post-title

Böyüklüyü kiçiklərdən öyrənəsi olmuşuq

Bu bir həqiqətdir ki, Türkiyə Cümhuriyyəti sərhəd qonşularımız arasında Azərbaycanda ictimaiyyət arasında daha çox rəğbət bəslənən ölkədir. Səbəbsiz deyil. Çeynənilmiş ifadə ilə desək, hər iki ölkəni və xalqı ortaq din,dil, adət-ənənə kimi mental dəyərlər birləşdirir. Zaman-zaman iki ölkə arasında bəzi fikir ayrılıqları olsa da, hətta münasibətlərdə soyuqluq yaranmasına baxmayaraq, qonşu ölkənin istənilən uğuru-istər siyasi, iqtisadi, mədəni, istərsə də idman sahəsində olsun, fərq etməz, ictimai rəyin müsbət mənada, adekvat reaksiyası özünü çox gözlətmir.

 

Çox dərinə getməyək: 2002-ci ildə Cənubi Koreya-Yaponiyada futbol üzrə Dünya çempionatında Türkiyə yığmasının bürünc medallara sahib çıxması, 12 il öncə “Qalatasaray” futbol klubunun UEFA( hal-hazırda Avroliqa) kubokunu qazanması  yerli futbol azarkeşləri tərəfindən necə böyük coşquyla qarşılanmışdılar. Həmin səhnələr hələ də gözümüzün qabağındadır. 2009-cu ildə Rusiyanın “Zenit” klubu “Qalatasaray”ın uğurunu təkrarlayanda isə heç kimin tükü belə tərpənmədi.
 
Bu faktları xatırlamamın səbəbi tarixə ekskursiya etmək deyil. Azərbaycanda Türkiyəni istənilən proqressin mənbəyi qəbul etmək kimi anomaliya mövcuddur. Belə sadəlövh-idealist baxışları heç bir ideoloji-fəlsəsfi nzəzəriyyələrlə izah etmək ümükün deyil. Kimdir bu tipli tacir ruhlu fikirlərin müəllifləri? Hazırkı Türkiyədə hakim iqtidardan dəstək alan islamçı çevrələr və millətçilər. Sözdə özlərini “ istiqlal fədailəri” zənn edən bu polisaylardan biri islamçı çevrələr Azərbaycanın gələcəiyin Türkiyənin başçılığı altında qurulacaq şəriətçi Xilafətdə, millətçi çevrələr isə yenə də Türkiyənin rəhbərliyi ilə qurulacaq “Turan”da “müəyyənləşdirirlər”. Hansı konyukturada olmasından asılı olmayaraq hər iki halda Azərbaycanın istiqlalı təhlükə altındadır. Bu haqda ayrıca bir yazı yazmaq fərz oldu artıq.
 
Əlbəttə Türkiyə digər türk və müsəlman ölkələri ilə müqayisədə bizə Fransa və ya Belçikanı xatırlada bilər. Metafora kimi səslənəcək, ancaq başqa müqayisə forması tapmadım: Türkiyə bir dənizə bənzəyir. Səthi mavi və sakit görünsə də, dərinliklərdə müxtəlif formada, ölçüdə, rəngdə canlılar yaşayır. Faktlar sizi zəhər kimi reallığa qaytarır. Və bizə “müasir” deyə sırınan Türkiyə əslində tamamilə başqadır.
 
Təxminən iki ay əvvəl Ankara Əmniyyət Müdürlüyünün açıqladığı hesabatdan məlum olur ki, Türkiyədə 453 kitab, 645-dən artıq qəzet, jurnal bə broşur rəsmi şəkildə qadağan olunmuşdur. Qadağan olunmuş kitablar arasında marksist-leninçi ədəbiyyatla yanaşı satirik türk yazıçısı Əziz Nesin, “ Mavi gözlü dev” Nazim Hikmətin kitabları da var. Halbuki həmin kitabları Azərbaycanda M.F.Axundov adına 
kitabxanadan əldə edib oxumaq olar. Bununla yanaşı N.Hikmətin, Ə.Nesinin kitabları Azərbaycanda dövlət səviyyəsində respublika prezidentinin sərəncamı əsasında çap olunub.
 
Türkiyədə QHT-nın açıqladıqları hesabatlarda göstərilir ki, 2002-ci ildən, yəni Ədalət və İnkişaf Partiyası hakimiyyət başına gələndən sonra ölkədə 2 milyonun üstündə qadın hicab bağlamağa başlayıb. Sözsüz ki,“hicablaşma” prosesi zorla aparılmır Türkiyədə. Ancaq əhalinin dinə artan meyli birbaşa hakim siyasi gücün mürtəce daxili siyasətinin məntiqi sonluğudur.
 
Və Türkiyə:
 
Ən azı Azərbaycan Respublikasının əhalisi qədər insanın oxumaq-yazmaq bilmədiyi ölkədir;
 
Müəllifi V.Hüqonun olduğu dünya ədəbiyyatının şah əsəri “ Səfillər”in böyük çətinliklərlə tərcümə olunduğu ölkədir. Bu əsərin hansı məhrumiyyətlərlə tərcümə olunması barədə qoy gənc yazıçı Qan Turalı danışsın.;
 
Yazıçı Əziz Nesinin ələvilərin şənliyində jurnalistlərə müsahibəsində “Mən “Şeytan ayələri”ni tərcümə edəcəyəm” deməsi ilə otelə hücum çəkib aralarında 34 ozan, 3 yazıçı olmaqla 37 nəfərin diri-diri yandırıldığı ölkədir;
 
Türkiyənin tək şumeroloqu var: Muazzez Ölmiye Çığ. Yaşı 92-nin üstündədir. Şumer mixi yazılarını tək-tək oxumuş insan. Bir dəfə gil lövhələr üzərində apardığı tədqiqatların nəticəsi olaraq yazdığı “ Şumerlər fahişləri digər qadınlardan fərqləndirmək ötür onları türbana salırdılar”. Və 90-nı haqlamış qadıncığazı məhkəməyə verənlərin ölkəsidir; 
 
“ Mən baletə getmirəm, günahdır” deyən baş nazirin idarə etdiyi dövlətdir;
 
Doğma dilində türkü söyləmək istəyən Ahmet Kayaya çəngəl atanların ölkəsidir;
 
Siyahını uzatmaq da olar. Türkiyəni “müasir” adlandırıb bizi aldatmaq tenardye təfəkkürlü varlıqlara soyuq duş olsun bu yazım. Bir az vicdan, ədalət hissi ağır yük deyil insana.
 
Aqşin Kərimli
Yuxarı