post-title

Müasir Azərbaycanda postmodernizm və ənənəvi dəyərlər

19-cu əsrin sonu, 20-ci əsrin əvvəlləri Azərbaycan maarifçiləri türk və müsəlman əhalisini milli-dini ehkamların basqısı altından xilas etmək və onlarda kökündən yeni modernist dünyagörünüşünün formalaşması üçün böyük iş görüblər. Bu baxımdan, əminliklə demək olar ki, müasir Azərbaycanda modernizm ənənələri var. Bu proses sovet dövründə də davam edirdi, lakin Sovet ideologiyasının ideolji basqısı ilə gedirdi. Məhz buna görə, bu gün Azərbaycanda islam dininə uyğun həyat tərzi azdır. Bunu, bura gələn istənilən sayda qısa yubkalı qadınların çoxluğunda da, şəhərdə olan bar və diskotekaların bolluğunda da müşahidə etmək mümkündür. Heç zahiri görünüşcə də, ölkə əhalisi elə də fundametal islamçı deyil. İlk baxışda elə görsənə bilər ki, Azərbaycan təmamilə Avropa ölkəsidir.

 

 
11 oktyabr Bakı Beynəlxalq Forumunda məruzə 
 
Lakin əslində, bu, heç də belə deyil. İş burasındadır ki, Azərbaycan maarifçiləri dini dünyagörüşünü  təqdim etməklə yanaşı, bizim cəmiyyətimizin probleminin ən başlıca səbəbini -milli- tayfa, qəbilə adət -ənənələri  təqdim edə bilməyiblər. Onlar necə idilərsə, elə də qalıblar. Hətta inkişaf etməyə başlayıblar və  bütün yeni formalarını yaradıb, yeni ehkamlara qaynayıb-qarışıblar . 
 
Bizim cəmiyyət hər bir insana təzyiq göstərir və onu sərbəstlikdən məhrum edir. İstibdad (zülm) ilk növbədə valideynlərin və qohumların üstünlüklərinin ağalıq etdiyi ailələrdən başlayır. Əməli cəhətdən nəinki yaxınların, hətta uzaq qohumların belə icazəsi olmadan, heç bir şey etmək mümkün deyil. Onlar  bu və ya digər şeylərlə bağlı  öz anlayışlarına daxil olmayan heç bir şeyi etməyə icazə vermirlər. Nəticə etibarı ilə, onlar öz maddi və mənəvi  maraqlarına xidmət edirlər. Formalaşan  şəxsiyyətin isə, onlar üçün heç bir fərqi yoxdur. İstənilən yenilik, qeyri-standart davranış və təfəkkür tərzi qohumların güclü müqaviməti ilə rastlaşır. Bu xüsusiyyət hər bir insana təsir edir və hətta yetkin insanları da öz istəklərindən, yaradıcı başlanğıclarından məhrum edir. Bu istibdad istənilən bir insanı  sərbəst şəkildə yaratmağa yox, yalnız digər insanların qarşısında nizamlanmağa məcbur edir. 
 
Hər şeydən önəmlisi, ailələrdə məntiq, sağlam fikir, insanın özünüifadə ehtiyacı və hüququ yox, ailənin və qohumların ənənə və anlayışları qorunur, hansı ki, bunlarsız nə isə müsbət bir şey etmək mümkün olmur. Belə olanda isə, artıq insan mənən köləyə çevrilir və  alçaldılmış vəziyyətdə qalır. 
 
Tez-tez formalaşmaqda olan uşaqlar valideynləri və başqa qohumları tərəfindən onlara zorla qəbul etdirilmiş anlayışların qurbanlarına çevrilirlər və artıq uşaqlıqdan sarsılırlar. Onlar həmişə istənilən şəraitə uyğunlaşma və razılaşma psixologiyasında qalmağa məhkum ediliblər.  Nəticədə, bu psixoloji basqı hər şeydə ikitərəfliliyə, həmçinin  riyakarlığa gətirib çıxaran ikiüzlülük formalaşdırır.  İnsanlar zahirən  "haqlı" kimi  görünürlər (ailə və cəmiyyət anlayışları nöqteyi-nəzərindən) başqa tərəfdən isə müxtəlif əxlaqsızlıqlara  düçar edilirlər. 
 
Bu köləlik, hər tərəfimizdə insanı əzən və onu burada qəbul olunmuş hansısa təmamilə əsassız, məntiqsiz bir ehkamlar qarşısında tənzim etməyə məcbur edən cəmiyyətdə davam etməkdədir.  Hər kəsin riayət etməyə məcbur olduğu nə isə ümumi bir davranış tərzi əmələ gəlir , hamını müəyyən olunmuş dəyərləri qəbul etməyə vadar edirlər, qiymətləndirilənlərdən imtina, demək olar ki, milliyyətə xəyanət kimi bir şeydi. Əslində isə, bu ənənələr yenə də insanın iradəsinə və sərbəstliyinə təzyiq göstərməyə, onu  həmişə başqa insanların qayda və düşüncələri ilə hesablaşan, yalnız simasız bir varlıq olmağa gətirib çıxaran müəyyən sistemin çərçivəsinə salmağa  yönəlib.  Bu cəmiyyətin hamı tərəfindən qəbul edilmiş dəyərləri ilə bağlı istənilən şübhələr və suallar  iğtişaş  (şuluqluq ) kimi qiymətləndirilir və insan bununla izqoya (Qədim Rusiyada öz əvvəlki vəziyyətini itirdiynə görə, həyat vəsaitindən məhrum qalmış adam) çevrilmək riski etmiş olur. Eyni zamanda isə, bütün ictimai əxlaqsızlıqlar gizli və sirli şəkildə inkişaf edir. Bizim cəmiyyətimizdə riyakarlıq ibadətə yüksəlib. Bir çoxları ürəklərində rəğbət bəslədiklərini, sözdə mühakimə edirlər. Görünüşdə bəyənmədiklərini  edirlər. Başlıca məqsəd, azad və kamil insanların, öz xarakteri, azad iradəsi olan insanların  inkişaf etməsinə yol verməmək, cəmiyyətə azadlığı buraxmamaqdır. Hamı zorla qəbul etdirilmiş əxlaq və düşüncə çərçivəsində olmağa məcburdur. Axı, azad cəmiyyətdə şəxsiyyətin dəyəri olacaq, insanlar öz təbii keyfiyyətləri ilə fərqlənəcəklər, öz üzərində işləmək, öz "mən"ini qorumaq üçün başqaları ilə rəqabət aparmaq vacib olacaq. Bunu isə, bir çoxları istəmir. Onlara yalnız hər kəsi eyniləşdirmək  və onları  yalnız öz vəziyyətləri və pullarının sayı hesabına fərqləndirmək lazımdır. Hər şey edilir ki, bütün xalq məhz, buna can atsın. Burada mənəviyyat və əxlaq dəyərləri yox, azad, orijinal, qeyri-adi şəxsiyyətin formalaşmaması, süni yaradılmış ehkamlar dəb halına çevrilir. 
 
Hətta bu və ya digər səbələrdən bizim cəmiyyətimiz üçün məqbul sayılan qərb dünyasının müasir dəyərləri də, ehkam statusunu qazanır  və bizim ənənələrin bir hissəsinə çevrilir. Daha doğrusu,  istənilən yenilik nəticədə ehkama çevrilir.
 
Budur, bizim cəmiyyətimizə nümunə üçün sadəcə bir cəhd, hər kəsi eyni tip davranışa, təfəkkürə, zövqə tabe edəcək.  Misal üçün, həmişə hamıya öyrədilir ki, milli musiqi olan muğam mükəmməldir  və ona hər kəsin rəğbəti məcburidir. Bu musiqini bəyənmədiyini dilə gətirməyi  risk edən adam,  az qala satqın və vətən xaini olacağı ilə risk etmiş olur. Şəxsən mən özüm  nə zaman ki, bu musiqini bəyənmədiyimi deyirəm, hətta ziyalı və guya Avropa təfəkkürlü insanlar belə, məni buna görə danlayırlar, başqalarından isə, danışmağa belə dəyməz.  Əslində, mənə izah etməyə çalışırlar ki, əgər mən hamının zövqü ilə eyni zövqə malik deyiləmsə, onda mən azərbaycanlı olmuram. Axı, nəyə görə? Heç kim bu suala cavab verməyə hazırlaşmır. Bizdə sual vermək qəbul olunan deyil. 
 
Bir çox ənənəvi dəyərlər faydalı kimi təqdim olunur. Onlar ilk baxışda elə görünürlər. Lakin diqqətlə nəzərdən keçirdikdən sonra, məlum olur ki, onlar aşkar başdansovdalıq (səhvlər) və ziddiyətdən ibarətdir. 
 
Budur, bir nümunə: Deyirlər ki, böyüklərə hörmət etmək bizim xalqın müsbət fərqləndirici xüsusiyyəti hesab olunur. Lakin haqlı bir sual yaranır, əgər böyük hörmətə layiq deyilsə, özünü adekvat aparmırsa, ətrafındakılara hörmət etmirsə, nə isə xüsusi bir şeylə fərqlənmirsə və.s onda biz nəyə görə böyüyə hörmət etməliyik? Əslində isə,  böyüklərin çoxunun heç də  hörmətə layiq olmamasına nə qədər nümunələr var. Onların bir çoxları ölkənin və xalqın bir çox problemlərində günahkardırlar, ətrafdakılara hörmət etmirlər, korrupsiya və rüşvətxorluq içində batıblar. Onlar gəncləri alçaldırlar, onları öz şıltaqlıqlarına dözməyə məcbur edirlər və beləliklə, onları sərbəst özünüifadədən məhrum edirlər. Tələbə olarkən, mən tez-tez tələbəni alçaldan müəllimlər görürdüm. Mən hələ onda onlara nifrət edirdim. Belələri indi də az deyil. Onlara nəyə görə hörmət edilsin? 
 
Beləliklə, təntənəli şəkildə elan edilmiş böyüklərə hörmət dəyəri əsl həqiqətdə, gəncləri əsarət altına salmaq, onları sərbəstlikdən və özünüifadədən məhrum etmək  üçün bir vasitədir. Bu fenomenin strukturu, böyüklərin gənclərə təzyiq göstərməsinə gətirib çıxarır. Sonra gənclər böyüyürlər, böyük olurlar və özləri gənc təbəqəyə təzyiq göstərməyə başlayırlar. Və istibdad dayanmır. Bu hadisə ordu dedovşinasını xatırladır.  
 
Əlbətdə ki, belə bir dünyagörüşü ilə, belə həyat tərzi ilə postmodernizm dünyasına girmək mümkün  deyil. İnkişafın zahiri təzahürü o demək deyil ki, bizdə postmodernizm başlayıb. O, daha çox hansısa yalqızların nəsibidir.  Mən heç də demək istəmirəm ki, başqa insanların ənənəvi dünyagörüşlərinin və üstünlük verdiklərinin mövcud olmaq haqqı yoxdur. Onlar, əlbətdə ki, olmalıdırlar. Amma onlar da, bizim ölkənin istənilən vətəndaşının etiqad edə biləcəyi allternativ dəyərlərin mövcudluğını qəbul etməyə məcburdurlar. Lakin, təkcə özünün etiqad etməsi yox. Həm də onların təbliğatı. Axı, hər kəsin öz dünyagörüşünü təbliğ etmək hüququ var. Mövcud ictimai dəyərlərə qarşı olan qəti etiraz, indiki zamanda xüsusən, gənclər arasında sezilir. 
 
Buna görə də, cəmiyyətdə dəyər problemləri ilə bağlı debatlar və polemikalar aparılmalıdır. Bütün bu sualları geniş disskusiyalar üçün açmaq, tele-debatlar keçirmək və allternativ təfəkkür tərzi, allternativ dəyərlər üçün imkan yaratmaq vacibdir. Axı, postmodernizm məhz, onunla xarkterizə olunur ki, hər bir insan başqa insanların və onun dünyasını əhatə edənlərin dəyərləri ilə üst-üstə düşməsi vacib olmayan öz dünyasını qura bilməlidir. Postmodernizm paradiqmasındakı həqiqət də, hər kəsin özünə görədir. Hətta, əgər nə isə bir şey obyektiv olaraq başqa cür görünsə belə, yenə də hər kəs bu şeyə  onun obyektivliyindən asılı olmayaraq öz münasibətini sərgiləyir. Ona görə də, postmodernizm təfəkküründə heç bir həqiqi, yeganə doğru olacaq bir fikir və ya bir şey olmur. Əgər bizim vətəndaşlarımız mədəni millətlərin cəmiyyətlərinə qoşulmağı arzulayırlarsa, onda  bu istiqamətdə hərəkət etmək zəruridir. Göydələnlərin çoxluğu, qısa yubkalıların bahalı avtomabilləri və diskotekalarla buna nail olmaq mümkün deyil. Bütün bunlar, heç cür müasir ölkə adlandıra bilməyəcəyimiz  Səudiyyə Ərəbistanı və ya  Omanda da var. 
 
Lakin, bizim cəmiyyətimiz bu debatlara hazır deyil və istənilən formada buna müqavimət göstərir. Buna görə də, bizim hökumət nümayəndələri də bu prosesi başlaya bilmirlər, çünki ictimai ab-hava buna icazə vermir. Buna görə də, hələ ki, bu vəziyyətdə Azərbaycanın milli adət-ənənələrinin, ictimai və ailə nizamnamələrin tənqidinə yönəlmiş, məqsədyönlü iş aparmaq lazımdır. Daha çox  insanların, xüsusən də gənclərin mövcud qaydalara  allternativ yaratmağın mümkün olduğunu dərk etmələrinə kömək etmək lazımdır. Bu tənqidi hər bir insanın öz səviyyəsində aparması lazımdır. Xüsusən də bunun üçün ən ideal yer sosial internet şəbəkələri, formlar və  bloqlardır.
 
Cəmiyyətin ictimai nizamnamələrinin tənqidi tədricən nisbətən gənc təbəqinin  və mütərəqqiliyə yönəlmiş yaşlı təbəqənin nümayəndələrinin meyillərində  dəyişikliyə gətirib çıxarır. Milli inanclarla bağlı şübhələrin güclənməsi, nəhayət, cəmiyyəti bütün bu suallar ətrafında debatlar aparmağa və adət olunmuş dəyərlərə, milli psixologiya və həyat tərzinə allternativ tətbiq etməyə vadar edəcək. Yalnız bu yolla bizim xalqımız postmodernizmə qoşula bilər. 
 
Beləliklə, keçmiş Azərbaycan maarifçilərinin işini müasir dünyanın yeni dəyişilmiş şərtləri ilə davam etdirmək zəruridir. 
 
Aydın Əlizadə
Kultura.az

 

Yuxarı