post-title

Tumantökdü mərasimi

Mən kişiyəm, amma hələlik qadın kimi yaşamağa məcburam. Buna səbəb isə, Bakının bütün mafialarının, avtoritetlərinin qara siyahısında olmağımdır. Çünki, onların 1,5 milion pulunu çatdırlacaq yerə yox, özüm ilə götürüb qaçmışam.

 

 
Bu işlərə hələ universitetdə oxuduğum vaxtlardan başlamışdım. Bakıda oxumağın heç bir faydası olmadığını başa düşüb, daha çox pul qazanmağa cəhd etdim. İndi 28 yaşım var və əlimdəki çantada həyatımın sonuna yetəcək qədər pul var. Əgər məni Fikrətin adamları tutsa, dərimi üzüb, xəzərin meyidli dibinə atar.
Bakıdan çıxana kimi tanınmamam lazım idi. Güzgüdə özümə əl gəzdirsəmdə, yenə də dəyişmirdim. Maşınların binanın qabağında saxladığnı və kostyumlu adamların binaya daxil olduğunu gördüm. Silahımı və pulu götürüb, binanın damına qalxdım. Qonşunun mənzilinə keçərək, qaçmağa müvəffəq oldum. Qarşıma çıxan ilk taksiyə minərək, təcili buradan uzaqlaşmasını söylədim. Fikirləşirdim ki, şəhərdən hansı yolla qaça bilərəm ?! İndi onlar, şəhər çıxacağını da bağlayıblar. Fikrət ölkənin nazirləri ilə, polislərlə yaxın dostdur. İndi məni tək mafia yox, polisdə axtarmalıdır. Əminəm ki, şəhərdən çıxan bütün maşınları yoxlayırlar.
 
Taksidə gedərkən, yola baxıb fikirləşirdim. Gözümə cazibədar bir xanım dəydi. Bir maşına minib oradan uzaqlaşdı. Mən artıq nə edəcəyimi bilirdim: ” Qadın olacaqdım!”
 
Taksidən düşüb, qadın mağazasına girdim. Bir neçə cürə paltarlar aldım. Parfümdən tutmuş, bütün makyaj üçün lazım olan əşyaları aldım. Bir qadın üçün lazım olan hər şeyə 1200 dollar ödəyib mağazadan uzaqlaşdım. Şəhərdə məşhur olmayan, diqqət çəkməmək üçün, sadə bir otelə girib, bir otaq götürdüm. Qapını yaxşıca bağladıqdan sonra hamama daxil oldum. Əşyaların içərisindən təraş bıçağını götürüb, üzümü təmizlədim. Zatən üzüm elə tüklənən deyildi. Acı versədə, qalın qaşlarımı seyrəkləşdirdirdim. Sinəmə və ayaqlarıma krem çəkib, tükləri təmizlədim. Daha sonra üzümü yudum, quruladıqdan sonra makyaj eləməyə başladım. İndi anladım ki, qadınlar bir yerə gedəndə, niyə belə çox gecikirlər. Çünki, ən azı bir şeyi tamamlamaq 15 dəqə vaxt aparır. Dodaqlarıma pomada ilə , kipriklərimi tujla, gözümün üstünü isə tenlə bir az qaraltdım. Başıma qara rəngdə uzun pariki qoyanda, özümü tanımadım. Döşlüyü geyindim və içlərinə salfet doldurdum, nə qədər iri döşlərim olsa, o qədər inandırıcı olaram. Birinci kapron kalqotkanı geyindim və 350 dollara aldığım billur dərili qara, dar, gödək donu və hündür ayaqqabıları da geyindim. Qadınlar bunun üzərində necə hərəkət edir, başa düşə bilmirəm. Otaqda, ayağımdakılara alışana kimi dövrə vurdum. Yeriməyi də mənimsədikdən sonra, artıq çıxmaq qərarına gəldim. Son dəfə güzgüdə özümə baxdım. Çox “seksi” idim. Oteldən çıxıb yol kənarı ilə gedəndə, arxamdan səs gəldi:
 
” Oy, nə zor şeysən! Gəlsənə tanış olaq, offfff” – bir dənə tipik Azərbaycanlı oğlan mənə söz atırdı. Üzümü çevirib ona tərəf getdim, üzünə yumruq irişdirib, yerə sərdim. Daha sonra, topuqlu ayaqqabım ilə mədəsini əzdim. Oğlan üzü gözü qanın içində qaçmağa başladı. Əlimdəki çantanı ona tərəf atdım, ayağına ilişib ağzı üstə yerə yapışdı. Ayağımdakı ayaqqabıları çıxartdım və üzərinə getdim, dizimi sinəsinə qoyub, ağzına-ağzına ən güclü yumruqlarımı vurdum. Oğlan huşunu itirdi. Ayağa qalxıb üzünə tüpürdüm. Bütün qadınların adından bunu etdim. Həqiqətən, qadın olmaq çox çətin bir şeydi. Amma artıq əmin idim ki, bu oğlan bir də qadınlara sataşmayacaq.
 
Ayaqqabımı geyinib Elmlər metrosunun yanından 96 nömrəli avtobusa mindim. Avtobusda çox adam olduğundan ayaqüstə qalmalı oldum. Makyajım bahalı idi deyə, isti olmasına baxmayaraq axmırdı. Avtobus get-gedə daha da sıxlaşmağa başladı. Birdən kimsə mənə kərkinməyə başladı. Alətini mənim arxama sürtürdü. Fikirləşdim ki, qəsdən etməyib, ona görə bir addım da qabağa durum, həmin adam arxamı əlləməyə başladı. Buna artıq dözə bilməzdim. Çantamdakı silahı çıxarıb öldürmək kimi bir niyyət ürəyimdən keçdi. Üzümü ona çevirib baxdım. Qarınlı və bığlı bir kişi idi. Burnunun ortasına yumruq irişdirdim və o camaatın üzərinə yıxıldı. Peysərindən tutub başını durbaya çırpmağa başladım. Hamı təəccüblə bu gözəl qadının məharətinə baxırdı. Heç kim ayırmaq istəmirdi. Qadınların hərəsi bir ağızdan qışqırırdı:
 
” Halal olsun! Azərbaycan qadını belə olmalıdır. Eşq olsun! Lənət olsun kişilərə!!!” Kişini al-qan içərisində avtobusdan çölə çıxardılar. Mən döşlərimi əlim ilə düzəldib, qara saçlarımı səliqəyə saldım. Avtobus Avtovağzala çatdı və mən hara gedəcəyimi fikirləşdim. Çantamda million yarım pul hara gedə bilərdim ki? Hər yer təhlükəlidir… Bütün Azərbaycanın şəhərlərinə Fikrətin əli çatır. Onu məndən yaxşı heç kim tanıya bilməz. 8 ildir ki, “daşıyıcısı”-yam.
 
Bilet kassaına yaxınlaşdım. Gedəcək ilk avtobusun Qazaxa olduğunu gördüm. 7 manat ödəyib biletimi aldım və avtobusa mindim. Avtobusda gic-gici mahnılar səslənir, camaat da mahnıdan zövq alırdı. Mən arxada oturmuşdum, yadımdan çıxmışdı ki, arxada qadınlar oturmur. İndi məni əxlaqsız kimi başa düşəcəklər. Bütün kişilər də üzümə baxa-baxa arxaya doluşdu. Avtobus hərəkət etdiyində kostyumlu adamlarla, polislər doluşdu. Bütün kişilərin kimliyinə baxdılar. Qadınlara yaxın da durmurdular. Bəli! Beləliklə, onlar mənim qadın olacağımı fikirlərinə belə gətirmədilər. Telefonumun qulaqlığını taxıb Nino Rota-nın “The God Father ” əsərinə qulaq asmağa başladım. Elə oradaca yuxuya getdim. Gözlərimi açanda Kürdəmir restoranında idik. Ayaqyoluna getmək üçün avtobusdan endim. İndi mən qadın tualetinə gedəcəkdim, yoxsa kişi? Kişi tualetinə girsəm, əminəm ki, oradaca məni zorlayacaqdılar. Ona görə qadın tualetinə girdim. Tualetin unitazı qadın tamponları ilə dolu idi. Ürəyim ağzıma gəldi və qusmamaq üçün özümü güclə saxladım. Yubkamı qaldırıb, kalqotkamı aşağı saldım. Ayaqlarımın arası bişməcə olmuşdu. Nəfəsimi tutub, işimi güclə gördükdən sonra oradan uzaqlaşdım. Güzgüdə özümə baxıb, bir az da özümdə əl gəzdirib, makyajımı yeniləndim. Kişilərin bu dəqiqə durub yeyəcək tərzində baxışların altında çay içdim. Daha sonra avtobusa minib oradan uzaqlaşdıq.
 
Bir neçə saatdan sonra artıq Qazaxda idim. Avtobusdan düşəndə bir az daha fikirləşdim. Qazaxın özündə qala bilməzdim. Məni burda tapa bilərdilər. Buna görə oradakı marşutlara baxdım. Köhnəbulaq adlı kəndə gedəcək maşın var idi. 5 manat verdim və təkcə məni ora apardı. Yol boyunca ağsaqqal şofer məni dilə tutdu və bu kəndə illərdir öz əhalisindən başqa heç kimin getmədiyini deyib, təəccüblə mənim nə üçün getdiyimi soruşdu.- Ümumiyyətlə bu kənd Qazaxa da aid deyildi. Sanki, Tanrı tərəfindən unudulmuş bir yer idi.Bura həqiqətən mənim üçün xeyir edirdi. – Cavabında isə dedim ki, mən jurnalistəm. Kənd haqqında məqalə hazırlayacağam. Bacardığım qədər qadın səsi ilə danışırdım və guya boğazım ağrıdığından səsim pis çıxırdı. Təbii ki, mənim kimi cazibədar görünən biri üçün bu çox inandırıcı bir səbəb idi.
 
Bir neçə saat sonra Köhnəbulaq kəndində oldum. Maşın kəndin mərkəzinə yaxın bir yerdə saxladı. Hər yerdən peyin iyi gəlir, qoyun mələşməsi səsi eşidilirdi. Arxlardan ördəklər və qazlar su içir, qaqqıldaşaraq ora-bura qaçırdı.
Çən kəndin üzərinə örpək kimi sərilmiş, ağacların üzərində mirvari kimi inci dənələri yaratmışdı. Yarpaqların ucundan göz yaşları kimi damla-damla axır, sanki təbiət kədərdənmi, sevincdənmi- hər hansısa bir səbəbdən ağlayırdı. Dağ ətəyi olduğundan şeh yubkamın altından girir, bədənimi yalayırdı. Küçələrdə ölüm səssizliyi sürürdü. Tanrının da unutduğu bu yerdə, sanki insan yox idi. Ayağım palçığa batmasın deyə, çətinliklə gəzirdim. Zatən yer də, kələkötür idi. Bilsəydim, bir cüt düz ayaqqabı alardım.
 
Küçə boyunca gedəndə, at nalı səsi eşitdim. Belində tüfəng, başında basma papaqlı bir kişi atla sürətlə ötüb keçdi. Heç mənə fikir də vermədi. Kəndin dörd yoluna çatırdım, hələ də heç kim yox idi. Döngəni dönərkən, üstümə doğru 30-40 nəfərin gəldiyini gördüm. Birdən dik atıldım. Sən demə, bu yas mərasimi imiş. Çiyinlərində tabut var idi. Qadınlar qara çadıraya bürünüb, “Hüüüüü-Hüüüüü” – edə-edə kişilərin arxasınca gedirdi. Qadınların niyə belə səs çıxarmasını başa düşə bilmədim. Dəstəyə qoşularaq, mən də qəbrstanlığa getdim ki, dəfndən sonra kiməsə yaxınlaşıb qalmaq üçün ev kirə edim. Çünki, unudulmağım üçün, bir müddət burada qalmalı, daha sonra saxta qadın pasportu ilə ölkədən qaçmalı idim.
Çox keçmədi ki, qəbrstanlığa çatdıq. Qadınlar çadıraya bürünmüş halda məzar başında cərgə ilə düzülüb, eyni səsləri çıxarırdılar. Kişilərdə tabutu məzara qoyurdular. Molla camaatdan soruşdu:
” Haqqınızı halal edirsinizmi?”
Camaat: “Etmirik! Hüüüüüüü”
Molla: ” Haqqınızı halal edirsinizmi? “
Camaat: ” Etmirik! Hüüüüüü”
Molla: ” Haqqınızı halal edirsinizmi?”
Camaat: ” Etmirik! Hüüüüüü”
Molla:” Məhbub qızı Zeynəbi, şəcərəyə uymadığına görə onu Cəhənnəmə yola salırıq. Allahdan onu yaxşı-yaxşı cəzalandırmasına görə lənət oxuyaq!”
Camaat:” Lənət olsun! Hüüüüüüüüüü!!” – daha sonra məzarı torpaqla örtürlərlər və dağılışmağa başlayırlar. Mən məəttəl qaldım. Bu necə dəfn mərasimi idi?! Yəqin basdırılan qız, kənddə bəkarətini itirib, daha sonra hər-hansısa bir yolla ölübdür. Kənddə adına söz çıxarıb.
Dəstə-dəstə gedən kişiləri arxadan səslədim. Əlində təsbeh hərləyən 40-50 yaşlı saqqallı kişilər mənə çönüb, gözaltı süzdülər. Onlara yaxınlaşdım:
- Salam, mən bu kəndə təzə gəlmişəm. Qalmağa yer axtarıram. Kimsə mənə ev kirə verə bilər? – səsimi incəldib dedim. Kişilər tərs-tərs bir-birlərinə baxıb, daha sonra mənə içlərində daha yaşlısı dedi:
- Bu kənddə yad yerdən gələnlər qala bilməz!
- Niyə ki? Pulu nədirsə verirəm də. Xahiş edirəm bir ev verin. – Burnu böyük, dişləri tək-tük olan kişi mənə baxıb dedi:
- Kəndin ağbirçəyi Büllur arvadın yanına aparaq. Qərarı o versin…
Kişilər razılaşdı. Əllərini bellərində qoyub söhbət edə-edə gedirdilər. Çox keçmədi ki, digər evlərdən daha köhnə görsənən bir evə gəldik. Məhlədə qadınlar gəzişir, yerdə oturub yuxa yayır, odun üzərində yemək bişirirdilər. Məni Büllur arvadın yanına saldılar. Qadın heç deyilsə 90 yaşını haqlamışdı. Taxt kimi bir yerdə oturub, qolunu dizinin üzərinə qoyub, təsbeh çevirirdi. Arxamdakı kişi, böyük ehtiramla onla görüşdü, əlindən öpüb məni də bunu etməyə tələb etdi. Mən də məcbur onun əlindən öpdüm. Arxamda dayanan kişi mənim burada qalmaq istədiyini Büllur arvada danışdı. Büllur arvad əlləri ilə kişinin otaqdan çıxmasını istədi və mənə xırltılı səslə dedi:
- Adın nədir, qızım?!
- Adım…Adım… Ayladır – özümə ad qoymaq yadımdan çıxmışdı . Ağlıma axrıncı dəfə yatdığım qızın adı gəldi və söylədim. Ürəyimdə güldüm.. Bakının avtoritetlərindən ən gənci olan Fərhad, yəni mən, indi Ayla idi. Öldürdüyüm adamların meyidi bunu eşitsə, yəqin ki, məzardan çıxar, bərkdən-bərkdən gülər və gülməkdən yenidən ölərdi.
- Mən bu kəndin ağbirçəyiyəm. Burada məndən xəbərsiz quş da uça bilməz, ağacdan yarpaq da düşə bilməz. Bax haa…. Məni yaxşı-yaxşı tanı. Sənə icazə verirəm burada qalmağa. – çənəsi əsə-əsə güclə danışırdı.
- Çox sağolun, nənə..
- Amma bir şərtlə… Kəndimizin öz şəcərəsi var. Əgər sən bu adətlərə qarşı çıxsan, səni kənddəki hər kəs asar. Dünən, köpək qızı Zeynəbi buna görə dəfn etdilər. Çünki, kafir idi. Adətimizə sadiq qalmadı.
- Nə etmişdi ki?! – yerdə diz üstə oturmaqdan ayaqlarım üyüşmüşdü. Mənasız yerə sual verdim, bu qocayla danışmaq lazım deyildi. Qoca qəflətən dedi:
- Tumantökdü gecəsində tuman atmadı. – Özümü güclə saxladım gülməmək üçün.
- Tumantökdü nədir ki?!
- Bax, kəndimizdə qalırsansa, sən də məcburən şəcərələrimizdə işitrak edəcəksən.
- Oldu! Yaxşı. Söz verirəm, iştirak edəcəyəm!
Qadın Tumantökdü nə oduğunu mənə söyləmədi. Məni elə burada otağa apardılar, bir boşqab qaynar dovğa, yuxa, pendir və göy-göyəti gətirdilər. Yerdə oturub yedim. Kənd yeməkləri həqiqətən əla dadırdı. İçəri bir qadın girdi və mənə geyinməyim üçün paltar gəitrdi. Telefonumu şarja qoymaq istədim. Üzündə tük olan qadın dedi ki, burada işıq hələ çəkilməyib. Məəttəl qaldım… Bu kənd heç olmasa dövrümüzdən 1 əsr dala idi. Əslində,bura çox maraqlı gəlirdi. Həmişə şəhər həyatında böyümüşəm, indi burada özümü başa düşməyim üçün çox zaman olacaq.
Ciyildəyən taxtanın üzərində əynimə kənd qadınlarının geyindiyi paltardan geyindim. Uzun tuman, boğaza qədər olan paltar və üzərindən də jaket geyindim. Ayaqlarıma başmaq, başıma isə çəkmə bağladım. Güzgüdə özümə baxdım: “Hahahahaha, nə hallara düşdük…”
 
1,5 milionluq çantamı etimadlı bir yerə qoymalı idim. Fikirləşdim ki, elə bura yaxşıdı. bir müddətlik yatağımın altına qoydum. Həyətə çıxdım və göy-göyərti təmizləyən qadınlar hərəsi bir ağızdan qışqırdı:
- “Gəl, ay gəlin! Gəl, utanma! Ağez utananın oğlu olmur eee! Hahahahaha! – ay necə də “gülməli”. Demək olar ki, ətim töküldü. Amma özümü ifşa eləməmək üçün qadınların yanına yaxınlaşdım. Qadın dedi:
- Qadanalım çəkinmə ey az, bir dəstə kişniş də sən təmizlə.
- Hə xala, indi… – bir vaxtlar bu əllərlə Fikrətin dediyi adamları bıçaqlayır, güllələyirdim, indi isə kişiniş ayırıb, köklərini qoparırdım. Hardasa 3 saat kəndin bütün qiybətini dinlədim, az qala intihar edim. Sonda biri dedi:
- A qızım, sən gözəl göyçək qızsan, niyə gəlmisən buralara? Nəçisən, nə iş görürsən?! – Həyatım haqqında bir intriqa yaratmalı idim. Həmişə ki, şablon qadın həyatı dramlarından danışmağa başladım:
- Atam çox içirdi, sonra anamı və məni döyürdü. – elə ilk cümləni demişdim ki, hərəsi bir ağızdan qışqırdı:
“Əlləri qırılsın, yetim qalsın, canı yansın!” – “Az hə, davam elə, sonra nə oldu?”
- Atam çox içdiyindən, qara ciyar xəstəliyindən öldü. – Bayaq söyən qadınlar, indi:
” Booooooy, yazıq kişi. Dözə bilməyib də qəhrinə, hüüüüü” – Bu qadınlar mənlə məzələnirdi, yoxsa həqiqətən belə idilər, deyə fikirləşdim. Sonra davam elədi:
- Anam işlədi və mən oxudum. Universitetə qəbul oldum, oxuya-oxuya işlədim, jurnalist oldum.
- Az, zurnalist nə demədki? Zurna çalırsan yəni? – başa düşdüm ki, mənlə məzələnmirlər, ciddidirlər.
- Yox ay xala, yəni qəzet yazıram. Ona görə kəndə gəlmişəm. 1 ay qalıb, bu kənd haqqında yazacam.
- Həəə, evlisən mi? Aşnan varmı?
- Yoxdu, ay xala. Nə bilim, taleyim gətirməyibdi də….
- Az, elə yaxşı eliyirsən evlənmirsən… Bax bu kənddə heç bir qadın evlənmir. Evlənmək nədi ee…
- Başa düşmədim, bəs burda necə ailə qurulur? – əlimdəki kişnişin kökünü bıçaqla kəsərək dedim.
- Burada, “tumantökdü”- şəcərəmiz var. Büllur arvad sənə danışmadı?
- Yox, nə olan şeydir? – hər nədirsə, o basdırılan qızla əlaqəsi olduğunu bilirdim. Ona görə soruşdum.
- Demək ay qızım, burda kəndin kişiləri bir otağa doluşur, bizdə damdan tumanlarımızı atırıq, hansı kişi kimin tumanını götürsə, onunla yatırıq. – bu xalalar, məni doluyurdu?
- Yox , ağez- o biri kəndli dedi.
- Bəs birdən sənin tumanın qohumuna düşdü?
- Fərqi yoxdu, yenə də yatırıq. Bax dünən 13 yaşlı Zeynəb öldü. Bilirsən niyə? Tumantökdüdə, öz atasına düşmüşdü. O da yatmaq istəmədi və kəndimizin ağbirçəyi Büllur nənəni cırmaqladı. Buna etiraz edənləri də, kəndin arvadları asır. Çünki, bu bizə hədislərdən gəlir. 13 əsrdir ki, u şəcərəni edirik. Buna etiraz edən kişini də, qadını da asırıq. Çünki, onlar Allaha qarşı olanlardı.
-…. – nə içirlər, nə çəkilər bunlar? Başa düşə bilmədim.
- Bax ,2 gün sonra yenə mərasimimiz olacaq. – qadınlardan biri dedi.
- Hansı mərasim?- ürəyimə ağrı girdi.
- Tumantökdü də!…Hansı adət olacaq?! Görək sənə kim düşəcək?!
Qadınlar: Hahahahaha.
- Mən iştirak eləməsəm olmaz?
- Kənddə yaşayırsansa, olmaz. Məcbursan.
Mən kəndə yox, ağır psixoloji problemlər yaşayan bir yerə gəlmişdim. Bir az həyətə çıxıb, sıqaret yandırdım. Kəndli qız paltarında siqaret çəkən ilk kişi mən olmalı idim. Fikirləşdim ki, bir bəhanə uyduraram. Siqareti atdım və ətrafa baxdım. Kənarda uşaqlar oynayırdı. Saçı hörüklü balaca qız, diqqətlə durub üzümə baxırdı. Əli ilə məni qəflətən göstərib qışqırdı: ” Öləcəksəəəən” – bu artıq qorxu filminə çönürdü. Burada normal adam yox idi. Biz də deyirik ki, həyat kəndlərdədir. Kənddən şəhərə gələnləri qınayırıq. Yəni belə manyak mərasim olar?! Nəysə…
Otağa keçib, pulları və çantadakı silahı yoxladım. Hər şey qaydasında idi.
Artıq gecə düşmüş, şamlar yandırılmışdı. Bütün qadınlar yerdə oturub, Büllur arvadın möizələrini dinləyirdilər. Daha sonra yatmağım üçün otağa keçdim. Soyunub normal yatmaq istəyirdim ki, qapıdan içəri kəndli qadın girdi. Hardasa 30 yaşı var idi. Mənə bildirdi ki, bəs birlikdə yatacağıq. Ürəyimdə özümə lənət oxusamda, dedim ki,” Əlbəttə”.
 
Gecə məhlədə itlər hürüşürdü, arxın özünə məxsus iyi aləmi götürmüşdü. Hər şeydən də pis yanımda uzanan bığlı qadının üzərindən gələn peyin iyi və at kişnəməsi kimi səslənən xorultusu idi. Birtəhər gözümə az-az yuxu girirdi. Bir yuxu gördüm, Bakıdakı sevgilim Ayla ilə sevişirdim. Saçlarını sinəmə tökmüş, boğazımdan öpə-öpə aşağı düşürdü. Yuxudan oyananda, yanımda uzanan peyin qoxulu arvada sarılıb, boynundan öpürdüm. Dik atıldım… Az qala qusam… Amma yanımdakı kəndli qadın mənə dedi:
- Niyə dayandın, ağez. Xoşuma gəlirdi. Davam elə…
- Daha sizin lezbiyan olduğunuzu da bilmirdim.
- O nə deməkdir?! Davam elə.
- Yox, istəmirəm. Yuxu görürdüm. Qəsdən olmadı. – demişdim ki, yenidən xoruldamağa başladı.
Mən də yatmağa cəhd etdim…
 
***
Günəş aram-aram dağların şehi arasında parıldamağa başlayırdı. Xoruzun səsi kənd əhlini oyatmağa qərarlı idi. Qadınlar oyanmış, süfrə açılmışdı. Qatıqlar, isti təndir çörəkləri, çaylar süfrəyə düzülmüşdü. Hər kəs iştahla yeyir, somavar çayından xortuldadaraq içirdi. İlk baxışda məsum görünən, bu sadə kəndlilər sevimli görsənirdilər. Ancaq, bunların hamısı toplu halda şizofreniya xəstəliyindən əziyyət çəkənlər idi. Hətta buna görə 13 yaşlı qızı da öldürüblər. – Çörəyi qatığa batıraraq ,fikirləşdim. Hər kəs doyandan sonra süfrəni yığışdırdıq. Qeybət vaxtında dünən təkrar olunan hər şeyi bir daha təkrar etdilər. Birdən darvazanın ağzında atlılar peyda oldu. İki kişi içəri girdi və səslərini eşitdim. Fikir vermədim ilk öncə. Məni bura gətirən kişi qışqırdı:
” Ay Büllur arvad, bax gör kim gəldi. Muştuluğu ver, nəvən Fikrət buradadı” – Fikrət adını eşidən kimi, başımı çevirib üzünə baxdım:
- Bu… Bu… Yəni necə tapdı məni? Bu bizim Fikrət idi. Üzərində kənd paltarı var idi. Amma deyəsən, kəndli kişi “Büllurun nəvəsi ded”i. Hə…hə.. Elə eşitdim. Büllur Arvad qapıdan beli bükük halda çölə çıxdı: “Ayyy, Ayyyy qadddasını alım, gör kim gəldi”. Üzümü çevirib qadınlardan soruşdum:
- Fikrətin nə işi var burda? – İstəmədən həyəcandan kişi səsi ilə soruşdum. aha sonra öskürüb qadın səsi ilə təkrar soruşdum.
- Büllur arvadın nəvəsidir. Bilirsən nə kişidir? Hər ay gəlib Tumantökdüdə iştirak edir.
- Nə ??? Fikrət?
- Az həəə. Bilirsən nə kişidir? Bəh-bəh-bəh. Onunla yatan qadınlar, sonra başqa kişi ilə yatmaq istəmir. Görək bu dəfə kimə düşəcək.
Bəxtin beləsinə də tüpürələr də! O qədər əziyyət çəkib buralara gəlmişəm, Fikrət sən demə elə bu kənddən imiş. Əgər indi qaçsam, şübhə yaradar. Həm Fikrət çantanı da tanıyır. Ehtiyatlı olmaq lazımdır.
Fikrət üçün süfrələr açıldı, kabablar çəkildi. – Oğru aləmində ad çıxarmış narkobaronun belə işlərlə məşğul olmasını başa düşə bilmirdim. Şəhərdə qız yox idi? Azərbaycanın bütün müğənniləri ilə birlikdə olub, hərəsinə 1 gecə üçün 300 min verir, amma gəlib burda qrup seksi ilə məşğuldur? Başa düşə bilmirəm. – Qadınlardan biri mənə dedi:
- Ağez, Ayla, az sənnənəm. Ala bu boşqabı apar qoy Fikrətin qarşısına. Yemək çəkəcik indi. – heç kimi şübhələndirməməli idim. Boşqabı gətirib Fikrətin qarşısına qoydum. Fikrət üzümə diqqətlə baxdı. Mən getmək istəyəndə, arxamdan dedi:
- Dayan!. – həyəcandan mədəm sancdı.
- ….- çönüb üzünə baxdım.
- Səni ilk dəfədi burda görürəm. Amma tanış gəlirsən..
- Nə bilim, alma-almaya bənzər, üh-üh-üh.- deyib çəkməni üzümə tutub, burcuda-burcuda utanqac qızlar kimi qaçdım.
Kənddən necə qaçacağımı fikirləşib, plan cızırdım. Amma bu münkün deyildi . Kənddə atdan başqa heç bir şey yox idi. Heç vaxt da at çapmamışam. Piada qaçsam məni tutub, manyak əhali çarmığa çəkər. 13 yaşlı qıza nə ediblər! Kişi çıxan qadına nə edəcəklərini fikirləşdim. Ürəyim bulandı. Hava artıq qaralır, hər kəs evə yığılışırdı. Şam yandırıb digər qadınlar kimi, Büllur arvadın başına yığılışıb, sabahkı Tumantökdü- mərasimidən danışdıq. Qoca arvad ağız dolusu, intim söhbətlər edirdi. Hətta bir ara ehtiraslanmışdım da. Az qala ifşa olunum. Otaq qaranlıq olmasaydı, mənim kişi olduğum hər kəsə məlum olacaqdı.
Daha sonra yenə yerimə uzandım, bığlı lezbiyan kəndli xala, gəlib yanımda uzandı. Uzanan kimi xoruldamağa başladı.Gecə oyanıb çantanı da yoxladım. Səhər nə olursa olsun, qaçmalı idim. Olmasa güc tətbiq edərəm. Amma buranın kişiləri tüfənglə hərlənir, məni tapsalar parça-parça edərlər. Elə bu fikirlərlə yuxuya getdim. Xoşbəxtlikdən bu dəfə yatanda bığlı lezbiyan kəndli xalaya heç nə eləmədim.
 
***
Səhəri “Hüüüüüü” səsləri ilə açdım. Çəkməni başıma bağlayıb otaqdan çıxdım. Qadınlar yemək hazırlaya-hazırlaya qışqırırdı:
 
” Biz Köhnəbulaq qadınlarıyıq, şamü-səhər səhər yanarıq,
Hər kişinin altında səhərəcəcən sevgili həmdəm olarıq,
Çalın mahnıları, tökün tumanları, bu gecə Tumantökdü..
Bu gecə Tumantökdü, Bu gecə Tumantökdü
Hüüüüüü, Tumantökdü, Hüüüüüü, Tumantökdü,Hüüüü”
 
Bu qadınlar meyxana oxuya-oxuya yemək hazırlayırdı. Qadınların belə olması, məni qaçdığım qatildən də çox qorxuzudu.
Çantanı götürüb qaçmağım üçün heç bir şərait tapa bilmirdim. Artıq axşam yaxınlaşırdı. Kişilər artıq evin həyətinə doluşurdu. Büllur arvad şəcərənin başladığını dedi. Kişilər də, qadınlar da bir ağızdan ” Hüüüüüüüüüüü” qışqırdı. Fikrət də kişilər arasında idi. Xoşbəxt görsənirdi. Qadınlar, otağa girib, tumanlarını çıxardıb,tumanlarının başlarına qələm ilə adlarını yazırdılar. Mənə göstərilən hər şeyi, təkrar elədim. Daha sonra içəri kişilər doluşdu. Hər kəs kişilərin gözlərini başlarındakı çəkmə ilə sıx, sıx bağladı. Büllur arvad, qayda pozuntusu olmasın deyə kişilərin içində oturdu. Qadınlar əllərinə çömçə qazan alıb vura-vura, meyxana oxuyurdu:
“Bu gecə Tumantökdü, Bu gecə Tumantökdü
Hüüüüüü, Tumantökdü, Hüüüüüü, Tumantökdü,Hüüüü”
Elə meyxananı oxuya-oxuya bütün qadınlar evin damına qalxdıq. Hər kəs “hüüüü-hüüü” – deyə-deyə tumanları bacadan aşağı atdı. Kişilər ordan götürüb, kimə hansı ad düşürsə, onunla yatacaqdı. Etiraz edənlər isə asılacaqdı. Qadınlar başlarını silkələyə-silkələyə , bərkdən qışqıraraq çömçəni qazana vururub elə hey qışqırıb meyxana oxuyurudular. Mən hara düşdüyümü bilmirdim. Az qala ağlımı qaçırım. Daha sonra qadınlar cərgəyə düzüldü. Sıra ilə kişilər bir-bir özlərinə düşən qadını götürdü. Mənim isə başıma həmişə olamzın şeylər gəlməli idi. Bunu hiss etmişdim ki, belə olacaq. ” Mənim tumanım Fikrətin əlində idi”.
Qarnıma ağrı girdi, sancılandım. Fikrət məni qolumdan tutub, yatdığım otağa apardı. Məni yatağa atdı və paltarını soyunmağa başladı. Çox keçmədi ki, ereksiyaya uğamış balaca aləti ilə qarşımda dururdu. İstədim lağ edim ki, əəə bu nədi? Amma etmədim. Ağlıma bir fikir gəldi: ” Onu öldürüb, buradan qaçacaqdım” Onu sığallaya-sığallaya yatağa uzatdım və daha sonra başa bağlanılan ucun çəkməni iki hissəyə cırıb, əllərini yatağın dəstəyinə bağladım. Fikrət dedi: ” oooo, kənd qızlarının fantazyasını bir bax.
- Hələ bu harasıdır ki- gülərək dedim. Yaylığı onun ağzına tıxadım və başımdakı pariki çıxartdım. Ona ehmalca dedim:
- Tanıdın məni? Fərhadam.
- Gözləri bərələn Fikrətin rəngi qaçdı. Nəsə demək istəyirdi, ancaq buna məhəl qoymadım. Yastığı sifətinə sıxdım. Elə hey çabalayırdı. Çox keçmədi ki, cansız bədəni qarşıma dururdu. İlk problemimdən qurtulmuşdum. Bakının məşhur narkobaronunu öldürmüşdüm. Parikimi taxıb, pul çantamı və silahı götürdüm. Hər nə yolu ilə olursa, olsun qaçmalı idim. Qapıdan çıxanda, Büllur arvad məni və otaqdakı Fikrətin cəsədini gördü və qışqırdı:
“Küçüüük, bura gəl”. – Arvadı itələdim, donqar beli üstə yerə yıxıldı və ordaca qaldı.. Deyəsən o da öldü. Çünki, başı bərk yerə dəydi. Çıxan səs küyə, hər kəs otaqdan qışqıra-qışqıra çıxdı. Lüt kişilər və qadınlar məni dövrəyə aldı. Əlimdəki silahı üzlərinə tutub öz səsim ilə qışqırırdım:
- Bir addım da yaxınlaşsanız, hamınızı gülləliyəcəm. Bir kişi əlində tüfəng izdəhamı yararaq üzümə tuşladı və dedi:
- Silahı yerə qoymasan, canını alajam! – Bu adamın bığlarına və çatma qaşlarına baxanda bildim ki, zarafatı yoxdur.
- Xahiş edirəm, icazə verin gedim.
- Silahı yerə qoy dedim.
O adamı güllələmək istəyəndə başqa tüfəngli lüt kişi arxamdan silahı yerə qoy dedi. Artıq təslim olmalı idim. Birini vursam, o biri vuracaqdı. Silahı yerə atıb, əlimi havaya qaldırdım, dərhal hər kəs məni təpikləməyə başladılar. Əllərimi bağlayıb ağaclara tərəf apardılar. Hər kəs lüt idi və gecəni aydınlatmaları üçün əllərində şam var idi. Çox qorxulu görsənirdi. Məni ağaca bağladılar və səhər tezdən kəndin ağbirçəyini , onun nəvəsini öldürdüyüm üçün və kişi çıxdığım üçün məni balta ilə doğruyacaqlarını söylədilər və çantanı götürüb getdilər. Evdən ağlaşma səsləri eşidilirdi.
Mən öz ölümüm ilə razılaşmışdım. Bir möcüzə lazım idi ki, bunların əlindən qurtulum.
Gecə saat 5 radələrində qaranlıqdan kimsə göründü. Bu mənimlə gecə yatan bığlı lezbiyan kəndli xala idi. Mənə yaxınlaşıb dedi:
- Bilirdim ki, sən kişisən. Gecə yatanda ayaqlarımda gəzən o şeydən sonra əmin olmuşdum ki, kişisən.
- Bəs niyə demədin heç kimə?
- Boynumdan öpəndə, mənim çox xoşuma gəldi. Sənə aşiq olmuşdum.
- Məni azad elə. Aç bu kəndiri, xahiş edirəm.
- Açaram, amma bir şərtlə. – bığlı lezbiyan kəndli xala dedi.
- Nə desən edərəm.
- Mənimlə elə buraca yatacaqsan?
- Nə?
- Mənimlə ol deyirəm.
- Yaxşı. – Birinci fikirləşdim ki, ölmək daha yaxşıdır. Amma yaşamaq üçün bunu etməli idim.
Əlimi açar-açmaz, məni ağacın dibinə uzadıb, üstümdə oturdu. Elə bil, üstümə at çıxmışdı. Elə onun kimi iylənir və səslər çıxarırdı. 30-40 dəqiqə ehtiras hisslərimin oyanmasına əziyyət çəkdim. Heç heyvanda da bu hiss yaranmazdı. Birtəhər, güc bəla ilə, işi bitirdim. Xala məmnun qalmışdı və ona dedim:
- Get o çantanı gətir, xahiş edirəm.
- Sənin kimi kişiyə görə hər şey edərəm. – Çox keçmədi ki, çantanı gətirdi. Vidalaşmaq üçün dodaqlarımdan öpdü. Bığı üzümə, gözümə batırdı. Amma bu xalanı unutmayacağam heç vaxt. Mənim buradan qaçmağım üçün, məhlədən gizlin çıxartdı və qapıda dayanan atlardan birini mənə gətirdi. At elə kişnədi ki, səsi hər yerə yayıldı. Bütün kişilər mən tərəfə qaçmağa başladı. Xala atın arxasını qamçı ilə bərkdən vurdu. At elə qaçırdı ki, az qala yıxılım.
O xala yaxşı adam idi, mənə görə indi ölməyə razılaşdı. Mənə arxadan qışqırdı ki, məni də çıxart çıxart . Mən də “Gələcəyəm” demişdim.
Arxamdan tüfəng səsləri gəlirdi. 1 saat heç bilmədim hara gedirəm. Amma onları itirmişdim və 1,5 million pulla sağ qalmışdım.
 
***
1 il sonra
Fikrət öldüyündən, canım o bəladan qurtulmuşdu. Casian Plazada böyük bir ofisimdə oturub viski içirdim. Qurduğum biznesdən axan pullara baxırdım.Özümə güclü mühafizə yaratmış və şəhərin ən varlı biznessmeninə çevrilmişdim. Keçmiş günləri də komediya kimi xatırlayıb, gülürdüm. Birdən ofismin qapısının arxasından səslər gəldi və gözəlçə katibəm Sabina içəri girib dedi:
- Qapıda bir qadın var, eləcə sizi görmək istəyir. Deyir arvadıyam onun.
- Nə? Arvadım? Elə şey olar? Mən nə vaxt evlədnim ki? Burax gəlsin görüm kimdi. Ha,ha,ha…
Viskini içdiyim yerdə qapıdan girən qadını gördüm, viski burnumdan gəldi, üstümü batırdım. Bu qadın “Bığlı, lezbiyan kəndli xala” – idi. İçəri girən kimi dedi:
- Salam, səni çox gözlədim, sən gəlmədin, Büllur arvadın nəvəsinin adamlarının sən tərəfindən öldürüldüyünü dedi. Mən də səni axtarıb tapdım. Axı biz bir-birimizi sevirik” – deyib, quağındakı bələkli uşağı göstərib: “Bu da oğlumuz, başına dönüm”-tək-tük dişləri ilə gülümsədi.
- Nə? – yoxsa hər şey yenidən başladı? Aman Tanrım..
 
Nicat Kazımov
Strasbourg Xatirələri
28.12.2012
Yuxarı