post-title

Məhbuslar!

(Bu şeiri həbsxana divarlarına həsr edirəm)

 
 
Soyuq divarlara məhbuslar
bir söz yazar... 
 
bayram axşamları divarlar
insan taleyi yaşar…
 
...eh, anam AZADLIQ!
 
dönüklükdən deyil, soyuqluqdandı:
- kimi babasının 
ölüm xəbərini döyər divarlara, 
kimi anasına arzularını, 
kimi oğluna ad günü təbrikini...
 
kimi divarlara sevgi xatirələrini anladar, 
kimi qızlarına səadəti, 
kimi qızına cəsarəti... 
 
bu axşam divarlar -
bir az Ayseldi,
bir az Günel,
bir az Səkinə, 
Bir az Nigar...
 
bu axşam uşaqlar
bir az Məhəmməddi, 
...divarlar bir az Nərgiz, 
bir az Əyanət...
 
amma bu dünya bir az yox, 
bir az çox xəyanətdi... 
bu dünyanın üzü yoxdu, 
özü var...
 
Ehey məhbuslar, 
sizə bu gün çox doğmadır 
isti nəfəsli soyuq-nəm divarlar...
 
Şəmşad AĞA
 
Kultura.az
Yuxarı