il ADNA hadisəsinin qurbanlarını yad edə, ana biləcəyimiz kiçik bir abidə və ya xatirə lövhəsi qoyulsun.

Bu dəhşətli hadisədən artıq 3 il keçir. Ölkədə baş verənlərə biganə yanaşmayan gənc kimi, ən əsası, fəal vətəndaş kimi ADNA hadisəsini qəti şəkildə pisləyirik. Anlayırıq ki, baş verən terror aktı Azərbaycandakı sabit ictimai-siyasi durumun dayaqlarını zəiflətmək üçün əvvəlcədən hesablanmış addım idi. Terror aktının məhz ali məktəbdə törədilməsi isə birbaşa ölkə gəncliyinin mübarizə əzminin qırılmasına, onlar arasında müəyyən xofun, qorxu mühitinin yaradılmasına istiqamətlənmişdi.    

Hadisənin üstündən 3 il keçsə də, bu gün gənclərimizin hələ də terror qurbanı olan həmyaşıdlarını anmaları, hadisəylə bağlı müxtəlif tədbirlər təşkil etmələri Azərbaycan gəncliyinin gücünü, birliyini göstərir.

İnanırıq ki, gənclərin mütərəqqi fikirlərini dəstəkləyən, terroru pisləyən, ADNA hadisəsinin günahsız qurbanlarına yanan və onların ailələrinin, eləcə də onları nümunə götürən gənc nəsillərin bu insanları rahat şəkildə ana biləcəyini düşünən bir dövlət başçısı kimi bizim bu istəyimizə müsbət cavab verəcəksiniz. Abidənin (xatirə lövhəsi) ictimai nəqliyyatın gəliş-gedişinə mane olmayan, lakin hadisə yerinə yaxın ərazidə yerləşdirilməsi təklifini veririk. Müraciətimizlə əlaqədar qərar verildiyi təqdirdə, biz gənclər abidənin və ya xatirə lövhəsinin ucaldılması üçün xərcləri belə toplaya və bunu abidənin qurulmasında zəhmət çəkən insanlara ödəyə bilərik.

Hörmətlə,

“İdeya” Gənclər Klubundan:

1.Azər Aydın
2.Günel Aşirova
3.Nərmin Nöqtə
4.Şəfiqə Fərzəliyeva
5.Üzeyir Sadıqov
6.Bağı Xəlilli
7.Ənvər Baba
8.Zahid Tağı
9.Toğrul Hacılı
10.Natiq Hüseynov
11.Qərənfil Səfərova
12.Səkinə İbrahimova
13.Ülviyyə Vəliyeva
14.Günay Ağalarlı
15.Baba Qamətli
16.Elnur Rəşidov
17.Aysel Nəsirova
18.Elgün İbrahimli
19.Sara  Şahinli
20.Nərmin Məmmədova
21.Zaur Hüseynzadə
22.Gülər Abdullayeva
23.Günel Məmmədova
24.Hicri Rzazadə
25.Fərqanə Abbasova
26.Nigar Babayeva
27.Gülçin Cəfərli
28.Nəzakət Zeynallı
29. Sərvinaz Cəlilova
30.Baba Qafar
31.

Dalğa GH-dan:

32.Xanım Yadigarlı
33.Kamran Rəşidov
34.Kənan İsmayılov
35.Həmidə Qiyasbəyli
36.Arzu Azəri AdEm
37.Rahima Panda
38.Mirheydər Məmmədov
39.Aqşıin Hədəf
40.Nurlan Osmanlı
41.Könül Məmmədova
42.İlqar Axundov
43.Fərhad İbrahimov
44.Əsmər Kərimova
45.Babək Otrok
46.Rasim Əfəndiyev
47.Nigar Yadigar
48.Dilarə Novruzova
49.Aygün Eminlı
50.Aynur Səfərli
51.Azad Abdıyev
52.Əli Məmmədov
53.Cavad Nasirov
54.Fərid Əyyubov
55.Saleh Mehdizadə
56.Ağali Ali
57.Sara Kərimli
58.Kərim Mahmudov
59.Emin Rəsulzadə
60.Aydan Məmmədli
61.Səməndər Səfərov
62.Pərvin İslamzadə
63.Pərviz Əzimov

Müsbət Dəyişiklik Gənclər Hərəkatından :

64.Mehin Hüseynli
65. Kamran Qurbanlı
66. Etimad Budaqov
67. Seyidəkbər Əsgərov
68. Nərmin Rəhimli
69.Xəyyam Namazov
71.Şahnaz Həsənova
72.Həmid Şəfizadə
73.Rəhim Vəliyev
74. Gülənaz İsmayılova
75. Alp-Arslan Süleymanov
76. Rəşaq Həsənov
77. Toğrul Məmmədov
78. Vaqif Səmədli
79. Yaşar Xudiyev

İnsan Hüquqları Klubu İB-dən:

80.Rəsul Cəfərov
81.Rafiq Abdullayev
82.Natiq Cəfərli
83.Rafiq Abdullayev

UNİT Gənclər Klubu - Şəki

84.Fərid Hacıyev
85.Fatimə Hüseynli
86.Fərid Hacıbəyli
87.Reyhan Babayeva
88.Aysel Nəbizadə
89.Orxan Əhmədsoy
90.Orxan Əfəndizadə
91.İlkin Umarov
92.Şəfiqə İsmayılova
93.Tural Vəliyev
94.Aysel Kərimzadə
95.Azad Əhmədov
96.Tehran İsmayılov
97.Anar Əlizadə


"Gənclər Klubu" İctimai Birliyi

98. Asif Oruclu - icraçı direktor
99. Günel Nəcəfzadə
100. Zaur Əkbər
101.Şəfa Quliyeva
102.Cavid Abuşov
103.Təbrizə Həsənxani
104.Şükran Pərvizoğlu
105.Samir Mahmudlu
106.Vüsal Babayev
107.Töhfə Ağayeva
108.Nicat Quluzadə
109.Günel Quluzadə
110.Vüqar Əkbərov
111.Şahin Tağızadə
112.Toğrul Tağızadə
113.Hicran Abbaslı
114.Pərvin Bəhramoğlu
115.Tural Məmmədov
116.Nigar Əlizadə
117.Həyat Əhmədova
118.Fərizə İsgəndərova
119.Şahanə Haqverdiyeva
120.Gülzar Ələkbərova
121.Zaur Zahidoğlu
122.Bəhruz Hacıyev
123.Həbib Kərimov
124.Gülnar Məmmədova
125.Anar Səmədzadə
126.Gültəkin Vəliyeva
127.Züleyxa Azayeva
128.Ulduz Nuruzadə
129. Zamil Zərbəliyev
130.Ətrabə Məmmədova
131.Aysel Əliyeva
132.Aysel Əkbərova
133.Ağamir Fəttahov
134.Elşad Əhmədov
135.Şəhla Qasımova
136.Nərmin Məmmədova
137.Vəfa Oruclu
138.Elgün Əliyev
139.Sənan Ağamalızadə
140.Pünhan Kərimli
141.Amin Məmmədli
142.Sevinc Rəşidova
143.Aygün Quliyeva
144.Ayşə Temirezova
145. Ləman Yaqubzadə
146.Rüfət Aynulin
147.Leyla İbrahimova
148. Leyla Cəfərova

Müstəqil gənclər :

149. Humay Fərəcova
150. Orxan Abdullayev
151. Ülkər İskəndərova
152. Gülcan Hüseynli
153.Ruslan Əsəd
154.Xanım Əliyeva
155.Günel Abbaszadə
156.Aygül Aydın
157.İlkin Mustafayev
158.Fərid İmanlı
159.Tural Qəhrəmanov
160.Xədicə Hacılı
161.Reyhanə Nəcəfova
162.Vüsalə Əhmədova
163.Efe Gürsoy
164.Sirac Eldar
165.Rəvanə Əliyeva
166.Səadət İsmayılova
167.Araz Həsənzadə
168.Aygül Bəxtiyarzadə
169.Ron Bekov
170.Günel Səfərova
171.Xəyyam Namazov
172.Lalə Rzayeva
173.Araz Eyyubov
174.Seyran Bədəlov
175.Lamiyə Əliyeva
176.Sevinc İltifat
177.Məlahət Adilova
178.Fərid Həşimov
179..Aynur Məmmədova
180.Nican Qani
181.Rəşad İrəcsoy
182.Həmid Şəfizadə
183.Aytən Həsənova
184.Aynur Eyyubova
185.Mahir Rüstəmov
186.Toğrul İsaoğlu
187.Seyidəkbər Əsgərov
188.Tural İbadlı
189.Nəbat Mursaqulova
190.Ziya Bayramov
191.Şamo Nuriyev
192.Elkin Xəlilov
193.Fariz Şivaxanov
194.Laçın Əsgərli
195.Ələkbər Eyvazlı
196.Aynur Hüseynova
197.Anar Kəlbiyev
198.Orxan Əmrullayev
199.Ümid İbrahimov
200.Asiya Murad
201.Pərviz Əsgərov
202.Türkan Rüstəmova

 

Yuxarı