Elkin Xəlilov: Karantinin dadı

Публицистика

“Mən bir ağacın kökünə səpiləcək gübrəyəm”.

Həmişə Abbas Kiarostəminin filmlərinə baxmaq istəmişəm, amma hər dəfə bir hadisə baş verib deyə İran kinematoqrafiyası deyiləndə ilk yada düşüləcək üç adamdan biri olan rejissorun bir filiminə də baxmaq imkanım olmayıb.

Bəzən mənə elə gəlir ki, ya vaxtdan düzgün istifadə edə bilmirik, ya da doğrudan vaxt azdır, zaman sürət qatarı kimi şütüyür.
Amma hardasa qısa bir vaxt tapanda da bir neçə lüzümsuz rejissorun filminə baxmışdım. Deyəsən, koronavirus zamanın çarxını azca geri çevirib və ya sürəti azaldıb.
Beləcə, karantinin gətirdiyi zaman bolluğu, başqa işlərin olmamasından istifadə edib Abbas Kiarostami filimlərinə baxmağa başlamışam.
Haqqında yazmaq istədiyim film Kiarostamiyə Kann festivalının baş mükafatı olan - "Qızıl palma budağı"nı qazandırmış “Albalı dadı” (1997) filmdir.
Yeni trendə uyğun olaraq qeyd edim ki, bu filmdə "spoiler" olacaq, yəni biz baxmaq istəyirdik, sən hər şeyi dedin, filmin dadını qaçırdın kimi sözləri eşitməmək üçün…
Hərçənd bu film barədə və Kiarostami filmlərində "spoiler" nə qədər işə yarayır, onu da deməyə çətinlik çəkirəm. Süjet xətti, filmdəki dialoqlar, obrazların həyata baxışı, məncə, yeni "spoiler" dalğasının üstündə qalır.

Filmin baş qəhrəmanı İranda orta sinifə mənsub olan Bədii bəydi. Bədii bəy intihar etmək istəyir və hətta özünə qəbir də qazıb. Müxtəlif cür dərmanlar götürərək yola çıxır. Tək bir istəyi var: öləndən sonra qəbrinə torpaq atılması. Bunun edəcək adama yaxşı da pul təklif edir.
Beləliklə, Bədii bəy maşını ilə Tehran ətrafında dolaşır. Yeri gəlmişkən, bu filmə "Road movie" janrında çəkildiyini də deyə bilərik. Filmdə olan hadisələr Bədii bəyin maşınında baş verir.
Kiarostami bir maşının pəncərəsindən Tehran ətrafında insanların hansı həyatı yaşadıqlarını da bizə göstərir. Paket yığanlar, zibil maşının boşaldılmasını gözləyənlər, fəhləlik üçün uzun növblərdə duranlar...
Filmin mövzusu itihar, intihara cəhd etmək olsa da, "Albalı dadı" yaşamağın nə qədər önəmli olduğunu, həyatın, təbiətin gözəlliyindən bəhs edən bir filmdir deyə bilərik.
Baş qəhrəman film boyu maşınına üç nəfər alır. Onlardan biri Kürdüstandan olan əsgər, digəri Əfqanıstandan qaçqın düşmüş ilahiyyat fakültəsində oxuyan tələbə, üçüncüsü isə azərbaycanlı olan Təbiət Muzeyinin əməkdaşı .
Maşına minən şəxslər belə həyatın müxtəlif dövrlərini insana xatırladır. Əsgərin gənc olması, ilahiyyatçının orta yaşa doğru irəlləməsi, muzey işçisinin isə artıq yaşlanmaqda olması bir növ bizə həyatın mərhələlərini göstərir.
Bədii bəy gənc əsgərə bu təklifi etdikdə o bunu eşitmək belə istəmir, ondan geri qayıtmalarını, hərbi hissəyə gecikdiyi deyir. Hətta Bədii bəyin “bir düş aşağı, qəbirə bax” israrına da məhəl qoymur və qaçır.
İlahiyyatçı isə təbiətinə xass formada bunun günah olduğunu, Allahın bəxş etdiyi canı intihar ilə sonlandırmağı qəbul edilməzliyindən danışır. Yeri gəlmişkən maraqlı dialoqları olan filmdə Bədii bəyin illahiyyatçıyla yola çıxanda ona heç bir dini məsləhət verməməsini xahiş edir.
"Mən bilirəm, fikirlərim sənin dininə görə qəbul edilməzdi, həyatı Allahın verdiyini və onun ala biləcəyinə inanırsan, amma bir gün insan tükənir, Allahı gözləyə bilmir və bu an köməyə intihar gəlir"
Qəhramanımız bununla ona yol göstərmək istəyən, intihardan çəkindirmək istəyən adama etiraz edir. Bu səhnəni bir çox kino tənqidçiləri Kiarostaminin din qaydalarına qarşı çıxmaq isəməsi kimi yozur.
"Albalı dadı" filmi sujjet xətti ilə bərabər, məkan seçiminin çox uğurlu olması ilə diqqət çəkir.
Tozlu, qumlu, boz, dolanbac yolları ilə gördüyümüz məkan bir növ də filmin qəhramanı Bədii bəyin həyatını göstərir. Bədii bəy son olaraq maşınına azərbaycanlı olan Baxri bəyi alanda maşında belə bir dialoq baş tutur.
Baxri bəy deyir: "Getmək istədiyin yeri bilirəm, daha öncə bu yollardan keçdim. Uzundur, daşlıdır, amma daha gözəldir"
Və öz həyat hekayəsini daşınır: "Bir zaman əlində kəndir, səhərin qaranlığında intihar etmək üçün evdən çıxdığını, amma inthar etmək istədiyi zaman ağacdan bir tut yediyini söyləyir. Sonra övladlarının yuxudan durmasını, ondan tut budağını aşağı əyməsini və nəhayətində evə bir qab tut gətiməsini".
Baxri bəy deyir ki, intihar etmək üçün evdən çıxmışdım, amma əlimdə bir qab tut geri döndüm. Bir tut yemək həyatımı qurtardı.
Kiarostami bu dəfə də filmin sonunu öz izləyicilərinə, onların düşüncələrinə buraxır. Qəhamanımız öldümü, yaşıyırmı?
Mənə görə isə Kiarostami "Albalı dadı"nda itihar etmək istəyən bir çox adamın son ana kimi çırpınmasını, tutarlı səbəb axtarmasını, onu tapacağı təqdirdə həyata tutuna biləcəyini göstərir.
"Albalı dadı" uzun illər İranda qadağan edilib. Səbəb kimi isə İslama zidd olan intihar təbliğatını yayması göstərilir. Amma sonradan film barəsində bu qadağa götürülür. Məlum olur ki, film intihar etməyi deyil, əksinə yaşamağı, çətin də olsa, sağ qalmağın əhəmiyyətdən danışır…
Kultura.az | Developed by Samir Yahyazade