Seymur Baycanın kitabı təkrar nəşr olundu

Сеймур БАЙДЖАН

Seymur Baycanın "Anar ürəyi" romanı ikinci dəfə nəşr olunub.

Bu barədə Kulis.az -a müəllif məlumat verib. O bildirib ki, kitabı daha çox gənclərin oxumasını arzulayır:

"Yeniyetmələr və gənclər "Ana ürəyin"i oxusalar, bir çox vacib məsələlər barədə xeyli maariflənmiş olarlar. Yaşı qırxı keçən adamların bu kitabı oxumasına o qədər də ehtiyac yoxdur. Onsuz da onların ələyi ələnib, xəlbiri göydə fırlanır".

Qeyd edək ki, kitab rus dilində də iki dəfə nəşr edilib.

Kultura.az | Developed by Samir Yahyazade