post-title

Hakimiyyət Xədicə İsmayılovaya qarşı təxribatı üstündən atmağa çalışır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müasir texnologiyaları və imkanları istənilən saytı bağlamağa imkan verir. Və hakimiyyətin bu təxribatda əli yoxdursa, o, porno çarxın indiyədək yerləşdiyi sayta çıxışı bağlaya bilərdi. Həm də Azərbaycan qanunvericiliyi belə materialların yayımlanmasını qadağan edir.

 

 

Azərbaycan hakimiyyəti, nəhayət ki, jurnalist Xədicə İsmayılovaya qarşı biabırçı təxribata reaksiya verərək, bununla əlaqəsi olmadığını bildirib.

“Azərbaycan hakimiyyəti göstərdiyi siyasi mövqedən, fikir və düşüncələrindən asılı olmayaraq istənilən jurnalistin şəxsi həyatına olan müdaxiləni yolverilməz sayır”, deyə Azərbaycan jurnalistin Prezident Administrasiyasının jurnalistin intim kadrlarını əks etdirən video çarxın İnternetdə yerləşdirilməsi ilə bağlı bəyanatında qeyd edilir.

“Biz bu videogörüntünün yayılmasını Azərbaycanda stabilliyi pozmağa cəhd edən, ölkənin beynəlxalq imicinə zərər verməyə çalışan və cəmiyyətdə gərginlik və çaşqınlıq yaratmaq istəyən təxribatçı qüvvələrin təbliğat kampaniyasının bir hissəsi kimi qəbul edirik”, deyə Prezident Administrasiyası qeyd edir.

Hüquq-mühafizə orqanları bu çirkin əməllərin arxasında dayanan şəxslərin və qüvvələrin üzə çıxarılması və cəzalandırılması üçün əlindən gələni edəcək, deyə PA vəd edir.

Azərbaycan hakimiyyəti 2005-ci ilin martında jurnalist Elmar Hüseynovun qətlindən sonra da buna bənzər davranış nümayiş etdirmişdi. Bu cinayətin dünyada böyük rezonans doğurması hakimiyyəti qətli pisləməyə və məsuliyyəti sabitliyi pozmağa çalışan qüvvələrin üstünə atmağa məcbur etmişdi. Həmin vaxt prezident İlham Əliyev şəxsən bu cinayətin üstünün açılacağına söz vermişdi, lakin bu günədək bu, baş verməyib.

Prezident Administrasiyasının hazırki bəyanatı bir qədər qəribə görünür, belə ki, İsmayılovanın şantajı İlham Əliyevin rəhbərlik etdiyi hakim “Yeni Azərbaycan” Partiyasının orqanında qarayaxma və böhtan kampaniyası ilə müşaiyət olunurdu.

Prezident Administrasiyasının səmimiyyətinə həm də ona görə inanmaq olmur ki, jurnalistlərin və siyasətçilərin şəxsi həyatına müdaxilə çoxdan Azərbaycanda tətbiq edilir və heç vaxt nəinki hakimiyyət tərəfindən qarşısı alınmayıb, əksinə, hökumətyönlü KİV və telekanalların fəal iştirakı ilə həyata keçirilib.

Belə ki, müxalif jurnalistləri gözdən salan video çarxlar və fotoşəkillər dəfələrlə yalnız internetdə deyil, eyni zamanda “Lider” telekanalının efirində nümayiş olunub. Lakin hakimiyyət nəinki araşdırma aparmayıb, heç bunu pisləməyib də.

Bundan başqa, Mətbuat Şurası və Milli Teleradio Şurası özlərini elə aparıblar ki, sanki heç nə baş verməyib, baxmayaraq ki, təkcə jurnalist etikası deyil, həm də KİV haqqında qanun pozulub. MŞ və MTRŞ rəsmi KİV-in müxalif və müstəqil jurnalistləri təhqir etdiyi və gözdən saldığı bütün hallarda belə “soyuqqanlılıq” göstərir.

Buna görə administrasiyanın bəyanatı ikiüzlülüyün və Hebbels təşviqatının parlaq nümunəsidir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müasir texnologiyaları və imkanları istənilən saytı bağlamağa imkan verir. Və hakimiyyətin bu təxribatda əli yoxdursa, o, porno çarxın indiyədək yerləşdiyi sayta çıxışı bağlaya bilərdi. Həm də Azərbaycan qanunvericiliyi belə materialların yayımlanmasını qadağan edir.

Nəhayət, texnologiyalar əsl təxribatçıları müəyyən etməyə imkan verir, lakin bu edilmədi. Buna görə Azərbaycan ictimaiyyəti bu təxribatın müəllifinin məhz onu tənqid etməyə cürət edən jurnalisti cəzalandırmağı qərara alan hakimiyyət olduğundan şübhə etmir.

Contact.Az

Yuxarı