post-title

Bığıburma ceyran "neçəyədü”, ya da milli "GAY"-lərimizin vətən qeyrəti

İllər əvvəl, telefonlarda dolaşan milli pornolarımızdan birinə baxmışdım. Sifətində yarım kilo namus-qeyrət olan, piramida bığlı, bazburtlu kişi oğlu kişi, bir həmcinsinin penisini ağzına alıb əmir, həmcinsi də onu telefona çəkir. Birdən, bığıburma ceyran sifətinə tuşlanmış telefonu görür və penisi ağzından çıxarıb soruşur: “Bu telefon neçəyədü?”

 

Cavab gecikmir:

“300 dollar”.

“Nə baha!”

Oral fəaliyyət əsnasında, bunların dialoquna zadına bax.

***

Bütün dünyada incəsənətin, ədəbiyyatın avanqardı sayılan; kreativ yanaşmaları ilə sənətsevərləri heyran edən; passionar, etirazçı, əksər hallarda solçu “gay”-lərin Azərbaycandakı “tay-tuşları” (bilmirəm həmcinslərimi deyim, həmkarlarımı deyim, həmdəmlərimi deyim) ifrat milli, mənəvi və hətta dini olurlar. Nə hikmətdir, bilən yoxdur. Sanki boyunlarına düşüb.

“Alma” qəzetinin gurlayan vaxtları idi. Aqşin Yeniseyin muğamla bağlı bir yazısı çıxmışdı. Aləm dəymişdi bir-birinə. Vətənşüvənlər mətbuat konfransı çağırıb, ölkənin tanınmış tarçalan, kamançaçalan, zurnaçı, nağaraçılarını yığmışdılar ora. Maraq xətrinə mən də getmişdim. Konfransın şıdırğı yerində, milli “gay”-lərimizdən biri ayağa qalxıb gözlərini süzə-süzə, burcuda-burcuda qışqırmışdı:

“Ay camaat! Bunlar vətən xainidir! Bu gün muğamı söyən, sabah vətəni satar. Bunlar Avropadan qrant alırlar. Bunlar ermənilərə işləyirlər! Hamısını qovmaq lazımdır Avropaya!”

Bax belə. Bu boyda əziyyət çəkəsən, daldan verəsən, amma bir qram ağlın və vicdanın olmasın. Bu, əsl faciədir.

Nə isə. Konfransda iştirak edən dumbulçalan, nağaraçalan, zurnaçı, kamançaçı, tarzən, abırlı-ismətli pudralı zənənlər; çatmaqaş, ağır, “nervinni” patriot oğlanlar – hamısı “gay” jurnalistə əl çalıb alqışlamışdılar. Azərbaycanın milli-mənəvi dəyərlərinin, Azərbaycan həqiqətlərinin keşiyində kimlərin dayandığını görüb, hesabımı götürmüşdüm. Mənə hər şey aydın olmuşdu.

Bu gün, həmin ceyran TV-lərin birində veriliş aparır.

***

Bir “gay” aktyor var, indi yaman qocalıb. Ola bilsin talantlıdır, amma səhnə həyatı boyunca talantını açan rejissor tapılmayıb. Daha doğrusu bircə dəfə, aktyorumuz nisbətən gənc olanda, rejissorlardan biri onu aça bilib. Babat bir teletamaşada oynadıb.

İndi bu aktyor düşüb facebook-un canına, milli-mənəvi dəyərlərdən dərs keçir. Allahın adı da düşmür dilindən. Yetənə yetir, yetməyənə yekə bir daş atır. Yurdundan, yuvasından, məskənindən danışıb zəhlə tökür. Gənc yazarları söyür, gəncliyə Azərbaycanın unikal ailə modelinə dair nəsihətlər verir. Deyir “mən vətənin daşında bitmiş mamıram”. Gözüm aydın. Bəlli ki, qocalıb, əldən düşüb, oğlan tapmaqda çətinlik çəkir, başı xarab olub.

Bir prodüser də var, özü YAP üzvüdür. Vətən sözü düşmür dilindən. Muğam sevdalısıdır. Milli mətbəxə bağlıdır. Deyir, “Harda erməni görsəm cıraram! Onlar niyə bizim mahnıları, xörəkləri oğurlayıblar?”

Azərbaycan ədəbiyyatında da “gay”-lər var. Hətta biri var ki, işi-peşəsi çağdaş yazarların ünvanına səhər-axşam hədyan yazmaqdır. Fövqəladə həyasız və şəxsiyyətsiz adamdır. Yaş ötür, partnyor da tapa bilmir deyə, başı xarab olub. Quduzlaşıb. Onun haqqında daha çox yazmaq, kimliyini faş etmək istəmirəm. Qurşaqdan aşağı zərbə kimi başa düşülə bilər deyə qorxuram.

Latent pederastiya mövzusu da çox mürəkkəb, ağrılı problemlərimizdən biridir. Latent pederastlar, pederastlıqlarını gizlətməyənlərdən qat-qat təhlükəli olurlar. Təmin olunmayan cinsi tələblərini “vətənkeşliyə” sublimasiya edirlər. Facebook-da bunlardan çoxdur. Nəyi var qəzəblidirlər, yerlə-göylə dava eləyirlər, nə yazırsan yaz, dərhal etiraz edirlər.

Yanlış anlamayın. Bizi onun-bunun orientasiyası yox, bu orientasiyaya malik olduqları halda danışdıqları, etdikləri, düşündükləri və bu üçü arasındakı ziddiyyət narahat edir.

Homofobiya rasizmdən heç nəyi ilə fərqlənmir. Homofob insan, xəstə insandır. Lakin Azərbaycanda homofobiyadan danışmağın özü əbəsdir, zira Azərbaycanda sözün həqiqi mənasında GAY yoxdur.

Bunlara “GAY” demək Lorkaya, Pasoliniyə, Almadovara, Çaykovskiyə, Uaylda təhqirdir.

Odur ki, Azərbaycan maviləri GAY deyil, Azərbaycan maviləri PETUX-dur.

Aktyoru ilə, aparıcısı ilə, tənqidçisi ilə, müğənnisi ilə - hamısı PETUX-dur.

***

İndi isə, gəlin “azərbaycanski” naturallarımızın, milli heterolarımızın milli “gay”-lara münasibətini çözələyək.

Deməli, məlum oldu ki, bunların hamısını birləşdirən bir ortaq dəyər var - Azərbaycan həqiqətləri. Naturalı ilə, pederastı ilə - hamısı bir amal uğrunda vuruşur, çarpışır.

Pederastı da, naturalı da Azərbaycanın unikal əxlaqının, analoqsuz ailəsinin, cahanşümul dəyərlərinin, ləziz mətbəxinin, bərəkətli torpağının, çoxəsrlik qeyrətinin-namusunun keşiyində dayanıb.

Ömründə bir kitab üzü açmamış, yazıçıya-ziyalıya nifrəti sərhəd tanımayan milli naturallar “gay” müğənniləri böyük məmnuniyyətlə toylarına dəvət edib, qabaqlarına ətək-ətək pul tökürlər. Ən hörmətli qonaq kimi, zalın ən görkəmli yerinə, yuxarı başa keçirdirlər. “Gay”ların ifasında “Qudalar” mahnısına qol qaldırıb oynayırlar, ceyranlar kimi süzürlər. Ağbirçək-ağsaqqallar, kostyumlu “nervinni” toy oğlanları, bəyin dostları, qalınqaş ismətli qızlar – hamısı bu üfunətli toyxana orgiyasının iştirakçısına çevrilir. 

Naturallar və onların ağbirçək, ağsaqqal əcdadı milli TV-lərdə, milli “gay”-lərin təqdimatında qurulan əxlaq, ailə, dəyərlər, mənəviyyat mövzulu tele-şoularda böyük həvəslə iştirak edirlər. Milli “gay”-lər toydan əvvəl bakirəliyini itirmiş qızları efirə çıxarıb danlayır, milli naturallar da bu vakxanaliyaya qoşulub, canla-başla züy tuturlar.

Belə verilişlərin birinə məni də çağırmışdılar. “Döyüş alnınıza yazılıb” şüarı ilə, illərdir beynimizi zorlayan telekanalda baş tutan canlı efirin daimi qonaqları qismində iştirak edən, qabaq cərgələrdə əyləşdirilən milli “gay”-lər, o gün də ordaydılar (zatən, bizim TV-lərin qapıları ancaq belələri üçün taybatay açıqdır). Mövzu müasir ədəbiyyat olsa da, gəlmişdilər. Çünki “gay” olsun, olmasın – azərbaycanlılar istənilən mövzuda naqqallıq etməyə hazırdırlar.

Qərəz, veriliş başladı. Aparıcı dedi ki, “Bax bu Əli Əkbər, “Artuş və Zaur” yazıb. Bizim oğlanla, erməni oğlanı salıb bir yatağa. İndi də “Sarı gəlin” yazıb, üz qabığına biədəb şəkil qoyub. Mən bu şəkili göstərə bilmərəm. Bu dözülməz haldır. Mən buna dözə bilmərəm” filan.

Aparıcı bunları demişdi ki, ön cərgədə oturan bığıburma ceyranlar, efirin ortasındaca tumanlarını çıxardıb keçirdilər başlarına.

“Ayıb olsun!”, “Ar olsun!”, “Xain!”, “Sən nə haqla Sarı gəlinimizə dil uzadırsan!”, “Pozğun!”, “Mənəviyyatsız!”, “Xoşun gəlmir, get bu ölkədən!”, “Bu vətən bizimdir!”

Bəli, bu vətən doğrudan da sizindir. Sizin və natural qardaş-bacılarınızın. Siz doğrudan da bir-birinizi çox gözəl başa düşürsünüz. Sizin bir-birinizdən fərqiniz yoxdur. Bu fərqin olmasını siz özünüz istəmirsiniz.

Bəli, bu vətənin sahibi sizlərsiniz, biz yox. Bu vətən sizi, siz də bu vətəni çox gözəl başa düşürsünüz. Bu vətən sizi, siz də bu vətəni sevirsiniz. PETUX-luq orientasiya hadisəsi deyil. PETUX-luq könül məsələsidir. Biz PETUX ola bilmirik deyə, bu vətənlə problemlərimiz var, vətən bizi sevmir. Biz PETUX deyilik deyə, bizə qəzəblisiniz. 

Əmin olun. Milli “gay”-lərlə milli “natural”ların ictimai müqaviləsi var. Bu müqaviləyə görə, “Artuş və Zaur”-un müəllifinə qarşı bir cəbhədən vuruşmaq lazımdır. Bu müqaviləyə görə, sosial rollar böyük ustalıqla bölüşdürülüb. Nəticədə “gay” da razı qalıb, “natural” da.  

Çox sonralar başa düşdüm ki, milli “gay”-lərlə milli “naturallar”ı “Artuş və Zaur” romanında narahat edən məqam, Zaur adlı homoseksualın obrazı deyilmiş. Azərbaycanlıların bu kitabla davasının səbəbi tamam başqa imiş.

Birincisi, Zaur “gay” olsa da gərək milli mənsubiyyətini unutmayaydı, Artuş adlı erməni ilə yatağa girməyəydi. Adam “gay” olsa da, düşməninə verməz. Verməməlidir.

İkinci problem, erməni ilə yatan Zaurun belə bir çirkin əməl tutması yetməzmiş kimi, üstəlik ateist və pasifist olmasıdır. Çünki “gay” olsan da gərək dini qayda-qanunlara  riayət edəsən, pirə zada gedəsən. “Gay” olsan da, gərək işğal altındakı torpaqları unutmayasan. “Gay” olmaq olar, amma pasifist olmaq olmaz! Bu, dözülməz haldır. Azərbaycanlılar buna dözə bilməzlər.

***

Deməli, aydınlaşdırdıq. Məlum oldu ki, bu xalqın “gay” adlı problemi yoxdur. Bəs bunların “gay” problemi olmaya-olmaya, qeyri-ənənəvi cinsi əlaqəyə meyl edənləri “üzdəniraq” adlandırmasının səbəbi nədir görəsən? Bunlar kimə “üzdəniraq” deyirlər? Bunlar kimdən narazıdırlar? Kimi söyürlər? Özlərinin ruh əkizlərinimi? Özlərinimi?

Bir subkultura kimi Azərbaycanda mövcud olmayan, daha doğrusu “naturallar”dan əxlaqca, mənəviyyatca heç nəyi ilə seçilməyən milli “gay”-lərlə bu xalqın nə problemi ola bilər? Bunlar üzdəniraqdırsa TV-lərdə, mətbuatda, toyxanalarda nə gəzirlər? Bunların trans versiyalarını gecələr yol kənarında ovlayanlar kimlərdir bəs? O bahalı maşınlar kimlərindir? Kimdir bu “üzdəniraq”ları “zerkalnı” nömrəli maşınlara doldurub harasa aparan?

Bunların öz opponentlərinə “mavi” deməsini də ciddi qəbul etmək, bundan narahat olmaq lazım deyil. Bunlar öz opponentlərinə “mavi”, “petux” deyəndə, o şəxsin bir kişi ilə cinsi əlaqəsinə eyham vurmuş, bu əməli qınamış, lənətləmiş olmurlar. Çünki, bunların “daldan vermək”lə bağlı problemi yoxdur. Yeri gəlsə özləri də verərlər, söhbət ondan getmir. Bunlar kiməsə “petux” deyəndə, “nə üçün mənə oxşamırsan, bizdən biri deyilsən?” demək istəyirlər.

Deməli bu ölkədə daldan verdin, vermədin - əsas odur ki, ümummilli paradiqmalara sadiq olasan, bunlardan biri olasan. O zaman qəbul olunacaqsan. O zaman başa düşüləcəksən. O zaman seviləcəksən. O zaman yuxarı başa keçiriləcəksən.

Ağzına gündə əlli penis alsan da, sənə “petux” deməyəcəklər, çünki sən bunların müqaviləsinə imza atmısan, bunların cərgəsinə qoşulmusan.

Azərbaycanlıların “gay” problemi yoxdur. Azərbaycanlıların özlərinə oxşamayanlarla, özlərindən olmayanlarla problemi var. “Gay”lər bu kateqoriyaya aid olmadıqlarına görə, bu ölkədə şad-xürrəm yaşayırlar. “Gay”lər bu ölkənin tam hüquqlu vətəndaşıdırlar. “Gay”lər muğam-segah dərdlisidirlər, vətən eşqi ilə qovrulurlar, Qarabağ deyəndə ürəklərini tuturlar, milli mətbəxin qeyrətini çəkirlər, harda erməni görsələr cırmağa-cırmaqlamağa hazırdırlar, müntəzəm olaraq pirlərə gedirlər, onları rəcm etməyi əmr edən dinin sadiq mənsubudurlar, Allahdan qorxurlar, abır-ismət-namus-qeyrət-Koroğludan dərs deyirlər.

Daldan versən də problem deyil, təki özünü unutma, köklərini danma, tarixini bil, vətənini sev, düşməninə nifrət et. Belə olan halda, sənə efir də verəcəklər. Sən də ağsaqqalları, ağbirçəkləri efirinə çağırıb qabaqlarında meymunluq edəcəksən. O ağsaqqalların-ağbirçəklərin nəvə-nəticələri də küçədə qırmızı kəmərlə, qırmızı ayaqqabı ilə gəzib kef edəcəklər. Sosial şəbəkələrdə vətən dərdi ilə yüklənəcəklər, qeyrətin keşiyində dayanacaqlar.

Hələ bu saxtakarlar, riyakarlar “Bakıda gay parad olsun, olmasın” davası da edirlər. Həyasızlığın həddinə bax! Bu ölkə elə başdan ayağa “gay parad”dır da! Hər yerdə elə siz özünüz deyilsinizmi?

Yüksək vəzifələrdə siz, TV-lərdə siz, mətbuatda siz, küçədə-bacada siz. Bu ölkə sizin ixtiyarınızda, biz də sizin ixtiyarınızdayıqsa, daha bu artistliyə nə hacət? Siz kimə kəf gəlirsiniz?

***

İndi, bundan sonra mən, sizin sevdiyiniz bu vətəni necə sevim?

Sizə aid olana necə sahib çıxım?

Bu vətəni sizin əlinizdən necə alım?

Sizin bu harmonik, əbədiyaşar və sarsılmaz "natural-mavi" ittifaqınızı necə dağıdım? Və nə üçün dağıdım?

Deyirsiniz bu yaşdan sonra mən də PETUX olum?

Alın vətəninizi, soxun gözünüzə.

Əli Əkbər

Kultura.Az

Yuxarı