post-title

Kurt Vannequtun Massaçutest texnoloji universitetindəki çıxışı


"Başqalarının ürəyinə ehtiyatla yanaşın
Sizin qəlbinizə qarşı vecsiz olanlara qarşı laqeyd qalmayın."


Hörmətli məzunlar, günəşdən qorunmaq üçün kremlərdən istifadə edin!

Əgər sizə gələcək üçün bir məsləhət verə bilsəydim, o məhz günəşdən qorunmaq üçün kremlər barəsində olardı. Şəxsi, qarışıq və heç bir şeyə söykənməyən təcrübəmdən sizə deyə biləcəyim digər tövsiyyələrdən fərqli olaraq onların faydası alimlər tərəfindən sübut olunub.

Cavanlıqdakı güc və gözəlliyinizdən həzz alın, həyatı sevmədikcə o boş yerə ötüb gedir. İnanın mənə 20 il sonra öz şəkillərinizə baxanda hansı hissləri yaşadığınızı dərk etməyəcəksiz. Qarşınızda neçə-neçə imkanlar, qapılar açıq idi və əslində necə möcüzəli görünürdüz. Heç düşündüyünüz qədər də çəkiniz yoxdur.

Gələcək barəsində narahat olmayın. Yaxşı deyək ki, olun, amma bilin ki, bu narahatlıq cəbr dərsində misalı saqqız çeynəyərək həll etmək qədər effektivdir. Həyatda heç vaxt ağlınızdan keçməyən xoşa gəlməz hadisələrlə qarşılaşa bilərsiz.
Hər gün qorxduğunuz şeylərdən nəisə etməyə çalışın.

Oxuyun.
Başqalarının ürəyinə ehtiyatla yanaşın.
Sizin qəlbinizə qarşı vecsiz olanlara qarşı laqeyd qalmayın.
Dişlərinizi fırçalamağı unutmayın.

Vaxtınızı paxıllığa sərf etməyin, olur ki, qabaqda, olur ki, arxada olursuz, yarış uzundur və nəhayət bu yarışı özünüz özünüzlə aparırsız.
Aldığınız komplimentləri xatırlayın, təhqirləri isə unudun, əgər bunu bacarsaz, mənə də necə etdiyinizi deyin.
Köhnə sevgi məktublarını saxlayın, köhnə bank qəbzlərini isə tullayın.

Mütəmadi çəkinin.
Öz həyatınızla bağlı nə edəcəyinizə qərar verməmisizsə özünüzü günahkar bilməyin. Tanıdığım ən maraqlı insanlar 22 yaşında həyatlarını necə yaşamağı bilmirdilər və elə onlardan bir neçəsi qırx yaşlarında belə bunu bilmirlər.

Kalsium qəbul edin. Dizlərinizə qayğı ilə yanaşın, onlar sıradan çıxanda yoxluğunu hiss edəcəksiz.
Ola bilsin ki, evlənəcəksiz, ola bilsin yox. Ola bilsin uşağınız olacaq, ola bilsin yox. Ola bilsin qırx yaşında ayrılacaqsız, amma ola bilsin ki, yetmiş yaşında evliliyin beşinci ildönümündə balaca ördək rəqsini həvəslə oynayacaqsız. Hər nə etsəz belə, özünüzü çox da tərifləməyin, heç söyməyin də. Sizin seçiminiz hamıları kimi yarıbayarı hadisələrin hakimiyyəti altındadır.

Öz bədəninizdən həzz alın, bacardığınız kimi istifadə edin və başqalarının nə düşündüyü sizi qorxutmasın. Bədən — sizin ömür boyu sahib olduğunuz ən mükəmməl alətdir. Qonaq otağından başqa yer tapmasaz belə rəqs edin.

Və xahiş edirəm gözəl həyatlar barəsində jurnallar oxumayın, onlar sizə sadəcə özünüzü pis hiss etməyə məcbur edəcək.
Öz bacı və qardaşlarınızla mehriban olun, çünki onlar sizin keçmişinizlə bağlı ən yaxşı əlaqədir, böyük ehtimalla elə gələcəkdə də sizin yanınızda olacaqlar.
Unutmayın ki, dostlar gəlir və gedir, amma onlardan bir neçə dəyərlisini saxlamaq lazımdır. Həyatınızdakı qırılmaları ötürmək üçün bütün gücünüzü sərf edin, çünki yaş artdıqca sizə cavanlıqda tanıdığınız insanlar lazım olacaq.

Biraz Nyu-Yorkda yaşayın, amma o sizi bərkitməmiş tərk edin. Biraz da Bali adasında yaşayın, amma o sizi yumşaltmamış tərk edin. Ümumiyyətlə səyahət edin.

Bir neçə həqiqəti qəbul edin: qiymətlər artacaq, siyasətçilər qadınlarını aldadacaqlar. Siz də qocalacaqsız və onda xəyal edəcəksiz ki, biz necə cavan idik, qiymətlər ucuz idi, siyasətçilər daha yaxşı və uşaqlar da böyüklərinə hörmət edərdi.

Yeri gəlmişkən yaşlılara hörmət edin, çünki nə vaxt sizi həmişəlik tərk edəcəklərini bilmirsiz.
Düşünməyin ki, kimsə sizi himayəsinə götürüb saxlayacaq. Ola bilsin sizin investisiya fondunuz var, ola bilsin varlı həyat yoldaşınız, amma bilmirsiz ki, onların hər biri sizi nə vaxt tərk edə bilər.

Saçlarınızla çox da təcrübə aparmayın, çünki qırx yaş qapınızı döyəndə onlar səksən yaşındakı kimi görünəcək.
Hamımız nə vaxtsa gedəcəyik, amma sona kimi nəyəsə inanaraq dayanmaq lazımdır. Baxın elə çətin olan da budur, çünki insana elə gəlir ki, həqiqətən inanmalı bir şey yoxdur.

Bax belə məsləhətlər, hörmətli məzunlar. Amma sizə məsəhət verənlərə qarşı ehtiyatlı və səbrli olun — bu nostalgiyanın formasıdır, bu keçmişin zibilliyindən tilovla tutmaq, xoşagəlməz anları təzə boyalarla rəngləmək və onları olduqlarından daha dəyərli hazırlamaq yoludur. Amma o ki, qaldı günəşdən qorunmaq kremlərinin sizin dərinizi yanıqlardan qoruması, bu alimlər tərəfindən sübut olunub. Odur ki, cəsarətlə çəkin.

Tərcümə: Rəsul Həsənov
Kultura.az
Yuxarı