post-title

Bir cənub şəhərinin oğlu

Müsahibələrindən birində Rüstəm İbrahimbəyov deyib: “Uşaqlıqdan dostluq etdiklərimlə 40-50 ildir ki, dost olaraq qalıram. Onlarla əlaqəni kəsmək həyatımın əksər hissəsini kəsib tullamaq kimi bir şey olardı”.

 

2004-cü ilin avqust ayında onunla tanışlığımın 50 ili tamam olur. Bu dostluq mənim üçün olduqca qiymətlidir. Son günlər isə bəzi KİV-də saxta vətənpərvərlərin Rüstəm İbrahimbəyova qarşı ittihamları məni qələmə sarılmağa sövq etdi. Əslində, “Obozrevatel”, “Exo” və “525-ci qəzet”də Rüstəmin keyfiyyətləri barədə yazılanlara əlavə ediləcək bir şey tapmaq nə qədər çətin olsa da, ona xas təvazökarlığın üstündə bir qədər dayanmaq istərdim. 1988-1989-cu illər ərzində Rüstəm İbrahimbəyov Azərbaycanı xarıcdə tanıtmaq üçün təkbaşına Azərbaycan SSR Mərkəzi Komitəsi, bütün yaradıcılıq birlikləri və mətbuatın üst- üstə bir yerdə gördükləri işlərdən çox iş görmüşdü. Bu barədə o, danışmağı xoşlamır. İyunun 23-də keçirdiyi mətbuat konfransında yalnız Fransada böyük nüfuz və güc sahibi olan ermənilərlə qiyabi qarşıdurmaya ötəri toxundu.

Amma mən əhvalatın canlı şahidi kimi deyə bilərəm ki, bu möhtəşəm bir döyüş idi. Təsəvvür edin, 1990-cı ilin əvvəlləridir və Azərbaycanın gerçəklərinin dünyaya çıxışı üçün bütün qapılar bağlanıb. Avropanın az qala bütün televiziya kanalları, həmçinin qəzet-jurnallar səs-səsə verib erməni azadlıq hərəkatından, Dağlıq Qarabağ ermənilərinin ağır vəziyyətindən bəhs edirlər. Amma bunun qarşılığnda Azərbaycan KP MK-nın həmişə güclü-qüvvətli görünən təbliğat maşını nədənsə susur, yalnız Kommunist” və “Bakinski raboçi” qəzetləri bu mövzuya həsr olunmuş tək-tük yazılar dərc edirlər. Əlbəttə, “Azadlıq” və “Molodyoj Azerbaydjana” bu mənada istisna təşkil edirdi.

O günlərdə Fransa televiziyasının nüfuzlu beşinci kanalının siyasi icmalçısı Kristian Malar Parisdə UNESCO katibliyinin şöbə müdiri kimi mənə canlı efirdə çıxış etməyi təklif etmişdi. Vəziyyət bir qədər çətin idi. Belə ki, bir tərəfdən BMT işçisi statusu mənə belə məsələlərdən danışmağı qadağan edırsə, digər tərəfdən də bu cür fürsəti itirmək olmazdı. Elə bu məqamda telefon zəngi: “Ramiz, salam, Rüstəmdir, indicə Moskvadan gəlmişəm. Nə vaxt görüşə bilərik?”. Sevincim yerə-göyə sığmır: “Elə bu dəqiqə!” qışqırıram və dərhal da televiziyadan gələn təklif barədə ona məlumat verirəm. Fikirləşmədən belə dərhal deyir ki, çıxışa hazırdır. Saat 12.30-da Rüstəm, Parisdə azərbaycanlıların ağsaqqalı Qadir Süleymanoğlu və mən studiyadayıq. Və düz saat 13-də Fransa və onunla bahəm bütün fransızdilli ölkələrin üst-üstə 170 milyon tamaşaçısı İbrahimbəyovla Daşnaksütüyn Partiyasının mətbuat attaşesi Papazyanın intellektual döyüşünün şahidi oldu. Bu döyüşdə Rüstəmin çox böyük, kəskin üstünlüyü elə ilk kəlmələrdən etibarən özünü göstərdi.

Erməni diasporu təlaş içində idi. Kristian Malar mənə zəng vurub bildirdi ki, Şarl Aznavur canlı efırdə cənab İbrahimbəyovla görüşmək istəyir. Rüstəm dərhal bu görüşə də hazır olduğunu dedi. Bir saatdan sonra Kristianın daha bir zəngi: “Şarl Aznavur İsveçrədədir, cənab İbrahimbəyov bir qədər gözləyə bilər mi?”. Rüstəm dedi ki, ezamiyyətinin bitməsinə cəmi iki gün qalır, odur ki, Aznavur görüşmək istəyirsə bu gün ya sabah gəlib çıxsın. Şarl Aznavur o görüşə gəlmədi.

Qalan iki gün ərzində Rüstəm Parisin iki sanballı qəzetinə - “Liberation” və “Le Croix” da geniş müsahibələr verərək Ermənistanda dədə-baba torpaqlarından didərgin salınmış azərbaycanlıların başına gətirilənlərdən danışdı: “Onlar qarlı dağ yolları ilə piyada gəliblər, bir çoxu Azərbaycana sağ-salamat gəlib çıxa bilməyib...” Rüstəm həmçinin Sumqayıt hadisələrindən, onların əsl səbəblərindən danışdı, Qafandan gəlmiş ilk 4 min azərbaycanlı qaçqından ətraflı bəhs etdi.

Fransa mətbuatının təpgisi: “Dramaturq və millət vəkili Rüstəm İbrahimbəyova ehtiramımızı bildirir və “Bakinski raboçi” qəzetinin 1988-ci il nömrələrində nədənsə tapa bilmədiyimiz Qafan qaçqınları haqda məlumatına görə, ona təşəkkürümüzü izhar edirik” (yeri gəlmişkən, o vaxt “Mejkniqa” şirkəti vasitəsilə xaricdə yalnız “Bakinski raboçi” və “Kommunist” qəzetlərinə abunə yazılmaq mümkün idi).

Həmin verilişdən sonra bir çox informasiya agentliklərinin müxbirləri Rüstəmə zəng edərək Bakıya gəlmələri üçün onlara kömək göstərməsini xahiş edirdilər. Amma 1990-cı ilin yanvar aymda Bakı əcnəbilər üçün qapalı idi. Buna baxmayaraq, Rüstəm məsələni həll edə bildi. Onun xahişi ilə üç fransız jurnalist üçün Moskvaya viza düzəldə bildim və Moskvaya gələn kimi Rüstəm onlar üçün Bakı qatarına bilet aldı. Bundan sonra Rüstəmin göndərdiyi müşayiətçi qatarda bələdçi qızı dilə tutur və o, fransızları azərbaycanlılar kimi qələmə verərək gizli şəkildə Bakıya gətirib çıxarır. Vağzalda onları qızım Nigar və Rüstəmlə mənim ümumi dostum Qafur Ələsgərovun evində yerləşdirirlər.

Əməliyyatımız beləcə baş tutdu. Çəkilmiş materialın bir nüsxəsini fransızlar özləri ilə apardılar, ikinci nüsxəni isə Rüstəm rus dostlarımız vasitəsilə mənə Parisə göndərdi. Nəticədə 1990-cı il fevral ayının 2-də fransız xalqı Qanlı yanvar günlərində Bakı küçələrində baş verənləri görə bildi.

Sonradan o günləri xatırlayan Rüstəm yazırdı: “Bəli, bu, ağır nəticələr verə bilərdi. Hər an fransızları da, əməliyyatı təşkil edən bizləri də həbs edə bilərdilər. Sonrası da məlumdur. Amma doğma Azərbaycanımız naminə nəsə edə bildiyimizə görə bu günəcən fəxr duyuram”.

Oxucularımız yəqin xatırlayırlar ki, 1988-1990-cı illərdə soydaşlarımız Moskvada gizli yollarla qəzet və jurnallar buraxır və onların səhifələrində erməni millətçiləri tərəfindən Ermənistanda yaşayan azərbaycanlıların başına gətirilən müsibətlər barədə yazılar dərc edirdilər. Bir dəfə həmin gənclərin qəzet üçün vəsait axtardıqlarını görüb imkanım daxilində yardım göstərdim. Bu barədə Rüstəmə xəbər çatdıran kimi o, uşaqlara xeyli pul verdi. Bilirəm, belə şeylərdən danışmazlar, amma Azərbaycanın ən layiqli oğullarından biri haqda “Onun vətəni yoxdur” kimi sözlər eşidəndə bunu xatırlatmağa məcburam.

SSRİ Ali Sovetinin sessiyalarından birində Rüstəm İbrahimbəyovun kürsüyə qalxmaq istədiyini, lakin ona danışmağa imkan vermədiklərini yaxşı xatırlayıram. Həmin nitqinin mətnini o, mənə Parisdə, mənsə Nyu-Yorka, sinif yoldaşım, mərhum Yuri Şakova göndərdim. O da Rüstəmin nitqini ABŞ mətbuatında dərc etdirdi. Bu da öz növbəsində olduqca böyük əks-səda doğurdu.

Tam məsuliyyətlə deyə bilərəm ki, Rüstəm İbrahimbəyov Qərbi Avropa və ABŞ-da Azərbaycanın informasiya blokadasmı yaran ilk ziyalımız olub. O, Ermənistandan didərgin salınan soydaşlarımızın müdafıəsinə qalxanlar sırasında birincilərdən olub. Moskvada yaradılan Didərgin Salınmış Azərbaycanlıların Müdafıəsi Komitəsinə dair təşəbbüs qrupunun başçısı olan Rüstəmin bu hadisə barədə bəyanatı bütün Qərbi Avropaya səs salmışdı. Moskvada, Qızıl meydanda oturaq aksiya keçirmək üçün bir qrup qaçqını ora göndərmək məqsədilə onunla ikimiz Azərbaycan KP MK-ya müraciət etmişdik. Di gəl, bu təşəbbüsümüz MK-da dəstəklənmədi.

Rüstəm İbrahimbəyovun bütün dünyada yüksək nüfuz sahibi olması şəksizdir. Onun ssenarisi əsasında fransız rejissoru Reji Vemyenin Vətənə qayıtmış Rusiya və sovet mühacirlərinin sonrakı faciəvi taleyi haqda fılmi necə şövqlə, həvəslə çəkdiyinin canlı şahidiyəm. Digər məşhur rejissor Kosta Qavras Bakıya məxsusi olaraq, Rüstəmlə görüşə gəlmişdi, UNESCO-nun Baş katibi Federiko Mayorsa Nikita Mixalkovu, Kosta Qavrası və Rüstəm İbrahimbəyovu müasir kinonun şah sütunları adlandırıb. Bundan əlavə, Rüstəmin Fransanın ali ədəbiyyat və incəsənət ordeni ilə təltif olunmasını da qeyd edərdim. Rüstəm təkdir, nadirdır. O, şəxsiyyətdir. Belələri sıra ilə gəzməz, ələlxüsus da komanda ilə addımlamazlar. Çünki Allah-taala onları məhz belə - güclü, müstəqil, özünəməxsus yaradıb.

Əminəm ki, aradan 30-40 il keçəcək, Bakıda Rüstəm İbnrahimbəyovun ev- muzeyi yaradılacaq. Və günlərin bir günü körpə çağında bir müddət onunla qonşuluqda yaşamış nəvəm Ağacavad dostları ilə həmin muzeyə gəlib fəxrlə ‘cMən Rüstəm dayını tanımışam” deyəcək.

Mənsə bu tanışlıqla çoxdan fəxr edirəm.

Ramiz ABUTALIBOV,

Azərbaycan-Fransa Dostluq Assosiasiyasının məsul katibi

525-ci qəzet, 6 ıyul 2004-cü il

Yuxarı