post-title

Hərəmdəki yad kişi

Ağlım olsa idi, elə o vaxt atama qulaq asıb, onun restoranında qalıb işləyərdim. Diplom işimi müdafiə etməyim gərək olduğundan, ərəb ölkələrinin tarixini araşdırmaq üçün məcbur olaraq tək Fransanın deyil, bütün dünyanın ən güclü universitetlərindən biri olan Parisdə yerləşən Sorbonna universitetinin dekanatlığı tərəfindən Ərəb ölkələri tarixini araşdırmaq üçün bu gün təyyarə ilə Səudi Ərəbistana gedəcəyəm.

 

 
Çantalarımı hazırlayıb, evdən çıxdım. Saint-Gomez küçəsindən təyyarəni uçuracaq pilotun dediyi yerə getdim. Bir müddət gözləyəndən sonra, başında uçuş papağı, gözlərində qalın hava keçirməyən eynəkli olan kişi yaxınlaşdı:
 
- Jozef sənsən? – üzündəki saqqalı qaşıyaraq dedi.
- Bəli mənəm. Siz Jakob olmalısınız. Buyurun, 300 frank mənə demişdilər. Burada elə 300 frank var. – Cibimdən pulu çıxarıb pilot Jacoba uzadaraq dedim. O gözündəki eynəyi çıxararaq dedi:
- 300 franka ancaq, Madridə kimi apararam. O bar-barların içərisinə girmək, canımı təhlükəyə atmaq deməkdir. – Onun yaşı 40-ı atlamışdı. Elə yaşının bicliyi öz təsirini göstərirdi.
- Yaxşı, 200 frank da götür. – Pulu ona uzadaraq dedim.
- Bu başqa məsələ. İndi səni istəsən Cəhənnəmə də apara bilərəm. Ha-ha-ha. – Təbii ki, onun zarafatına gülmədim. Zatən, araşdırmaya da həvəssiz gedirəm. Gözəlim Parisi, sevgililərimi qoyub, tanımadığım, bilmədiyim ölkəyə ayaq basmağa gedirəm. Nəyə lazım idi? Ehh… Anamın arzuları olmasaydı, indi öz həyatımı yaşayardım. Parisin ehtiraslı, gül iylənən parfümlü, gözəlləri ilə indi vaxtımı dəyərli keçirməli idim. Nəysə, Jacob məni 2 nəfərlik təyyarənin yanına apardı . Təyyarəyə çatanda, onun qapısından öpüb, əlini söykəyib danışmağa başladı:
- Jozef, əzizim, bu təyyarənin markası “FW-190″ adını “Zevs” qoymuşam. Tanrı kimi güclüdür, ha-ha-ha.3 il bundan əvvəl, I Dünya Müharibəsində Almanlar “Zevs”-i yaralamışdı. Amma sağ-salamat aşağı düşürdə bildim.
- Əminsən ki, elə bizi sağ-salamat apara biləcək?
- Hmm.. O məni yarı yolda qoymayıb. Aparar yəqin ki…
- Gedək onda, ümid edirəm, sağ-salamat çatarıq.
Jacob gödəkçəsinin cibindən viski çıxarıb, başına çəkib, dedi:
- Bilirsən, içki içmədən uça bilmirəm.
- Yəni vəziyyət o qədər qəliz imiş… – deyə mırıldandım.
 
Çox keçmədi ki, 2 nəfərlik təyyarənin arxa oturacağında oturub, başıma qoruyucu və havakeçirməz eynək taxdım. Jacob “Getdik” deyərək, mühərriki işə saldı. Pərvanələr fırlanmaqda güc çəkirdi. Avtomat kimi partlayan səslər eşidirdim. Mən artıq əmin idim ki, öləcəyik. Pərvanələr fırlandıqca, gözümün qarşısında dünən gecə yataqda yüz həngamədən çıxdığım Melisanı xatırladım. İndi bu təyyarənin üzərində yox, onun ləziz, ilıq, şaftalı ətirli tərli bədəninin üzərində olacaqdım.
 
Birdən təyyarə hərəkət etməyə başladı və hərəkət get-gedə sürətlənməyə başladı. Jacob “Uçduuuuuq” deyə qışqırdı. Deyəsən, viski onu transa keçirmişdi. Təyyarə birdən havaya qalxdı, mənim ilk uçuşum olduğundan çox qorxur və həyəcanlanırdım. Az qala yediyim “bagnier”-lərini ( Fransız peraşkisi) qaytarım.
Yavaş-yavaş uçuşa öyrəşirdim. Dünya sanki ayağımın altında idi. Üzümə dəyən külək, paltarımın altına girib, bədənimi yalayırdı. Eynilə Melisanın bədənimi yaladığı kimi. Hər şey yuxarıdan çox kiçik görsənir, insanlar artıq gözə dəymirdi. 3 saatdan sonra ucsuz-bucaqsız bir səhra üzərində gedirdik. Mən uçmağın ləzzətini yaşayarkən Jacob birdən qışqırdı:
 
- Heeey gənc oğlan, bərk dur, qabaqdan qum qasırğası gəlir. Geri döndərəcəm təyarəni.
Bu zaman içimə yenidən bərk qorxu girdi. Qum fırtınası sanki, sanki yerlə səmanı birləşdirmişdi. Jacob bir həmlə ilə havada dairə cızaraq təyyarəni geri çevirdi. İndi qum fırtınası elə bil, arxamızca düşmüşdü. Bizi ələ keçirib, parçalamaq istəyirdi. Ancaq bundan qurtuluş yox idi. Çox keçmədi ki, qum fırtınası bizi haqladı. Artıq, göz heçnəyi görmürdü. Qum mühərrikə dolduğundan, pərvanələr dayandı. Jacob ” Yerə düşəcəyik” deyə fəryad etdi. Və elə dediyi kimi də oldu.
 
***
 
Parlaq və şəffaf bir işığın içərisindən məlahətli bir səs məni çağırırdı. Səs o qədər gözəl idi ki, mən o tərəfə addımlamağa başladım. Yəqin ölmüşdüm və mən də Cənnətə gedirdim. – birdən gözümü açdım. Gördüyüm yuxu imiş.
 
Gözlərimi açdığımda, nə baş verdiyini xatırlamağa çalışdım. Son xatırladığım şey havada Jakobun fəryadı idi. Baş hərlənməm kəsdikdən sonra ayağa qalxdım. Səhralığın düz ortasında idim. Məndən 20 metr aralıda bir hissəsi təpəsinə girmiş, tüstüləyən təyyarə var idi. O tərəfə iri addımlarla tələsməyə başladım. Jacobu yerdə uzanmış halda tapdım. Əlimi onun boğazına qoyaraq, nəbzini yoxladım. Bədbəxtlikdən, o ölmüşdü. Onun cibindən viskini çıxarıb, öz cibimə qoydum. Çünki, bu səhradan çıxana kimi bu viski köməyimə dəyə bilərdi. Təyyarə parçalarından xaç düzəldərək Jacobu səhranın elə düz ortasına dəfn elədim. İndi bilmirdim, hansı tərəfə gedim. Küləyin əsdiyi istiqməti tapıb, düzgün yolu tapmağa cəhd etsəmdə, alınmadı. Çünki, külək elə bil dörd tərəfdəndə əsirdi. Bir istiqamət seçib getməyə başladım.
 
Arada viski ilə dodaqlarımı isladırdım. Günəşin şüaları məni qovururdu. Üzərimdəki paltarı çıxarıb başıma doladım. Hər qalxdığım qum təpəsəi mənim üçün ümid idi. Hər dəfə qalxanda düşünürdüm ki, indi bir kəndə çatacağam və ya kimisə görəcəyəm. Özümü tavada əriyən yağ kimi hiss edirdim. Günəşin təsirindən dərimin rəngi qızarırdı.
 
Artıq yorulmuşdum. Viski də bitmişdi. Təpələri keçə bilmirdim. Hər dəfə yıxılıb fırlana-fırlana düşürdüm. Birdən qum təpələrin arasında yaşıllıq gördüm. Oradan çay da axırdı. Daha addım atmağa taqətim qalmasa da, qaynar qum ayağımı parçalasa da, o yaşıllığı görüb ora qaçmağa başladım. Aman Tanrım, Melisa da orada idi. Çılpaq bədənlə məni səsləyirdi. Mən yaxınlaşdıqca, yaşıllıq uzaqlaşır, Melisa yox olurdu. Bu gördüyüm, günəşin təsirindən olan bir vahə idi. Elə oradaca yerə uzandım, ölməyim üçün gözlərimi yumdum.
 
***
 
“Yakhmenne-Yakhmenne, Vallahi ləzini fərül ziyab. Xarətül zəlil vəssəlam” – Belə bir səs eşitdim. Ancaq düşündüm ki, yenə günəşin təsirindəndir. Ancaq at səsləri eşidəndə gözlərimi açdım. Gözlərimi açanda başımın üzərində kimsə durmuşdu. Onun üzünü görə bilmirdim, günəşin qarşısını kəsdiyindən onun üzü qaranlıq görsənirdi. Əlimi uzadıb su istədim. O da mənə su verdi. Bir tuluq suyu canıma çəkib, az qala boğulana kimi içdim. Başımı çevirəndə arxamda yüzə yaxın qara geyimli, üzlərini şərflə bağlamış atlılar var idi. Biri yaxınlaşıb xənçər çıxarıb, boynumu vuracaqdı ki, deyəsən dəstənin lideri olan ağ atın belindəki adam buna izin vermədi. Bu atlılar Bədəvi quldurları olmalı idilər. Onların əlinə düşməkdənsə , burada ölsəm daha yaxşı olardı. Ərəb ölkəri tarixi üzrə diplom işi müdafiə etdiyimdən, 3 il ərəbcə öyrənmişdim. Dəstənin lideri dedi:
 
- Onu öldürmüyün. Bədəni güclüdür, aparıb qul bazarında satarıq. Daha çox pul əldə edə bilərik. – düşündüm ki, bu variant ölməməkdən yaxşıdır. Çünki, yaşayıramsa demək ki, hər şey yaxşıdır. Bədəvi liderinin əmri ilə əlimi kəndirə bağladılar, kəndirin digər ucunu isə atın yalısına bağladılar. Məni 3 saat yerdə sürükləyə-sürükləyə apardılar. Orqanizmalarımın bir neçəsini bir müddətlik itirdiyimi artıq hiss edirdim. Bədəvilər öz kəndlərinə gəldilər. Məni bir qoca sağaltmağa başladı. Burada mənə məlum oldu ki, Memleké’l Ürdüniyyé’ Haşimiyyé yəni, Ürdün sultanlığındayam. Ərəb ölkələri içərisində ən qəddar olan bir ölkə. Hətta Nadir Şah belə onlarla baş edə bilməyib.
Bir neçə gün sonra məni çılpaq halda qul bazarına çıxardılar. Məni satan kişi boynuma keçirilmiş kəndirin ucundan tutaraq, elə hey tərifləyirdi. Qabağıma 60 kiloluq zənbil qoyub tez-tez götüzdürüb, gücümü göstərirdi. Qulların içərisində ən əzəmətlisi mən görsəndiyimdən, məni hərraca çıxarmışdılar. 10 dirhəm, 100 dirhəmə qədər yüksəldi. 100 sonra 200 oldu və yenə qalxa-qalxa getdi. Barmaqlarında yaqut, qızıl, firuzə daşlarından hazırlanan, ipək geyimli bir kişi mənə ən çox pul verən oldu və boynumdakı ipi ona verdilər.
Sən demə, məni alan, Ürdün Krallığının sarayının işçisi imiş. Çox yox, 2 həftə bundan əvvəlki, zadəgan və zəngin həyatımı fikirləşib və bu günki günümə baxıb qeyri-ixtiyari gülürdüm. Ağam, mənim qarnımı ədviyyatlarla dolu, ürək bulandırıcı bir yeməklə doyuzdurdu. O gedəndən sonra başqa biri gəldi və mənə dedi:
- Bilinir, təzə gətiriblər səni buraya. Hələ kəsməyiblər?
- Nəyi kəsəcəklər?
- Onu kəsəcəklər də… – Gözləri ilə cinsi alətimə baxıb dedi. Əlimi tez onun üzərinə qoyub dedim:
- Niyə? Səbəb nədir? Sünnət edəcəklər yəni?
- Sünnətdən də ötə bir şeydir. Kökündən kəsəcəklər, sadəcə çəçələ barmağı qədər bir şey saxlayacaqlar ki, ayaq yoluna gedə biləsən.
- Nə?! Niyə ki?
- Saraya gətirilən bütün kişiləri, xədim edirlər. Hərəmdə Sultan Abdullahın zövcələri var. Hərəmə ancaq qadınlar və kişilikdən məhrum olanlar girə bilər. İndi dur get sarayın baxçasının ağaclarını buda, görək əl işin necədir.
 
Penisimin kəsiləcəyini fikirləşərkən, ürəyim ağzımdan gələcəkdi. Yəni, belə vəhşət olar?! Həyətdə sultanın böyük baxçasının ağaclarını budayarkən, saraydan qaçmaq üçün hər tərəfə göz gəzdirirdim. Bu mümkün deyildi. Çünki, sarayı 500dən çox mühafizəçi qoruyurdu. Bu dəhşət idi. Deyəsən, göz görə-görə penisimin kəsiləcəyi ilə razı olacağam. Elə bu an həyətə mühafizəçilərin qolları arasında qışqıran bir kişini gətirdilər. Mən uzaqdan görürdüm. Onun başını mərmər daşın üzərinə qoydular. Daha sonra cəllad “Allah-u Akbar” deyib kişinin başını vurdu. Qanı ətrafa sıçırayırdı. Mən elə oradaca qusdum. Bu saray Cənnətə oxşasa da, içərisində Cəhənnəm əzabı verilirdi. Mən necə bura düşdüm, Tanrım?! Lütfən, köməyimdə ol. Amen…
 
Gecə, samanlıqda mənə verilən bir qarışlıq otaqda yuxuya gedərkən, birdən-birə qapımı kimsə açdı. Dik atılıb, içəri girənə baxdım. Bu artıq xədim olmuş bir “kişi” idi. İçəri girən kimi, xələtinin altından torba çıxarıb, üzərimə ataraq dedi:
- Bunları geyin, gedirik.
- Hara gedirik?
- Sual vermə, əmr edirəm. Tez ol. Bilirsən mən kiməm? Mən hərəmxananın, baş xədimiyəm. Sənə dedim geyin, deməli geyin.
Olanları sadəcə komedik hadisə kimi görüb, ürəyimdə gülürdüm. Torbanın içərisindən qadın çarşafı çıxdı. Bunu bədənimə keçirdim. Sadəcə gözlərim görsənirdi. Xədim otaqdan çıxanda, mən də onunla birlikdə çıxdım. Hərəmxanaya artıq daxil olmuşdum. Hərəmxana mühafizəsi, mənim qadın olduğumu fikirləşdiklərindən, şübhə etmədən qapını açdılar. Xədim uzun dəhlizdən bir qapıya yaxınlaşdı. Qapını açıb içəri girib, ayaq üstə duran qadına baş əyib, “Onu gətirdim” dedi. Qadın onun qarşısına bir xurcun qızıl atdı və otaqdan çıxdı. Mən isə çarşaf altından o qadına baxırdım. Bura niyə, nə üçün gəldiyimi bilmirdim. Bu qadın məndən nə istəyirdi? Çarşaf altından, düzəməlli üzünü də görə bilmirdim. İçəridəki qızılgül ətri məni, mexoş edirdi. Külək Melisanın saçlarını dalğalandıranda, onun boynundan da belə bir iy gəlirdi. Qadın mənə yaxınlaşıb dedi:
 
- Çıxart çarşafı.- Dediyinə əməl etdim. Qarşımda ərəb gözəli dayanmışdı. İncə burnu, qara saçları, qara gözləri. Bədənində ipək döşlük , mədəsindən köbəyninin altına kimi açıq tor geyimi olan tül, köbəyinə taxılı mavi yaqut və ipək uzun yubka var idi. Saçları açıq, kürəyinə səpələnmişdi. Onun bihuş edici gözəlliyinin təsirindən qəflətən ayılaraq dedim:
- Siz kimsiniz?
- Sultan Abdullahın 78-ci arvadı.
- Nə ? Məni burada görsələr, öldürərlər. Getməliyəm buradan.
- Yox bura heç kim gəlmir. Səni baxçada işlərkən görmüşəm. Gözəl bədənin var. Səni istəyirəm.Sənin güclü bədəninə sahib olmaq istəyirəm…- Mənə yaxınlaşıb, dodaqlarımdan öpdü. Daha sonra öpə-öpə yatağa atdı. Üzərimdəki köynəyi çıxaraqdaraq, bədənimi boşqabın dibində qalmış yemək kimi yalamağa başladı. Dırnaqları ilə bədənim üzərində sanki, təbiət təsviri cızırdı. Üzərindəki, paltarı çıxardaraq, gözləri kimi qara olan gilələrini sinəmə sürtə-sürtə öpüşürdü. Əli ilə bədənimdə incəsənət əsəri yaradar kimi sığal çəkirdi. Həmin gecə 6 dəfə mənimlə birlikdə oldu. Onun adı sultan Rahiyya idi. 14 yaşında Abdullahın hərəminə gəlib. 16 yaşına çatana kimi Abdullah onunla yatıb, ancaq son 7 ildir ki, bu qız kişi üzü görməyib. Məhz buna görə də mənimlə neçə illik ehtirasını yandırırdı.
 
Hərəmdə çarşafla olarkən bir qadın idim. Heç kim şübhələnmirdi. Həmişə də Rahiyya ilə birlikdə ola bilməzdim. Xədim məni qadınlar qalan yerə apardı. Oranın qapısı açılanda gözlərimə inana bilmirdim. Yüzlərlə çılpaq qadın, yerdə oturub deyib, gülə-gülə mahnı çalır, oxuyur, söhbət edirdilər. Mənim o hərəmdə kişi olmağım bilinəndən sonra oranın bütün qızları mənə aşiq oldu. Mən artıq hamısının idim. Hər gün 5-i ilə birlikdə olurdum. Mənə üzüm yedizdirirdilər, meyvə doğruyurdular. Qadınlar hərəmində Cənnətə düşmüşdüm. Buranı tərk etmək istəmirdim. Bütün qızlar məni sirr kimi qoruyurdu. Çünki, onların ehtiras mənbəyi mən idim. Müxtəlif bədənlər, arıq,ətli, saçı uzun, saçı gödək, sarışın, qaraşın, gözü qıyıq, ala göz və s. Hər cürə qızlar var idi. Ən qocasının 25 yaşı var idi. Qızlar bütün günü mənə qoz və bal yedizdirirdilər ki, hamısı ilə birlikdə olmağa gücüm çatsın. Mən əmin idim ki, yeməsəm də bunu bacara bilərdim.
 
Bir gün xədim gəldi ki, bəs Sultan Rahiyya bu gecə mənimlə olmaq istəyir. Rəngli çarşafı bədənimə keçirirərək, qızlar kimi burcuda-burcuda Sultan Rahiyyanın otağı tərəfə xədimlə birlikdə gedirdim. Birdən-birə qarşımıza bir dəstə adam çıxdı. Xədim yerə sərələnib, kişinin ayaqlarından öpdü. Başa düşdüm ki, bu sultan Abdullahdı. Onun hündür boyu, geniş qarını var idi. Başındakı əbanın ortasında alma boyda sarı almaz var idi. Üzündəki səliqəli saqqalı tumarlayaraq üzümə baxıb gülümsədi. Mən də yerə sərələnib, ayaqlarından öpdüm. Sultan ayağa qaldırdı və onunla birlikdə getməyimi istədi. İnana bilmədim. Bu sultan sadəcə gözlərimi görməklə, mənə qarşı necə şəhvət hissi yarandı ki?! Xədimin rəngi qaçdı. Sultan Abdullah ərtafındakı insanları getməyini əmr etdi. Hər kəs geri çəkildi. Xədim əlini əlinə vuraraq “vay-vay” səsini eşitdim. Sultan Abdullahın ardı ilə gedirdim. Böyük və işıqlı otağa girdik. İçəridə yazı masası, taxtda tüstüləyən nargilə, və kənarda da böyük bir yataq var idi. O mənə yaxınlaşıb dedi:
 
- Ey nur gözlu mələyim, Tanrı səni mənə bəxş etdiyi üçün çox xoşbəxtəm. Tək gözlərin ilə məni həyəcanlandırırsan.
Bir söz deməli idim. O əlini uzadıb, çarşafı başımdan açmaq istərkən, yerə sərələnib, onun ətəyindən öpdüm. Bacardığım qədər cingiltili səslə dedim:
- Sultanım, sizin hüzurunuzda olmaq böyük şərəfdir, siz oturun, mən sizi həyəcanlandıracam.
Sultan qəşş edərək taxtına əyləşib, nargilənin borusundan tüstü udub, havaya buraxmağa başlayıb və dedi:
” Həyəcandan öldür məni, gözəlim”.
Hərəmin daxilindən həmişə musiqi səsi gəlirdi. Mən də o musiqi səsinə uyğun çarşafı çıxarmadan rəqs etməyə başladım. Bizim oralarda buna “striptiz” deyirlər . Arxamı çevirərək, əlimi çarşafın altından çıxardıb yavaş-yavaş dalğalandırmağa başladım, sonra digər əlimi də çıxardaraq eyni tərzdə etməyə başladım. Geri addımlarla Sultan Abdullaha yaxınlaşdım. Çarşafı elə çıxardım ki, hələ də bədənim görsənmirdi. Birdən-birə çarşafı sultanın üzərinə atdım. Sultan dik atıldı. Nə baş verdiyindən xəbərsiz idi. Mən də ağlıma gələn ilk şeyi elədim. Meyvənin üzərində olan bıçağı götürüb, üzərinə atlandım və onu bıçaqladım. Heç səsi də çıxmadı. İnsan öldümək əslində peşmançılıqla nəticələnir. Ancaq, düşdüyüm vəziyyətdə elədiyim günah deyildi. Çünki, o bilsəydi ki, mən kişiyəm, o məni öldürəcəkdi. Mənim elədiyim sadəcə, nəfsi-müdafiə idi.
 
Sultan Abdullah ölmüşdü. Bəs indi nə etməli idim? Çarşafı bədənimə keçirərək, qapının ağzına keçib, qadın səsi ilə qışqırmağa başladım:
” Mühafizə! Mühafizə! Hökümdara nəsə oldu!”- Qapıdakı bütün mühafizə içəri girdi. Hökümdarın yanına çatana kimi elə mən qapıdan çıxdım. Qaça-qaça qızlar hərəmxanasına girdim və onlardan qaçmağım üçün kömək istədim. Qızlar məni sevdiklərindən, ölməyimi istəmirdilər. Ona görə bütün riskləri boyunlarına almışdılar. Məni hamama aparıb, kəhrizin yolunu göstərdilər. Daha sonra çoxları ilə öpüşüb vidalaşdım. Kəhrizə girərək, sarayın altına düşdüm. Bura Parisin kanalizasiyasından da pis vəziyyətdə idi. Sarayın bütün nəcislərinin içərisində üzə-üzə saatlarla yol getdim və nəhayət axışa düşərək, çıxış əldə elədim. Qızların verdiyi qızıllarla demək olar ki, sərvətim var idi. Aydınlığa çıxandan sonra bir adam tapıb, 2 qızıl pula bütün paltarını aldım. Daha sonra atlı bir adama yaxınlaşıb, xeyli dirhəmə atını aldım. Üzümü əba ilə bağlayıb atla oradan uzaqlaşdım.
 
***
Bu olanları Fransada kiməsə danışsam heç vaxt inanmayacaq. Ona görə heç kimə deməmək qərarını aldım. Fransaya çatdığımda, hər kəs mənim öldüyümü zənn etdiyindən, məni tanıyanlar, məni görən kimi şok keçirirdilər. Daha sonra aldığım məlumata görə Ürdün Krallığının Sultanı Abdullah öldürüldüyündən sonra İngilislər krallığı ələ keçirmiş və daha sonra hakimiyyətə kralın oğlu Tallal keçib. Tallal da sonradan dəli olub İstanbula müalicəyə gedib. Onun yerinə isə Hüseyn keçib. Sultan Hüseyn də ingilislərdən qurtulmağa çalışıb və azadlıq müharibələrinə başlayıb.
 
İndi mən çıxıb desəm ki, Ümrüd Kralı I Abdullahın 100-dən çox arvadı ilə sevişmişəm və Abdullahı öldürmüşəm, kim inananar? Ölkənin bütün tarixi gedişini dəyişmişəm. Abdullah ölməsəydi, ingilislərə qarşı mübarizə başlamazdı. Ha-ha-ha.
 
Ümrüd Krallığının Amman şəhərindəki paytaxında öyrəndiyim şeylərə görə də, diplom işimi universitetin dekanatlığına təqdim etdim. Çox bəyənildi. Artıq Sorbon universitetinin fəxri professoru adına layiq görüldüm.
Melissa isə evlənib uşaq sahibi olmuşdu. Elə bilmişdi ki, ölmüşəm. Gündə 5 – 6 qızla yatandan sonra ehtirasa vaxt ayıra bilmirəm.
 
20 il sonra
 
Jozefin malikanəsinin qapısı döyülür, qapını Jozefin xidmətçisi açır. Tənginəfəs halda Jozefin otağına daxil olan xidmətçi deyir:
- Cənab Jozef, qapının ağzında 50-ə yaxın maşın və xeyli ərəb var. Sizi axtarırlar.
***
 
Həmin gün nəsə fərqli bir şey olacağını hiss etmişdim. Qapının ağzına çıxıb qapıdakı ərəblərə baxdım. Gözündə qara eynək olan, ağlibaslı ərəb dedi:
- Siz Jozefsiniz?
- Bəli, Jozefəm. Nə lazımdır?
Birdən ərəb məni qucaqladı, öpdü və sonra digərləri də bunu təkrar etməyə başladı. Hardasa, 30-40 ərəb məni öpüb bağırlarına basdılar.
- Başa düşmədim siz kisminiz?
- Biz sizin uşaqlarınızıq.
- Nə?
 
Nicat Kazımov
04.12.2012
Strasbourg xatirələri
Yuxarı